Qışda gözəl və təravətli görünmək üçün bunları et

 
Qışda gözəl və təravətli görünmək üçün bunları et


Soyuq qış aylarında külək, şaxta, rütubətli hava, yağıntılar qadınlar üçün arzuolunmaz hallar yaradır, gözəlliklərinin qorunması yolunda onlara çətinlik törədir. Havaların soyuması ilə birlikdə, sifətin və əlin dərisi, göz ətrafları, zərif dodaqlar quruyur və kobudlaşır. Saçlar öz canlılığını və təravətini itirərək solğun görüntü alır. Ona görə də bir çox qadınlarda qış fəsli quru və gicişən dəri, çatlamış dodaqlar və elektriklənmiş saçlar ilə assosiasiya olunur.

Qış aylarında dəriyə zərərə verən əsas amillərdən biri də tez-tez çox isti vanna və ya duş qəbul etməkdir. Bu dəridəki təbii yağların yox olmasına səbəb olur. Həmçinin dərinin qurumasını tezləşdirir. Ümumiyyətlə, qış aylarında üz dərisini də isti su ilə yumaq məsləhət deyil.
Qış aylarında kontrastlı duş qəbul etmək dəri üçün çox xeyirlidir. Bunun üçün duş qəbul edərkən 15 saniyə ərzində soyuq suyun altında qalın. Daha sonra suyun istiliyini bir az artırın və azaldın. Bu proseduranı iki dəqiqə ərzində davam etdirin. Bu sadə hidroterapiya əməliyyatıdır. Bu yolla bədəninizin qan dövranını tənzimləyərək, dərinizin təravətlənməsinə kömək etmiş olarsınız.
Dərinin yumşaq və gözəl görünməsi üçün limon qatılmış isti su içə bilərsiniz. Dezinfeksiyaedici xüsusiyyətə malik limon pis görünüşlü dəriyə səbəb olan toksinlərin qara ciyər və öd kisəsindən daha tez atılmasına və qanın təmizlənməsinə kömək etmiş olar.
Qış aylarında dərinin masaj vasitəsilə əvvəlki parlaqlığını və təravətini də qaytarmaq mümkündür. Masaj zamanı dəri tipinizə uyğun krem və losyonlardan, yağlardan istifadə edə bilərsiniz. Həmçinin bir qaşıq qarğıdalı ununu qatıqla yaxşıca qarışdırıb əl, üz və ayaqlarınıza sürtərək, masaj edə bilərsiniz. Bu dərinizin təmizlənməsinə və yumşalmasına səbəb olar.
Qışda qarlı havalarda əks olunan şüalar da dərini zədələyir. Yay aylarında olduğu kimi belə havalarda da günəşdən qoruyucu kremlərdən istifadə etmək zəruridir. Belə kremləri havaya çıxmazdan 20-30 dəqiqə əvvəl dərinin günəşlə təmasda olacaq bütün nahiyələrinə nazik təbəqə şəklində çəkmək lazımdır. Hər 3-4 saatdan bir isə yeniləmək məsləhətdir.Soyuq havaların təsiri ilə dərinin həddən artıq ekzema kimi xəstəliyə də səbəb ola bilər. Ona görə bu quruluğun qarşısını almaq üçün yağ tərkibli şampunlar və qurutmayan sabunlara üstünlük verilməlidir. Hər dəfə vanna və ya duş qəbul etdikdən dərhal sonra, dəri bir az islaqkən bədən üçün olan nəmləndirici kremlərdən istifadə etmək lazımdır.
Hamıdan gözəl mənəm
Qış aylarında soyuq külək nəticəsində müdafiə baryeri sayılan və nəmi saxlayan epidermisin yuxarı qatları qabıqdan çıxardığından dərinin alt qatları kobudlaşır. Nəticədə quru və qırmızı ləkələrlə örtülmüş, qabıq verən yanaqlar, gözlər ətrafında aydın görünən qırışlar ortaya çıxır.
Bu fəsildə dəri həddən artıq quru və həssas olduğundan üz dərisinə xüsusi diqqət göstərmək lazımdır. Kosmetik vasitələr seçərkən də hərdən artıq quru və ağır tərkibli olanlarına üstünlük verilməməlidir. Hətta dəri yağlı olduqda belə yumşaq, kifayət qədər yağlı və nəmləndirici xüsusiyyətlərə malik kosmetik vasitələrdən istifadə etmək lazımdır.
Makiyajı təmizlədikdən sonra mütləq qış fəsli üçün nəzərdə tutulmuş nəmləndirici kremlərdən çəkmək lazımdır. Yaxşı olar ki, bu kremlərin tərkibində qliserin, lanolin və mineral yağ olsun. Qliserin sizin dəriniz üçün əla müdafiə baryeri yaradacaq və nəmi saxlayacaq, lanolin yağı isə onu yumşaldacaq və hamarlaşdıracaq. Bu zaman kremin necə çəkilməsi də əhəmiyyətlidir. Belə ki, kremləri üzü yuduqdan dərhal sonra bir qədər nəmli dəriyə çəkmək lazımdır. Daha sonra yüngül şəkildə masaj edilərək dəriyə hopdurulmalıdır. Lakin bundan sonra ən azı bir saat şaxtaya çıxmaq məsləhət deyil. Soyuğa çıxarkən isə üzünüzü mütləq şal və ya şərflə qoruyun.
Qış aylarında üz dərisini badam və zeytun yağları ilə də masaj edə bilərsiniz.
Həmçinin qış aylarında nəmliyini itirən üz dərisini buxar vannası ilə yenidən təravətləndirə bilərsiniz. Sauna və ya hamama getməyə vaxtınız yoxdursa, ev şəraitində də bunu tətbiq edə bilərsiniz. Bunun üçün çobanyastığı bitkisi qatılmış bir qab qaynar su lazımdır. Üzünüzü həmin qaba tutaraq, 10 dəqiqə bu vəziyyətdə qalın. Buxarın kənara yayılmaması başınızın üzərində dəsmal tuta bilərsiniz. Daha sonra üzünüzü qurulayıb, nəmləndirici krem çəkin. Bu dərinizi təravətləndirəcək və yumşaldacaq.Ümumiyyətlə, hər fəsildə olduğu kimi qış aylarında da üz dərisinin təravətini və canlılığını qorumaq üçün alkoqol və nikotinin təsirlərindən uzaq olmaq, yaxşı yatmaq lazımdır. Təmizlənməmiş makiyajla yatmaq isə dəri üçün ən böyük düşməndir.
Gözlər də diqqət istəyir
Gözlər insan qəlbinin aynası olduğu kimi, simanın da yaraşığıdır. Gözlərin yaraşıqlı görünməsi üçünsə ilk növbədə onlar sağlam olmalıdır. Ancaq təəssüf ki, qış aylarında soyuq havalar gözlərə, xüsusən də göz ətrafına mənfi təsir göstərir. Göz ətrafının quruyaraq tez qırışmasına səbəb olur. Həmçinin havanın təsiri ilə göz ətrafında tünd kölgələr əmələ gəlir.
Qış aylarında göz ətrafına çobanyastığı dəmləməsi ilə kompres edilməsi effektiv nəticə verir. Bunun üçün pambığı həmin məhlulda isladaraq gözlərinizin ətrafına yerləşdirin. 5 dəqiqədən sonra isə göz ətraflarını dəsmalla qurulayaraq, göz üçün qoruyucu krem çəkin.
Göz ətrafı üçün ən gözəl vasitələrdən biri də cəfəridir. Təzə cəfərini xırda-xırda doğrayıb, sıyıq halına salaraq, gözünüzün ətrafına çəkin. Bu, gözün altında əmələ gələn kölgəni yox edəcək.
Ultrabənövşəyi şüalar yay aylarında olduğu kimi günəşli qış günlərində də gözə mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün xüsusən də qarlı havalarda günəş gözlüklərindən istifadə etmək lazımdır. Qış aylarında otaqların qızdırıcılarla isidilməsi göz quruluğuna səbəb olur. Bunun qarşısını almaq üçünsə otağın nəm səviyyəsini tarazlaşdırmaq lazımdır.
Çatlamış dodaqlardan qurtulmaq üçün
Üzün başqa hissələrindən fərqli olaraq, dodaqlar, demək olar ki, müdafiə baryerindən məhrumdur. Qış aylarında dodaqlar quruyur, qabıqla örtülür və tez çatlayırlar. Həmçinin dodaqların qabığının soyulması nəticəsində qızartılar yaranır, sızıltı hiss olunur. Belə dodaqlarda boya da çox səliqəsiz görünür. Ona görə də hər şeydən əvvəl dodaqların nəm qalmasına çalışmaq lazımdır. Daha yaxşı olar ki, dodaqların qurumasının qarşısını almaq üçün tərkibində yağ turşuları olan dodaq kremlərindən istifadə edəsiniz.
Əgər sizin əlinizin altında heç bir kosmetika yoxdursa, o zaman adi bitki yağlarından istifadə edin. Bitki yağlarından mütəmadi istifadə dodaq dərinizin elastikliyini saxlamaqda kömək edər.Bal vasitəsilə dodaqların nəmləndirilməsi də effektivdir. Balın tərkibindəki maddələr dodaq çatlamasına qarşı xeyirlidir. Balı birbaşa dodaqlara sürtmək, və ya bal tərkibli nəmləndiricilərdən istifadə etmək olar.
Əllərinizin qədrini bilin
Adətən, qışda əllər kobudlaşmağa daha meylli olurlar, nəinki yayda. Soyuğun təsiri ilə əllərdə çatlar əmələ gəlir və dəri quruyur. Bunun qarşısını almaq üçün ilk növbədə, əlcəksiz bayıra çıxmamaq məsləhətdir.Əlin dərisi çox quruduqda su ilə az təmasda olmaq lazımdır. Hər dəfə əli suya vurduqdan sonra nəmləndirici krem çəkmək lazımdır. Buna vaxt yoxdursa, gün ərzində ən azı 2 dəfə əllərin kremlənməsi vacibdir.
Əllərə qulluq məqsədilə müxtəlif vannalar etmək olar. Bunun üçün 2 litr ilıq suya 2 xörək qaşığı üzüm sirkəsi əlavə edib, əlləri 15 dəqiqə onun içində saxlayın. Yaxud da 1,5 litr suya 1 xörək qaşığı qliserin, yarım çay qaşığı naşatır spirti qatıb, bu məhlulda əlləri 10 dəqiqə saxlayın. Sonra əlləri adi su ilə yuyun, qurulayın və masaj edə-edə yağlı kremlərdən birini çəkin. Kremin təsirini artırmaq üçün gecə əlləri tənziflə sarımaq, gündüz isə kremdən istifadə etmək lazımdır.Vanna etməyə imkanınız yoxdursa, hər axşam yatmazdan əvvəl əlləri zeytun yağı, qliserin və ya müxtəlif losyonlarla masaj edə bilərsiniz.
Soyuq havada əllərində həddən artıq göyərmə və ya qızarma müşahidə olunduqda, mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu cür əlamətlər bəzi xroniki xəstəliklərin ilkin xəbərçisi ola bilər.
Ayaqlara qulluq
Yay aylarında ayaqlara çox qulluq göstərilsə də, qışda bağlı ayaqqabılar geyildiyindən bir çoxlarımız bu işə əhəmiyyətsiz yanaşırıq. Əslində isə, bütün gün ərzində bədənin yükünü çəkən ayaqlara ilin hər bir fəslində diqqət yetirmək lazımdır.
Soyuq aylarda bağlı ayaqqabı geyinmək ayağın hava almasına mane olur. Həmçinin isti çəkmələrin təsiri ilə ayaqlar çox tərləyir, yaş qalır. Bu ayaqda xoşagəlməz qoxularla yanaşı, dəri xəstəliklərinin yaranmasına da səbəb ola bilər. Odur ki, hər zaman ayaqların quru qalmasına diqqət yetirmək lazımdır. Həmçinin həftədə ən azı iki dəfə müxtəlif bitkilərlə ayağınızı vanna edə bilərsiniz. Daha sonra ayaq üçün nəmləndirici kremlər çəkmək və qliserin tərkibli losyonlarla ayaqları masaj etmək lazımdır.

Qış və saçlar
Qışda saçların problemləri artır: həddən artıq quruluq və elektrikləşmə, saçqıran, kəpək və s. Yağış, qar, hava çirkliliyi saç diblərinə təsir göstərərək, canlılığını itirməsinə səbəb olur. Bu aylarda yağlı saçlar daha da yağlanır, quru saçlar isə əksinə, çox quruyur. Ümumiyyətlə, soyuq aylarda ən çox quru və zəif saçlar zərər görür. Belə saçlara sahib qadınlar qidalandırıcı şampunlardan istifadə etsələr, yaxşı olar.
Saç dərisi çox quruduqda baş tez-tez qaşınır və gicişir. Bu cür dəridən kəpəyə oxşar hissəciklər qopub tökülür. Çoxları həmin bu dəri hissəciklərini kəpəklə səhv salırlar. Dəridən qopan bu hissəciklər kəpəkdən kiçik olur və pudranı xatırladır. Həmin hissəciklərdən yaxa qurtarmaq üçün tərkibində sink olan şampunlardan istifadə etmək məsləhətdir. Bu cür şampunlar həm göbələyi məhv edir, həm də quru baş dərisini yumşaldır.Bir çox qadınlar başlarını yuyarkən şampundan çox istifadə edirlər. Bununla saçlarının daha təmiz və təravətli olacağını düşünürlər. Əslində çox tökülən şampun yaxşı yaxalanmadıqda kəpəyin yaranmasına səbəb ola bilər.
Saçları yuduqdan sonra hələ nəmli ikən qidalandırıcı krem çəkərək, dəsmal köməkliyi ilə masaj edə bilərsiniz. Ümumiyyətlə saç dərisinə yüngül hərəkətlərlə masaj etmək qan dövranını tənzimləyəcək, saçlarınızı qidalandıracaq.Tərkibində E vitamini olan kremlər də saçlara yaxşı təsir göstərir. Qış aylarında istifadə etdiyiniz papaq və ya şalın başınızı çox sıxmamasına diqqət yetirin. Çünki sıx olduqda baş dərisində qan dövranı pozular və bu saçlara zərər verər.
Soyuq havalarda çox isti su ilə saçları yumaq da məsləhət deyil. İlıq su ilə yuyulan saçlar daha canlı və parlaq olur. Saçları qurutmamış çölə çıxmaq düzgün deyil. Çünki soyuq hava saçları donduraraq, qırılmasına səbəb olur.Qış aylarında mümkün saç qurutma vasitələrindən az istifadə etmək lazımdır. İstifadə etdikdə isə əvvəlcə qidalandırıcı və nəmləndirici kremlərin çəkilməsi məsləhətdir.


Geri dön

Qaska_Quli

  • 9 yanvar 2014 11:29
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
tshkkkkkkkkkkkkkkk

--------------------

classic_guiter_girl

  • 2 yanvar 2014 00:08
  • Məqalə: 37
  • Şərh: 5440
  • Bal:
{awards}
meqaleye gore sagolun...

✰ ♥..Золушка..♥ ✰

  • 25 dekabr 2013 20:20
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
tewekkur edirem...

✰ ♥..Золушка..♥ ✰

  • 23 dekabr 2013 17:21
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
meqaleye gore sagolun...

Samir_Wuvalan

  • 21 dekabr 2013 14:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
MeQaLe UcUn MueLiFe TeSeKuLLeR

_Forever_love

  • 17 dekabr 2013 19:50
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Maraqli melumat ucun twk eliniz var olsun. ancaq 15 saniye soyoq suyun altinda durmaq fikri o qederde yaxsi fikre oxsamir

--------------------
Wablon sevgi sozleri yoxdur bizde..!Baxiwimiz yeter esl sevene..!

Samir_Wuvalan

  • 15 dekabr 2013 23:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Twkler melumat ucun.

Samir_Wuvalan

  • 15 dekabr 2013 00:16
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Çox Sağolun Məqaləyə görə..

Banned456

  • 14 dekabr 2013 22:22
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
meqaleye gore sagol

tinker bell

  • 14 dekabr 2013 21:10
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
meslehete gore sagol..

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 14 dekabr 2013 20:59
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:
{awards}
cox sagolun

✰ ♥..Золушка..♥ ✰

  • 14 dekabr 2013 19:08
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
meslehete gore sagol..

Elza Hüseynli

  • 14 dekabr 2013 17:50
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
Meslehete göre tewekkurler

Dikaya_Kavkazka

  • 14 dekabr 2013 16:54
  • Məqalə: 0
  • Şərh: 2740
  • Bal:
{awards}
maraqli melumat ucun Twk

AyliN BunyaminovA

  • 14 dekabr 2013 15:04
  • Məqalə: 482
  • Şərh: 5101
  • Bal:
{awards}
məqaləyə görə çox sagol bacişka

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 14 dekabr 2013 01:14
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:
{awards}
tewekkurler marali idi

melek_19

  • 14 dekabr 2013 00:29
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Hmmmmmmmmmmmmmmmmmmm

--------------------

Nara Neznakomka

  • 13 dekabr 2013 23:55
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

✰ ♥..Золушка..♥ ✰

  • 13 dekabr 2013 23:29
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
meqaleye gore sagol

Banned456

  • 13 dekabr 2013 23:24
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Soyuq havalarda çox isti su ilə saçları yumaq da məsləhət deyil. İlıq su ilə yuyulan saçlar daha canlı və parlaq olur. Saçları qurutmamış çölə çıxmaq düzgün deyil. Çünki soyuq hava saçları donduraraq, qırılmasına səbəb olur.Qış aylarında mümkün saç qurutma vasitələrindən az istifadə etmək lazımdır. İstifadə etdikdə isə əvvəlcə qidalandırıcı və nəmləndirici kremlərin çəkilməsi məsləhətdir.

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 13 dekabr 2013 23:17
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
məqaləyçün tşk

--------------------

Samir_Wuvalan

  • 13 dekabr 2013 23:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Xebere gore twk

TeRlaN_

  • 13 dekabr 2013 23:12
  • Məqalə: 0
  • Şərh: 394
  • Bal:
{awards}
Xebere gore twk =)

PSIXOPATKA

  • 13 dekabr 2013 22:51
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
ş aylarında mümkün saç
qurutma vasitələrindən az istifadə
etmək lazımdır. İstifadə etdikdə isə
əvvəlcə qidalandırıcı və nəmləndirici

--------------------

ღNəmLi kiprikღ

  • 13 dekabr 2013 21:18
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Twkler melumat ucun....

winxclub_bloom

  • 13 dekabr 2013 21:12
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
meslehet uchun teshekkurler

--------------------

EmİcKa

  • 13 dekabr 2013 21:04
  • Məqalə: 15
  • Şərh: 3011
  • Bal:
{awards}
tewekkurlerrrr wink

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 48

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 225
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}