Qəlb... daşa dönmüş bir qəlb

 
Qəlb... daşa dönmüş bir qəlb

Qəlb... daşa dönmüş bir qəlb... bəzən daş olduğunu hiss edərik, ən azından ətrafda baş verənlər, ətrafdakı baxışlar sənə bunu deməyə çalışar, amma içəridə nə fırtınaların qopduğunu bilməzlər... Həyatını, yalnız bir nəfəri sevib, onunla xoşbəxt və başqa heç nə olmadan yaşamağı xəyal edənlərlə, həyatın hər addımını yeni hədəflərlə keçirənləri qarışdırarlar.
Qəlb... daşa dönmüş bir qəlb

Həyat yalnız sizin o düşündükləriniz deyil, amma tək o biri tərəf, yəni hədəflər də deyil deyə bilərsiniz, amma gözəl bir gələcək, elə başqalarının yeməkdə belə düşündükləri gələcəyi haqq etmək üçün bəlli hədəflərə doğru irəliləmək lazımdır. Bəlkə də başa düşməyə çətinlik çəkənlər olacaq, amma heç nəyin ucuz olmayacağını qəbul eləmək lazımdır, başa düşmək lazımdır. Bir alimin sözü vardır, “Cənnət ucuz deyil, Cəhənnəm də lüzumsuz deyil”, bunu biraz fərqli də ələ ala bilərik, xoşbəxtlik ucuz deyil, onu qazanmağa çalışmaq lazımdır...

Qəlb... daşa dönmüş bir qəlb
Bu günki klassik düşüncə, bir sevdiyim olsun, bir sevgilim olsun yetər, onunla günlərimi keçirim. Nə gözəl günlər deyə xatırlayım, başa düşürəm, günləriniz gözəl keçir, olsun gözəl, amma bəs sonrası?! Sonra qəribə cümlələriniz gəlir, bir gül sevdim, tikanını qəlbimə sancıb, vəfasızdır, nədir... nələr deyirlər nələr...
Qəlb... daşa dönmüş bir qəlb

Öncə dünyaları belə dəyişməyəcək qədər sevdiklərini elan edərlər, aralarında bir problem olan kimi həmin insanın arxasından demədiklərini buraxmazlar?! Bumudur sevgi?! Budursa tələb etməyin, nə məndən nə də bir başqasından. Sevgi bu deyil, sevgi bir insanın “Millətimin qəlbinin iman nuruyla dolduğunu görum, Cəhənnəmə də razıyam, bədənim Cəhənnəmdə olsa belə, könlüm gülli-gülistan olar” deyə bilməsidir. Sevdiyi üçün nəinki bu dünyanı, axirətini də fəda edə bilməkdir. Dar düşüncələr, dar görüşlər...

Qəlb... daşa dönmüş bir qəlb
Dövrün gənclərini görəndə insanın ürəyi ağrıyır, bəli, mən də gəncəm, amma əgər “gənclik” elə hərəkətlərə deyilirsə, məni o sinifə daxil etməyin, bəli, özümə zaman-zaman qoca deməyimin bir səbəbi də budur.

Qəlb... daşa dönmüş bir qəlb
“Вторая половинка” deyə adlandırdığınız, “qəlbinizin sahibi” (deyənlərdən götürülmədir) olsun deyə bir insanı sevməyə çalışan, sevdiyini zənn edən insan! Yoxsa sevginin Məcnunun Leyliyə olan sevgisindən üstün olduğunumu zənn edirsən? Yoxsa Xosrovun Şirinə olan sevgisi? Romeo Julietta və ya Kərəmin sevgisindən? Yox, onlar nağıl deyil, ölümlünün olümlüyə olan sevgisinin ən uca zirvələridir. Bəs bu gün elə sevgilər yoxdurmu?! Əlbətdə var, sadəcə onları dastanlaşdıran Nizamilər, Füzulilər yoxdur, bir də...

Qəlb... daşa dönmüş bir qəlb
Bir də onlar haqqında çox az insan eşidər, çünki onlar sevdiklərini deməyə utanarlar. Bəli, necə utanmasınlar, indi çıxıb on gəncdən soruşsanız doqquzunun “sevgilisi” olduğunu öyrənəcəksiniz, necə desinlər?! Onlardan yalnız bir cümlə eşidərsiniz, əgər o insanlarınki sevgidirsə, mənimki başqadır, mənim duyğuma sevgi deməyin. Çünki mən bir xoşagəlməz hadisə baş verən kimi, sevgimdən vaz keçənlərdən deyiləm, nəinki bir hadisə, hətta dünya üzərimə-üzərimə gəlsə belə... Əgər kiçik bir hadisəyə görə sevdiklərini zənn elədiklərinə qarşı demədiklərini buraxmayanlarınkı sevgidirsə, mənim sevdiyimi deməyin...

Qəlb... daşa dönmüş bir qəlb
Ateist, deist və ya başqa axirətə inanmayan insanlar ölümü düşünən kimi, necə bütün həyatları onlara dar gəlib, həyatları yaşanılmaz bir işgəncəyə çevrilər, elə də əsl sevən bir insan onsuz bir anını düşünən kimi bütün dünyası bərtaraf olmalıdır. Gəncliyimizi görüb, qəlbim ağlayır, qəlbim ağlayır...

Qəlb... daşa dönmüş bir qəlb
İman harada qaldı? Bəzən dindar kimi görünən bir insan çıxır qarşıma, “sevdiyinin” dinlə əlaqəsi yox, elə belə söz kimi desən, öz seçimidir deyir, axı bunu necə deyə bilərsiniz?! Heç başa düşə bilmirəm, yoxsa sizin axirət həyatına olan inamınızda bir problemmi var?! Necə onu görəndə gerisini düşünməzsiniz?! Mən sevdiklərimi, dostlarımı elə görəndə bir bilsəniz nələr baş verir, içimdə nə fırtınalar qopur?! Əsas da sevdiklərimi... Mənə bu qədər yaxın olan insanlar... bir anlıq axirət həyatı gözümün qarşısından keçir... nə edəcəyimi bilmirəm, danışıram, fərqli-fərqli mövzulardan, bəlkə bir anlıq ağlımdan çıxar, amma nafilə, düşüncəmdən ayrılmaz ki... bir baxışa yenidən fırtınalar geri dönər, hələ baxmağı deyirəm, çünki bəzən sözlər düşüncələri ifadə etməyə yetməz, bunun üçün baxışa nə gərək?! Onsuz heç yadımdan çıxmaz ki... Hətta bu sözlər də ifadə etməz düşüncələrimi, necə etsin ki?! Bezən elə hallar olar ki, ani duyğuları ifadə etməyə dəqiqələr yetməz...
Qəlb... daşa dönmüş bir qəlb

Bəs o necə sevgidir ki, onun aqibətini düşünməzsiniz?! Necə olar ki, düşünməzsiniz? Hər nə olursa olsun, bir insanın sevdiyi nə qədər gözəl olursa olsun, nə qədər sevirsə sevsin, xoşbəxtlikləri üçün nələr edirsə etsin, bir insan sevdiyinin iman nuru ilə dolmadığını görmədikcə necə xoşbəxt ola biləcəklərini xəyal belə edə bilmirəm. Mümkün deyil çünki, elə olduqlarını zənn edərlər... Necə yəni, əlini tutarkən, o əlin bir gün, o əlin bir gün...

Qəlb... daşa dönmüş bir qəlb
Hələ bəlkə çox şey demək olar, amma məncə nafilədir... biləm ki, bir məna çıxaran var... Sevirlər və güvənmirlər, o sevgi deyil ki, bir brazilyalı yazıçı deyir ki, “Güvənmək sevməkdən daha böyük bir lütfdur”. Bəli, bu günün sevgiləriylə bunu əlaqələndirmək olar... Təbii ki, qəlbi ilə sevənlər istisna, onlara güvən haqqında nəsə deməyin mənası yoxdur, bütün dünya onlara xəyanətə uğradıqlarını desə, Onun bir “yox” deyişiylə bütün dünyanı əllərinin tərsiylə geriyə atarlar... Çünki bir münasibətdə güvənsizlik varsa, oradakı sevgi də yalandır...


Elə insanlara çox sözə də gərək yoxdur, çünki bir elə yaxın insanlar bir də duyğudan anlayanlar söz deyilmədən anlayanlardır. Ananı misal vermək olar, duyğularınızda onları aldatmağa çalışın, bir çalışın, nəticəsini məncə deməyə ehtiyac yoxdur...

Qəlb... daşa dönmüş bir qəlb
Bu günki gənc sevgililərdə bir xəstəlik də üzr istəməkdədir, tez-tez küsərlər, sevən sevdiyindən necə belə rahat küsə bilər?! Olarsa belə qarşıdakının üzr istəməyini gözləyərlər və qarşıdakının üzr istədiklərini görüb sevinərlər, çünki üzr istəyənin səhvini anladığını zənn edərlər. Bir bilsələr ki, üzr istəyənlər hər zaman günahkar olanlar deyil, aradakı münasibətin dəyərini bilənlərdir... Bir bilsələr...


Qəlb... daşa dönmüş bir qəlb


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 25 dekabr 2013 21:56
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
tewekkur edirem..

Banned456

  • 22 dekabr 2013 12:23
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Çox Sağolun Məqaləyə görə

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 9 dekabr 2013 23:04
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
Sitat: ★KaRaMeLKa★
Bir bilsələr ki, üzr istəyənlər hər zaman günahkar olanlar deyil, aradakı münasibətin dəyərini bilənlərdir... Bir bilsələr...

--------------------

melek_19

  • 9 dekabr 2013 21:37
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
beyendimmmmmmm

--------------------

winxclub_bloom

  • 9 dekabr 2013 20:10
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
Qəlb... daşa dönmüş bir qəlb... bəzən daş olduğunu hiss edərik, ən azından ətrafda baş verənlər, ətrafdakı baxışlar sənə bunu deməyə çalışar, amma içəridə nə fırtınaların qopduğunu bilməzlər... Həyatını, yalnız bir nəfəri sevib, onunla xoşbəxt və başqa heç nə olmadan yaşamağı xəyal edənlərlə, həyatın hər addımını yeni hədəflərlə keçirənləri qarışdırarlar.

--------------------

Elza Hüseynli

  • 9 dekabr 2013 19:56
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
Maraqli idi beyendim tewekkurler

winxclub_bloom

  • 9 dekabr 2013 18:10
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
Həyat yalnız sizin o düşündükləriniz deyil, amma tək o biri tərəf, yəni hədəflər də deyil deyə bilərsiniz, amma gözəl bir gələcək, elə başqalarının yeməkdə belə düşündükləri gələcəyi haqq etmək üçün bəlli hədəflərə doğru irəliləmək lazımdır. Bəlkə də başa düşməyə çətinlik çəkənlər olacaq, amma heç nəyin ucuz olmayacağını qəbul eləmək lazımdır, başa düşmək lazımdır. Bir alimin sözü vardır, “Cənnət ucuz deyil, Cəhənnəm də lüzumsuz deyil”, bunu biraz fərqli də ələ ala bilərik, xoşbəxtlik ucuz deyil, onu qazanmağa çalışmaq lazımdır...

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 9 dekabr 2013 16:27
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
tewekkurler...

sonzeng2015

  • 9 dekabr 2013 15:33
  • Məqalə: 448
  • Şərh: 7004
  • Bal:
{awards}
metn ucun tesekkurler

PSIXOPATKA

  • 9 dekabr 2013 15:25
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
Bu günki klassik düşüncə, bir
sevdiyim olsun, bir sevgilim olsun
yetər, onunla günlərimi keçirim. Nə
gözəl günlər deyə xatırlayım, başa
düşürəm, günləriniz gözəl keçir,
olsun gözəl, amma bəs sonrası?!
Sonra qəribə cümlələriniz gəlir, bir
gül sevdim, tikanını qəlbimə sancıb,
vəfasızdır, nədir... nələr deyirlər
nələr...

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 9 dekabr 2013 14:12
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
Qəlb... daşa dönmüş bir qəlb

mənə aid sözdüe... nəysə tşk

--------------------

★KaRaMeLKa★

  • 9 dekabr 2013 13:57
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Bir bilsələr ki, üzr istəyənlər hər zaman günahkar olanlar deyil, aradakı münasibətin dəyərini bilənlərdir... Bir bilsələr...

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 9 dekabr 2013 13:11
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
Cox sagol meqale ucun

--------------------
(^_*)

^^Nazlı Şeytan^^

  • 9 dekabr 2013 12:03
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
Dövrün gənclərini görəndə insanın ürəyi ağrıyır, bəli, mən də gəncəm, amma əgər “gənclik” elə hərəkətlərə deyilirsə, məni o sinifə daxil etməyin, bəli, özümə zaman-zaman qoca deməyimin bir səbəbi də budur.

AyliN BunyaminovA

  • 9 dekabr 2013 11:45
  • Məqalə: 471
  • Şərh: 5092
  • Bal:
{awards}
çox sağ olun məqaləyə görə

--------------------

Banned456

  • 9 dekabr 2013 11:41
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

ღKiRaZ MeVsİmCiღ

  • 9 dekabr 2013 11:04
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
meqaleye gore tewekkurler

Roya_____

  • 9 dekabr 2013 10:58
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tewekkur can cox beyendım

Axxilli qiz

  • 9 dekabr 2013 10:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 48
Cəmi: 94

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}