İki nöqtə

 
İki nöqtə


Nöqtə… Durğu işarəsi.
Cümlənin sonunda gələn bir nöqtə (.) fikrin bitdiyini bildirir.
Nöqtəli vergül (;) — nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir.
Qoşa nöqtə (:) — fikri daha da aydınlaşdırmaq məqsədi ilə işlədilir.
Üç nöqtə (...) — bir tərəfdən vergülə, o biri tərəfdən nöqtəyə yaxındır. Sitatlarda başqasının fikrinin yarımçıq yazıldığı cümlələrdə (sitatın əvvəlində, ortasında və ya sonunda) üç nöqtə qoyulur. Cümlənin ortasında və ya sonunda qoyulan üç nöqtə fikrin bitmədiyini bildirir.

Bir də başqa bir nöqtə var. Hərflərin üstündə olan nöqtə. Hərfi dəyişməklə fikri də dəyişən nöqtə. Bəzən bir şeyə son qoyaraq, yeni başlanğıcı bildirən nöqtə. Olum və Ölüm kimi… O və u hərflərinə nöqtə qoyacaqsınız və yeni bir söz yaranacaq: ölüm

Bu gün varsınız. “Olum!” məqamındasınız. Hər şey haqqında “olumlu” düşünürsünüz. Bu olacaq, o olacaq, bunu edəcəm, onu edəcəm… Davamlılıq bildirən arzu və xəyallar qurursunuz. Çünki “olmusunuz”. Sabah da olacağınıza inanırsınız. Artıq bütün arzu və planlarınız bu günlə deyil, sabahla, gələcəklə bağlıdır. Bəlkə bir il sonranı, bəlkə on il sonranı, bəlkə də yüz il sonranı artıq planlamısınız. Hər gün o planınıza bir az əlavələr edir, arzularınızı daha da dəqiqləşdirirsiniz. Üç il bundan qabaq son model telefon almağı planlaşdırmışdınız. İndi o plan və arzunuz sizə gərəksiz gəlir. Texnika inkişaf etdikcə sizin xəyallarınız da dəyişir. Daha da inkişaf etmiş olur. Arzularınız bitmir, tükənmir...

Arzular, ümidlər, istəklər...

Burada bir nöqtə qoya bilməzsiniz. Bu cümlənin sonunda mütləq üç nöqtə qoyulmalıdır. Natamamlığı bildirən üç nöqtə.
Amma birdən nəsə olur. O nəsəni siz planlaşdırmamısınız, sizin arzuların içində o yox idi. Onun olacağını bilirdiniz. Amma onun olmasının nə sizə, nə də sizin arzulara heç bir adiyatı yox idi deyə, onu düşünməməyə çalışırdınız. Axı o nəsə başqasının planıdır. Və həmin o nəsə “o və u”nun üzərinə iki nöqtə qoyur.

Və bütün arzularınız bu nöqtə ilə yarıda qırılır. Arzularınızın sonuna yenə üç nöqtə qoyulur. Amma bu üç nöqtə fikrin natamamlığını yox, aqibətin məchulluğunu bildirir.
Ölüm… Bu son deyil. Olumdan sonra yeni bir başlanğıcın başladığını bildirir. Ölüm və sonrası...
Quran ölümdən son kimi danışmır. Ölümdən yeni həyat kimi danışır. Elə bir həyat ki, alışdığımız hər şeyi dəyişəcək. Biz Günəşin yanmağına, Ayın nur saçmağına alışmışıq. Ulduzlar bizim üçün uzaq göy bəzəyi olublar. Biz dağları güc simvolu bilmişik, yeri sabit bildiyimiz üçün ayağımızı yerə möhkəm basmışıq. Biz əlimizi, ayağımızı, dilimizi… idarə etmişik.
Allahsa qiyamətlə onlara başqa bir həyat da qazandıracaq. Qiyamət hər yaradılanın ölüm anını yaşamaqla gerçəkləşəcək.
Günəş diriləcək, Ay işığını itirəcək, göy çatlayacaq, dağlar yerindən oynayıb yun kimi didiləcək, əlimiz, ayağımız, dilimiz, dərimiz bizə şahidlik edəcək. Ay dilə gəlib gördüklərini danışacaq, Günəş şahid olduqlarını bir-bir anladacaq, Yer içindəkiləri boşaldacaq, Cəhənnəm danışdırılacaq… Hər şey yeni həyat qazanacaq.
Və bu qiyamətin qopması ilə ölümün üzərindən iki nöqtə silinəcək. Hər şey yenidən “ol”mağa başlayacaq.
Bu “olum” əvvəlki “olum”a heç bənzəməyəcək. Bu, iki nöqtəsini itirmiş, ölümdən sonra DİRİldilmiş bir “olum” olacaq. Bu dəfə insan anlayacaq: Bu dəfəki “olum”un əsl olduğunu, əvvəlkinin isə müvəqqəti...
Daha heç bir nöqtəyə ehtiyac qalmayacaq: olumu bitirən iki nöqtəyə də...

Yeni həyat ölümdən sonra gələcək və bu həyatı biz birinci “olum”la özümüz seçirik. Bu dünyaya göndərilməyi seçmək şansımız olmadı. Nə ata-ana seçə bildik, nə bacı-qardaş, nə vətən, nə dil. Amma ölümdən sonrakı olumu seçmək şansımız var. Onu biz özümüz seçirik. “Necə yaşayarsınızsa, elə də ölərsiniz, necə ölərsinizsə elə də həşr olunarsınız” deyir, Allah Rəsulu. Bəli, necə həşr olunmağı biz özümüz seçirik, seçə bilirik.
Lazımı anda, lazımı yerdə bir fikri kəsib kiçik bir nöqtə qoya bildiyimiz kimi...
Bir anda bir həyatı dəyişə bilən cümləni deyib, sonunu eşitməmək üçün qoyduğumuz son nöqtə kimi...
Keçmiş həyatımıza nöqtə qoyub, yeni həyata başlaya bildiyimiz kimi.
Əslində bütün bunlar bir dəyişimlə başlayır: “Nəzər nöqtəsi”nin dəyişməsi ilə.
Dünən görmədiklərimizi görərək, dünən anlamadıqlarımızı anlayaraq dünənə nöqtə qoyub, həyata yeni baxışlarla başlaya bilmək arzusu ilə...
...

P.S.
Sonla başlanğıcı iki nöqtə ayıracaq: ölüm və olum. Yanlış oxumadınız. Ölüm əvvəl gələcək.
Hər kəs öləcək. Amma bu ölümlə hər şeyə son verilməyəcək. Əslində bu ölüm olum üçün start olacaq.
Hər kəsə qürur duya biləcəyi bir olumla dirilməyi arzu edirəm...


Hazırladı: Rüzgar


Geri dön

Banned549678

  • 23 dekabr 2013 19:09
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
...:təşəkkürlər:...

★KaRaMeLKa★

  • 8 dekabr 2013 07:58
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Məqaləyə görə tşk

✰ ♥..Золушка..♥ ✰

  • 7 dekabr 2013 09:49
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkurler...

вคɴค iкiмizi คɴlคт ❤

  • 5 dekabr 2013 12:56
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
tewekkurler

Nara Neznakomka

  • 3 dekabr 2013 23:04
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Nöqtə… Durğu işarəsi.
Cümlənin sonunda gələn bir nöqtə (.) fikrin bitdiyini bildirir.
Nöqtəli vergül (;) — nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir.
Qoşa nöqtə (:) — fikri daha da aydınlaşdırmaq məqsədi ilə işlədilir.
Üç nöqtə (...) — bir tərəfdən vergülə, o biri tərəfdən nöqtəyə yaxındır. Sitatlarda başqasının fikrinin yarımçıq yazıldığı cümlələrdə (sitatın əvvəlində, ortasında və ya sonunda) üç nöqtə qoyulur. Cümlənin ortasında və ya sonunda qoyulan üç nöqtə fikrin bitmədiyini bildirir.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

AysU_DilarE

  • 3 dekabr 2013 17:12
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
qewng oxudum cox maraqli idi cox sag ol

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 3 dekabr 2013 17:11
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqaleye gore sagol..

askimin_aski

  • 3 dekabr 2013 15:58
  • Məqalə: 2
  • Şərh: 88
  • Bal:
{awards}
Günəş diriləcək, Ay işığını itirəcək, göy çatlayacaq, dağlar yerindən oynayıb yun kimi didiləcək, əlimiz, ayağımız, dilimiz, dərimiz bizə şahidlik edəcək. Ay dilə gəlib gördüklərini danışacaq, Günəş şahid olduqlarını bir-bir anladacaq, Yer içindəkiləri boşaldacaq, Cəhənnəm danışdırılacaq… Hər şey yeni həyat qazanacaq.
Və bu qiyamətin qopması ilə ölümün üzərindən iki nöqtə silinəcək. Hər şey yenidən “ol”mağa başlayacaq.

ღ★ Firuzə ★ღ

  • 3 dekabr 2013 15:55
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Arzular, ümidlər, istəklər...

--------------------

^^KuKuLKa^^

  • 3 dekabr 2013 14:11
  • Məqalə: 772
  • Şərh: 11593
  • Bal:
{awards}
tewekkurler

--------------------

Samir_Wuvalan

  • 3 dekabr 2013 14:03
  • Məqalə: 62
  • Şərh: 12321
  • Bal:
{awards}
Hər kəsə qürur duya biləcəyi bir olumla dirilməyi arzu edirəm..

Kapriznaya Dəcəlka

  • 3 dekabr 2013 12:38
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
Hər kəsə qürur duya biləcəyi bir olumla dirilməyi arzu edirəm

--------------------

ShคмKiʀKค

  • 3 dekabr 2013 12:38
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
maraqliydi sagol

MADİNKA MPİ

  • 3 dekabr 2013 11:48
  • Məqalə: 0
  • Şərh: 856
  • Bal:
{awards}
Tesekkurlerrr

AyliN BunyaminovA

  • 3 dekabr 2013 11:36
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

--------------------
...........................................................................................................................................................................

Allahi_Unutma

  • 3 dekabr 2013 10:58
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Hər kəsə qürur duya biləcəyi bir olumla dirilməyi arzu edirəm...

Roya_____

  • 3 dekabr 2013 10:24
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurler^^

Qaranliqda_tek

  • 3 dekabr 2013 09:49
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

seninle_men

  • 3 dekabr 2013 07:50
  • Məqalə: 53
  • Şərh: 1848
  • Bal:
{awards}
Sitatlarda başqasının fikrinin yarımçıq yazıldığı cümlələrdə (sitatın əvvəlində, ortasında və ya sonunda) üç nöqtə qoyulur.

--------------------
➨ вacarsan, тapa вiℓsən, вir ℓəyən xoşbəxтℓik gəтir..
Əliмin üzüмün kədərini yuyuм..!

EmİcKa

  • 3 dekabr 2013 06:56
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
twwwwkkkkkkk

--------------------

romantik_awk

  • 3 dekabr 2013 01:47
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
P.S. Sonla başlanğıcı iki nöqtə ayıracaq: ölüm və olum. Yanlış oxumadınız. Ölüm əvvəl gələcək.
Hər kəs öləcək. Amma bu ölümlə hər şeyə son verilməyəcək. Əslində bu ölüm olum üçün start olacaq.
Hər kəsə qürur duya biləcəyi bir olumla dirilməyi arzu edirəm...

--------------------

men ve dunyam

  • 2 dekabr 2013 23:28
  • Məqalə: 93
  • Şərh: 3327
  • Bal:
{awards}
P.S. Sonla başlanğıcı iki nöqtə ayıracaq: ölüm və olum. Yanlış oxumadınız. Ölüm əvvəl gələcək.
Hər kəs öləcək. Amma bu ölümlə hər şeyə son verilməyəcək. Əslində bu ölüm olum üçün start olacaq.
Hər kəsə qürur duya biləcəyi bir olumla dirilməyi arzu edirəm...

--------------------
MEN GETDIM .HAMINIZ UCUN DARIXACAM . . .

PSIXOPATKA

  • 2 dekabr 2013 23:19
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Tewekkur.xebercun. . .

--------------------

Shrinka Nara

  • 2 dekabr 2013 22:59
  • Məqalə: 0
  • Şərh: 110
  • Bal:
{awards}
tewekkurler love

Samir_Wuvalan

  • 2 dekabr 2013 22:58
  • Məqalə: 62
  • Şərh: 12321
  • Bal:
{awards}
tesekkurler

nuray sirinova

  • 2 dekabr 2013 22:39
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
tesekkurler

Pink World

  • 2 dekabr 2013 21:42
  • Məqalə: 11
  • Şərh: 1280
  • Bal:
{awards}
yeri yoxuydu

--------------------
OZUNU BAHALI GOSTERME
SENE ENDIRIMLI GUNLERINI XATIRLADARAM!!!

melek_19

  • 2 dekabr 2013 21:41
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Tewekkurler

--------------------

Elza Hüseynli

  • 2 dekabr 2013 21:40
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Maraqli idi tewekkurler

Dikaya_Kavkazka

  • 2 dekabr 2013 21:35
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
tewekkurleer...

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}