Məktəbli qızlar başıbağlı olmalıdırlarmı?

 
Məktəbli qızlar başıbağlı olmalıdırlarmı?


Müsəlman və xristian məktəblilər kimi, terrorçuların da fərqləri var...

Din mənəviyyat diktaturasıdır, deyirlər və bu diktaturanın polisi biz tərəflərdə molladır. Yer üzündə mollaların bir neçə növü yaşayır – İran mollası, türk mollası, kənd mollası, minbər mollası, ehsan mollası və s. Bu mollalar dini rütbəcə də fərqlənirlər. Məsələn, dində höccətülislam rütbəsi daşımaq, təqribən, ordudakı general-simus rütbəsi daşımağa bərabərdir. Ayətullah – general-polkovnik kimi bir şeydir. Yəni höccətülislam istədiyi vaxt ayətullahı kabinetinə çağırıb, tutalım, vəzifəsindən sui-istifadə etdiyi üçün danlaya və cəza olaraq, ona gündüz axşama kimi namaz qıldıra, yəni, təqribən, hərb diliylə desək, “jim” elətdirə bilər. Ayətullah da həmçinin, rütbəcə özündən kiçikləri çağırıb dəstəmaz alarkən aftafadan əlinə su tökməsini əmr edə bilər. Buna görə də müsəlman dünyasında böyüyün böyük, kiçiyin kiçik yeri var. Kiçiyin ağzı nədir böyük olan yerdə cıqqırını çıxarsın. Əslinə baxsan müsəlman dünyasında kiçiyin heç kiçik yeri də yoxdur, hətta belə bir atalar sözü də var ki, “evin kiçiyi olmaqdansa, itin küçüyü olasan”. Yəni bu məsələ görə bizdə itin küçüyünin hüquq və azadlığı evin kiçiyinkindən çoxdur. Kiçiyin işi böyüklərin aftafa-ləyənini daşımaqdır. Aftafa-ləyən müsəlmanın öləndən sonra cənnətə getməsindən ötrü çox vacib atribut sayılsa da, bəzi mənbələrdə bu müqəddəs qab dəstinin müsəlmanlardan xeyli əvvəl xristianlar tərəfindən kəşf olunduğu söylənilir. Belə ki, dəstəmaz anlayışının İsa peyğəmbərlə bağlı olduğunu təsdiqləyən mənbələrdə deyilir ki, bəzi xristian təriqətlərində - pyatidestyatniklərdə, adventistlərdə - dəstəmaz almaq dəb imiş. Bunun əsasını da yevangelist bir rəvayət təşkil edir. Guya, xristian peyğəmbəri İsa Məsih gizli axşam yeməyi zamanı öz şagirdlərinin ayaqlarını yuyurmuş. Pah! Əvvəla sual oluna bilər, peyğəmbər olan şəxs axşam yeməyini niyə gizli şəkildə yeyir, ikincisi, şagirdin ayağını yumaq nə dərəcədə doğru hərəkətdir? Şagirdin ki, ayaqlarını gündə üç dəfə falaqqaya salıb çubuqdan çıxarmadın, başına çadra bağlatdırmadın, daha onun nəyi şagird oldu? Elə buna görə də şagirdləri İsanı üçüncü xoruz banında Roma prokuratorlarına satdılar da! Peyğəmbərə ayağını yudurdan şagirddən bundan başqa nə gözləmək olardı?. Buna görə də bizim din xadimləri insanı bələkdən qəbrəcən cəzalandırırlar ki, qudurmasınlar.
Əgər bizim ayətullah deyirsə ki, məktəbli qızlar çadra örtməlidir, deməli örtməlidir, deməli Allah belə qərara gəlib. Ayətullah dəli deyil ki, özündən qanun yaratsın. Yüz faiz Allah-təala buyurub ki, Azərbaycan məktəblilərini çadraya bükmək lazımdır.
Sübut? Nə sübut? Məgər bilmirsiniz ki, dində şəkk etmək kafirlikdir!? Hətta müsəlmanlara nəzərən kafir hesab olunan protestantların da belə bir deyimi vardır ki, “etiqadı sübut etmək onu rədd etmək deməkdir”. Din elə ona görə dindir ki, onun sübuta-filana ehtiyacı yoxdur. Din bəyəm sənin üçün pedoqogika elmidir ki, Uşiniskinin dediyini Kominski dansın? Ağlınız Karl Marksa getməsin, dini “xalqın tiryəki” adlandırırdı. Axırı nə oldu? Dinin tiryəkə qarşı olduğunu İran İslam Respublikası hər gün sübut etmirmi? Hər gün bu ölkədə tiryək alverçisi adıyla ittiham edilən adamlar edam olunmurmu?! Hərdən eşidirik ki, hansısa qərbli ağzıgöyçəklər “islamın terrora meyilli din olmasını” söyləyirlər. Guya, biz müsəlmanlar kefimizdən terror aksiyaları törədirik. Bəs innokentçilərin, muraşkovçuların, xlıstların törətdikləri qırğınlara nə deyirsiniz? Hələ ermənilərdən danışmırıq. Özü də biz yazıq müsəlmanlar terror törədəndə də ədalət hissini heç vaxt unutmuruq. Partlatdığımız camaatla bərabər özümüzü də partladırıq. İndiyəcən hansı xristian qarnına bomba bağlayıb camaatla bərabər özünü də partladıb? Yəni necə deyərlər, bombaya bürünüb, elnən sürünüb. Varmı tarixdə belə bir fakt? Bizim zavallı müsəlman terrorçular bombanın ən gur yerinə düşdükləri üçün tikələri də ələ gəlmir.

Orta əsrlərdə yoxsullaşmış xristian feodallarının təhrikiylə kilsənin Şərqə Səlib yürüşlərinin təşkilinin arxasında bəyəm talançılıq, yeni torpaqların zəbti niyyətinin durduğunu bilmirik? Guya, Şərqdə yel əsib, qoz tökülmüşdü? Şərqlilər itə də bir çörək borcludur. Biz burda külfət-uşağı dolandırmaqdan ötrü Moskva bazarlarında göy-göyərti satırıq, zalım uşağı qılınc götürüb Şərqə gəlirlər ki, qaz vurub, qazan doldursunlar. Axırda da bizim adımızı terrorçu qoyurlar. Bizdə Kərbəla qırğını olmuşdursa, onlarda da Varfolemey gecəsi olmuşdur. Bizdə cəmi yetmiş iki adam qılıncdan keçirildisə, onların Varfolemeyində 30 min insana divan tutuldu.

Bütün bu tarixi faktları sadalamaqda məqsədimiz budur ki, bizim höccətülislamların, ayətullahların nə qədər humanist, tərəqqipərvər, uzaqgörən olduğunu – adamlar hətta o biri dünyada bizi nələrin gözlədiyini indidən üzümüzə deyirlər - məktəbli qızcığazların diqqətinə çatdırmaqdır. Bir çadra nəmənədir ki, örtmək istəmirsiniz? Kişilərlə üz-göz olursunuz. Siz çadralarınızı örtün, inşallah, cənnətdə sizə gözünüz üstə qaşınız var deyən olsa, gəlib cəhənnəmədə şəxsən mənim üzümə tüpürərsiz. Hələ bu günəcən elm öyrənməklə cənnətə getmək heç kimə nəsib olmamışdır. Deyilənə görə, Qaliley, Kepler, Kopernik, Volter, Paskal, Spinoza, Stendal, Lokk, Hüqo, Defo, Düma, Leybnits, Beko və başqa elm qurbanları hələ də cənnətlə cəhənnəm arasında sərgərdan həyat sürürlər.


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 00:17
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
COXXX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN......MARAQLIDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Medine.

  • 15 fevral 2011 21:47
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
Aydin meseledir ki, bizi Allah yaradib, ve yene qayidacagimiz yer Onun dergahidir. Dogulandan olume qeder olan fasilede yashadiglarimizin, emellerimizin cavabini vermeliyik. Belelikle neyin dogru neyin yalnish oldugunu nece bilek? Bunun uchun Allah bize oz kitabini (Quran) gonderib. Hansiki orda butun qayda qanunlar yazilib. elecede Nur suresinin 31-ci ayesinde qadinlarin ortulmesi barede achiq aydin yazilib. Ayetullahlardan qabag bunu Allah bize deyib. Allahin qoydugu qanunlardan daha yaxshi qanunu bizim uchun kim qoya biler?, Oz serfelerini guden siyasetchiler?Bes Allahin qanunlarini ayaq altinda qoyub cennete gede bilerikmi? bu axmaqliqdan bashqa bir shey deyildir.

Ulya

  • 3 fevral 2011 18:43
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
herenin oz secimi var

KAYFULLA

  • 28 yanvar 2011 11:22
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
maraqli idi,ne deyim no

-=EFSANE-XANIM=-

  • 26 yanvar 2011 20:10
  • Məqalə: 8
  • Şərh: 842
  • Bal:
{awards}
Deyilənə görə, Qaliley, Kepler, Kopernik, Volter, Paskal, Spinoza, Stendal, Lokk, Hüqo, Defo, Düma, Leybnits, Beko və başqa elm qurbanları hələ də cənnətlə cəhənnəm arasında sərgərdan həyat sürürlər.///////////// BUNU KIM DEYIB BILMIRSIZ???????? GOZUYLE GORUB??????????

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

SUADA_M

  • 26 yanvar 2011 05:00
  • Məqalə: 15
  • Şərh: 558
  • Bal:
{awards}
BU MƏSƏLƏDƏ NƏ QƏDƏR UZANDIEEEEE QOYSULARDAAAA

--------------------

Made_In_Bakinka

  • 26 yanvar 2011 01:28
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
Sitat: Jasmin gulu
HİCAB QADİNİN İSMETİDİR

sen hicablisan?

Doktor,
ele menimcunde

Sladkiy-paddonok

  • 25 yanvar 2011 23:53
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
EGER HEDDI BULUGA CATIBSA NIYEDE YOX!AMMA DINIMIZ HECNEYI MECBUR ETMIR!HER WEY INSANDAN ASLIDIR!AMMA WESIYYET VESIQESI SOHBETINDE HE MEN RAZIYAM KI BAWI ACIQ CEKILMELIDI WEKIL!

--------------------
Yaşamaq yeganə əzabdır ki, insan ondan doymur!

ELEGANT

  • 25 yanvar 2011 20:12
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
kim deye biler ki bawi baglamaq qadagandi.onu deyen insan dinden,muselmanciliqdan xebersiz insandi.hicabi aradan qaldirmaq isteyen insan,weherdeki bedeni yaricilpaq qizlarimizi geyindirsin.olmaz ki............???

her halda cins walvarda butun bedenin ezalari yad kiwilerin gozune gire gire mektebe getmek yaxwidi heri .....kepenek...........................

--------------------
BİR GÜNÜNÜZÜ ONLARA AYIRIN! BİR GÜN ONLARI SEVİNDİRİN!

Cici-Kiz

  • 25 yanvar 2011 19:46
  • Məqalə: 38
  • Şərh: 654
  • Bal:
{awards}
Hər kəsin azadliq haqqı var, hicabli xanimlarda azadligini hicablarinda gorurlər. Məncə hicab ortməyin ozu boyuk iradə tələb edir. Amma buna baxmayaraq, az yasli qizlarin hicab ortməsini o vaxta qədər dəstəkləmirəm ki, onun 18 yaşı olsun. 18-dən sonra ortunsə onun dəyərini də anlamis olar!TƏŞƏKKÜRLƏR!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

NaRka

  • 25 yanvar 2011 19:43
  • Məqalə: 3
  • Şərh: 266
  • Bal:
{awards}
maragli xeberdir...
cox saqol smile

Jasmin gulu

  • 25 yanvar 2011 19:21
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
HİCAB QADİNİN İSMETİDİR

Morning_Star

  • 25 yanvar 2011 18:38
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}
YazYamuru,
Həqiqətən də belay

_Pretty_Girl_

  • 25 yanvar 2011 18:28
  • Məqalə: 25
  • Şərh: 135
  • Bal:
{awards}
<<<Xeber ucun minnettaram>>>

--------------------
Həzrəti İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.»

YazYamuru

  • 25 yanvar 2011 18:26
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
TŞK............................ belay

--------------------



sevgim

  • 25 yanvar 2011 18:25
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
mektebe usaq mektebli formasinda getmelidi

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

,,kepenek,,

  • 25 yanvar 2011 17:53
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
menim fikrimce hec kes basi bagli mektebe getmemelidir

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

Doktor

  • 25 yanvar 2011 17:52
  • Məqalə: 9
  • Şərh: 690
  • Bal:
{awards}
COX SAGOL XEBERE GORE.EN AKTUAL XEBERDI VE MENIMCUN DE BUNUN SONU MARAQLIDIR........

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 43

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
The Shield
Xəbərləri: 55
Cəmi: 77
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}