İşin yoxsa mənəviyyatın?

 
İşin yoxsa mənəviyyatın?

Peşə psixologiyası ilə yaşamaq insana heç də xoşbəxtlik gətirmir. Bu psixogiyadan qurtulmaq lazımdır. Çünki bu, insanların həyatda itirənlərdən olmasına səbəb olur.

Düşüncələr fərqli ola bilər, xarakterlər də həmçinin. Lakin hədəflər hər zaman eynidir və ya oxşardır. Yaşadığımız cəmiyyətdə hər xarakterdə, hər düşüncədə insana rast gəlmək olur. Bu insanların hədəfləri isə demək olar ki, eynidir: yaxşı ali təhsil, karyera, gözəl ailə həyatı, özünə cəmiyyət içində hörmət qazanmaq və s. Bunların hər biri çox gözəl hədəflərdir. Lakin yanlış olan odur ki, insanların bu hədəfləri onların psixologiyalarının mənfi mənada formalaşmasına təsir edir. Məsələn, hədəfləri gözəl ailə həyatı qurmaq olan insanlar həddindən artıq həssas psixologiyada olurlar. Ya da karyera hədəfində olanlar qəribə peşə psixologiyasını mənimsəyirlər. Elə bu yazımda da peşə psixologiyasından bəhs etmək istəyirəm. Əlbəttə ki, karyera hədəfində olan bütün insanlara burda yazdıqlarım aid deyil. Amma bəzi insanlar var ki, iş həyatları, peşələri ilə şəxsiyyət qazanacaqlarını zənn edirlər. Elə buna görə də sahib olduqları peşələrinə uyğun xarakterləri mənimsəyirlər. Yəni ki, peşələrinə uyğun obrazlara bürünürlər. Hər zamanki rəftarlarını iş yerində göstərmirlər.

Bu insanların başqalarına verdikləri dəyər də elə peşə ilə və ya işlədikləri müəssisə ilə ölçülür. Bir insanla tanış olandan sonra 10 dəqiqə içində mövzü hərlənib-fırlanıb ya onun, ya da atasının işinə gəlir. Çünki bunun öyrənilməsi qarşı tərəfə dəyər vermə baxımından çox vacibdir. Bir insanı adam yerinə qoyub qoymamağın ölçüsü karyerası, işindəki qazancı və ya mövqeyinin yüksəkliyidir. Məsələn, maaşları 1000-3000 manat arası dəyişən insanlar cəmiyyətin ən hörmətliləri olurlar. Fərqli peşələrdən olan insanlar bir məclisə yığışanda hər kəs öz peşəsinin ən yaxşı olduğunu reklam etməyə, digərlərinin isə daha az vacib olduğuna eyham vurmağa çalışır. Maraqlıdır ki, hər peşənin də özünə xas fərqli psixologiyası vardır. Məsələn, həkimləri nümunə gətirək. Tibb fakültəsnə qəbul olduqları vaxtdan etibarən hər kəsin həyatının onların əlində olduğu və etdiklərinin ən müqəddəs iş olduğu təlqinləriylə yoğrulur və bu psixologiyanı ömürlərinin sonuna qədər yaşayırlar. Əlbəttə ki, bir həkimin xəstəni müalicə edib sağaltmaq və ölüm təhlükəsi olan şəxsi xilas etmək üçün göstərdiyi cəhd çox gözəl və təqdir ediləcək bir davranışdır. Amma özlərini müqəddəs görmələri nə qədər doğrudur ki? İnsanlara həyat verən, xəstələndə şəfa verən məgər onlardır? Xəstə birinin sağalması üçün həkim sadəcə vəsilə ola bilər. Hələ hüquqşünasları demirəm. Hüquq fakültəsini bitirəndən özlərini ədalətin dirəkləri, insanların ən ağıllıları, ən diqqətcilləri, mühakimə, qiymətləndirmə qabiliyyətləri ən güclü olan, hadisələri ən doğru analiz edib həll edə bilən insanlar olaraq görürlər. Zənn edirlər ki, şəxsiyyətdirlər, çünki hüquqşünas kimi ali peşəyə sahibdirlər. Mühəndislər isə gündəlik həyatda qarşılaşdığımız hər şeyin öz məsləklərinin məhsulu olduğuna görə öz yerlərinin, mövqelərinin çox müstəsna olduğu qənaətindədirlər. Ticarət və bizneslə məşğul olanlar da özlərini sosial və iqtisadi həyatın onurğası hesab edirlər. Bunların hər biri öz peşəsi olmasaydı, insanların necə çətin vəziyyətdə olacağını, hətta həyatlarını belə davam etdirə bilməyəcəklərini, özlərinin nə qədər vacib, mühüm insanlar olduqlarını hər fürsətdə gündəmə gətirirlər. Əlbəttə ki, yaşadığı cəmiyyət üçün hər kəsin özünə görə xidməti olar. Amma bəyənilməyən xüsusiyyət bu insanların eqoistlik göstərərək özlərinin önəmli olduqlarını dilə gətirmələridir.

Bu insanlar şəxsiyyət və xarakterlərini məsləklərinin təlqin etdiyi bu liderlik, müqəddəslik, müstəsnalıq, fərqlilik duyğusunun gətirdiyi təkəbbür, eqoizm, özündənrazılıq kimi psixoloji zəifliklər üzərində qururlar. Buna görə də onlar öz peşələri mövzusunda çox həssas olurlar. Peşəsinə qarşı deyilən hər sözü özünə qarşı deyilmiş olaraq qəbul edir və peşəsini namusu kimi qoruyur, müdafiə edirlər.

Ali təhsili olmayan, daha çox fiziki xüsusiyyətlərə və ya təcrübəyə əsaslanan, dədə-babadan qalma məlumat və bacarıqla bağlı işlərin də özünə xas psixologiyası vardır. Məsələn, dərzilər, satıcılar və ya taksi sürücüləri özlərini tərifləyərək yüksək fikirdə olmurlar. Onlar özlərini başqalarından əskik, aşağı hesab edir, əsəbi, kompleksli, bəsit və ya aqressiv rəftarlar göstərirlər. Amma əlbəttə bu saydığım xüsusiyyətlər bütün həkimlərə, mühəndislərə, ticarətçilərə, satıcılara və ya digər peşə sahiblərininni hamısına aid deyil. Sadəcə olaraq çoxlarının düşüncə sistemi məhz təsvir etdiyim şəkildədir.

Şəxsiyyət anlayışı peşə kimi kiçik kriteriyalar üzərində qurulmamalıdır. İnsanlar çox gəlir gətirən, hörmət gətirən peşələrinə görə öyünməməli və ya əksinə az gəlir gətirən, çox təqdir edilməyən peşələrə görə özlərini əzik, zəif görməməlidirlər. Çünki şəxsiyyətin ölçüləri heç də bunlar deyil. Əsl şəxsiyyət insanın ruhundan gəlir. İnsanın keyfiyyətli, əsalətli, xoşgörüşlü olması onu şəxsiyyət edər. Peşə kimi maddi dəyərlər deyil.

Peşə psixologiyasına görə iş yerində göstərilməli olan rəftarların özülünü “güclü istək” duyğusu təşkil edir. Pul qazanmaq istəyi, lider olmaq istəyi, şöhrət qazanmaq, tanınmaq istəyi. Ən əsası isə bunlar cəmiyyətdə çoxları tərəfindən yaxşı qarşılanır. Buna görə də iş yerindəki bütün danışıqlar, hərəkətlər pul və mövqe əldə etməklə bağlıdır. İşçilərin yerləri və vəzifələri də məlumdur. Hər kəs öz mövqeyinin qəlibinə girir.

“Çox məşğul abu-havası, əsəbi hərəkətlər, gərgin üz ifadəsi, tələskən göstərmək ümumi rəftar olaraq işləyənlərin bir çoxuna hakimdir. Rəislər iş yerinin sahibi, maaşları verən və ya yönləndirən şəxs olmağın verdiyi rahatlıq hissi ilə istədiyi kimi danışa bilər, istədiyi şəxsə istədiyi rəftarı göstərə bilər. Qışqıra bilər. Təhqir edə bilər. Qarşısındakı insanı alçalda bilər. Amma bu rəftarlar özünə qarşı edilməməlidir. Çünki o rəisdir, özünə qarşı hədsiz hörmət gözləyər. Rəis olduğu üçün hər zaman məsləhət verə bilər, amma işçilərin məsləhətini nəinki dinləməz, hətta onları belə “çirkin cəsarət” göstərdiklərinə görə işdən də qovar. İşçilərə “sən” deyə müraciət edər, amma ona “siz” deyə müraciət etməyən işçinin mədəniyyətsiz olduğunu düşünər.

İş yerindəki adi söhbətlərdə belə iş kəlmələri istifadə edilər. Məsələn, xarici dili müəllimləri dərsdə şagirdlərlə heç bu dildə danışmazlar, amma öz həmkarları ilə başqa müəllimlərə başqa dili öz ana dili kimi bildiyini reklam etmək üçün xarici dildə söhbət edərlər. Bu insanların “telefonu tutma tərzləri” də vardır. Bahalılığını nümayiş etmək, markasını reklam etmək üçün belə edirlər adətən. İşçilər arasında bir-birinin işini bəyənməmək, davamlı başqalarıın səhvlərin düzəldib çoxbilmişlik etmək də geniş yayılıb. İşdə ən geniş yayılmış rəftar pozuqluğu isə dedi-qodu, qiybət etməkdir. Ən böyük dedi-qodu hədəfi adətən rəislər olurlar. Üzə qarşı hər zaman gülərüz, mehriban, rəisindən çox razı qalan işçilər arxaca xeyli dedi-qodu edirlər. Öz aralarında yenə elədirlər. Təzə gələn işçilərə hər kəs təzyiq edir, davamlı bu şəxsin səhvləri axtarılır, səmimi şəkildə səhvini düzəltmək istəyi altında xətalar təzə işçinin üzünə vurulur. Köhnə işçilər təzə işçilərə yerli-yersiz ağıl verir, bununla özlərinin üstün olduğunu qabartmaq istəyirlər. Niyyət təbii ki səhv düzəltmək, qarşı tərəfi öyrətmək deyil, özünü çoxbilmiş göstərmək və ya qarşı tərəfi əzməkdir.

Mağaza və marketlərdəki işçilərin hərəkətləri də çox qəribədir. Gələn müştərinin maddi vəziyyətinin yaxşı olmadığını hiss etsələr, soyuq-soyuq, gecikdirərək müştəriyə cavab verir, hələ müştərinin əşyanı almayacağını hiss edəndə dərhal kobudlaşır, üzünə baxmamağa, yanındakı yoldaşları ilə danışmağa, çölə baxmağa başlayırlar. Sərt cavablar verirlər. Müştəriyə onun vaxtını aldığını hiss etdirirlər. Ümumiyyətlə, belə iş yerlərində vaxt boş-mənasız, məqsədsiz dialoqlarla, vitrin şüşəsindən çölə baxmaqla, mağazanın güzgülərində özünə baxmaqla keçir.

Rəsmi iş müəssisələrində isə daha standart, qəlibləşmiş ruh halı mövcuddur. Belə yerlərdə əsəbilik və gərgin abu-hava hər kəs tərəfindən normal qəbul edilir. İşləyənlərin əksəriyyəti çox təkəbbürlü olurlar. Axı onlar rəsmi dairədə işləyən “önəmli insanlardır”. Amma eyni zamanda əzik olurlar. Özlərindən yüksək bildiklərinin yanında əzik, öz sözlərini keçirdə bildikləri yerdə isə təkəbbür göstərirlər. Yanlarında davamlı çayla dolub boşalan stəkanlar, siqaret dumanı, işçilərin öz aralarında danışdığı dolanışıq çətinliyi, ailəvi məsələlər və s. öyrəşilmiş məzərələrdir. Rəsmi dairəyə gələn kasıb görkəmli insanları qəbul edən məmurlar çox kobud, təkəbbürlü rəftar edirlər. Amma zəngin görkəmli insan gələndə üzlərində süni təbəssümlə, saxta hörmətlə bu insanları yola salırlar.

Bu insanların ən pis xüsusiyyətlərini yekun olaraq sizlərə təqdim edirəm. Açıq rüşvət almaq qadağandır! Amma hədiyyə adı altında rüşvət almaq sərbəstdir! Adam öldürmək böyük günahdır! Biri ölərkən “bəlaya düşməmək” üçün görməzlikdən gəlmək ağıllı hərəkətdir! Bir insanın üzünə qarşı təhqir etmək, söymək ayıbdır! Arxasınca danışmaq, qiybət etmək isə normaldır! Öz iş yoldaşına səs tonunu qaldırıb ona etiraz edə bilərsən! Amma müdirə belə “hörmətsizliyi” etmək olmaz!

Bütün bunlar bəlkə də bu psixologiyanı yaşayan insanlara normal, adi şeylər kimi görünə bilər. Bu balığın suyu hiss etməməsinə bənzəyir. Biz insanlar bir damcı suyun varlığını dərhal hiss etdiyimiz halda, balıq hiss etmir, çünki suyun içində üzür. Həmin psixologiyanı yaşayan insanlar da eynilə balıq kimi yaşadıqları anormal psixologiyanın içində üzürlər. İllərlə kiçik bir müəssisədə işləyir, maaşlarını artırmağa çalışır, başqalarının qiybətini qırır, qısqanclıq edir, stress keçirir, rola girirlər. Daha yaxşı yaşamaq üçün, həyatlarını normal keçirmək üçün belə edirlər, amma sadəcə aldanırlar, onların əsla yaxşı həyat tərzləri olmur, sıxıcı, darıxdırıcı, gərgin notlarla da həyatlarını başa vururlar. İnsanı xoşbəxt edən şey mənəvi cəhətdən keyfiyyətli olmağa cəhd etməkdir. Hər zaman xarakterini, mənəviyyatını zənginləşdirməyə çalışmaq, ideal insan olmağa cəhd etməkdir. Elə olanda xoşbəxtlik sel kimi insanın üzərinə gələr.

Nuridə Nuriyeva


Geri dön

Banned549678

  • 23 dekabr 2013 18:25
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
...:təşəkkürlər:...

✰ ♥..Золушка..♥ ✰

  • 7 dekabr 2013 21:50
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqaleye gore twk...

вคɴค iкiмizi คɴlคт ❤

  • 5 dekabr 2013 21:40
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tewekkurler

tewekkurler

EmİcKa

  • 3 dekabr 2013 16:09
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
Tesekkurler

--------------------

Nara Neznakomka

  • 2 dekabr 2013 19:47
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Bu insanlar şəxsiyyət və xarakterlərini məsləklərinin təlqin etdiyi bu liderlik, müqəddəslik, müstəsnalıq, fərqlilik duyğusunun gətirdiyi təkəbbür, eqoizm, özündənrazılıq kimi psixoloji zəifliklər üzərində qururlar. Buna görə də onlar öz peşələri mövzusunda çox həssas olurlar. Peşəsinə qarşı deyilən hər sözü özünə qarşı deyilmiş olaraq qəbul edir və peşəsini namusu kimi qoruyur, müdafiə edirlər.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

AyliN BunyaminovA

  • 2 dekabr 2013 16:50
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
meqaleye gore sagol

--------------------
ܨܓܓܨܓܓ✍

✰ ♥..Золушка..♥ ✰

  • 2 dekabr 2013 16:01
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqaleye gore sagol canim..

-Kralica-

  • 2 dekabr 2013 15:56
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
twwwwwwkkkkk

--------------------




men ve dunyam

  • 2 dekabr 2013 15:19
  • Məqalə: 93
  • Şərh: 3327
  • Bal:
{awards}
tewekkurlerrrrrrrr smile

--------------------
MEN GETDIM .HAMINIZ UCUN DARIXACAM . . .

Banned1

  • 2 dekabr 2013 15:06
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}



Tesekkurler



Nuray2012

  • 2 dekabr 2013 14:22
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
hmm cox sagol maraqli idi

--------------------

★KaRaMeLKa★

  • 2 dekabr 2013 14:04
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Tesekkurler :))

PSIXOPATKA

  • 2 dekabr 2013 13:06
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
XEBERE GORE TWK....

--------------------

Axilli qiz

  • 2 dekabr 2013 11:15
  • Məqalə: 15
  • Şərh: 1399
  • Bal:
{awards}
Tesekkurler

--------------------
reklam etmek olmaz

allahin adi ile

  • 2 dekabr 2013 10:47
  • Məqalə: 14
  • Şərh: 506
  • Bal:
{awards}
tesekkurlerrrrr meqaleye gore

--------------------
...BIR SEY ISTEYENDE INSANDAN ISTEME, VERSE MINNETDIR, VERMESE ZILLET... ISTEYENDE ALLAHDAN ISTE VERSE NEMETDIR, VERMESE HIKMET...

Roya_____

  • 2 dekabr 2013 10:38
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurlerr

melek_19

  • 2 dekabr 2013 00:53
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Tewekkurler meqale ucun

--------------------

✵Дорогой✵

  • 2 dekabr 2013 00:19
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Tesekkurler

Banned1

  • 2 dekabr 2013 00:06
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}


Tesekkurler :))


Samir_Wuvalan

  • 2 dekabr 2013 00:02
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
Maraqli idi tewekkurler

GUNI

  • 1 dekabr 2013 23:47
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
maraxli idi twk............

--------------------

Elza Hüseynli

  • 1 dekabr 2013 23:33
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Maraqli idi tewekkurler

Kenan...

  • 1 dekabr 2013 23:03
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
{awards}
tewekkurler meqaleye gore. smile

^^Nazlı Şeytan^^

  • 1 dekabr 2013 22:55
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

jasmin022

  • 1 dekabr 2013 22:55
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
tesekkurler

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

PSIXOPATKA

  • 1 dekabr 2013 22:44
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Gözel yazhdı.twk. . .

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 dekabr 2013 22:07
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
maraqlıydı...

--------------------

Samir_Wuvalan

  • 1 dekabr 2013 22:03
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
meqaleye gore sagol...

ღNəmLi kiprikღ

  • 1 dekabr 2013 21:53
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler xeber ucun....

✰ ♥..Золушка..♥ ✰

  • 1 dekabr 2013 21:42
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
canim meqaleye gore sagol...

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 40

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}