Qeyri-adi yuxular və yuxu yozulması

 
Qeyri-adi yuxular və yuxu yozulması

Allaha həmd olsun! Yuxu insanların tam idrak etməkdən aciz qaldığı Allahın bir sirridir. Maddəçilər onda olan qeyri adi maddə üstü halları qarşısında aciz qalmış, onu idrak edib izah edə bilmədiyini etiraf etmişlər. Möminlərə gəldikdə onların halı bu mövzuda maddəçilərə baxanda çox-çox aydın vəziyyətdədir. Çünki möminlərin əlində hər şeyi aydınladacaq ilahi vəhydən ibarət xəbərlər var (Allahın kitabı Quran və Quran olmayıb Allahın qeybdən Rəsuluna açdığı xəbərlər).


Bu xəbərlərdən biri də yuxu haqqındadır. Yuxular əsasən bir neçə növ olurlar.
1.Saleh yuxu. Bu peyğəmbərliyin qırx altıda biri olub Allahın bir müjdəsidir.
2.Şeytani yuxu. Bu insanı sarsıtmaq, qorxutmaq üçün şeytan tərəfindən insana göstərdiyi yuxudur.
3.İnsanın həyatda yaşadığı gerçəklər, düşündüyü fikirlər, eşitdiyi, gördüyü məsələlərin yuxuda görülməsidir.


Rəsulullah (s.a.s.) buyurur: “Yuxu üç cürdür: “Saleh yuxu. Bu Allahdan bir müjdədir. Digər bir yuxu şeytan tərəfindən insanı məyus etmək üçün göstəriləndir. Digər bir cür yuxu isə insanın özü özünə etdiyi təlqinlərdir.” (Buxari, Müslim)


Başqa bir hədisdə belə buyurur: “Yuxu üç cürdür. Bunlardan birisi şeytanın bu yolla Adəm oğlunu üzməsi üçün qorxutması və dəhşətə düşürtməsidir.


Bir qismi isə adamın oyaq ikən etmək istədikləri ilə əlaqədardır ki, bunları yuxuda ikən görər. Bir digər qisim yuxu isə peyğəmbərliyin qırx altı bölümündən bir bölümdür.” (İbni Macə)


Yuxunun yozulmağına gəldikdə, bu böyük bir məharət, təcrübə, bilgi, istedad tələb edən bir elmdir.İmam Malikə hər kəs yuxunu yoza bilirmi deyə soruşulmuş, o “Peyğəmbərliklə oynamaqmı istənilir. Yuxunu ancaq bu işi gözəl bilən kimsələr yoza bilər. Əgər bir xeyir görürsə onu bildirsin. Xoş olmayan bir şey görürsə, ya xeyir söyləsin ya da sussun” - deyə cavab vermişdir.
Yuxunun danışılmasına gəldikdə ümumiyyətlə yuxu hər kəsə danışılmaz. Görülən yuxunun hansı növdən olmasından asılı olaraq, onu kimlərə anladıb kimlərə anlatmamağı müəyyən etmək olur.


Açıq şeytani və qarışıq (əğdaş) yuxular.
Qarışıq yuxular sadiq yuxulara bənzəməklə birlikdə onlarla əlaqəsi olmayan yuxulardır. Qarışıq olduğundan dolayı doğru yozulması mümkün olmayan şeytani yuxular növündəndir.
Bu yuxular heç kəsə anladılmaz və tez unudulmağa çalışırlar. İnsan oyaq ikən şeytan ona pislikləri gözəl göstərib vəsvəsələrlə tələlər hazırladığı kimi, eyni şəkildə yatarkən də onu qorxutmaq və sındırmaq üçün bu cür yuxularla ona tələlər qurur.
Cabirin (r.) rəvayət etdiyinə görə: “Rəsulullah (s.a.s.) xütbə verərkən: “Sizdən hər hansı bir kimsə şeytanın onunla oynamasını heç kimə xəbər verməsin!” buyurdu.” (Müslim)
Yenə bir dəfə bir bədəvi: “Ya Rəsulullah yuxuda sanki başımın vurulduğunu və yerə düşüb yuvarlandığını mənim də arxasınca qaçdığını gördüm” dedikdə, Rəsulullah (s): “Şeytanın səninlə oynamasını heç kəsə xəbər vermə!” buyurdu.” (Müslim)


Xoş yuxular.
Bu yuxuları danışmaq olar. Amma bunu edərkən adam kimə danışacağına diqqət etməlidir. Etibar etdiyi, yaxın bildiyi adamlara danışması gərəkdir. Rəsulullah (s.a.s.) buyurur: “Sizdən hər hansı biriniz sevdiyi bir yuxu görərsə şübhəsiz ki, o Allahdandır. Bu yuxuya görə Allaha həmd etsin və yuxusunu danışsın. Əgər bundan fərqli olan, xoşuna gəlməyən bir yuxu olarsa şübhəsiz ki, bu şeytandandır. Şərrindən Allaha sığınsın və heç kimə anlatmasın. Bu təqdirdə yuxunun ona zərəri olmaz.” (Buxari)
Əbu Sələmə (r.a) deyir ki: “Mən bir yuxu görürdüm sonra onun üzündən xəstələnirdim. Nəhayət Əbu Qətadəni belə deyərkən dinlədim Peyğəmbər (s.a.s.) belə buyurdu: “Gözəl yuxu Allahdandır. Buna görə sizdən hər hansı bir kimsə sevdiyi bir şey görərsə onun ancaq sevdiyi kimsələrə danışsın. Xoşuna gəlməyən bir şey görəcək olursa onun və şeytanın şərrindən Allaha sığınsın və üç dəfə (soluna) tüpürəcək kimi etsin və yuxusunu kimsəyə danışmasın. Bu təqdirdə bu yuxunun ona zərəri olmaz.” (Buxari, Müslim)
Peyğəmbər (s) buyurur: “Yuxu yozulduğu şəkildə gerçəkləşir. Bunun örnəyi isə ayağını qaldıran və onu yerə qoyacağı zamanı gözləyən kimsənin halına bənzəyir. Buna görə sizdən kimsə bir yuxu görsə onu onun yaxşılığını istəyən səmimi birisinə ya da alim birisinə danışsın. Başqasına danışmasın.” (Hakim)
Bu hədislər yuxunun yozulduğu kimi çıxdığı mövzusunda açıq ifadələr daşıyır. Buna görə Rəsulullah (s) yuxunu ancaq bu işi bilən ya da səmimiyyətlə öyüd verən kimsələrə danışılmasını buyurmuşdur.


Peyğəmbəri (s.a.s.), salehləri və digərlərini yuxuda görmək.
Rəsulullah (s.a.s.) buyurur: “Kim məni yuxuda görərsə məni görmüş olar. Çünki şeytan mənim surətimdə görünməz. Mömin göründüyü yuxu da peyğəmbərliyin
qırx altıda bir hissəsindən bir hissədir.” (Buxari)
“Kim məni görürsə haqqı görmüş olur. Çünki şeytan mənim surətimə girə bilməz.” (Buxari)
Qazi İyad (r.) deyir ki: “Hədisin belə bir mənaya gəlmə ehtimalı vardır. Əgər bir adam Peyğəmbəri (s.a.s.) onun həqiqi görünüşü ilə ziddiyyət təşkil etməyən həyatda sahib olduğu şəkildə görərsə haqqı görmüş olur. Yox əgər Allah Rəsulunu (s.a.s.) həqiqətindən fərqli bir şəkildə görərsə bu yuxu təvil ediləcək (başqa mənaya yozulması lazım gələcək) bir yuxu deməkdir. Və bu yuxu həqiqəti ifadə edən bir yuxu deyildir. Çünki bəzi yuxular eyni ilə görüldüyü kimi gerçəkləşər digər bir qismi isə yozuma, şərh edilməyə möhtacdır.”
İslam dini tamamlanmışdır. Bu dinin istər əsası olsun istər digər məsələləri olsun dəyişdirilməz. Bu dində yenidən icad edilən hər bir şey rədd olunan işlərdən sayılır. Çünki Allahın bu dini əskiksiz və mükəmməl olduğunu bildirdiyi gerçəyin inkar anlamına gəlir. Bundan hərəkət edərək elm əhli Peyğəmbərin (s) yuxuda birisinə şəriətin bir hökmünə zidd gələn bir hökm əmr edərsə bu alınan əmr nə yuxu görənin nə də başqasının yerinə yetirilməsi üçün uyğun olmaz. Peyğəmbərin (s) həyatda ikən və oyaq olaraq verdiyi fətva yuxuda görülən fətvadan üstündür. Peyğəmbəri (s) yuxuda görmək olar, amma heç kim təminat verə bilməz ki, onun söylədiyi sözlər yuxu görən tərəfindən başa düşülmüş və ya yadda saxlanmışdır. Yuxu yozmanı yaxşı bilən, yuxu yozmaqda bəlli bir vərdiş və məharəti olan yuxunun nə şəkildə təvil ediləcəyini bilən xaricində kimsənin yuxunu yozması doğru deyildir.
Saleh adamları, mələkləri, digər peyğəmbərləri, səhabələri və sair bənzəri insan və mələkləri yuxuda görmək haqqında bunları söyləmək olar. Əgər Rəsulullahın (s.a.s.) yuxuda görülməsi zamanı 100 faiz bunun haqq olmasına dəlalət etməmə ehtimalı varsa, onda digərləri haqqında bunu necə söyləmək olar? Təcrübə göstərir ki, yaşadığımız cəmiyyətdə meydana çıxan cadugərlər, falçılar, sehrbazlar, cinlilərin bu “sənətə” başlamasına səbəb məhz bu qəbildən olan yuxulardır. Bunların əksəriyyətinin anlatdıqları məhz bu kimi yuxulardır. Əsasən ağ əmmamədə, ağ paltarda, ağ saqqalda yaşlı bir nurani kişi gəlir və deyir: “Sən namaz qılmalısan, Quran oxumalısan və s.” Arxasınca adam başlayır namaz qılmağa, Quran oxumağa və s... Çox keçmir ki, adama “VERGİ” verilməsi haqqında söhbətlər gəzib dolaşır, yayılır, reklam edilir, ona iman etməyə dəvət edilir və s. Bundan sonra adam başlayır “fəaliyyətə” Hər dəfə “ağ əmmamə və paltardakı nurani yaşlı kişi” haqqında nağıllar başlananda artıq arxasınca “verginin” gələcəyini ehtimal etmək üçün alim olmağa gərək yoxdur. Çünki təcrübə göstərir ki, adətən hadisələr eyni və ya bənzəri ssenari ilə cərəyan edir.
Bu kimi şeytanın şərrindən Allaha sığınmaq gərəkdir. Allah sığınanların ən etibarlısı və güclüsüdür. Ondan başqa sığınacaq yoxdur. Həmd olsun Ona!


Geri dön

Samir_Wuvalan

  • 14 dekabr 2013 01:34
  • Məqalə: 62
  • Şərh: 12315
  • Bal:
ALLAH RAZI OLSUN MEQALE UCUN TESEKULLER

winxclub_bloom

  • 9 dekabr 2013 18:50
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqliydi

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 9 dekabr 2013 17:08
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkur edirem...

AyliN BunyaminovA

  • 9 dekabr 2013 14:10
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
meqaleye gore tewekkurler

--------------------
ܨܓܓܨܓܓ✍

ღKiRaZ MeVsİmCiღ

  • 9 dekabr 2013 11:40
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
tewekkurler

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 8 dekabr 2013 18:02
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
tewekkurler Allah Razi Olsun

--------------------
(^_*)

Samir_Wuvalan

  • 8 dekabr 2013 13:33
  • Məqalə: 62
  • Şərh: 12315
  • Bal:
{awards}
3.İnsanın həyatda yaşadığı gerçəklər, düşündüyü fikirlər, eşitdiyi, gördüyü məsələlərin yuxuda görülməsidir.

★KaRaMeLKa★

  • 8 dekabr 2013 13:21
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
3.İnsanın həyatda yaşadığı gerçəklər, düşündüyü fikirlər, eşitdiyi, gördüyü məsələlərin yuxuda görülməsidir.

love%messi

  • 8 dekabr 2013 12:54
  • Məqalə: 24
  • Şərh: 1715
  • Bal:
{awards}
Xoş yuxular.
Bu yuxuları danışmaq olar. Amma bunu edərkən adam kimə danışacağına diqqət etməlidir. Etibar etdiyi, yaxın bildiyi adamlara danışması gərəkdir. Rəsulullah (s.a.s.) buyurur: “Sizdən hər hansı biriniz sevdiyi bir yuxu görərsə şübhəsiz ki, o Allahdandır. Bu yuxuya görə Allaha həmd etsin və yuxusunu danışsın. Əgər bundan fərqli olan, xoşuna gəlməyən bir yuxu olarsa şübhəsiz ki, bu şeytandandır. Şərrindən Allaha sığınsın və heç kimə anlatmasın. Bu təqdirdə yuxunun ona zərəri olmaz.” (Buxari)
Əbu Sələmə (r.a) deyir ki: “Mən bir yuxu görürdüm sonra onun üzündən xəstələnirdim. Nəhayət Əbu Qətadəni belə deyərkən dinlədim Peyğəmbər (s.a.s.) belə buyurdu: “Gözəl yuxu Allahdandır. Buna görə sizdən hər hansı bir kimsə sevdiyi bir şey görərsə onun ancaq sevdiyi kimsələrə danışsın. Xoşuna gəlməyən bir şey görəcək olursa onun və şeytanın şərrindən Allaha sığınsın və üç dəfə (soluna) tüpürəcək kimi etsin və yuxusunu kimsəyə danışmasın. Bu təqdirdə bu yuxunun ona zərəri olmaz.” (Buxari, Müslim)
Peyğəmbər (s) buyurur: “Yuxu yozulduğu şəkildə gerçəkləşir. Bunun örnəyi isə ayağını qaldıran və onu yerə qoyacağı zamanı gözləyən kimsənin halına bənzəyir. Buna görə sizdən kimsə bir yuxu görsə onu onun yaxşılığını istəyən səmimi birisinə ya da alim birisinə danışsın. Başqasına danışmasın.” (Hakim)
Bu hədislər yuxunun yozulduğu kimi çıxdığı mövzusunda açıq ifadələr daşıyır. Buna görə Rəsulullah (s) yuxunu ancaq bu işi bilən ya da səmimiyyətlə öyüd verən kimsələrə danışılmasını buyurmuşdur.

--------------------

Nara Neznakomka

  • 8 dekabr 2013 12:50
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Bu xəbərlərdən biri də yuxu haqqındadır. Yuxular əsasən bir neçə növ olurlar.
1.Saleh yuxu. Bu peyğəmbərliyin qırx altıda biri olub Allahın bir müjdəsidir.
2.Şeytani yuxu. Bu insanı sarsıtmaq, qorxutmaq üçün şeytan tərəfindən insana göstərdiyi yuxudur.
3.İnsanın həyatda yaşadığı gerçəklər, düşündüyü fikirlər, eşitdiyi, gördüyü məsələlərin yuxuda görülməsidir.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

✵Дорогой✵

  • 8 dekabr 2013 12:30
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Allah Razı Olsun

Banned549678

  • 8 dekabr 2013 12:04
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

CholkaliDovwanka

  • 8 dekabr 2013 11:09
  • Məqalə: 5
  • Şərh: 177
  • Bal:
{awards}
Rəsulullah (s.a.s.) buyurur: “Yuxu üç cürdür: “Saleh yuxu. Bu Allahdan bir müjdədir. Digər bir yuxu şeytan tərəfindən insanı məyus etmək üçün göstəriləndir. Digər bir cür yuxu isə insanın özü özünə etdiyi təlqinlərdir.” (Buxari, Müslim)

Elza Hüseynli

  • 8 dekabr 2013 10:58
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsun Tewekkurler

Roya_____

  • 8 dekabr 2013 10:53
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

EmİcKa

  • 8 dekabr 2013 10:25
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

★KaRaMeLKa★

  • 8 dekabr 2013 07:25
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Maraqlı xəbərə görə tşk

Melek Aliyeva

  • 8 dekabr 2013 07:16
  • Məqalə: 0
  • Şərh: 1302
  • Bal:
{awards}
mence yuxudan basqa....her kes çöle çxanda guzgu qarşısında durub :"bu gun meni beyeneceklermi" deye yox"bu veziyyetde bu geyimde çöle çıxsam ALLAHa xoş gedermi deye düşünsünlrr....bilirem söhbetden kenar oldu ama hamımız ALLAHın yaratdığı bendelerikse ALLAHın qayda qanunlatina emel etmeliyik...

melek_19

  • 8 dekabr 2013 03:00
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Samir_Wuvalan

  • 8 dekabr 2013 00:51
  • Məqalə: 62
  • Şərh: 12315
  • Bal:
{awards}
Allah razi olsun.

женя

  • 8 dekabr 2013 00:04
  • Məqalə: 0
  • Şərh: 423
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
-Bəs niyə məhz mən? -Bunu anandan soruş.
Dünyanın ən gözəl qızını dünyaya o gətirib.

мυsLiмαηκα

  • 8 dekabr 2013 00:01
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
3.İnsanın həyatda yaşadığı gerçəklər, düşündüyü fikirlər, eşitdiyi, gördüyü məsələlərin yuxuda görülməsidir. 

bu düzdür

PSIXOPATKA

  • 7 dekabr 2013 23:37
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Bu kimi şeytanın şərrindən Allaha
sığınmaq gərəkdir. Allah sığınanların
ən etibarlısı və güclüsüdür. Ondan
başqa sığınacaq yoxdur. Həmd olsun
Ona!

--------------------

GUNI

  • 7 dekabr 2013 23:20
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
Cox vaxt ne olacaysa yuxuda menim anam gorur ...

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 7 dekabr 2013 22:35
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Axilli qiz

  • 7 dekabr 2013 22:31
  • Məqalə: 15
  • Şərh: 1399
  • Bal:
{awards}
Adeten pis yuxu gorende onu tersine yozurlar

--------------------
reklam etmek olmaz

✰ ♥..Золушка..♥ ✰

  • 7 dekabr 2013 22:25
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
xebere gore sagol....

ღNəmLi kiprikღ

  • 7 dekabr 2013 22:10
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Rəsulullah (s.a.s.) buyurur: “Yuxu üç cürdür: “Saleh yuxu. Bu Allahdan bir müjdədir. Digər bir yuxu şeytan tərəfindən insanı məyus etmək üçün göstəriləndir. Digər bir cür yuxu isə insanın özü özünə etdiyi təlqinlərdir.” (Buxari, Müslim)

^^Nazlı Şeytan^^

  • 7 dekabr 2013 22:09
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Allah razi olsun ! twk!

myaw

  • 7 dekabr 2013 22:07
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
Supikdi:)) twk

--------------------
Weytana uymaq isdemirem ama eclafin zor fikilrleri var:)
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}