Ailədən kənarda yaşamaq istəyən qızlar

 
Ailədən kənarda yaşamaq istəyən qızlar

Ailəsindən kənarda yaşamaq istəyən qızların sayı günü gündən artmaqdadır.Buna hallara
Azərbaycan cəmiyyətində gedən sürətli dəyişikliklərin mənfi təsiri də hiss edilməkdədir. Bu özünü xüsusən də bir qrup gəncin hərəkətlərində, davranış və əxlaqında biruzə verir. Məlumdur ki, əhalinin müəyyən bir hissəsi iqtisadi cəhətdən problemlər içindədir. Mənəvi böhranla üzləşənlərin böyük əksəriyyəti hesab edir ki, onlar bu yola maddi problemlər ucbatından düşüb.

Qızlarımızda qəribə dəyişiklilər baş verməkdədir. 16-25 yaş arasında olan qızların bir çoxunda ruh düşkünlüyü hiss edilir. Bu yaş qrupunda olan qızların bəzilərilə söhbət zamanı məlum oldu ki, onlar ailədən kənarda sərbəst həyat tərzi keçirmək istəyir. Bu fikirdə olan qızlar deyirlər ki, qız və qadınların seriallardakı kimi müstəqil yaşaması vacibdir. Qızlar deyir ki, onların ailələrindən ayrı yaşamaması erkən yaşda tez-tez depressiyaya düşmələrinə gətirib çıxarır. Günlərlə stress və depressiya vəziyyətində yaşayan qızlar hesab edir ki, valideynlərindən uzaqda yaşasalar, onlar istədikləri həyatı yaşaya bilər, valideynlərindən asılı olmazlar.

Xatırladaq ki, bu qızların çoxu serial aludəçisi olmaqla yanaşı, həm də şou-biznes və onun nümayəndələrinin həyat tərzilə ciddi maraqlanırlar. Yəni bu qızlardan hansı müğənninin hansı ayda, hansı gündə evləndiyini, ailəli olub-olmadığını, kiminlə gəzdiyini və s. soruşsan onlar sənə bu barədə çox dəqiq cavab verəcəklər.

Sosioloq və psixoloqların sözlərinə görə də, bu cür qızların olması faktdır, bu barədə ciddi tədbirlər görülməsinə böyük ehtiyac var.

Qızların (müəyyən faiz) ailəsindən kənar yaşamağa meyl göstərməsini psixoloqlar belə qiymətləndirir ki, o qızlar ya ailədə ciddi təzyiqlərlə üzləşir, ya da ki, seriallarda təbliğ olunan "azad həyat"ın təsirinə düşüb. Psixoloqların dediyinə görə, internet yazışmaları, buradakı müxtəlif saytlar da qızların ailədən uzaqlaşmasına səbəb olur. Daim azadlığa, müstəqil həyata can atan qızların ailələrində təpkilə üzləşməsini onların depressiyaya düşməsi və steress keçirməsinə səbəb kimi göstərən psixoloqların bildirdiyinə görə, bu qızlar gec-tez ailəni tərk edir. Psixoloqlara görə, müasir yeniyetmə və gənclərin bu cür həyata meyl göstərməsində bəzən valideynlərin də günahı az olmur.

Yəqinki çoxlarımız belə ailə tanıyırıq.Həmin ailələrin övladları ya "azad həyat"a can atır, ya da ki, depressiyaya düşür. Qızların bu yolu seçməsində həm mühitdə gedən proseslər, həm telekanallarda nümayiş olunan seriallar, internet, iqtisadi vəziyyət səbəb olur. Qaldırdığınız problem çox ciddi problemdir. Bu qızlar gələcəyin anasıdır. Bu faktorların yaratdığı "qızlar təbəqəsi" diqqəti çəkir. Artıq bu qızlar ailələrilə birgə yaşamaq istəmir. Tez-tez özlərinin məclisləri olur, burada əylənirlər. Əyləncədən çıxıb evlərinə getmək, qonaq gedib qonaq qəbul etmək məsələsi var. Yəni evə gec gələndə valideyn "haradasan" deyə soruşur.

Konkret olaraq, ailədən getmək istəyən "qızlar təbəqəsi"nin olması faktdır, göz qabağındadır.

Bizim gənclərin özlərini Avropa, Qərb gənclərilə bu mənada müqayisə etdiyini normal qəbul etmədiyini deyən ekspertin sözlərinə görə, o gənclər müstəqil həyat yaşamağa hazır olsalar da bizim gənclər qətiyyən hazır deyil. Mütəxəssis deyir ki, buna görə də azərbaycanlı gənclər daha çox insan alverinin qurbanı olur.Barlara gedən və əxlaqsızlığa qurşanan qızların bəziləri rayon yerlərindən ailələrindən qaçıb şəhərə gələnlərdir.


Geri dön

Ulya

  • 3 fevral 2011 20:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
tesekkur edirem

neners

  • 26 yanvar 2011 17:08
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
ONLY-GIRL BES SIZ NECE AZAD QIZ DEYILSIZKI???????????????????

L_SimuS

  • 25 yanvar 2011 23:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
onlar qiz deyilki))

tewekkurler

YazYamuru

  • 24 yanvar 2011 19:39
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
NƏ BİLİM VALLAH............. recourse winked

--------------------



Lindo

  • 24 yanvar 2011 18:42
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk xebere gore

nilayka

  • 24 yanvar 2011 18:12
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
AILEM HARDA MEN DE ORDA TWK

--------------------

Cici-Kiz

  • 24 yanvar 2011 16:03
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Mən belə dusunmurəm, Uzaqda yasayacamsa ailəm də yanimda oldugu halda bunu arzulayaram.
Xanimlara hədsiz sərbəstlik verməyən ailələrin tərəfdariyam. Xanimlar nə qədər ailələrinin himayəsi altinda olarlarsa o qədər pis hadisələrdən, təhlukələrdən sigortalanmis olarlar. Ailəmin himayəsini hiss etmək mənimcun ən əvəzolumaz, xosbəxtlikdir!

Maraqli movzuya toxundugunuz ucun, minnətdaram!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Cant_Breathe

  • 24 yanvar 2011 15:32
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Ailemden kenarda yashamaq istemezdim. Ailemle bu olkeden kenarda yashamaq isterdim.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}