İnsan qurda necə çevrilir: əfsanə, yoxsa...?

 
İnsan qurda necə çevrilir: əfsanə, yoxsa...?


Hər adamın daxilində bir yırtıcı qurd var və o, yalnız Ay bədirlənəndə başını qaldırmır...

"Türkün soyu qurddan gələr", "Ana Qurd bizim ulu əcdadımızdır", "Boz Qurddur bizim nəsil kökümüz"...
Bu deyim və ifadələri hər birimiz eşitmişik.
Eyni zamanda, Ay bədirlənəndə bəzi insanların qurda dönməsi və yırtıcılaşması barədə əfsanələrlə rəvayətləri də çox eşitmişik, oxumuşuq. Əcəba, onlar həqiqətdirmi?

Zülməti yaran Ay işğının yırtıcısı...

Yunanların "λυκάνθρωπος", ingilislərin "Werewolf", fransızların "loup-garou" dedikləri sirli, qorxulu və məşum varlıqdan bəşər övladı var olandan bəri hürküb. Az qala bütün xalqların mif və rəvayətlərində, dastan və əfsanələrində bəhs olunan "canavar adam", "qurda çevrilən insan"dan bəhs olunur.
"Likan", "kisune", "şelki", "ruqaru", "antioto", "tanuki", "likantrop", "verdlak" da adlanan bu məxluq çox asanlıqla insandan qurda, qurddan da insana çevrilirmiş.

Şimali Amerika hindularının etnik mədəniyyətində totem heyvana, əksər hallarda qurda çevrilmək insanın əcdadlarının ruhu ilə çulğalaşmasının ən yüksək həddi sayılır. Skandinaviyadakı insanlar inanırdılar ki, döyüşlərdə qorxu nə olduğunu bilməyən, düşmənləri pərən-pərən salan berserkerler qurda dönə bilirlər.
Türk mifologiyasında qulyabanilər meşə və qəbristanlıqlarda gecələr dolaşaraq insanları qorxudan, çox asanlıqla qurda çevrilən adamlar kimi təqdim olunurdu.

Avropalılar kimi, hindular və farslar da hesab edirdilər ki, qurda çevrilmək insanda anadangəlmə bacarıq, bir də sonradan əxz edilmiş imkandır. Anadangəlmə "qurd-adam"lar ya səmada ulduzların müəyyən düzümü altında doğulan, ya da lənətlənmiş nəsildə anadan olmuş insandır. Bundan başqa, farslar deyirdilər ki, əgər hamilə qadın qəflətən canavar görərsə və ya qurdun öldürdüyü heyvanın ətindən yeyərsə, onun doğacağı uşaq mütləq sonradan qurda dönə bilən insan olasıdır.

Avropalılar, ərəblər, farslar, çinlilər və s. hesab edirdilər ki, qurd-adamlar mağaralarda və kahalarda yaşayır, meşələrdə dolaşır, amma istəyəndə insana çevrilərək çox asanlıqla kənd və şəhərlərə gəlirlər.
Belələri qurda sonradan çervilə bilən insanlardır.
Anadangəlmə qurd-adamlar isə bütün həyatlarını adi insanlar kimi yaşayır, ayın bədirləndiyi gecələrdə isə qurda çevrilərək insanların və heyvanların qənimi olurdular.

Psixoloqlar hesab edirlər ki, rəvayət, əfsanə və nağıllarda, miflərdəki qurd-adam obrazı insanın qaranlıq, qeyri-təbii qüvvələr qarşısında acizliyinin simvolu idi.
Səmavi dinlər buyurur ki, qurd-adamın varlığı insanın Allaha daha çox inanması, ibadət etməsi, mömin olmasını vacib edir. Çünki ağır günahlar işləmiş insanlar sonradan əməllərinə görə ağır cəza ala bilərlər.
Qurda dönmək kimi...

İslamın təşəkkül tapdığı dövrlərdəki təsəvvürlər sonradan orta əsrlər Avropasına da sirayət etdi. Belə ki, öz istəyi ilə, cadugər ayinlər və dualar vasitəsilə qurda dönən insanlar günün istənilən vaxtı qurda çevrilir, amma bu zaman insan kimi düşünmək bacarığından məhrum olmurdular.

Anadangəlmə qurd-adamlar isə yalnız Ay bədirlənəndə qurda çevrilir və dördayaqlı olduğu zaman nə etdiyini sonradan, insan vücuduna qayıdanda xatırlamırlar.

Psixiatriyada qurd-adam davranışını öyrənən "likantropiya" adlı bir sindrom da var ki, insanın sutkanın və ya ayın müəyyən vaxtlarında özünü qurd kimi hesab etməsindən bəhs edir.

Qədim rəvayətlərə görə, insanın Ayın bədirləndiyi gecə qurda çevrilməsi onun qisas yanğısı ilə bağlıdır.
Məsələn, qədimlərin ən məşhur tarixçilərindən biri Rəşid əd Din yazırdı: "Çox ağrılar çəkən, aşağılanan və təhqir edilən bir kəs bədrli Ay gecəsi qurda çevrilərək onu insan saymayanlardan qisas ala bilər. Lakin elələri də var ki, qurda istədikləri zaman çevrilə bilirlər".

Bütün rəvayət və mifologiyalarda hesab olunur ki, insanın qurda çevrilmək bacarığı əldə etməsi üçün onu belə qurd-adamın dişləməsi gərəkir.
Ya da belə adam hələ ana bətnində olarkən onun anasını qurd-adam dişləməliymiş.

Dağ dəliyindən çıxan soy

"... Türk ulusunun yaranmasından bəhs edən əfsanəyə görə, günlərinin birində sayı-hesabı bilinməyən, uğultu ilə gələn və nəhayətsiz tarladakı çəyirtkələr, çöldəki çaqqallar qədər olan düşmənlər türkləri məğlub etdilər. Türklərin sağ qalanları uca dağları aşaraq yad ellərə vardılar.
Onlar çox getdilər, neçə məkandan keçdilər və axırda keçilməz dağ meşəsinə çatdılar. Fəqət, bir qədər diqqətlə baxanda meşənin içlərinə aparan dar cığır gördülər. Həmin cığırla irəliləyən, arxadan gələn düşməndən qurtulmağa çalışan türklər meşə bitəndə ecazkar yerə çatdılar. Cığır qayada bitmişdi və o qayadan da aşağı baxanda gur sulu çaylar, yamyaşıl çəmənliklər, ruzili otlaqlar, ovla dolu meşələr görünürdü.

Türklər ulu Tenqriyə dualar etdilər, çünki həmin yer cənnətə bənzəyirdi.
Və o yerə də Ergenekon deyildi. Əsrlər keçdi və o yer türklərə darlıq etməyə başladı. Buraya əcdadlarının gəldiyi yeri isə türklər unutduqlarından Ergenekon ətrafındakı dağlarda çıxış aramağa başladılar.
Günlərin birində ən qocaman dəmirçi söylədi ki, bəs dağlardan biri dəmir filizidir: "Əgər nəhəng, alovu göylərə bülənd olacaq tonqal qalasaq və o filizi əritsək, dağda dəlik əmələ gələr, biz də buradan çıxa bilərik".

Türklər dağın ətəyində nəhəng tonqal hazırlığı gördülər, odunları yetmiş yeddi yerdən yandırdılar. Alov göyə qalxdı və dağda elə bir dəlik yarandı ki, oradan yüklü dəvələr keçə bilərdi. Sayları çoxalan, güclənən Ergenekon türkləri də o dəlikdən çıxdılar, vətənlərinə qayıtdılar və düşməni darmadağın edərək ulu əcdadlarının, soylarının intiqamını aldılar".

Rus tarixçisi və türkşünası Lev Qumilyov, habelə Qərb alimlərinin istinad etdikləri əfsanənin yozumu belədir.

Alimlər onu da deyirlər ki, "Ergenekon" kəlməsinin mənası "dəlik daş"dır. Yəni dağdakı dəlikdən bərəkətli yerə varan və sonradan da oranı dağı dələrək tərk edən türklər həmin hadisələri belə ölümsüzləşdirməyə çalışıblar.

Qədimlərdən səslənən qurd ulartısı

"... Və Zevs göy gurultusunu xatırladan səslə dedi: "Bundan belə əbədi olaraq qurda çevriləcək, qurdlar arasında yaşayacaqsan!" Onun sözləri Arkad çarı, əzazil və murdar, Zevsi ələ salmaq üçün ona insan ətindən hazırlanmış yemək vermiş Likaona ünvanlanmışdı. Likaon həmin yeməyi öz əli ilə öldürdüyü 7 yaşlı oğlundan hazırlamışdı.
Qurd-adamların yaranması barədə qədim yunan əsatiri belədir.
Qurd qədimlərdə qəddarlıq və yırtıcılıq simvolu deyildi: onu indiki "təsəvvür"ə xristian təlimi salıb.
Ana qurdun yemlədiyi Romul və Rem qədim Roma şəhərinin baniləri idi. Bu səbəbdən də Kapitoli qurdu indiyədək fədakar analığın nişanəsi sayılır.

Skandinaviya xalqlarının ali tanrısı Odinin sədaqətli yardımçıları və dostları da Cerri və Frekki adlı qurdlardı.
Özünü qurd sayan insanların davranışından elmdə ilk dəfə 1798-ci ildə Yozef Klavdi Rougemont "Hundswuth" adlı kitabında bəhs edərək belə davranışı "lykanthropie" adlandırıb.
"Likantropiya" kəlməsi yunanca "lycos" ("qurd") "anthropos" (insan") sözlərindən yaranıb, çağdaş psixiatriyada da insanın özünü qurd və ya başqa heyvan saydığı xəstəliyi bildirmək üçün istifadə olunur.
Elm son dövrlərədək insanın qurda çevrilməsini birmənalı olaraq istisna edirdi.

Lakin Meksikada buna artıq şübhə edirlər. Belə ki, Quadalacar şəhərində yerləşən biotibbi tədqiqatlar mərkəzi likantropiyanın öyrənilməsi ilə məşğul olur. Doktor Lüis Figueyra "Globo"ya verdiyi müsahibəsində bildirib ki, illərdən bəri Asievo ailəsini öyrənir.
"Bu ailədə 30 insan var. Onların hamısının xarici görkəmləri dəyişib. Asievo ailəsindəki insanların bədənləri sıx tüklərlə örtülüb. Onların duruşu, səsləri və mimikası da dəyişərək qurdu xatırladır", - Figueyra söyləyib.

Amerika Səhiyyə Assosiasiyası isə illərdən bəri apardığı araşdırmalar nəticəsində belə qərara gəlib ki, insanın qurda çevrilmə imkanları var və qurd-adam sadəcə, insanların təxəyyül məhsulu, rəvayət və əfsanə qəhrəmanı deyil.
Belə ki, elmi tədqiqatlar zamanı sübut edilib ki, Amerikadakı navaho qəbiləsindəki hinduların şamanları olan limikkinlər istədikləri zaman, ehtiyac duyduqları vaxt asanlıqla qurda çevrilə bilirlər.

"Ya rəbb, bəlayi-eşqdən qıl aşina məni..."

Tanış kəlmələrdir, deyilmi?! Məhəmməd Fizulinin yazdığı indi də sevilərək oxunur, deyilir. Amma çox az adam bilir ki, "aşina" kəlməsinin kökü ulu babalarımızın, qədim türklərin qurda çevrilmək bacarığından bəhs edir.

Çinin şimalını fəth edən tobasların məğlub etdikləri tayfalar arasında 500 aşin ailəsi də vardı. Onlar hunlar və senbiylərin IV əsrdə çinlilərin əllərindən aldıqları Şensi vilayətinin qərbində yaşayırdılar.
Şamanların istədikləri zaman qurda dönə bildikləri söylənən aşinlər Hesinin hökmdarı Muğana tabe idilər.

Çinlilər də aşhin xanının təəbələrini "tu-kyu" adlandırırdılar. Tarixçi P.Pelyu yazırdı ki, qədim çinlilərin "tu-kyu" kəlməsi əslində "türk-yurt" mənasını verir.
"Türk" kəlməsinin mənası isə "güclü, möhkəm" deməkdir.

439-cu ildə aşinlər Qobi səhrasını keçərək sonradan "türklərin zəfər yürüşləri" kimi tarixə düşəcək köçə başlayanda onları "qurd adam" adlandırırdılar.
Çünki "aşin" sözünün özü "qurd" deməkdir və sonralar bu söz "börü", "buri", "kaskır", "yalquzaq", "qurd"a döndü.
Qədim türklərin yaranması barədə digər əfsanədə də elə bundan bəhs olunur.

"Hunnu xalqının türkləri düşmənin qəfil hücumuna tuş gəldilər. Sağ qalan yalnız əlləri və ayaqları qılıncla kəsilmiş, özü isə bataqlığa atılmış 9 yaşlı oğlan oldu. Onu bir dişi qurd xilas etdi, oğlan o qurdun zağasında böyüdü və sonra da qurd həmin oğlandan hamilə qaldı. Düşmənlər oğlanı tapıb öldürdülər, qurd isə Altaya qaçaraq orada 9 oğul doğdu. Türklər belə yarandı", - hunn rəvayətlərində deyilir.

Aşinlərin qurda çevrilmək bacarıqlarından çinli və ərəb tarixçilər də bəhs etmişdilər. Farslar isə aşinlərin qurda dönmələri barədə rəvayətlərdən elə vəcdə gəlmişdilər ki, sirdən və ya hansısa hissdən, əməldən xəbərdar olan insanı "aşina" adlandırmışdılar.

İnsan qurda necə dönür?

Sabiq Sovetlər Birliyi illərində Moskva və Sankt-Peterburqdakı özü ictimaiyyətə qapalı, fəaliyyəti isə məxfi saxlanılan elmi-tədqiqat institutları arasında iki strukturda insanın qurda çevrilməsi ilə bağlı araşdırmalar aparılırdı.

Məşhur sovet bioloqları Blyumkin, A.Barçenko və Q.Mebes okkultizm, insanla kütləyə psixi təsir problemlərini öyrənirdi.
Rusiya Milli Elmlər Akademiyasının son illərdə apardıqları ekspedisiyalar isə dəqiq faktlar və dəlillərə əsasən bəyan etdi ki, insanın qurda çevrilməsi fenomeni var.
Valeri Dyominin Rusiyanın şimalında, Kol yarımadasındakı Seydozero kəndində yaşayan loparların şamanlarının ehtiyac yarandığı zaman qurda dönmələrini müşahidələrlə təsdiqlədiyini elmi məqalələrində də vurğulayır.

Eyni situasiya ABŞ-ın Aydaho, Vayominq və Massaçusets ştatlarında yaşayan hinduların şamanlarının ayinlərində də müşahidə olunub.
Çinin Sinzyan-Uyğur mahalındakı uyğun türklərinin ənənəvi "buradsa" ayinlərində olduğu kimi.
Professor Ernst Muldaşev isə hesab edir ki, qədim türklərdə insanın qurda çevrilməsi ayininin sirlərini şamanlar əla bildirdilər.
"Türk soylarından olan və qədimlərdə Rusiyanın şimallarında məskunlaşan kiçik xalqların şamanları arasında insan "qılaf"ından çıxaraq asanlıqla qurd ola bilən şamanlar indi də var. Onlara "noyd" deyirlər. Ümumiyyətlə, bütün belə xalqlarda, xüsusilə də yakutlarda qurda dönmək bacarığına malik adamlar çox olub", - Muldaşev deyib.

Saxa-Yakutiyada yaşamış, indisə ABŞ-dakı Delaver Universitetində çalışan Maya Aleronova isə söyləyir ki, onun da babası qurd-adam olub.
"Babam çox yüksək səviyyəli noyd idi və hamı da ona sayğı bəsləyirdi. Babam qurda çevrilməyi, sonra da insana dönməyi bacarırdı. Buna inanmaq çətin olsa da, hər şeyi gözlərimlə görmüşdüm. Halbuki babam qurda çevrilib sonradan insan olmasını həmişə hamıdan gizlin etməyə çalışırdı. Bir dəfə onun necə çevrildiyini gördüm. Babam gərəkli duanı oxudu, ayini etdi və sonra soyunub çılpaq qaldı. Birdən onun bədəni gərildi, sonra şəffaflaşmağa başladı və axırda tam yox oldu. Onun yerində isə əvvəl şəffaf, sonra isə gözlə aşkar görünən qurd peyda oldu. Qurd məni görmədi və tundraya qaçdı. Bilirsinizmi, babam heç zaman deməzdi ki, şamanlar məhz Ay bədirlənəndə qurda çevrilirlər və ya qurd-adam həddən artıq aqressiv olur. Bütün bunlar boş söhbətlərdir", - M.Alernova söylədi.

İnsanların qurda çevrilməsinin sirlərini bilən qədim türklər bu bacarığı özləri ilə tarixin geri dönməz dalanlarına aparmayıblar.

Tam əksinə, indi Rusiyanın Sibir bölgəsindəki türk soyları ilə yanaşı, Şimali Amerika və Yaxın Şərqdəki türk tayfalarının adamları arasında belə bacarığın daşıyıcıları var. Adları müxtəlif olsa da, ustalıqları fərqlənmir: onlar insan orqanizminin imkanlarının gerçəkdən də, hədsiz olduğunu əməlləriylə, mistik ayinləri və bacarıqları ilə sübut edirlər.

"Al Jazeera"nın reportyorlarının dediklərinə görə, İraqın şimalında, türklərin yaşadığı Altınköprü bölgəsində qurda çevrilə bilən bir qoca barədə danışılanları eşidəndən sonra həmin insanla görüşmək qərarına gəliblər.
Səlahəddin adlı 74 yaşlı qoca qurda dönə bildiyini danmayıb.
"Bacarıram və bu, sirr deyil. Amma qurd olmaq asan deyil. Əsas insan qalmaqdır", - müdrik qoca söyləyib.


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 00:18
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
COXXX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN......MARAQLIDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Ulya

  • 3 fevral 2011 20:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqlidi winked

Made_In_Bakinka

  • 29 yanvar 2011 03:04
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}

Sitat: Morning_Star
O Twilight-da olur ele

hmhm duzdu
tam oxumadim amma maraqli idi

AskZede

  • 25 yanvar 2011 20:10
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Coooooooxx Maraqli Xeberdir Bu Haqda Filmlere Cox Baxmisam Hardasa Mende Bu Haqda Tesevvur Yaranmisdi Twklove

--------------------

sevgim

  • 25 yanvar 2011 18:49
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
bos seylerdi

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

YazYamuru

  • 25 yanvar 2011 18:45
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Amma qurd olmaq asan deyil. Əsas insan qalmaqdır", - müdrik qoca söyləyib.

belay recourse belay

--------------------



SUADA_M

  • 25 yanvar 2011 17:25
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
TSK MARAQLİ İDİ smile

--------------------

SHADOW

  • 25 yanvar 2011 17:24
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
ORDAN BURDAN OXUDUM TEWEKKUR

Jasmin gulu

  • 25 yanvar 2011 17:21
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
kopyaladim sonra oxuyacam indi sebrim yoxdur

Morning_Star

  • 25 yanvar 2011 15:43
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
O Twilight-da olur ele

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}