Arvadı "tərbiyələndirməyin" qızıl qaydaları

 
Arvadı "tərbiyələndirməyin" qızıl qaydaları


Kəndimizdə “Vilos” ləqəbi ilə tanınan biri vardı. Doğrusu, indi sağ olub-olmamasından xəbərsizəm, lakin barəsində kiçicik bir arayış verməsəm də ayıb olar. Gəncliyində müxtəlif idman və döyüş növləri ilə məşğul olmasına baxmayaraq, heç vaxt kiməsə bir sillə vurduğunu eşidən olmadı. Təbii ki, arvadından başqa. Bu adamın gündəlik həyat tərzinin ən dəyişməz hissəsi öyrəndiyi döyüş fəndlərini arvadının üzərində sınamaq idi. Yəni, hər gün işdən evə gələn kimi əl-üzünü yuyub, yeməyə oturmazdan qabaq zövcəsini qaldırıb-çırpırdı yerə və üzərinə çıxıb yumruqlayırdı. Bəzən taktikanı dəyişərdi: hoppanıb təpik atar, kəllə süzər, boğucu və qırıcı fənd tətbiq edər, yaxud da “brasok” vurardı. Həyat şüarı isə beləydi: “Arvadın ipini buraxsan, kəndi ayağının altına alar”. Bir sözlə, Vilos hər axşam həyat yoldaşını “tərbiyələndirirdi”...

Nə qədər müdrikcəsinə və dahiyanə bir həyat baxışı, deyilmi? Yemək-içməyini, istirahətini təxirə salar, amma arvadı mal balası kimi çırpıb, üstündən damağında siqaret və əli belində ağır-ağır həyəti dolaşmağı təxirə salmaz. Düşünməyin ki, bu zırpılığı sevə-sevə və ürəkdən edir. Xeyr, əsla. Sadəcə məcburiyyətdən bunu etməlidir. Hansısa gorbagor dədə-babası uşaqlıqdan beyninə yedirib ki, “bala, arvad eşşəyə bənzər, yəni yeriməsi üçün çomaq belində gərək”.
Bu zavallı və zavallılar da həmin nəsihətin girovuna çevrilərək, ailə idarəçiliyinin dəyişməz düsturuna ciddi-cəhdlə əməl edirlər. Bəlkə də ailə “səadətini” möhkəmləndirirlər. Afrikalılarda olduğu kimi:

Ruanda qəbiləsində nigah bağlamaq üçün qızla oğlanın bir-birinə nifrət etməsi mütləqdir. Toy mərasimindən sonra qadın kişinin evinə gedir və qırğın-qiyamət qoparır. Qadın ərini döyür, cırmaqlayır və bu, səhərədək davam edir. Sonra qadın öz evinə yatmağa gedir, axşam isə dava-dalaş yenidən başlayır. Davalar bir neçə gün, hətta bir aya qədər sürə bilər. Qadının nifrəti keçəndən sonra ərinin evinə köçür. Ailənin dinc həyatı bir daha heç bir dava ilə pozulmur və qarşılıqlı sevgi hökm sürür. Gördünüz? Allah mutlu-məsud etsin. Amma edirmi, bilmirik...

Yaxud Pakistan. Bu qardaşlarımız ailə “səadətinin” təməlini hələ elçilik dövründən qoymağa üstünlük verirlər. Ölkənin bəzi bölgələrində kürəkən namizədi qızın ailə böyükləri tərəfindən “imtahandan” keçirilər. İmtahan zamanı qızın valideynləri, nənə-babası, əmi-dayısı, xala-bibisi və nə qədər ağsaqqal-ağbirçəyi varsa, hamısı yığılıb ağıla gələ biləcək nə qədər təhqir və küfr, söyüş-qarğış varsa yeridirlər kürəkən namizədinin canına. Məqsəd isə gələcək kürəkənin nə qədər dözümlü və soyuqqanlı olmasını öyrənməkdir. Əgər “imtahandan” uğurlu çıxdınsa, naxışın tutdu – qız sənindir. Əks halda, istəyirsən dünyanın əşrəfi ol, xeyri yoxdur, qız əldən gedəcək.

Göründüyü kimi, dünyanın yalnız tək-tük millətlərində spesifik idarəçilik sistemi və əqidə mövcuddur. Özümüzü götürsək, biz əslində yeniliyi və islahatı sevən camaatıq. Bununla belə, içimizdəki bəzi “kişiciklər” öz “kişilik” meyarlarını canı-dildən qoruyaraq, çoxluğu da bu qaydalara əməl etməyə, yəni “əsl kişi” olmağa çağırırlar. Bu qaydaların mərkəzində isə həyat yoldaşını daimi olaraq arabaya qoşulmuş eşşək kimi çırpmaq, üstündən ata-anasını və bütün əsil-nəslini təsbehə düzərək it ağzından keçirmək, nəhayət, bu “qeyrətli” yaşam tərzini övladlarına da aşılamaq dayanır.

Məsələn, bəzi xalqlarda qız insana yox, cansız əşyaya da gedə bilər. Yaxud, Çində hələ də ölü ilə nigah bağlamaq adəti yaşamaqdadır və onlar "ruhlarla toy" və ya "cəhənnəm toyu" adlandırılır. Bu adətlərə dərindən nəzər saldıqda görünməyən tərəflərdə ciddi səbəblər aşkarlanır. Ən inandırıcı ehtimal odur ki, vaxtilə canlı “eşşəklərə” ərə getməyin dadını görən valideynlər öz qızlarına cansız əşya və ya ölüləri daha rəva biliblər, nəinki canlı “daşları”. Beləcə də “balamı daş-kəsəyə, hətta meyitə verərəm, amma dədəmi söyüb, gözümün altını qaraldan o köpəyoğluna vermərəm” deyə radikal addım atmağa başlayıblar. Yəqin, avstraliyalı xanım da bu səbəbdən itlə evlənməyi üstün tutub. Lakin, biz hər zaman olduğu kimi, radikallıqdan qaçaraq, hələ də Vilos və Cavad kimi “ərənlərimizə” qız veririk. Cavad kimdir?

Şəki rayonunun Baqqal kəndində 23 yaşlı Gülçin Məmmədova ailə münaqişəsi zəminində 29 yaşlı əri Cavad Şamxalov tərəfindən bıçaqlanıb. Nəticədə, qadın xəsarətlə xəstəxanaya, kişi isə polisə gətirilib. Deyilənə görə, işin istintaqını aparan müstəntiq də hadisənin səbəblərindən agah olar-olmaz ürək infarktından xəstəxanaya çatdırılıb. Elə biz də səbəbləri öyrəndiyimiz zaman xəstəxanalıq olmaqdan qıl payı qurtulduq, o da yumorun sayəsində. Sən demə, hadisəyə səbəb Cavad Şamxalovun həcəməti olub. Yəni, qardaşlıqdan uzaq olmuş bu heyvərə arvadının atası haqda “qəşəng” söyüşlər səsləndirib. Atasının söyülməsinə dözməyən Gülçinin isə ərinə cavab qaytarması gədəni özündən çıxarıb. Elə bu yerdə Cavadın “kişiliyi” üsyan edib. Arvadın kişiyə cavab qaytarmasını özünə təhqir sayan qaqanın bıçağa əl atması ilə arvadını doğraması bir olub. İndi tanıdınız Cavadı?

Bu arada, daha bir həmtorpağımızın hiyləgərliyini qeyd etmək də yerinə düşər. Evə dolxor gəlib, arvadını döyməyə bəhanə gəzən kişi “yemək gətir!” deyə qışqırır və bir saniyəyə süfrə naz-nemətlə dolur. Ardınca “çay” əmri ağzından çıxmamış qabağında tünd və açıq rəngdə iki stəkan çay görür. Bu münvalla, nə deyirsə, arvadı dərhal təşkil edir. Kişini fikir götürür ki, bəs indi nəyi bəhanə edib, qadını tapdalasın? Əsəbi halda “otağın işığını söndür!” əmri verir və qadın söndürür. Sonra “yandır” deyir və qadın dinməz yandırır. Bu əmri daha 2-3 dəfə təkrarlayır və hər dəfəsində qadın sakitcə yerinə yetirir. Sonuncu əmr yerinə yetirilən kimi “Ay ... qızı, işığı yandırıb-söndürməklə kimə işarə verirsən?” deyə sıçrayıb, arvadını salır təpiyin altına.


Geri dön

babyzz

  • 4 iyun 2011 22:04
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
Siz oldum (ruben_shara@yahoo.com)
My name Miss Shara, mən profil gün gördüm və maraqlı oldu, mən də daha çox bilmək kimi olacaq və sizə kimə bilmək üçün mənim şəkil verə bilər ki i, mənim e-poçt ünvanına e-poçt göndərmək istəyirəm i am.Here mənim e-mail (ruben_shara@yahoo.com) Shara above.Miss biz (mənim e-mail poçt gözləyirəm here.I dən hərəkət edə bilər və ya məsafə unutmayın rəng fərqi yoxdur, lakin sevgi məsələləri bir çox inanırsınız həyatında.
My gəldikdə
Miss Shara.
ruben_shara@yahoo.com

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
Nice to meet you,( ruben_shara@yahoo.com)
My name is Miss Shara,i saw your profile today and became interested in you,i will also like to know you more,and i want you to send an email to my email address so i can give you my picture for you to know whom i am.Here is my email address ( ruben_shara@yahoo.com) believe we can move from here.I am waiting for your mail to my email address above.Miss Shara(Remember the distance or color does not matter but love matters a lot in life.
My regards
Miss Shara.
ruben_shara@yahoo.com

only-girl

  • 16 fevral 2011 18:55
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
gozeldi sagol

--------------------

Ulya

  • 3 fevral 2011 20:41
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkkur edirem

Made_In_Bakinka

  • 29 yanvar 2011 03:14
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
bunun basi lapxarab olub ki......

YazYamuru

  • 25 yanvar 2011 19:42
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: AYKA-93
ere getmek lazim deyil!!!!!!!!!!

feel BAŞ ÜSTƏ QIIIIIIIIIIZZZZZZZZ no

--------------------



sevgim

  • 24 yanvar 2011 23:06
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
arvada el qaldirmaq kisinin zeifliyidi.yaziq arvad bes olmeyib ?

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

AYKA-93

  • 24 yanvar 2011 21:57
  • Məqalə: 2
  • Şərh: 85
  • Bal:
{awards}
bax bele sheylere gore hemishe deyirem ki,ere getmek lazim deyil!!!!!!!!!! yazan eline saghliq/

Cici-Kiz

  • 24 yanvar 2011 21:56
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Ele xəbərin başlığınıdan 5-6 cumlə oxuyub, bu qənaətə gəlmək olar ki, o arvadina vəhşicəsinə dərs vermək istəyən kişinin özünə, Xanima əl qaldırmaq günahdir prinsipini əsas tutaraq dərs vermək lazimdir. O kişicik insanliqdan kənar bir insanabənzər məxluqdur ki, gücünü zzərif məxluqun üzərində sınayir. Allah belə kişilərə ağıl və insaf versin!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Axmedov

  • 24 yanvar 2011 21:53
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
bew cumle oxudum uje bildim o....... ne tip insandi onun yeri qobusdandi orda cox guman agillanar

Jasmin gulu

  • 24 yanvar 2011 21:46
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
cox iyrenc qaydalardi bunlar seytan emelidi

YazYamuru

  • 24 yanvar 2011 21:29
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
BU XƏBƏR BÜTÜÜÜÜÜÜÜN QIZLARI ƏSƏBİLƏŞDİRDİİİİİİİİİİİİ feel

--------------------



,,kepenek,,

  • 24 yanvar 2011 21:27
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
ne bir o kisi elime kecse ooooqqeedddeeeeerrrr doyerem. oooofffff da demerem!!!!!!!!!!!!!! am angry angry

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

Doktor

  • 24 yanvar 2011 21:25
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
neeeeeeeeeeee???????????????bele kisilere nifret edirem.qadin ince mexluqduuuuuuuuuuuuu

--------------------

nilayka

  • 24 yanvar 2011 21:13
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
bu ne xeberdir bele arvadi yox kisileri terbiyelendirmek lazimdir hetta yox etmek lazimdir am am angry

--------------------

YazYamuru

  • 24 yanvar 2011 21:06
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
am am am am am am am LAP CİNLƏNDİMEEEEEEEEEEEE AXIRINCIDAKİ
O KİŞİNİ NƏ ÖLDÜRƏRƏƏM am

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 48
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}