Vüqar Haqverdiyevdən yeni hekayə Ağlagəlməz fırıldaq

 
Vüqar Haqverdiyevdən yeni hekayə Ağlagəlməz fırıldaq

Vüqar Haqverdiyevdən yeni hekayə
Ağlagəlməz fırıldaq




II Dünya müharibəsi iştirakçısı 85 yaşlı Kərim kişi günortaya yaxın bankomat kartını da götürüb böyük ruh yüksəkliyi ilə evdən çıxmağa hazırlaşırdı. Dünəndən zəng eləyib demişdilər ki, sabah tezdən veteranın üçaylıq pensiyası bank hesabına köçürüləcək. Bu şad xəbər veteran babaya, sanki əlavə güc vermişdi. Yaşının çox olmasına baxmayaraq kişi özünü quş kimi hiss edirdi.

Kərim baba pul almağa getmək üçün evin çıxışına yaxınlaşanda nəticələri artıq qapının ağzını kəsdirib səbirsizliklə onu gözləyirdilər. Uşaqlar bir-bir xoşbəxt babanın boynunu qucaqlayır, üzündən öpür və öz hədiyyə sifarişlərini verirdilər. Sonra da hamısı bir yerdə bəxtəvər babanı sevinclə qapıdan yolla saldılar.

– Ya Allah, ya Məhəmməd, ya Əli! – deyib veteran baba çıxdı yola. Şux addımlarla yeriyərək qarşısına çıxan ilk bankomata yaxınlaşdı, plastik kartını o üzünə, bu üzünə çevirə-çevirə axırı birtəhər aparata salaraq, əlinin içinə qeyd etdiyi parolu monitorun klaviaturasında yığıb əvvəlcə hesabında pul olub-olmadığını yoxladı. Balansında 450 manata yaxın pul olduğunu görən kimi Kərim kişinin kefi lap duruldu.

– Bu gün nə gözəl gündür! – deyə müharibə veteranı öz-özünə dilləndi: – Pulun yarısını indi çıxardaram, yarısını da sonra.

Kərim hesabındakı məbləğin 225 manatını çıxardıb qalanını da dar gün üçün balansında saxladı. Bankomatdan çıxan beşlik, onluq, iyirmilik əskinazları cibindəki pullarla qarışdırıb Allaha şükür edə-edə üz tutdu yarmarka tərəfə. Yol demək olardı ki, bomboş idi. Tək-tük adam gözə dəyərdi, ya da dəyməzdi. Kərim kişi cibində pul, ürəyində arzular boş küçə ilə şəstlə addımlayırdı ki, birdən qarşısında duran cavan oğlanın sualı az qala onu diksindirdi.

– Əmi, Siz deyəsən Böyük vətən müharibəsində iştirak etmisiniz? – deyə gənc böyük rəğbət hissi ilə soruşdu.

– Hə!... Ay bala haradan bildin? – deyə Kərim bir qədər özünü itirib, diqqətlə gəncə baxdı. Eynəyi cibində olduğundan cavan oğlanın sifətini yaxşı ayırd edə bilməsə də, onun təxminən 30-cu yaşda olduğunu, parıldayan kostyumundan və qalstukundan isə “solidnıy” adam olduğunu düşündü.

– Deyirəm də, mən zənnimdə yanılmamışam. Sizi, mənə babamı çox xatırladırsınız. O da müharibə veteranı idi. Məni demək olar ki, babam böyüdüb tərbiyə edib. Kişi həmişə mənə müharibə xatirələrindən danışardı. Deyirdi ki, insan gərək ölümdən qorxmasın, vətən, torpaq, xalq üçün canından keçməyi bacarsın, bir sözlə, adam gərək kişi kimi yaşasın, kişi kimi də ölsün!

– Bala, sənin baban hansı döyüşlərdə iştirak edib? – deyə Kərim kişi, maraqla soruşdu.
– Stalinqradda döyüşüb, oradan da Berlinə kimi gedib çıxmışdı – gənc cavab verdi
– Hə, mən də oralarda döyüşmüşəm – deyə Kərim kişinin ürəyi açıldı, bir az da kövrəldi: – mən cəbhəyə könüllü getmişəm bala, yaşım az olduğuna görə götürmək istəmirdilər, lakin mən o qədər yalvardım ki, əvvəl arxa cəbhəyə, özümü doğruldandan sonra isə ön cəbhəyə götürdülər. Cəbhədə ...

Gənc Kərim kişiyə sözünün ardını deməyə imkan vermədi:

– Əmi, Siz bizim fəxrimizsiniz, biz sizin kimi insanların sayəsində bu gün rahat yaşayırıq! Babam rəhmətə getməmişdən əvvəl mənə deyirdi ki, böyüyəndə mütləq müharibə veteranlarının qayğısına qal! Onsuz da o vaxt onların sayı çox az olacaq. Mən də babama söz verdim ki, imkanım olan kimi, onun dediyinə mütləq əməl edəcəm! Üstündən nə qədər keçəndən sonra, dünən axşam qəfildən babam yuxuma girib məndən soruşdu ki, nə oldu a bala, bəs sən mənə söz vermişdin ki, imkanın olan kimi veteranların qayğısına qalacaqsan, indiki imkanın var niyə sözünə əməl etmirsən. İnanırsınız, əmi, gecənin yarısı mən qorxu içində yuxudan necə dik atıldım?! Öz-özümə dedim ki, bu gün mütləq ilk rastıma çıxan veterana yaxınlaşıb, ona yaxşıca “hörmət” edəcəm, qoy babamın ruhu şad olsun! Elə təsadüfən buradan keçirdim, nə xoş təsadüf ki, Sizə rast gəldim! Əmi, xahiş edirəm, icazə verəsiniz mən babama verdiyim sözü yerinə yetirim – deyə gənc sağ əlini kostyumunun yan cibinə salıb xeyli pul çıxartdı – Alın bunları qoyun cibinizə, ürəyiniz nə istəsə alarsınız!
– Yox, yox, ay bala, nə edirsən, çoxsağol! Mənim heç nəyə ehtiyacım yoxdur. Allaha şükür, pensiyamı elə indicə almışam, özü də övladlarım, nəvələrim işləyir, hamısı da sağ olsunlar, mənə yaxşı baxırlar. Mən də gedirəm yarmarkaya nəticələrim üçün hədiyyələr alım – deyə Kərim kişi öz minnətdarlığını bildirdi və sonra əlavə etdi ki – Bala sən məni lap kövrəltdin! Nə yaxşı ki, sənin kimi də cavanlar var! Biz veteranlar sizlərə baxıb, zəhmətimizin havayı getmədiyini görürük! – deyə az qaldı Kərim kişinin gözləri yaşarsın.
– Əmi, sən kimi çox istəyirsən, onun canı! Alın bu pulları götürün! İndiki pensiyaya nə almaq olar? Beş-on manat pul verirlər də – deyə cavan oğlan əlindəki pulu Kərimin cibinə qoymaq istədi.
– Ay bala, vallah pulum var, mənim pensiyam digərlərindən çoxdur, özü də üçaylıq almışam – deyə kişi məcbur olub cibindəki pulları çıxardıb göstərdi ki, gənc ondan əl çəksin.
Pulları görən kimi gənc sağ əlindəki öz pulunu cibinə qoyub soruşdu:
– Əmi, nə qədər pulun var?
– Nə bilim, ay bala 300 manat olar. Evdən çıxanda bir az üstümdə var idi, bir qədərdə pensiyamdan çıxartmışam – deyə Kərim dedi.
– Əmi, o pulları mənə ver, bir sayım görüm dəqiq nə qədərdir? – deyə gənc sol əli ilə Kərimin əlindəki pulu ehmalca götürdü və başladı sağ əli ilə pulları saymağa beş, on, on beş, iyirmi, iyirmi beş, otuz, qırx, əlli ...
Kərim kişi ağzı açıla gəncin əlinə baxır onun nə vaxt sayıb qurtaracağını gözləyirdi
– İki yüz on, iki yüz otuz, iki yüz əlli, bu da ki, iki yüz yetmiş. Cəmisi iki yüz yetmiş, iki yüz yetmiş, iki yüz yetmiş – deyə gənc sol əlində veteranın pullarını yellədə-yellədə bir neçə dəfə təkrarladı.
Kərim elə bil gipnoz olmuşdu, nəfəsi zorla gedib-gəlirdi, kişi nə baş verdiyini hələ başa düşə bilmirdi. Sakitcə gəncin nə dediyinə qulaq asırdı.
Gənc isə – İki yüz yetmiş, iki yüz yetmiş, iki yüz yetmiş... – deməkdə davam edirdi.
– Yox, bu çox azdır əmi – nəhayət gənc təkrarlamağı dayandırdı: – İndi qardaşoğlu bu pulun üstünə bir o qədər də qoyacaq və Sizə verəcək. Siz də etiraz etməyəcəksiniz!
– Ay bala qurban olum sənə, mənə heç nə lazım deyil! – deyə Kərim az qaldı ki, yalvarsın.
– Yox, əmi, xətrimə dəyməyin, sözlərimə diqqətlə qulaq asın, Siz razı olmazsınız ki, mən babamın ruhu qarşısında günahkar qalım. Bu dünyada hamı öz vədinə əməl etməlidir. Siz istəsəniz-istəməsəniz də, mən babama verdiyim sözü mütləq yerinə yetirməliyəm – deyə cavan oğlan sağ əlini özünün pul olan cibinə yenidən salıb çıxartdı.
– Cibindən çıxartdığını bir göz qırpımında sol əlindəki Kərimin pulları üstünə qoyub sağ əli ilə bükmələdi və tez Kərim kişinin pencəyinin sol yan cibinə basdı və dedi:
– Əmi, bu mənim kiçik bir əlavəmdir, qoyun bu pullar qalsın Sizin cibinizdə, onlara hələlik əl vurmayın, mən gedəndən sonra çıxardıb baxarsınız! – deyə gənc dedi: – Əmi, bax, sözümüz sözdür ha! Yalnız mən gedəndən sonra pullara baxarsınız, indi baxmaq olmaz!
Sonra cavan oğlan köynəyinin cibindən bir vizitka kartı da çıxardıb dedi:
– Əmi, heç isminizi də soruşmadım adınız necədir?
– Kərimdir ay bala, Kərim!
– Nə yaxşı adınız var, əsl kişi adıdır. Mənim də adım Bədəldir. Kərim əmi bu vizitkanı da götürün, nə probleminiz olsa mənimlə dərhal əlaqə saxlayın! Bu kartda mənim haqda bütün məlumatlar var. – bunları deyib gənc Kərimin üzündən öpərək dərhal kişidən uzaqlaşdı.
Kərim matı-qutu qurumuş halda gəncin arxasınca baxdı, cavan oğlan bir anın içində böyürdəki tinə burulub gözdən itdi. Kərim bir havaya baxdı, bir ətrafına, bir də əlindəki vizitkaya.
– Doğurdan da bu gün nə gözəl gündür – deyə Kərim öz-özünə dedi.
Sonra Kərim eynəyini cibindən çıxardıb vizitkada nə yazıldığını oxumaq istədi, lakin hərflər çox xırda olduğundan nə yazıldığını ayırd edə bilmədi. Vizitkanı döş cibinə qoyub öz-özünə dedi: – Eybi yox, evdə verərəm uşaqlar oxuyub deyərlər.
Birdən cavan oğlanın – pullara mən gedəndən sonra baxarsınız! – sözü Kərimin yadına düşdü. Kərim tez çönüb cavan gedən istiqamətə bir də baxdı, əmin oldu ki, gənc gözdən itib. Sonra, ya Allah, deyib Kərim kişi əlini cibinə saldı ki, görsün indi pulu nə qədər oldu. Əli cibindəki pullara dəyən kimi kişini soyuq tər basdı. Hiss etdi ki, nəisə burda düz deyil. Cibindəkiləri çıxardanda az qaldı kişinin ürəyi qopub ayağının altına düşsün. Əlində pul əvəzinə bir neçə qatlanmış kağız var idi.
– Ay aman, bu nə işdir mən düşdüm! Ora a bala, bura a bala! Bala nə gəzir, gənc artıq çoxdan aradan çıxmışdı.
Veteran baba bir təhər yaxında bir skamya tapıb ürəyini tutub özünü onun üstünə yıxdı.
– İlahi, sən bir işə bax hələ mən ömrümdə belə fırıldağa rast gəlməmişdim! İndi mən nə edim, polisə xəbər verim, yoxsa evə zəng edim, heç o əclafın sifəti də yadımda qalmadı.
Kərim öz-özünə nə edəcəyini götür-qoy etməyə başladı – Polisə xəbər versəm o dələduzu tapana kimi məni get-gələ salacaqlar. Bəlkə də heç tapmadılar. Yaşımın bu vaxtında mənə bu lazımdırmı? Ona görə də kişi bu fikrindən vaz keçdi.
– Başqa kimə də desəm, mənə güləcək ki, dünyanın hər üzünü görmüsən, o boyda Berlinə qədər döyüşə-döyüşə getmisən, hələ kəşfiyyatda da olmusan, indi ağzından süd iyi gələn bir gədə gör səni necə aldadıb. Hələ, nəvə-nəticələrim də mənə “Geroy” deyirlər.
Beləcə, çox fikirləşdikdən sonra axırı Kərim utandığından qərara gəldi ki, bu barədə heç kimə bir söz deməsin.
– Elə bilərəm salıb itirmişəm! – deyə o, özü-özünə bir az təskinlik verməyə başladı: – Hələ yaxşı ki, pulunun yarısı bankomatda qalıb. Gedim, onları çıxardım görüm neynirəm, balacalar da oturub evdə məndən hədiyyə gözləyirlər.

Beləliklə, Kərim kişi skamyadan qalxıb, bu dəfə, artıq suyu süzülə-süzülə bayaq pul çıxartdığı bankomata sarı addımlamağa başladı ...

Qeyd: Bu hadisəyə oxşar əhvalat, həqiqətən baş verib, mən sadəcə süjeti bir qədər dəyişmişəm. Belə ki, II Dünya Müharibəsində qazanılmış Qələbənin 65 illiyinə həsr olunmuş tədbirə gələn zaman bir veteranı küçədə gənc bir oğlan hekayədəki üsula şirin söhbətə tutaraq pullarını göstərməyə məcbur etmiş, sonrada qəfildən kişinin əlindən pulları qaparaq qaçıb aradan çıxmışdır.


Geri dön

::..ONSLAUGHT::..

  • 16 mart 2011 00:15
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
Teshekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 3 fevral 2011 17:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

NaRka

  • 27 yanvar 2011 21:11
  • Məqalə: 3
  • Şərh: 266
  • Bal:
{awards}
oxumasamda wink tawakur...
maragli xebere oxwayir belay

sevgim

  • 27 yanvar 2011 18:58
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
mende sebr hani bunu oxumaga?

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

DON ZORRO

  • 27 yanvar 2011 15:35
  • Məqalə: 12
  • Şərh: 32
  • Bal:
{awards}
təşəkkürlər

qaraqan_girl

  • 27 yanvar 2011 15:14
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
miris,
YORULMADIN?

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}