Tövhid və onun dərəcələri (III hissə)

 
Tövhid və onun dərəcələri (III hissə)

Tövhidin ikinci dərəcəsi sifati tövhiddir. Yəni Allah-təalaya məxsus olan bütün sifətlərin Onun zatından ayrı olmadığını və zatına əlavə edilmədiyini qəbul etməkdir.

Məlumdur ki, insan şüuru Allahı yalnız Onun bəzi sifətləri və yaratdıqları əsasında dərk edə bilər. Ümumiyyətlə, biz hər şey barəsində onun sifətləri əsasında mülahizə yürüdürük. Hər bir əşyanın ölçülərini, rəngini gözümüzlə, dadını ağzımızla, qoxusunu burnumuzla, materialını əlimizlə hiss edirik. İnsanın xasiyyətini əməllərindən və sözündən öyrənirik. Ayrı-ayrı informasiya fraqmentləri bir yerə toplanaraq, həmin əşya haqqında bizdə təsəvvür yaradır. Bununla belə, biz yenə də hər şeyin mahiyyətini anlamaqda acizik. Bəzən əldə etdiyimiz təsəvvürlər yanlış olur, bəzən tam olmur, bəzən isə tanışlıq zamanı əldə etdiyimiz informasiyaları bir-birinə “bitişdirib” analiz edəndə səhvə yol veririk. Hətta burada da uğur qazansaq, yenə bir çox məsələlərin kökünü, səbəbini, yaranma qaydasını öyrənə bilmirik. Yəni hər şey haqqında təsəvvürümüz şüurumuza uyğundur. Təsadüfi deyil ki, zaman keçdikcə bəzəriyyətin elm səviyyəsi də yüksəlir, dünən hakim olan nəzəriyyənin yanlışlığı bu gün aşkara çıxır.

Allahı dərk etməyimiz də belədir. Biz Onun yaratdıqlarına baxıb qüdrəti, elmi, hikməti, mərhəməti haqqında təsəvvür əldə edirik. Onun zatını dərk etmək isə heç vaxt insana müyəssər olmayacaq.

Allahın sifətləri Onun zatına əlavə deyil. Əks halda Allahın zatının hissələrdən ibarət mürəkkəb varlıq olduğunu qəbul etməlıyik ki, bu da Onun qeyri-cism və qeyri-məhdud olması ilə ziddir. Əgər sifət zatdan ayrı olsa, deməli, zatın özündən başqasına – yəni sifətə ehtiyacı var. Və ya əksinə, sifətin özünü nümayiş etdirməsi üçün zata ehtiyac yaranar. Bu halda Allahı necə saməd (ehtiyacsız) qəbul edə bilərik?

Əgər Allahın öz sifətlərini yaratdığını qəbul etsək, bir zaman Onun bu sifətlərsiz olduğunu etiraf etməliyik. Yəni Allah həyatı yaratmazdan əvvəl ölü, elmi yaratmazdan əvvəl cahil, qüdrəti yaratmazdan əvvəl zəif olmalı idi. Bu da Allahın kamal sifətlərinə ziddir. Deməli, Allahın sifətləri Onun zatı ilə eynidir, Onun zatına əlavə deyil, Onun zatından ayrıla bilməz. Allah bütün zatı ilə görür, eşidir, bilir, ruzi verir, yaradır, öldürür və s. və i.a. Bunun üçün Allaha heç bir vasitə və alət də lazım deyil. O, gözsüz görür, qulaqsız eşidir, beyinsiz bilir, əlsiz yaradır. Çünki bu proseslərin heç biri Onda bizim başa düşdüyümüz şəkildə getmir. Biz gözsüz görməyin nə demək olduğunu anlamırıq. Həm də bizim görməyimiz üçün əvvəlcə hadisə baş verməli, sonra biz onu görməliyik. Allah-təala üçün zaman məhdudiyyəti yoxdur. O, hər bir hadisəni baş verməzdən əvvəl bilir, görür və eşidir. Çünki həmin hadisənin həm səbəblərini, həm də özünü yaradan Odur. Allah üçün əvvəl-sonra anlayışı yoxdur, bu anlayış bizdən ötrüdür.

Allahın sifətləri Onun zatı ilə bütöv bir tam əmələ gətirir. Sifətlər özləri də bir-birindən ayrı və əlavə deyil. Əks halda yenə Allahın zatı hissələrdən ibarət olardı. Bu, Allahla sair varlıqları fərqləndirən əsas cəhətlərdən biridir. Allahdan başqa hər şeyin sifətləri onun zatına, vücuduna əlavədir. Bu sifət həmin əşyada (və ya canlıda) ola da bilər, olmaya da bilər. Məsələn, insan bir müddət görüb sonra kor ola bilər, bir müddət cahil olub sonra elmlənə bilər, bir müddət cavan olub sonra qocalar. Həmçinin, insanda bir sifət varsa, o birinin olması mütləq deyil. Məsələn, çox savadlı bir alim çox çirkin də ola bilər. Gözəl səsi olan müğənninin bədənində şikəstlik olması da mümkündür. Amma Allah bunlardan uzaqdır. Çünki Onda heç bir nöqsan sifət yoxdur. Bütün gözəl sifətləri daşıyan, amma eyni zamanda zalım olan Allahı təsəvvür etmək mümkündürmü? Yaxud ola bilərmi ki, Allah nəyi isə bilsin, nəyi isə yox?

Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin ilk xütbəsində Allahın sifətləri haqqında buyurur: “Onun sifətləri üçün heç bir hədd və dəyişiklik yoxdur”. Allahın ad və sifətləri qeyri-məhduddur, çünki Onun zatı da qeyri-məhduddur. Bütün gözəl sifətlər Ona aiddir, bütün nöqsanlar Ondan uzaqdır. Biz Allahın yalnız bəzi sifətlərini tanıyır və ayırd edirik, onları “əsmaül-hüsna” şəklində sadalayırıq. Əslində Allahın gözəl adlarının sayı bundan qat-qat çox
dur, daha dəqiq desək, sonsuz qədərdir. Elə buna görə bəzi alimlər deyiblər ki, əslində Allahın bircə sübutiyyə sifəti var, o da bütün kamal xüsusiyyətlərinə malik olmasıdır. Eləcə də, Allahın cəmi bircə səlbiyyə sifəti var ki, bu da bütün nöqsan və əskik sifətlərdən uzaq olmasıdır.


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 22 dekabr 2013 20:18
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
tewekkurler

Banned456

  • 15 dekabr 2013 21:33
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Məlumdur ki, insan şüuru Allahı yalnız Onun bəzi sifətləri və yaratdıqları əsasında dərk edə bilər. Ümumiyyətlə, biz hər şey barəsində onun sifətləri əsasında mülahizə yürüdürük. Hər bir əşyanın ölçülərini, rəngini gözümüzlə, dadını ağzımızla, qoxusunu burnumuzla, materialını əlimizlə hiss edirik. İnsanın xasiyyətini əməllərindən və sözündən öyrənirik.

Samir_Wuvalan

  • 14 dekabr 2013 01:40
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN MEQALE UCUN TESEKULLER

--------------------

Banned456

  • 7 dekabr 2013 15:08
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun deyerli meqale görə təşəkkürlər

AyliN BunyaminovA

  • 7 dekabr 2013 02:32
  • Məqalə: 390
  • Şərh: 5045
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

--------------------
...........................................................................................................................................................................

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 5 dekabr 2013 18:46
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
(^_*)

★KaRaMeLKa★

  • 5 dekabr 2013 14:42
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Allah razı olsun

EmİcKa

  • 5 dekabr 2013 08:20
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
tewekkurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 5 dekabr 2013 00:07
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
Allah razi olsun twk

melek_19

  • 4 dekabr 2013 23:47
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

_Awka Padnowka_

  • 4 dekabr 2013 21:39
  • Məqalə: 0
  • Şərh: 776
  • Bal:
{awards}
Tesekkurler. . . .

Tesekkurler. . .

--------------------
Agilli ol Wekerim :*

Elza Hüseynli

  • 4 dekabr 2013 21:28
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsun tewekkurler..

ヅ Sevimli_qiz ヅ

  • 4 dekabr 2013 20:32
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
{awards}
ALLAH razi olsun

Nara Neznakomka

  • 4 dekabr 2013 18:57
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Tövhidin ikinci dərəcəsi sifati tövhiddir. Yəni Allah-təalaya məxsus olan bütün sifətlərin Onun zatından ayrı olmadığını və zatına əlavə edilmədiyini qəbul etməkdir

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

PSIXOPATKA

  • 4 dekabr 2013 18:54
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Allahı dərk etməyimiz də belədir. Biz
Onun yaratdıqlarına baxıb qüdrəti,
elmi, hikməti, mərhəməti haqqında
təsəvvür əldə edirik. Onun zatını
dərk etmək isə heç vaxt insana
müyəssər olmayacaq.

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 4 dekabr 2013 18:21
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Banned456

  • 4 dekabr 2013 17:55
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

★KaRaMeLKa★

  • 4 dekabr 2013 17:50
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Allah Razi Olsun

Roya_____

  • 4 dekabr 2013 17:48
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah Razı Olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 29
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 541
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}