Bizi bütün millətlərdən fərqləndirən cəhətimiz nədir?

 
Bizi bütün millətlərdən fərqləndirən cəhətimiz nədir?


Nadir məziyyətlərimiz çoxdur. Amma elələri də var ki...

Hər kəsdən və hər şeydən daimi narazılığımız barədə az yazmamışıq. Onu da demişik ki, biz heç vaxt günahı özümüzdə axtarmarıq - hər zaman dır-dırımızı əsaslandırmaq üçün bir “günahkar” taparıq. Yəni, öz gözümüzdəki tiri məharətlə ört-basdır etdiyimiz kimi, başqasının gözünə tük “yerləşdirməyin” də öhdəsindən ustalıqla gəlirik.

Ağ süddən çıxan qaşığın dişin dibinə təsiri

Xüsusilə, son illər yol polisləri ilə sürücülər arasındakı mehriban düşmənçilik maşallah olmayan dərəcəyə çatıb. Bir az da konkretləşdirsək, “QAİ”nin arxasınca dişinin dibindən çıxanı deməyən avtomobil sahiblərinə az-az rastlamaq olar. “Od olmayan yerdən tüstü çıxmaz” deyiminə güvəndiyimiz və az-çox cəmiyyətimizə bələd olduğumuz üçün polislərimizin də sudan çıxmış ağ qaşıq olduğunu söyləyə bilmərik. Təbii ki, heç bir ittiham tamamilə haqlı və ya haqsız ola bilməz. Lakin, sözümüz bunda deyil.

Ötən gün taksidə “İnşaatçılar” prospekti ilə şəhərə tərəf gedirdim. “Hyatt Regency” otelinə çatmamış sürücü üzünü turşudaraq, “Veçni qabaqda pusquda dayanırlar” deyə diqqətlə qarşıya boylanmağa başladı. Söhbətin DYP-dən getdiyini anladığımçün gözucu sürücünü nəzərdən keçirdim və təhlükəsizlik kəmərini taxmadığını gördüm. Bəlkə də yadından çıxıb deyə xatırlatmağı borc bildim:
- Kəmərini taxmamısan...
- Əşşi, qoy qalıb.
- Necə yəni qalıb? Həm qabaqda polis olduğundan qorxursan, həm də kəmərini taxmırsan...?
- Taxanda özümü narahat hiss edirəm, nolar, olar.
- ...

Nəsə demək istədiyim anda çiynində daşıdığı “bərəkətə” qurban olduğumun “dəyənəyi” qabağımızda şaquli xətt cızaraq, şosenin sağ tərəfini göstərdi. Day bundan sonrasının şahidi olub, sonra bunları qələmə almamaq kişilikdən deyildi. Bayaq “nolar, olar” deyən sürücünün polisin qabağında ikiqat əyilmiş beli, bir qarış bayıra çıxaraq yalvar-yaxar edən ilan dili, üzərinə yapışan təhqiramiz ifadələrdən xoruz pipiyi kimi qızaran sifəti hələ də gözümün önündən getmir. Təxminən 15 dəqiqəlik tövbə-qələtdən sonra məndən alacağı 5-6 manatın üstünə bir o qədər də qoyub, “əjdahanın” cibinə dürtdü və “Balana qurban olum”la “Allah köməyin olsun”u göyə sovuraraq, siçan kimi özünü avtomobilə atdı.

Diqqət edin! Bəlkə də dünyada analoqu olmayan düşüncə tərzi və bu düşüncənin daşıyıcılarıyıq. Qarşıda səni gözləyən təhlükədən xəbərdarsan və bundan dəfələrlə də başın çəkib. Üstəlik, başına gələn xoşagəlməz olayların acı xatirəsi və növbəti xəbərdarlıq siqnalı gəlir. Lakin bunların heç birinə əhəmiyyət vermədən və səbəbsiz-filansız qılınc-qalxan götürmədən döyüşə atılırsan. Nəticə necə olmalıdır axı? Yüzdə yüz məğlubiyyət, itki, söyüş-təhqir və bəlkə də ölüm. Sadəcə xırda bir əziyyət və qaydalara tabe olmaq əvəzinə, bütün bunları yaşamağa dəyərmi?

Bizim bu “əvəzolunmaz” düşüncə tərzimiz təkcə DYP-sürücü münasibətləri ilə məhdudlaşmır. Bütün sahələrdə eyni təfəkkür, eyni davranış və eyni bədbəxtçilik hökm sürür. Küçədə sümürdüyümüz siqaretin kötüyünü 5 addım kənardakı zibilqabına atmağa can çəkirik. Amma qulağımızdan yapışıb, yerə atdığımız həmin kötüyü dilimizlə yalatdırılanda “urra, qoduqluğa aparmadılar” deyə bayram edirik.

Hər şey mırt uğruna...

Əsgərlikdə ayaqyolunda siqaret çəkməyə, yaxud yan-yörəni batırmağa qadağa qoyulduğunu bilə-bilə, oğrun-oğrun, sanki qəsdən qadağanın əksinə gedirik. Üstü açıldığında isə evdən gətizdirdiyimiz 5-10 manatı xahiş-minnətlə zabit-gizirin cibinə basmaqla yanaşı, bir əlimizdə diş fırçası, o biri əlimizdə isə aftafa 500 nəfərlik tualeti par-par parıldadırıq.

Şagirdlərimiz qonşu sinfin qapısını “kim bir təpiyə sındıra bilər?” yarışına girirlər. “Ay bala, o qapını sındırmaq sənə nə qazandırır, niyə sındırırsan?!” sualına isə “Heç, mırta” cavabı gəlir. Nəticədə mırtını burnunun iki deşiyindən elə gətirirlər ki, sillələrin təsirindən qulağının dibi bir ay zoqquldayır.

Müəllim tələbəyə yalvarır ki, oğlum, heç olmasa 3 sualın cavabını oxu, gəl sənə qiymət yazım. Təsəvvür edirsiniz, 3 suala cəmi 3 saat vaxtı gedər və imtahandan üzüağ çıxar? Lakin, qəsdən və bəlkə də məhz müəllim tövsiyyə etdiyi üçün oxumur. Axırda da sadəcə inadı və tərsliyi ucbatından həm ata-anasını dilənçi kimi qapılara salır, həm də qorxusundan və üzünə çırpılan təhqirlərdən ilboyu yeyib-içdiyi zəhrimara dönür.

Uşaq neynəsin?! Böyüyündən gördüyünü tətbiq edir. Valideynlərimizə azyaşlı övladının ilk oğurluq etmə və ya söyüş söymə xəbərini çatdırmaq o nəslə düşmən olmaq kimi bir şeydir. Sən azərbaycanlı “can papa"ya onun “gül balası” haqda eşitmək istəmədiyi sözləri deyə bilərsən? Ya düşmən olarsan, ya yalançı.

Bizim kəndçi Vaqif oğlu “Xexişin” üstündə bütün kəndlə düşmən oldu. Gözünü açandan cibgirlik və mərdiməzarlıqda ad çıxaran Xexişin “igidliyindən” bütün el hali idi, təkcə atasından başqa. Əslində, o da xəbərdar idi, lakin nə “can bala"sına tərbiyə verir, nə də öz kürəyini yerə verirdi. Beləcə, böyüyən “dəliqanlı” balanın son “dəliqanlılığı” isə lap kulminasiya oldu – anasının oğurlanmış 6-7 min manatlıq qır-qızılı Xexişin “başının altından" çıxdı.
Yəni, artıq onu həbsdən valideyn də qurtara bilmədi.

İndi özünüz düşünün: bizdəki fövqəldüşüncə tərzinin dünyada ikinci bir analoqu varmı?


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 00:12
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
40XXX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUNNNNNN MARAQLIDIR.....................

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Ulya

  • 3 fevral 2011 18:27
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Made_In_Bakinka

  • 29 yanvar 2011 02:48
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Sitat: L_SimuS
yox qaqam yoxdu))

winked

_DENIZKA_

  • 26 yanvar 2011 20:11
  • Məqalə: 25
  • Şərh: 241
  • Bal:
{awards}
Tamamile dogrudur.

-=EFSANE-XANIM=-

  • 26 yanvar 2011 19:49
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
belke de var,ne bilim,orda yawamiram ki,amma mence var/

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

,,kepenek,,

  • 26 yanvar 2011 14:22
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
yox yoxdu

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

L_SimuS

  • 26 yanvar 2011 14:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
yox qaqam yoxdu))
tewekkurler

Doktor

  • 26 yanvar 2011 12:41
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
YOX.BIZDEN YOXDU.TESEKKUR..........

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}