Antarktika - Üçüncü Reyxin gizli bazası

 
Antarktika - Üçüncü Reyxin gizli bazası


Almanlar qütbdən-qütbə yüksək sürətlə uçan supertəyyarələr yarada biliblərmi?

Bu hadisə 1950-ci ildə baş verib: Argentina Hərbi Dəniz Qüvvələri gəmilərinin komandanı, kapitan S.Moreno belə bir məruzə hazırlayır: “Cari ilin martın 24-də saat 16:10-da bizim gəminin heyət üzvləri Antarktikada Disepşn adasında açıq səmada nə aeroplan, nə peyk, nə meteoroloji şar və məlum uçan aparatların heç birinə bənzəməyən obyekt görüblər”.

Bunun ardınca 1950-ci ilin iyun və iyulunda Antariktika səmasında Çili və Argentina meteostansiyaları mütəmadi olaraq UNO müşayət ediblər.
1950-ci ilin iyulunda Braziliya qəzeti “O Estado” bu UNO-laradan birini təsvir edib: “Obyekt siqarşəkilli formaya məxsusdur. Onun yuxarısı qırmızı rəngdən tədricən yaşıla keçir. Aparat qərb istiqamətində, bir neçə dəfə sürət və istiqamətini dəyişməklə ziqzaqvari uçur. Obyekt təxminən 5000 metr yüksəklikdə 20 dəqiqəyə yaxın hərəkətsiz dayandı. O, tam səssiz şəkildə yerini dəyişirdi”.

Parlaq uçan obyektin "rəqsi"

1950-ci ilin sentyabrında isə Çili Hərbi Dəniz Donanmasının komandoru A.Orrero Antarktikanın Çili sahillərində səmada manevr edən çox böyük siqarabənzər formalı uçan obyektin şəklini çəkib.
19 fevral 1956-cı ildə Çilidən olan bioloq qrupu Vendella dənizinin Robertson adasının flora və faunası tədqiq etmək üçün vertolyotla ora uçur. Fırtınalı hava idi. Saat 9:15-də vertolyotun radiosu sıradan çıxdı. Birdən lap yaxınlıqda, vertolyotun yanında şaquli istiqamətli siqarabənzər iki obyekt göründü. Onlar günəşin şüalarından parıldayırdılar. 15 dəqiqə sonra obyektlərdən biri qəfildən yerini üfüqi istiqamətdə dəyişdi və qərbə doğru uçdu. Bu məqamda o, özünün metal parıltısını itirdi və tünd qırmızı rəngdən bənövşəyi rəngə qədər bütün rənglərə dəyişdi. İkinci obyekt başgicəlləndirici manevrlər edirdi: ziqzaqvari hərəkət edir, qəfildən dayanır, ani olaraq sürətlənir və bütün bunlar tamamilə səssiz baş verirdi. Bu «nümayiş» 5 diqəqəyə qədər davam edir. Sonra obyekt rəngini dəyişdi və anidən gizləndi.

İşıqsaçan meteor görənləri heyran qoymuşdu

Vertolyotdakı tədqiqatçıların iki Heyqer sayğacı vardı. Onlar UNO-ların göründüyü vaxt havada radioaktivliyin 40 dəfə artdığını göstərirdi. Beş il sonra amerikan Antiarktik ekspedisiyasında iştirak edən braziliyalı meteoroloq R.Villena da UNO-nun görünməsinin şahidi olub. Villena Kral Georq adaları rayonunda buzqıran gəminin göyərtəsində olub. Gözlənilmədən qəribə işıq şüaları səmanı ikiyə bölüb. Ekipaj üzvlərindən biri «Raket!» - deyə qışqırıb. «Yox, bu meteordu», - digəri dillənib.
Villena öz gündəliyində yazırdı: «Obyektin forma və rəngi, onlardan gələn işıq qığılcımları - bütün bunlar çox qeyri-adi görünürdü. Bizim planetdə belə texnika yoxdu». Başqa bir ekipaj üzvü UNO-nu belə təsvir edir: «Obyekt çoxrəngli oval formasında idi və ardınca uzun qırmızılı-narıncı rəngli iz qoyurdu. Gözlənilmədən o, iki hissəyə bölündü. Hər bir hissə ağ, mavi və qırmızı rəngdə işıqlandı və öz ardınca V şəkli formasında şüalar buraxdı». ABŞ Hərbi Dəniz Qüvvələri rəsmi şəkildə bu hadisəni «meteor və yaxud hansısa başqa işıqsaçan obyekt» kimi qeydə aldı.

Konnektikutda nəşr olunan aylıq ufoloji jurnal «Speys revyu»nun 13 oktyabr 1963-cü ildə dərc etdiyi məqalədə deyilirdi: «İkinci Dünya müharibəsinin lap sonunda, Almaniyanın artıq məğlub olduğu vaxt alman alim və hərbçilər qrupu qaçaraq xilas oldular və Antarktikada yerləşdilər. Onlar orada qabaqcıl texnologiyalara əsaslanaraq aviatexnika hazırlayırdılar. Qeyd etmək lazımdır ki, müharibə zamanı xeyli sayda almanın itkin düşdüyü yazılırdı. İtkin düşənlər arasında aviatexnika ilə məşğul olan alimlərin olması ehtimalı çox vacib məqamdı. Bu ehtimalı həm də o fakt təsdiq edir ki, müharibə ərəfəsində almanlar Antarktikaya soxulmuş və oranı Üçüncü Reyxin bir hissəsi elan etmişdilər».

Müharibə zamanı alman sualtı qayıqları mütəmadi olaraq Cənubi Antarktikada peyda olurdular. 1942-ci ildə kapitan Herlax Qouq arxipelaqını radar və məhbus düşərgəsi üçün mümkün baza kimi tədqiq etmişdi. 1944-cü il aprelin 4-də ingilis submarinası alman sualtı qayığını - U-859 batırdı. 47 heyət üzvü həlak oldu, 20 nəfər xilas edildi. 30 ildən sonra xilas olanlardan biri danışıb ki, qayıqda gizli yük-civə olub. Məlumdur ki, müəyyən növ yanacaq hazırlanmasında civədən istifadə olunur. Alman sualtı donanmasının komandanı K.Denisin bəyanatı almanların Antarktika maraqlarına işıq salır: “Alman sualtı donanması dünyanın o biri ucunda əlçatmaz qalada yenidən qurulub”. 1945-ci il iyunun 10-da alman submarinası U-530 Argentina hökumətinə təslim olur. Bu hadisənin əsl səbəbi müəmmalı olaraq qalır. U-530 1944-cü il mayın 22-də dənizə çıxıb. Bu tarixlər arasındakı dövrdə o harada olub, məlum deyil. Digər submarina U-977 Kristiansendadan 1945-ci il mayın 2-də çıxıb Cənubi Antarktikaya yola düşüb. Qayıq ABŞ Hərbi Dəniz Qüvvələrinə noyabrın 13-də təslim olub. Bu dövrdə onun fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur.

Buzlaqda isti sulu göl

Daha bir müəmmalı fakta diqqət yetirək. Müttəfiqlər müəyyən etmişdilər ki, müharibə zamanı 54 alman sualtı qayığı yoxa çıxıb, onlardan yalnız 11-i minaya düşə bilərdi.
1968-ci ildə ABŞ Antarktikaya «Böyük sıçrayış» adlı ekspedisiya təşkil edir. Rəsmən onun məqsədi coğrafi, meteoroloji və digər tədqiqatlar olsa da, əməliyyatda hərbi vertolyotlar, təyyarələr, hərbi təyyarə gəmiləri iştirak edirlər. Ekspedisiyanın nəticələri barədə mətbuata heç bir informasiya sızmayıb. Buradan da belə bir nəticəyə gəlmək mümkündür ki, «Böyük sıçrayış» hansısa gizli missiyanı yerinə yetirib, hətta ola bilsin ki, alman hərbi bazasını axtarıb. «Böyük sıçrayış»da iştirak edənlərdən biri 20 il sonra “Sunday Times” qəzetinə müsahibə verib. O danışıb ki, ekspedisiya zamanı pilotlar Antarktika sahilində buzla örtülməyən kiçik sahə aşkar ediblər. Orada çoxlu isti sulu göl və zəif bitki örtüyü olub. Sonradan məlum oldu ki, o göllərdən biri qolla açıq dənizlə birləşdirilib. Bura submarinaları gizləmək üçün ideal yer idi.

Almanlar Antarktidada Üçüncü Reyxi bərpa edəcəkmi?

Beləliklə, məsələ açıq qalır. Almanlar Antarktidada özlərinin gizli bazalarını, eləcə də alim və mühəndislərini qütbdən-qütbə yüksək sürətlə uçan supertəyyarələr yarada biliblərmi? Bəlkə təslimçilikdən qaçan almanların nəsilləri dünyanı fəth etmək və Üçüncü Reyxi bərpa etməyə ümid bəsləyiblər?

Nasistlərin Antarktikadakı fəaliyyətləri ilə bağlı daha bir neçə fakta nəzər salaq:

AboveTopSecret.com saytı iddia edir ki, Antarktidada nasistlərin gizli bazanın olduğunu görən şahidlər var. Onların dediyinə görə, orada nasistlər qabaqcıl texnologiyalardan istifadə etməklə UNO-ların rəhbərliyi ilə klonlama eksperimentləri aparıblar.
Çoxlu sayda müxtəlif mənbələrin məlumatlarına, o cümlədən “Tam məxfi: rəqəmsal epoxanın sirlərini açın” adlı kitabda dərc olunmuş faktlara və «Adolf Hitler və Müqəddəs Nizənin sirləri» kitabına əsaslanaraq göstərilir ki, almanlar 1938-ci ildə Antarktikada Neuschwabenland bazasını yaradıb və orada sualtı qayıqların gizli bazasını tikiblər.
Almanlar Neuschwabenland-də - «Yeni Berlin» və yaxud «Baza 211» kod adları altında iri miqyaslı obyektlər inşa ediblər.
Britaniyalılar iddia ediblər ki, faktiki olaraq onlar Antarktikadakı nasist bazalarına gizli basqınlara cəlb olunublar.
Nasistlər Maudheim gizli bazasında super «Qütb adamı» hibridini yetişdirmək proqramını işləyiblər.
Adolf Hitlerin külü və hələ o zaman həyatda olan xanımı Yeva Braun müqəddəs saylan şeylərlə, o cümlədən qanlı nasist bayrağı və Müqəddəs Nizə ilə birlikdə 1945-ci ildə Antarktikadakı nasist bazasına gətiriliblər.
O nasistlərin xəzinələri Polkovnik Maximillian Hartmanın başçılığı ilə sonrakı nasist ekspedisiyası ilə geri qaytarılıb və “Müqəddəs Nizənin Cəngavərləri” adlandırılan müasir nasist təşkilatına verilib.
ABŞ orada ola biləcək nasistləri tamamilə məhv etmək üçün 1947-ci ildə admiral Robert Berdin başçılığı ilə gizli hərbi ekspedisiya göndərib.
ABŞ və Cənubi Amerikada müşahidə olunan UNO uçuşları onların Antarktikadakı nasist bazaları boyunca uçuş trayektoriyalarını əhatə edir.


Antarktika - Üçüncü Reyxin gizli bazası


Antarktika - Üçüncü Reyxin gizli bazası


Antarktika - Üçüncü Reyxin gizli bazası


Antarktika - Üçüncü Reyxin gizli bazası


Antarktika - Üçüncü Reyxin gizli bazası


Antarktika - Üçüncü Reyxin gizli bazası


Geri dön

Elvin007

  • 12 yanvar 2012 21:14
  • Məqalə: 217
  • Şərh: 3307
  • Bal:
Xeber ucun sagol!

--------------------
▼►►Proqramming◄◄▼

Inciciceyi

  • 16 mart 2011 11:15
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Xebere gore twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Ulya

  • 5 fevral 2011 19:00
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

L_SimuS

  • 25 yanvar 2011 00:12
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler bu barede oxumuwam

YazYamuru

  • 24 yanvar 2011 20:14
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HMMMM recourse

--------------------



eliza

  • 24 yanvar 2011 14:57
  • Məqalə: 6
  • Şərh: 353
  • Bal:
{awards}
cox maraqli idi twk

,,kepenek,,

  • 24 yanvar 2011 12:56
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
qeyri adi bir seydir.maraqli idi. tesekkurler winked ilk serh menden

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 29
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 19
Cəmi: 474
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
 
{slinks}