Hər qadın və kişi oxumalıdır!

 
Hər qadın və kişi oxumalıdır!

Hesabını ödəyə bilməyəcəyiniz işlərə cəhd etməyin. Dünyada etdiklərimizin hesabını digər tərəfdə verəcəyik. Axı həm burada, həm də orada ödəyəcəyimiz hesablar var. Məsələn bir aldatma mövzusu vardır ki, hesabı həm burada, həm də digər tərəfdə verilir. Bir kişi arvadını aldadanda həm xanımına, həm digər qadına, həm uşaqlara, həm cəmiyyətə hesab verməlidir. Çox qiymətli hesabdır... Bir qadın alırsan, ən azı beş hesab ödəyirsən. Bir qadını aldadanda hesabı daha da çətin olur.

Qadınlardan ən çox gələn şikayətlər aldatma mövzusu barəsindədir. Az qala hər gün həyat yoldaşımın facebookda bir qadınla özəl mesajlarını oxudum, məni aldadırmış, ya da ərim köhnə sevgilisi ilə görüşürmüş.

Xanımları tərəfindən tutulan kişilərin davranışları məni çox təəccübləndirir. Xanımlarının dediyinə görə "tutulanda" çox çaşırlar, əlləri ayaqları bir-birinə dolaşır.


Yoldaşlarını aldadan ya da aldatma yoluyla gedən ərlərə bir neçə söz demək olar.

Əvvəlcə, tutulanda niyə çaşırsınız ki? Tutulacağınız heç ağlınıza gəlmədi? Əgər gəlmədisə, o ağlı ağıl deyə başınızda daşımayın, çıxarın atın. Bir uşaq belə səhv iş görəndə yaxalanacağını düşünür. Sonra qəribə-qəribə yalanlar söyləyirlər, yoldaşınızın sizə azca etibarı qalıbsa, onu da yox etməyin. "Ciddi bir şey deyildi, elə əyləncə üçün yazışırdıq" kimi əhəmiyyətsiz bir şey kimi göstərməyə çalışıb qadını daha da əsəbləşdirməyin. "Yaxşı, ciddi deyilsə davam et." demək ehtimalı olmadığına görə... Bir kişi arvadını aldatmağa başlayıbsa, uşaqlıqdan çıxmış bir yetkindirsə, bir neçə şeyin hesabını bilməlidir. Bunların hesabını etdinizmi?

Bir-bir bu hesablara baxaq.


Xanımınız biləndə nə edəcəksiniz?


Kişilərin beynin sol tərəfini daha çox istifadə etdikləri üçün məntiq ilə hərəkət etmələri qadınlardan daha qüvvətlidir, amma məsələ aldatma mövzusuna gələndə çox axmaq davranırlar. Hamısı yaxalanmayacağını ümid edir, lakin hamısı da "tutulur." Siz də yaxalanacaqsınız. Niyyətiniz nədir? O zaman necə davranacaqsınız?

Yoldaşınız aldatdığınızı öyrənəndə nə edəcək, heç düşünmüsünüz?

A) Yoldaşınız çox ağlayıb kədərlənəcək - heç vicdanınız sızlamayacaq?!
B) Boşanmaq istəyə bilər - buna hazırsınız? Heç kimi günahlandırmadan nəticəsinə dözəcəksiniz?!
C) Yoldaşınız ayrılmaq istəməsə belə sizə olan etibarını itirəcək, artıq həmişə sizdən şübhələnəcək, aranızda yenidən məhəbbət yaratmaq çətin olacaq - bu sizi narahat etməyəcək?!
D) Yoldaşınız hər mübahisədə bu hadisəni başınıza qaxacaq, əlaqəsi oldu olmadı hər mövzunu bu mövzuya bağlayacaq. Bəlkə qırx il sonra belə, yenə də - buna hazırsınız?
E)
Yoldaşınız onu aldatdığınızı düşünəcək, bir neçə gün danışıb unudacaq. O zaman nə isə etməyinizə ehtiyac yoxdur, lakin bu ehtimal çox deyil, boş yerə ümidlənməyin. "Ələ keçsəm, xanımım bir neçə gündə unudar" deyən bir kişi qadınları heç tanımır demək ki...
Bir də digər qadın mövzusu var. O tərəfdə vəziyyət bir neçə mərhələdə inkişaf edir - o inkişaflara və sonunda çıxacaq hesaba hazırsınız?

Subay bir qadınla görüşürsünüz deyək...


1) Gənc qız çoxdan evlənmə xəyalları qurmağa, internetdən şadlıq sarayları araşdırmağa başlamışdır. Nə qədər olsa qarşısında xanımı ilə xoşbəxt ola bilməyən bir kişi var və o özü onu xoşbəxt edəcəyinə inanır - onun evlilik xəyalları içində olmaq istəyirsinizmi? İstəmirsinizsə, ikinci addıma hazır olun.
2) Sizin artıq aranızdakı əlaqəni yoldaşına anlatmağınızı gözləməkdən bezir və yoldaşınızın hadisəni öyrənməsinə köməkçi olmağa başlıyır. Yoldaşınızı şübhələndirəcək şeylər edir. Bunun üçün yoldaşınızı bir şey olmadığına inandırmaq üçün çoxlu yalan söyləmək lazımdır. Lakin nə söyləyirsən söylə, tutulmaqdan qaça bilməyəcəksiniz. Daha sonra bu yalanların hesabını tək-tək verəcəksiniz (hər iki tərəfdə), - buna hazırsınız?!
3) Digər qadın ona göndərdiyiniz mesajları, sizin xanımınızla əlaqədar xoş olmayan sözləri, özəl, şəxsi yazışmalarınızın hamısını yoldaşınıza göndərəcək, yoldaşınız ondan əsirgədiyiniz şirin sözləri başqa bir qadına söylədiyinizi oxuyunca necə reaksiya verəcək? Yoldaşınız ikiniz arasındakı xüsusi şeyləri başqa bir qadınla bölüşməyinizə nə deyəcək?! - Yoldaşınız bunları oxuduqdan sonra işin içindən necə çıxacaqsınız? Başqa bir qadına yazdığınız hər cümləni yoldaşınızın da bir gün oxuyacağını unutmayın. Digər qadın yazışmaları kopyalayıb həmin adamın xanımına göndərir. Və qadınları bu, çox yaralayır.
4) Hər şey ortaya çıxanda nə edəcəksiniz, boşanıb digər qadınla evlənə bilərsinizmi? Kişilər, ümumiyyətlə iş bu mərhələyə gələndə digər qadını buraxıb yoldaşlarına dönməyi seçirlər. Niyyətin evliliyini davam etdirmək, öz halal xanımınızla olmaqdırsa, bütün bunlar nəyə lazımdır? Ortada gözü yaşlı iki qadın və bədbəxt uşaq olacaq - o qədər insanı bədbəxt etməyə dəyərmi? Siz bir az əylənəcəksiniz deyə... 5) "Digər qadına da ev alaram, dini kəbin kəsdirərəm" deyirsinizsə yenə işiniz çox çətindir. Xülasəylə qısqanclıqlara, bədbəxtlik və göz yaşlarına hazır olun. Qadınlar sevirlərsə qısqanarlar.


Digər qadın evlidirsə nələr ola bilər? Bir də ona baxaq.


1. Evli bir qadınla görüşdüyünüz üçün bir əlaqə olmasa belə məhrəm şeylər yazışdığın üçün yoldaşınızın, uşaqlarınızın və ətrafınızın gözündə ən böyük şərəfsizliyi etmisiniz demək ki... - Başqasının xanımına göz dikdiyiniz üçün yoldaşınızın və uşaqlarınızın üzünə necə baxacaqsınız?
2. Qadının əri tərəfindən tutulma ehtimalınız da var. Ya da sizin yoldaşınız vəziyyəti öyrənib qadının əri ilə əlaqəyə keçib yazışmalarınızı göndərmə ehtimalı var. Bu da ayrı bir dərddir. Bu vəziyyətdə hər cür problem ortaya çıxa bilər - bu vəziyyətdə nə edəcəksiniz? Qadın sizin üzünüzdən ərindən ayrıldı, indi nə edəcəksiniz?

Çıxa biləcək problemlərə baxaq.


1. Deyək ki, onunla evləndiniz - xoşbəxt olacaqsınız? Bir yuva qurmaq üçün boş yerə iki yuvanı birdən yıxmış olacaqsınız, bunun ağrısı içinizdənn heç çıxmaya bilər.

2. Arxada qoyduğunuz yoldaşınız və uşaqlarınız sizi bağışlayacaqmı?
3. Bu xanımınızın istəklərinə yetişə biləcəksinizmi? Nə qədər də olsa sizin üçün yuvasını və uşaqlarını tərk edib gəlib. Yazışarkən ona göstərdiyiniz romantik və anlayışlı adamı gerçək həyatda yaşada biləcəksiniz?
4. Və o da uşaqlarını götürüb gəlsə, onlara atalıq edə biləcəksiniz? Və çox ehtimal ki, o uşaqlar sizin üzünüzdən atalarından ayrıldıqları üçün sizi heç vaxt bağışlamayacaq və xoşbəxt olmanıza icazə verməyəcəklər.
5. Bu vaxt sizin uşaqlarınızın da məsələsi çıxa bilər. Siz evləndikdən sonra narahat olasınız deyə ana uşaqları sizə göndərə bilər. Və həmin xanım onları istəməyəcək. O zaman nə edəcəksiniz?
6.İlk evlilik günlərinin həyəcanı tez keçəcək, uşaqlarınızdan ötrü hər ikiniz darıxmağa başlayacaqsınız və bunun ağrısını da sizdən çıxaracaq. Bu vəziyyətdə necə davranacaqsınız?
Offf... yazarkən belə içim sıxıldı. Qadınların göz yaşları, uşaqların şahid olduqları narahatlıqlar, digər qadının ərinin və uşaqlarının, hətta ailəsinin vəziyyəti... Evli, uşaqlı xanımların buraxıb başqa bir kişi tapması bizim cəmiyyətimizdə çox asan həzm ediləcək bir şey deyil. Böyük ehtimal ki, öz ailəsi də o qadına arxa dönəcək. İki adamın etdiyi bir çox adamı bədbəxt edəcək. Bir də bunların digər tərəfdə ağır hesabı olacaq. Yaxşı, bu qədər çətinlik nə üçündür? Bu qədər insanın kədərlənməsinə dəyəcək nə var ortada? Heç nə əslində... Bəlkə bir az həyəcan, əyləncə... Amma başqa bir şey deyil. Bir müddətlik həyəcan üçün həyatları məhv etməyə, puç olmağa dəyərmi?
Aldatmalar bəzən aldatma niyyəti ilə deyil "yoldaş olaq, dərdlərimizi paylaşaq" deyə başlayar, lakin nəticə etibarı ilə ümumiyyətlə romantik menasibətləri özü ilə birgə gətirər. Buna görə heç kimin arvadına, qızına böyük qardaşlıq etməyə çalışmayın, özünüzə güvənməyin. Hələ nəticələrini düşünmədən aldatma yoluna heç girməyin. Hesabını verə bilməyəcəyiniz işlərə təşəbbüs belə etməyin. Bunun nəticəsi sizin üçün də, digər qadınlar üçündə xoşbəxtlik deyil. Yoldaşlar arasında güvən və sevgi çox qiymətlidir. Hər şeyi yaxşı düşünün.

Aldatmağı başınızdan çıxarın və evliliyiniz həqiqətən çox pisdirsə, hər şeyi yenidən həll edə biləcək kimi deyilsə, boşanın və yenidən evlənin. Yox, o qədər pis deyilsə, başqa bir qadına ayıracağınız zamanı yoldaşınıza ayırın. Digər qadına söylədiyiniz şirin sözləri, davranışları yoldaşınıza söyləyin. Baxın, o da sizə qarşılıq verəcəkdir. Cinsi problemləriniz varsa, yoldaşınızla birlikdə bu sahəylə məşğul olan həkimə gedin, müalicə olunun, utanacaq bir vəziyyət yoxdur burda.
Hirsinizə məğlub olub yoldaşınızdan sevginizi əsirgəməsəz ,qarşılığını alarsınız. Digər qadını tovlamaq üçün göstərəcəyiniz əməyi sizinlə həyatını paylaşan, uşaqlarınızı doğan qadına göstərməniz daha doğru bir davranışdır, deyilmi? Problemləriniz varsa, bir uşaq kimi qaçmaq yerinə, evin rəisi olaraq həll tapmaq üçün səy göstərməyə cavabdehsiniz.


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 21 dekabr 2013 17:36
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
Kişilərin beynin sol tərəfini daha çox istifadə etdikləri üçün məntiq ilə hərəkət etmələri qadınlardan daha qüvvətlidir, amma məsələ aldatma mövzusuna gələndə çox axmaq davranırlar. Hamısı yaxalanmayacağını ümid edir, lakin hamısı da "tutulur." Siz də yaxalanacaqsınız. Niyyətiniz nədir? O zaman necə davranacaqsınız?

Samir_Wuvalan

  • 20 dekabr 2013 12:27
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
meqaleye gore sagol..

Banned549678

  • 15 dekabr 2013 20:52
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Xanımları tərəfindən tutulan kişilərin davranışları məni çox təəccübləndirir. Xanımlarının dediyinə görə "tutulanda" çox çaşırlar, əlləri ayaqları bir-birinə dolaşır.

✰ ♥..Золушка..♥ ✰

  • 14 dekabr 2013 22:46
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqaleye gore sagol..

✰ ♥..Золушка..♥ ✰

  • 11 dekabr 2013 21:41
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqaleye gore sagol..

✰ ♥..Золушка..♥ ✰

  • 9 dekabr 2013 17:49
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkurler...

Banned549678

  • 9 dekabr 2013 17:18
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

✰ ♥..Золушка..♥ ✰

  • 7 dekabr 2013 17:00
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
xebere gore sagol..

AyliN BunyaminovA

  • 7 dekabr 2013 01:44
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
tewekkurler

--------------------
ܨܓܓܨܓܓ✍

Banned549678

  • 6 dekabr 2013 18:21
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Xəbərə görə təşəkkürlər

Dikaya_Kavkazka

  • 6 dekabr 2013 16:51
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
Bow weydi...=))Twk

★KaRaMeLKa★

  • 6 dekabr 2013 16:49
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Xəbərə görə təşəkkürlər

GOYERCIN

  • 6 dekabr 2013 16:44
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
SUPERRRRRRRRR

--------------------
semimiyem

Qaranliqda_tek

  • 6 dekabr 2013 12:58
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

EmİcKa

  • 6 dekabr 2013 06:42
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
tewekkurler

--------------------

Banned1

  • 6 dekabr 2013 01:57
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}


Ussss uyeyim coh saol coh mayaqyiyditongue


melek_19

  • 5 dekabr 2013 23:54
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Maraqli idi.........

--------------------

_Awka Padnowka_

  • 5 dekabr 2013 21:34
  • Məqalə: 0
  • Şərh: 776
  • Bal:
{awards}
Tesekkurler. . . )

--------------------
Agilli ol Wekerim :*

Elza Hüseynli

  • 5 dekabr 2013 20:16
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Maraqli idu tewekkurler

myaw

  • 5 dekabr 2013 20:06
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
hmsn oxumadm ama yaxsiydi twk:) tongue

--------------------
Weytana uymaq isdemirem ama eclafin zor fikilrleri var:)

Nara Neznakomka

  • 5 dekabr 2013 20:05
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Xanımları tərəfindən tutulan kişilərin davranışları məni çox təəccübləndirir. Xanımlarının dediyinə görə "tutulanda" çox çaşırlar, əlləri ayaqları bir-birinə dolaşır. sad

Digər qadın evlidirsə nələr ola bilər? Bir də ona baxaq.

1. Evli bir qadınla görüşdüyünüz üçün bir əlaqə olmasa belə məhrəm şeylər yazışdığın üçün yoldaşınızın, uşaqlarınızın və ətrafınızın gözündə ən böyük şərəfsizliyi etmisiniz demək ki... - Başqasının xanımına göz dikdiyiniz üçün yoldaşınızın və uşaqlarınızın üzünə necə baxacaqsınız?
2. Qadının əri tərəfindən tutulma ehtimalınız da var. Ya da sizin yoldaşınız vəziyyəti öyrənib qadının əri ilə əlaqəyə keçib yazışmalarınızı göndərmə ehtimalı var. Bu da ayrı bir dərddir. Bu vəziyyətdə hər cür problem ortaya çıxa bilər - bu vəziyyətdə nə edəcəksiniz? Qadın sizin üzünüzdən ərindən ayrıldı, indi nə edəcəksiniz?......

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

мυsLiмαηκα

  • 5 dekabr 2013 20:00
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
maraqlidir teşekkürler

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 5 dekabr 2013 19:44
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Xanımları tərəfindən tutulan kişilərin davranışları məni çox təəccübləndirir. Xanımlarının dediyinə görə "tutulanda" çox çaşırlar, əlləri ayaqları bir-birinə dolaşır.

--------------------
(^_*)

Roya_____

  • 5 dekabr 2013 19:37
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
teşekkürler oxuyacam can^^

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 5 dekabr 2013 19:35
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
maraqlıydı çox saol..

--------------------

yagmur13

  • 5 dekabr 2013 19:35
  • Məqalə: 0
  • Şərh: 70
  • Bal:
{awards}
sebrim çatmır tşkkkkkkkkkkkk

--------------------
güzelim özelim her kezi üzerim...

✵Дорогой✵

  • 5 dekabr 2013 19:35
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Tewekkurler maraqli idi.

вคɴค iкiмizi คɴlคт ❤

  • 5 dekabr 2013 19:32
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Tewekkurler maraqli idi...

Axilli qiz

  • 5 dekabr 2013 19:31
  • Məqalə: 15
  • Şərh: 1399
  • Bal:
{awards}
Ilk serh menden

--------------------
reklam etmek olmaz
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 29

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}