Sənsiz
Hərdən pis oluram-görəsən,niyə,
hətta yaşamaq da istəmirəm mən...
Sakitcə baxıram arabir göyə,
bəs necə soruşum uca Rəbbimdən!...
Hətta ruhumun da yox sakitliyi,
axı ikimizdik birgə bir zaman...
Birgə yaşamışdıq biz xoşbəxtliyi,
uçdu ömrümüzdən içib-doymadan!...
Hərdən pis oluram-bilirəm,niyə-
ruhumla-canımla anlamışam mən...
Ancaq bacarmıram cavab verməyə,
bəs sənsiz Günəş var,niyə,görəsən!...
Hərdən pis oluram-görəsən,niyə,
hətta yaşamaq da istəmirəm mən...
Sakitcə baxıram arabir göyə,
bəs necə soruşum uca Rəbbimdən!...
Hətta ruhumun da yox sakitliyi,
axı ikimizdik birgə bir zaman...
Birgə yaşamışdıq biz xoşbəxtliyi,
uçdu ömrümüzdən içib-doymadan!...
Hərdən pis oluram-bilirəm,niyə-
ruhumla-canımla anlamışam mən...
Ancaq bacarmıram cavab verməyə,
bəs sənsiz Günəş var,niyə,görəsən!...
