Məndə qadın hormonları 10 il bundan əvvəl yaranıb

 
Məndə qadın hormonları 10 il bundan əvvəl yaranıb


Oxuya, oynaya və Rafaeli çiynimdə daşıya bilərəm...

Azərbaycanın tanınmış aktyor-yumoristi, “Bu şəhərdə” layihəsinin ulduzu Coşqun Rəhimov son zamanlar həm fiziki, həm də psixoloji sarsıntılar keçirib. Xərçəng hüceyrələrinin məhv edilməsi üzrə aparılan əməliyyat, daha sonra onun ölümü barədə yayılan bezdirici şayiələr əlbəttə ki, aktyora yaxşı əhval-ruhiyyə vermirdi. Aktyorun əməliyyatdan sonra radiasiya yodu qəbul etmək üçün Türkiyəyə getməsi ilə bağlı xeyli aydın olmayan söhbətlər yayıldı. Artıq vətəninə qayıdan və mart ayında “Bu şəhərdə”nin ənənəvi konsertlərində çıxış etməyə hazırlaşan aktyor Trend-ə müsahibə verib.

- Coşqun, İzmirdə aldığın müalicə barədə ətraflı danışardın...

- Müşfiq Abbasovla yanvarın 2-də İzmirə yol düşdük. Ayın 3-ü səhər orada yod içdikdən sonra hamıdan təcrid olundum. Şöbədə ikipalatalı dar, uzun dəhliz var idi. Palatanın birində mənim kimi problemi olan türk, digərində isə mən yatırdım. Hətta bizə yemək gətiriləndə tibb bacıları bizə zəng edib deyirdilər ki, yeməyi götürə bilərik. Palatada kamera, telefon, televizor və monitor var idi. Bu monitor vasitəsilə Müşfiqlə əlaqə saxlayırdım. Lakin birbaşa danışmaq olmazdı.

Artıq bundan bir neçə gün sonra mən qadınlar, xüsusilə də hamilə qadınlar və 10 yaşdan aşağı uşaqlara iki metrdən yaxın məsafədə yaxınlaşa bilməzdim. Hətta Müşfiqlə mehmanxanada müxtəlif nömrələrdə qalırdıq. Daha sonra gedib radiasiya səviyyəmi yoxladıq. Gündən-günə onun səviyyəsi daha da azalırdı. Yalnız bundan sonra mənə təyyarəyə minib Bakıya gəlməyə icazə verildi.

- Lakin bir müddətdən sonra təkrar olaraq İzmirə qayıtmalı olacaqsan.

- Bəli, təxminən altı-səkkiz aydan sonra. Orada ya cüzi miqdarda - profilaktika üçün beş qram yod içməli olacam, ya da ümumiyyətlə, içməyimə ehtiyac qalmayacaq. Hər şey analizlərin nəticəsindən asılı olacaq. Bundan sonra qalan düyünləri yodla yandırmaq və ya əməliyyatın lazım olub-olmayacağı aydın olacaq, lakin hər halda ciddi bir şey olmayacaq. Amma iki ildən sonra profilaktika üçün Türkiyəyə dəqiq getməli olacam. İndi qalxanabənzər vəz hormonunun əvəzləyicisi olan dərman qəbul edirəm və bunu ömrümün sonuna qədər içməli olacam. Bununla yanaşı, demək istəyirəm ki, Müşfiqlə orada olarkən Azərbaycan tibbinin səviyyəsini gördük - bunu tam səmimi deyirəm. Bakıda olunan əməliyyat və reabilitasiya peşəkarlıqla aparılıb, bunu Şifa Bornu klinikası və "Ege" Universitetində işləyən türk və Amerika həkimləri deyiblər. Onların hamısı Bakıda belə yüksək səviyyəli əməliyyat aparıldığına heyrətləndilər. Mənim vəziyyətim, tikişlərin sayı və s. görə. Orada bir daha öz həkimlərimizə etibar edərək xaricə getməməkdə düzgün etdiyimizə əmin olduq, halbuki bunu edə bilərdik.

- Özünü fiziki cəhətdən necə hiss edirsən?

- Normal. Həkimlər deyiblər ki, yarım həftədən sonra bütün gücüm tamamilə bərpa olunacaq. Bəzən olur ki, bir az şişkinlik yaranır və səsim xırıltılı çıxır, lakin sonra keçib gedir. Həkimlər aktyor olduğumu bilirlər və fevralın əvvəlində hər şeyin tamamilə ideal olacağına zəmanət veriblər. Oxuya, oynaya və Rafaeli çiynimdə daşıya bilərəm...

- Bu xəstəlik sən, Müşfiq və Rafael arasında olan dostluğun bir sınağı oldu.

- Xəstəlik bizi əhatə edən bütün insanların sınağı oldu: qohumlar, dostlar, tanışlar, həmkarlar. Tanıdığımız insanların 90 faizinə təşəkkür edirik. Palataya, evə gəlib mənə baş çəkən, zəng edən, eyni zamanda, zəng edə bilməyib kimin vasitəsiləsə öz xoş sözlərini çatdıran və hələ də zəng etməkdə olan bütün insanlara təşəkkürümü bildirirəm. Əlbəttə ki, ölümüm haqqında şayiələr xoşagəlməz idi, amma belə deyirlər ki, bu cür söhbətlər ömrü daha da uzadır, ona görə bunun üçün də təşəkkür edirəm.

- Axı deyirlər ki, əməliyyatdan sonra səndə qadın hormonları əmələ gəldiyinə görə Türkiyəyə getmisən...

- Qadın hormonları məndə 10 il bundan əvvəl səhnədəki obrazlarımda yaranıb. Mənim səhnədən kənarda kişilik xüsusiyyətlərimə gəldikdə isə, buna şübhə etməyə dəyməz. Heç bir dəyişiklik yoxdur, baxın, hətta üzümü saqqal basıb. Üzümü qırxdırmaq lazımdı (Əlini üzünə apararaq gülür)...


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 00:08
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
40XXX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUNNNNNN MARAQLIDIR.....................

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

nilayka

  • 6 may 2011 21:03
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
belay

--------------------

Ulya

  • 3 fevral 2011 20:38
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
belay

YazYamuru

  • 25 yanvar 2011 19:34
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HƏƏƏƏƏƏƏ İNŞALLAH winked

--------------------



KAYFULLA

  • 25 yanvar 2011 12:56
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
teshekkur, allah komeyi olsun Coshqunun.

Doktor

  • 25 yanvar 2011 09:51
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
ayyyyy.ne yaxsiiiiiiiiiii.konsert olacaqqq..tesekkur.

--------------------

AYLIN040

  • 25 yanvar 2011 05:40
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
tewekkurler maraqli idi

--------------------
HEYAT SENI GULDURENDE GULURSEN,HUNERIN VAR AGLADANDA GUL GORUM!

Made_In_Bakinka

  • 25 yanvar 2011 01:49
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
tesekkurler maraqli idi...

FERID

  • 25 yanvar 2011 00:35
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
ALLAH KOMAYI OLSUN COX YASHI INSANDILAR

--------------------

-=EFSANE-XANIM=-

  • 25 yanvar 2011 00:32
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
DEMEK KONSERTDE IWTIRAK EDECEK????

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

FERID_HESENLI

  • 25 yanvar 2011 00:17
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
tesekur gozel xebrdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 70

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}