Padişahım, çox yaşa!

 
Padişahım, çox yaşa!


Sizi deyib gəlmişəm, ey mənim əziz müsəlman xalqım!

Bir də bizə avam, başıqapazlı, öz haqqını tələb etməyən xalq deyirlər. Bu sözlərlə heç vaxt razılaşmamışam. Razılaşmaram da. Bunlar bizim xalqımızı, hökümətimizi, dirçəlişimizi sevməyən adamların milləti qıcıqlandırmaq üçün istifadə etdiyi sözlər, fikirlərdir. Nəyidir bu xalqın? Elə gərək hər hokümətin, tarif şurasının artırdığı qiymətlərdən sonra meydanlara axışaq, mitinqlər edək? Belə sakit, əmin-amanlıq dolu bir ölkəmizin paytaxt küçələrini, qulaqlara qurğuşun, bəzi ölkələrdəki kimi müharibə meydanına çevirək? Nəyimiizdir, maşallah?! Noolar indi bir azcıq qiymətlər qalxıb. Buna görə qiyamət qoparmağa dəyər? Bir az hövsələniz olsun da, bir az səbrinizi basın da. 5-6 gün keçsin, öyrəşəcəyik onsuz da. Necə ki, keçən səfər qiymət artım zamanı olduğu kimi… Deyəsən anlamadız. Qoy onda başdan başlayım.

Bu gün gözümüzü benzinin qiymətinin artması xəbəriylə açdıq. Elə sevindik, elə sevindik ki… Niyə? Qəribə sual verirsiz e. Necə yani, niyə? Ona görə ki, bir daha hökümətimizin bizi nə qədər sevdiyinə əmin olduq. Burda sevgiylə bağlı heç nə görmürsüz? Görməssiz də. Çünki belə gözəl, xalqını ən az özü qədər istəyən rəhbərliyə olan mənfi münasibət, xoş olmayan sevgi duyğuları sizin gözünüzə pərdə çəkib, bəsirət gözünüzü bağlayıb. Yaxşını pisdən, xeyiri şərdən ayıra bilmirsiz. Bir az gözləyin. Mən indi sizə bir-bir sayacam ki, bu hökümət necə bizi bizdən daha çox istəyir.
Baxın, seçkilər nə vaxt olub? Oktyabrın 9-u. Bəs benzinin qiyməti nə vaxt artdı? Dünən gecə, yəni, 2 dekabrda. Taaam 55 gün sonra. Görürsünüz? Ya prezidentliyə namizədin təsdiq olunduğu günün sabahısı artsaydı...onda necə olardı bu xalqın halı? Heç təsəvvür belə etməyin. Xalqın sevə-sevə səs verdiyi namizədin, həmən o gözəl insanlara rəhbərliyin xəyanəti kimi qiymətləndirilərdi bu. (bu da prezidentimizin düşmənlərin sevindirərdi ancaq) Allah göstərməsin, neçə-neçə infark halları, təzyiq qalxmaları, panik ataklarlın şahidi olardıq. Amma olmadıq. Ona görə ki, hökümətimiz bizim qeydimizə qaldı, bu müddət ərzində, 55 gün içində bizə "özünü tanıma sürəci" verdi ki, insanlar bir az özlərinə gəlsinlər, gələcəkdəki «fövqəlada hallara» alışsınlar. Çox şükür, çox şükür ki, belə də oldu. Heç bir mənfiliklə, sağlıqla bağlı sorunlar olmadı bu gün. Sağ olsun, var olsun belə hökümət!

Bu 1-ci amil. Gələk sonrakılara.

Uzağa getmirəm, elə özümdən nümunə gətirim. Hara gedirdimsə taksiylə gedirdim. Avtobusun rəngini, içərisini, komfortunu belə unutmuşam. Taksiyə verdiyim pul əlbəttə ki, avtobusa verəcəyim qiymətdən bir az artdıqdı. Amma qiymətlərdəki fərqin elə də çox olmadığını görüb, həm də avtobusdakı o sıxhasıxlıqdan, boğanaqlıqdan xoşlanmadığım üçün taksini avtobusdan üstün tuturdum. Bu da nəticədə ailə büdcəsinə öz təsirini mütləq göstərirdi. Hökümətimizin bu gözəl qərarından sonra isə daha taksilərə minməyəcəm. Benzinin qiyməti qalxdısa, taksi də öz qiymətin artıracaq əlbət ki. Demək, məcburən avtobusla hərəkət etməli olacam. Bu da nə deməkdir? Avtobusa xərclədiyim pullar, əvvəlki və indiki taksiyə xərclədiyim pullardan aşağı olacağı deməkdir. Beləliklə nooldu?.. Bu qiymət artımı mənim ailə büdcəmə xeyir verdi. Hələ sağlıq..? Sağlığı demirəm hələ. Bəzi yerlər vardır ki, biz tərəfdə ora avtobus işləmir. İndi avtobus da yox, taksi də baha. Neynəyəcəm? Məcburən bu yolu ayaqla getməli olacam. Təmiz hava, bol yürüyüş...gəl sağlıq, gəl!

Bir də deyirlər ki, qiymət artımının xalqa ziyanı var. Gördünüz ki, ziyanı yoxdur! Əksinə xeyri var. Çox danışıb sizi də yormaq istəmirəm. Yaşlı nəsildən eşitmişəm həmişə — göydə Allah, yerdə hökümət. Gəlin belə hökümətimizin qədrini bilək. Bəzi «ağzıgöyçəklərin» provakasiyalarına uyub, xeyrimizə həll olan, qəbul edilən qərarlara asi çıxmayaq. Hər şeyi dərindən düşünsək, görərik ki, nə olursa bu xalqın xeyrinə olur. Mən düşündüm və belə qənaətə gəldim. Allah bu höküməti bizə çox görməsin. Ona uzun ömürlər versin. Ürəyimdən lap bu sözlər keçdi — köhnə osmanlı türkcəsi təəbiriycə desək — Padişahım, çok yaşa!


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 27 dekabr 2013 19:47
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
meqaleye gore twkler...

Banned456

  • 15 dekabr 2013 21:32
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Sizi deyib gəlmişəm, ey mənim əziz müsəlman xalqım!

Bir də bizə avam, başıqapazlı, öz haqqını tələb etməyən xalq deyirlər. Bu sözlərlə heç vaxt razılaşmamışam. Razılaşmaram da. Bunlar bizim xalqımızı, hökümətimizi, dirçəlişimizi sevməyən adamların milləti qıcıqlandırmaq üçün istifadə etdiyi sözlər, fikirlərdir. Nəyidir bu xalqın? Elə gərək hər hokümətin, tarif şurasının artırdığı qiymətlərdən sonra meydanlara axışaq, mitinqlər edək? Belə sakit, əmin-amanlıq dolu bir ölkəmizin paytaxt küçələrini, qulaqlara qurğuşun, bəzi ölkələrdəki kimi müharibə meydanına çevirək? Nəyimiizdir, maşallah?! Noolar indi bir azcıq qiymətlər qalxıb. Buna görə qiyamət qoparmağa dəyər? Bir az hövsələniz olsun da, bir az səbrinizi basın da. 5-6 gün keçsin, öyrəşəcəyik onsuz da. Necə ki, keçən səfər qiymət artım zamanı olduğu kimi… Deyəsən anlamadız. Qoy onda başdan başlayım.

✰ ♥..Золушка..♥ ✰

  • 7 dekabr 2013 09:46
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
tewekkur.....

Roya_____

  • 6 dekabr 2013 12:40
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tewekkurler

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 5 dekabr 2013 18:45
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
tewekkurler meqaleye gore

--------------------
(^_*)

★KaRaMeLKa★

  • 5 dekabr 2013 14:42
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Oxumasamda tşk

ღNəmLi kiprikღ

  • 5 dekabr 2013 11:03
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Twkler meqaleye gore........

^^Nazlı Şeytan^^

  • 5 dekabr 2013 10:28
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
tewekkurler

EmİcKa

  • 5 dekabr 2013 08:19
  • Məqalə: 15
  • Şərh: 3011
  • Bal:
{awards}
tewekkurler

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 5 dekabr 2013 00:06
  • Məqalə: 694
  • Şərh: 18825
  • Bal:
{awards}
tewekkurler

melek_19

  • 4 dekabr 2013 23:37
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Maraqli idi

--------------------

Elza Hüseynli

  • 4 dekabr 2013 21:28
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
Maraqli idi tewekkurlerr

ヅ Sevimli_qiz ヅ

  • 4 dekabr 2013 20:31
  • Məqalə: 82
  • Şərh: 850
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

_Awka Padnowka_

  • 4 dekabr 2013 20:30
  • Məqalə: 0
  • Şərh: 764
  • Bal:
{awards}
Tesekkurler. . .

--------------------
Agilli ol Wekerim :*

romantik_awk

  • 4 dekabr 2013 19:32
  • Məqalə: 35
  • Şərh: 3237
  • Bal:
{awards}
twkler maraqli idi

--------------------

Nara Neznakomka

  • 4 dekabr 2013 18:57
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Bu 1-ci amil. Gələk sonrakılara.
Uzağa getmirəm, elə özümdən nümunə gətirim. Hara gedirdimsə taksiylə gedirdim. Avtobusun rəngini, içərisini, komfortunu belə unutmuşam. Taksiyə verdiyim pul əlbəttə ki, avtobusa verəcəyim qiymətdən bir az artdıqdı. Amma qiymətlərdəki fərqin elə də çox olmadığını görüb, həm də avtobusdakı o sıxhasıxlıqdan, boğanaqlıqdan xoşlanmadığım üçün taksini avtobusdan üstün tuturdum. Bu da nəticədə ailə büdcəsinə öz təsirini mütləq göstərirdi. Hökümətimizin bu gözəl qərarından sonra isə daha taksilərə minməyəcəm. Benzinin qiyməti qalxdısa, taksi də öz qiymətin artıracaq əlbət ki. Demək, məcburən avtobusla hərəkət etməli olacam. Bu da nə deməkdir? Avtobusa xərclədiyim pullar, əvvəlki və indiki taksiyə xərclədiyim pullardan aşağı olacağı deməkdir. Beləliklə nooldu?.. Bu qiymət artımı mənim ailə büdcəmə xeyir verdi. Hələ sağlıq..? Sağlığı demirəm hələ. Bəzi yerlər vardır ki, biz tərəfdə ora avtobus işləmir. İndi avtobus da yox, taksi də baha. Neynəyəcəm? Məcburən bu yolu ayaqla getməli olacam. Təmiz hava, bol yürüyüş...gəl sağlıq, gəl!

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

PSIXOPATKA

  • 4 dekabr 2013 18:50
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
Heyqeten yerı var. Twk. . .

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 4 dekabr 2013 18:23
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
maraqlıydı=))

--------------------

ShคмKiʀKค

  • 4 dekabr 2013 18:06
  • Məqalə: 74
  • Şərh: 5547
  • Bal:
{awards}
cox sag ol:)))

Banned456

  • 4 dekabr 2013 17:50
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Cox SaGolun^^

Roya_____

  • 4 dekabr 2013 17:47
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Elın qolun var olsun bacı

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 43
Cəmi: 80

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}