Zəhərlənməyə ən çox səbəb olan 10 ərzaq

 
Zəhərlənməyə ən çox səbəb olan 10 ərzaq


Ehtiyat və diqqəti əldən verməyin.

Çips, fastfud və mayonez yeməyin insan orqanizminə zərərli olduğunu hamımız bilirik. Amma sən demə, digər, adi və xeyirli bildiyimiz ərzaq məhsullarının arasında da təhlükəli olanlar var.

Amerikalı alimlər son 20 il ərzində Birləşmiş Ştatlardakı zəhərlənmələrlə bağlı statistikanı arahdırıblar. Nəticədə onlar zəhərlənmələrə daha çox səbəb olan ərzaq məhsullarının "qara siyahı"sını hazırlayıblar.

Siyahı belədir:

1. Kolbasa və sosiskalar. Bu ərzaq məhsullarında çoxlu "qapalı" piylər və yağlar olduğundan insanda izafi çəki ilə xolesterin artıqlığı yaradır. Üstəlik kolbasalarla sosiskaların tam əksəriyyətində əti soya, nişasta, donuz piyi, yağlar, heyvan dəriləri ilə əvəzləyirlər.

2. Zeytun. Qara zeytun alanda çox diqqətli olun, çünki fırıldaqçı şirkətlər yaşıl zeytunu əksər vaxt dəmir-qlükonatın içinə saralaraq "qara" edirlər. Bu isə insan orqanizmində ağır zəhərlənmə yaradır.

3. Kartof. Kartof patogen mikrobları sürətlə özünə çəkir.

4. Pendir. Ev şəraitində, pasterizə edilməmiş süddən hazırlanmışpendirdə patogen mikroblar çox ola bilər. "Feta", "bri", "kamamber" pendirlərindəki patogen mikroblar hamilə qadınların uşaq salmasına, qocaların və immuniteti zəif insanların isə ağır xəstələnməsinə səbəb ola bilər.

5. Dondurma. Dondurma satıcıları soyuducuları vaxtında yuyub təmizləmədiklərindən, üstəlik son istifadə vaxtı çoxdan başa çatmış dondurmaların üzərindəki rəqəmləri dəyişməklə satmağa "tənbəllik" etmədiklərindən bu qida vasitəsilə salmonella, stafilokokk və listeriya bakteriyaları sürətlə yayılır.

6. Hisə verilmiş ət. Belə ətdə kanserogenlər və konservantlar çoxdur. Uşaqnlara şisə verilmiş ət verməməəyə çalışın. Belə ətlərdə mikrob olarsa, həmin uşaq böyüyəndən sonra onda bağırsaq xərçəngi yarana bilər.

7. Yumurta. Yaxşı bişirilməyəndə yumurtada salmonella bakteriyası yaranır. Bundan başqa, satışdakı yumurtaların bəziləri müvafiq istehsal qaydalarını pozan şirkətlər tərəfindən alıcılara təqdim oluna bilər.

8. Krab çöpləri. Bilin ki, dükanlardan "krab çöpləri" kimi aldığınız ərzaq krabdan yox, tərkibindən balığın belə, az olduğu balıq farşından hazırlanıb. Satışda olan krab çöpləri əsasən su, nişasta, duz, şəkər, aromatizatorlar, boyalar, dad gücləndiricilər, konservantlar və stabilizatorlardan ibarətdir.

9. Pomidorlar. Bu tərəvəzdə salmonella və noroviruslar tez-tez "məskən" saldığından, həmin bakteriyalar ağır zəhərlənmələr yaradır. Ona görə də qabığı zədəsiz və çatsız pomidor seçin.

10. Göyərti. İnanmağınız çətin olsa da, göyərtilər zəhərlənmələrə səbəb olan qidalar arasında "lider"dir. Zərərli bakteriyalar və viruslar torpaqdan göyərtiyə düşür, yarpaq və gövdədə yığılıb qalır.

Amerikalı alimlərin apardıqları tədqiqatlar yalnız Birləşmiş Ştatlara aid deyil.
Həmin məsləhətlər Azərbaycanda da aktualdır. Belə ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi və habelə Azərbaycan İstehlakçılar Birliyinin gəldiyi qənaətlər də faktiki olaraq, identikdir.

Mütəxəssislərin dediklərinə görə, istehlakçılar ərzaq və qida məhsulları alarkən həddən ziyadə diqqətli olmalı, onların saxlanma tarixi ilə yanaşı, saxlandıqları şəraitə də diqqət yetirməlidir.


Geri dön

Ulya

  • 5 fevral 2011 18:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol xebere gore

L_SimuS

  • 25 yanvar 2011 00:16
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

YazYamuru

  • 24 yanvar 2011 20:09
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
recourse recourse recourse

--------------------



nilayka

  • 24 yanvar 2011 14:44
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
lazimli melumat ucun cox sag ol

--------------------

Cici-Kiz

  • 24 yanvar 2011 13:21
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
[i][b]Faydali xəbərdi, cox sag olun. Zeytun cox yeyənəm, ozu də qara zeytun. Daha gərək qara zeytun almayaq. Yasilindan alariq. Cox sag olun, 1 da[i][b]

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

,,kepenek,,

  • 24 yanvar 2011 13:16
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
wink twk

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 46
Cəmi: 59

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}