Azərbaycan toy adətləri - 1

 
Azərbaycan toy adətləri - 1



Azərbaycanda toy adətləri

Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nigah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı tətənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.
Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir.

Böyük toy
Toy azərbaycan xalqının mədəniyyətində mühüm yerlərdən birini tutur. Bölgələrdən asılı olaraq müəyyən fərqliliklər olsa da, ümumi toy prinsipləri çoxdur və bir çox elementlərdən ibarətdir. Azərbaycan milli toy adətləri bir-biri ilə bağlı olan mütəşəkkil sistemdir

Qız bəyənmə

Qədim el adətlərinə görə qızı ilk dəfə görən və evlənmək yaşında olan oğlan, qızı bəyənirsə, yaxın adamlarına bunu xəbər eləyir. Qızın yerini-yurdunu öyrənib xəbər tuturlar. Ailəsinin, atasının, anasının, bacı və qardaşlarının kimliyini öyrənirlər. Ailəsi-kökü oğlan tərəfi razı salırsa oğlan qızla danışmağa və özü haqqında onda müsbət rəy yaratmağa çalışır. Sonra qızın valideynlərinin fikri öyrənilir. Bunun üçün qızın yaxın adamlarına – xalasına, bibisinə, anasına xəbər göndərir. Onların fikri öyrənilir.
Ümumiyyətlə "ara düzəltmə" işində vasitəçilərin böyük rolu olur. Bu şəxslər oğlan və qız tərəfə geniş məlumatlar verir, razılığa gəlmə prosesində mühüm rol oynayırlar.
Qədim dövrlərdən kənd yerlərində qızlar bulaq başında görülər, bəyənilərdi. Şəhərlərdə oğlan anaları gələcək gəlinlərini həftə hamamında seçər, gözü tutanı oğluna məsləhət görərdi. Oğlan da toyda-mağarda, məsləhət bilinəni görər, öz fikrini bildirərdi. Əksər hallarda onun fikri ilə ananın fikri üst-üstə düşərdi. Sonra xəbər göndərmə mərhələsi başlayardı.Həmçinin o dövrdə gələcək gəlinin sağlamlığına, iş görmək qabiliyyətinə mühüm üstünlük verilərdi.
Bu adət Azərbaycan istehsalı olan məşhur filimlərdə çox gözəl şəkildə öz əksini tapmışdır

Qızgördü
Oğlan bəyənib-seçdiyi qızla evlənmək fikrinə düşdüyünü ata-anasına bildirdikdən sonra, oğlan evində qızın ailəsi haqda kifayət qədər məlumat yoxdursa, oğlan anasının, yaxud onun böyük bacısının (bir yaxın qohumu və ya bundan ötrü dəvət edilmiş ara arvadının iştirakı ilə) keçirdiyi elçilik qabağı qızgördüsünə gedirdilər.
Bu mərhələni həyata keçirən, evin qadınları olsalar da, prosesdə görünməz şəkildə kişilər də iştirak edirlər. Oğlan atası oğlanın anasına qız və onun yaxın qohum-qardaşı haqda lazımi məlumat toplamağı tapşırır.
Bu tapşırıqdan sonra oğlanın yaxın qohumları müxtəlif yol və vasitələrlə qızın özü, valideynləri, nəsli-nəcabəti barədə müəyyən məlumat əldə etməyə çalışırlar. Bundan sonra oğlan evi qadınları qızın ailə üzvləri ilə yaxından görüb təmas qurmaq üçün onlar gedirlər.
Bu "görüşə", bir adət olaraq, səhər tezdən və qəfildən gedilir ki, qız yuxudan oyanandan sonra üzgözünə bəzək-düzək vurmasın. Oğlan evi qadınları qız qapısını döyüb yoldan keçən bir insan tək bəhanə ilə həyətə və evə daxil olurlar. İçəriyə daxil olan "qonaqlar" heç bir şeyi üzə vurmur, mətləbə dəxli olmayan müxtəlif söhbətlər edir, hər vasitə ilə əsas məqsədlərini gizlədirlər. Söhbət arası ev sahiblərindən qızına su gətizdirməyi xahiş edirlər. Bu zaman gözaltı qızın əl-ayağı, oturub durmağı, yerişi və zahiri görkəminə xüsusi diqqət yetirir, onu mütləq danışdırmağa çalışır, fürsət tapıb başına sığal çəkərək hörüyünün təbii, yoxsa süni olduğunu yoxlayır, bəzən isə bir bəhanə ilə qızın dodağından öpüb ağzmda qoxu olub-olmadığını müəyyən edirlər.
Uzaq keçmişdə görücülər bunlarla kifayətlənməyib qızın qulağının yaxşı eşidib-eşitməməsinə, gözünün nə dərəcədə görməsinə, əsəblərinin yerində olub-olmamasına fikir verirdilər. Qızın ev işlərini necə bildiyini öyrənməkdən ötrü, qəsdən mətbəx işlərindən söz açırdılar.
Axırda qız evini tərk edən "Allah qonaqları" geyinən zaman qəfildən qızın ayağı altına kəlağayını salırdılar. Əgər bu kəlağayıya qədəm basmış qızın dabanları çatlaq, çirkli olurdusa, kəlağayının zərif ipək sapları mütləq büzülərdi. Bu da qızın özünə qulluq etməməsinə işarə idi.
Sonra görücülər bəyənilmiş qızın anasma eyhamla: "Allah Sizə bir yaxşı yerdən qapı açsın " deyib sağollaşır və oğlangilə qayıdaraq bütün gördüklərini və öyrəndiklərini evdəkilərə danışırlar. Məsləhətləşib qızı almaq qərarına gəldikdə, ağbirçək bir qadın tapıb onu ağızaramaya göndərirdilər.
Bir vaxtlar qız evində böyümüş qızı ərə vermək niyyəti ilə onu evlənmə dəllalına (yengəyə) göstərmək adəti də bu adı daşımışdır. Evlənmək sahəsində peşəkar vasitəçiliklə məşğul olan bu qadınlar, adətən, hansı qıza hansı oğlanın uyğun olduğunu yaxşı bilirdi. Ayrı-ayrı bölgələrdə bu elçilikqabağı tədbirə "qızabaxdı / qızsaraflama", "qızgörümü / qızgörümcəyi", "görümcək / görəli", "görücügetmə / görücügəzmə", "didar", "bəlləmə" və s. də deyirlər.

Xəbər göndərmə
Oğlan evi arayıb-axtarıb qız evinə kim tərəfdən elçi gəldiyini qız evinə xəbər verməsi üçün münasib bir adam göndərir. Bəzən qız evi gələcək qohumluğa razılıq vermir. Onda elin-obanın ən mötəbər, hörmətli insanı qız evini razılığa gətirməyə çalışır.

Kiçik elçilik

Adətə görə, əvvəl iki qadın – oğul anası və onun qohumlarından bir qadın ilk elçiliyə gedirlər. Qadınlar məsələni əvvəlcədən müzakirə etməyə və hazırlamağa çalışırlar. Onlar qızın, onun anasının qohumluğa razı olub-olmamasını öyrənər, bu məsələyə ailə başçısının da (atanın) fikrini öyrənməyi qız evindən xahiş edirlər.
Ümumi razılıq əldə olunduqdan sonra nişan mərasiminin məsələləri həll edilər və böyük elçiliyə hazırlıq başlanır. Qadınlar razılığa gəldikdən sonra, oğlan və qız evinin ailə başçıları görüşürlər. Əgər oğlanın atası olmasa, onu oğlan tərəfin hörmətli kişi qohumu əvəz edir. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedir və elçi gedənlər öz hərəkətləri, davranışları ilə qız evinə elçiliyə gəldiklərini bildirirlər.
Qız evinə gələn elçilər ilk dəfə hər şeyə dərindən fikir verirlər. Bu zaman elçilər qız anasının bacarığına, qonaqlara açılan süfrənin nizamına, evin səliqə-səhmanına göz qoyurlar, eyni zamanda özləri haqqında da həmin ailədə müsbət fikir yaratmağa çalışırlar.

Elçilik qaydaları
İnanclara və adətlərə görə elçiliyə gecə getməzlər. Baxmayaraq ki, müasir şəhərlərdə bu adət unudulub.
Elçilərin qarşısına qoyulan çay razılıq alınmamış içilməz.
Elçilikdə deyirlər: "Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar", "Qız yükü, duz yükü".
Qız atası elə birinci elçilikdən razılığa gəlmir. O deməlidir: "Qız qapısı, şah qapısı". "Bir qızla, anası ilə, yaxın qohum-əqrəba ilə məsləhətləşim, sonra qəti fikrimizi sizə bildirərik".
Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq əlamətidir – deyərlər. Ancaq yenə qəti söz deməzdi. Çünki, əsas sözü böyüklər, ağsaqqallar deməli idi.
Əgər kiçik elçilikdə ilkin razılıq artıq alınmışsa elçilər müsbət söz eşitməyə təkid etməlidirlər.Bu zaman ata qızın anasını çağıraraq hamının yanında bir də ucadan onun və qızın fikrini soruşar. Qadın isə adətə görə ata fikirinin əsas olduğunu deyərək susar. Ananın rəyi soruşularkən elçilər olan otağa qadınlar da daxil olurlar. Ananın sözündən sonra ata hamının yanında "Allah xoşbəxt eləsin " deməlidir. Bundan sonra şirin çay içilər və ortaya yemək gələr.

Nişan - "Subaydım soltandım, nişanlandım xan oldum"

Elçilikdən bir müddət sonra hər iki tərəfin təyin etdiyi vaxtda qız evinə nişan gəlir. Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün lazım olan paltarlar,kosmetik vasitələr, ziynət əşyaları, şirniyyat və meyvə xonçaları gətirirlər. Şirniyyat xonçalarına paxlava, şəkərbura və ən yaxşı konfetlər daxildir.
Bir neçə xonça isə çərəz və quru meyvələrdən düzəldilir. Nişan Novruz bayramı ərəfəsində olarsa, o zaman qız evinə xüsusi bəzədilmiş səməni də aparılır. Nişanda təkcə ayaqqabı gətirilmir, hesab edilir ki, ayaqqabı darlıqdır. Onu da ara günlərdə qayınana gəlinin yanına gələndə gətirir. Qıza nişanda alınan paltarlar adətən qırmızı rəngdə olur. Qara rəngdə heç nə alınmır.
Nişanda qız üçün zərif naxışlı qırmızı yaylıq gətirilir. Bu nişan mərasiminin ən önəmli atributlarından biridir. Nişanda bütün xərci çox vaxt oğlan evi çəkir. Süfrə üçün soğandan başqa bütün ərzaq göndərilir. Soğan acılıq hesab edilir, ona görə də qız evinə soğan göndərilmir.
Oğlan evindən nişan qırmızı lentlə bəzədilmiş xonçalarda və çamadanlarda gətirilir.
Yemək süfrəsindən sonra, ortaya oğlan evindən gətirilmiş tort verilir. Yeməkdən sonra süfrə yığılır və qızı yuxarı başda oturdurlar. Qabağına güzgü qoyurlar və şam yandırırlar. Xonçaları dövrəsinə düzürlər. Bundan sonra oğlan yengəsi (qardaşı arvadı) xonçanın üstünə nemət, noğul atır. Qız yengəsi də gəlib nemət, şirinlik atır. Daha sonra oğlanın bacısı (bacısı olmazsa yaxın qız qohumu) gətirilən xonçalardakı əşyaları nümayiş etdirməyə başlayır. Oturanlar da bir ağızdan "mübarəkdir" söyləyirlər. Sonra nişana gətirilmiş ətirlərdən birini götürüb oturanlara verirlər və hamı onunla ətirlənir.

Nişan üzüyü
Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir.
Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyü adsız barmağa taxılır. Bu da urəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir.
Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmağında olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmağdakı üzük is sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi. Bu "Üzük dili" XIX əsrin sonlarına qədər davam etmişdir.
Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. İndi də Şərq ölkələrində nişan üzüyü sol əldə gəzdirilir. Avropanın əksər ölkələrdə isə nişan üzüyü əvvəlcə sol ələ, toyda və toydan sonra isə sağ ələ taxiılır. Hindistanda nişan əlaməti olaraq böyük barmaq da daxil olmaqla bütün barmaqlara bürcə uyğun simvoilk daşlarla bəzədilmiş qızıl üzüklər taxılır. Hindistanda brilliant daşın mənfi enerji daşıdığına inanırlar və hesab edirlər ki, yalnız hədiyyə edildikdə brilliant bu mənfi xüsusiyyətini itirir.
Nişan üzüyünü brilliantla ilk dəfə orta əsrlərdə italyanlar bəzəməyə başlamışlar. Hazırda üzüyün içərisinə ad və digər sevgi sözlərinin yazılması ənənəsi Avstriya hersoqu Maksimilianın adı ilə bağlıdır. Məhz o, Mariya Burqundskaya ilə evlənəndə ona bağışladığı nişan üzüyünün içərisinə sevgilisinin şərəfinə "M" hərfi yazdırmışdı.
Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı qarşılanmır. Yalnız irsi olaraq verilən üzük istisna sayılır.
Böyük nişan mərasimi – nişantaxdı zamanı oğlan evindən gətirilib ərə veriləcək qızın sol əlinin adsız barmağına nişan üzüyü taxılır.

Bəxt güzgüsü
Böyük nişan mərasiminin nişantaxdı toyu zamanı oğlan evindən qızgilə bəxtgüzgüsü adlanan güzgü gətirilir. O sonra gəlinapardı toyunda gəlin çırağı ilə yanaşı yolboyu qızın qabağında və ya sol tərəfində oğlan yengəsi, yaxud qız soldışının əlində gəzdirilir. Onun ətrafı qırmızı parça ilə haşiyələnir, hündürlüyü 60-65 sm., eni təqribən 40-45 sm.-ə çatır. Gügü əsas etibarilə, paltarkəsdi, xınayaxdı toyları və kəbinkəsdi mərasimində nişanlı qızın qarşısına qoyulur və hər tərəfində bir şam yandırılır. Ona baxan gəlin, guya gözdolusu "gələcək ağ günlərini" görür, güzgü onun önündə aparıldıqda isə "cəmi xəta-bəladan, bədnəzərdən" qorunur.
El-oba inamına görə, suda və güzgüdə əks olunanlar, insanın oxşarı sayılır. Odur ki, bir vaxtlar bu "can və tale güzgüsü"nə baxdıqdan sonra hökmən onu öpmüşlər. İndiki toylarda da ər evinə yollanan gəlin bəxt güzgüsünü öpüb onu oğlan yengəsinə tapşırır.
Gərdək gecəsi, adət üzrə, bəy ilə gəlin bu güzgüyə eyni vaxtda baxmalıdırlar. Bəy ilə gəlinin güzgüyə birgə baxması onların həm bu güzgüdə, həm də gerçəkdə can-ruhlarının bir-birinə qovuşması, birləşməsi deməkdir.
İnanclara görə toy günü güzgü sınarsa, evlənənlər tez bir zamanda ayrılar, ya da evlənlərdən biri tezliklə ölər. Ona görə də bütün toylarda gəlin güzgüsü göz bəbəyi tək, ciddi-cəhdlə qorunur.
Bu güzgü ayrı-ayrı yerlərdə "bəxt aynası", "gəlinlik güzgüsü ", "nişan güzgüsü", "tale güzgüsü" də adlanır.

Xonça gətirmə
Toyun əsas atributlarından biri içində ayrı-ayrılıqda pal-paltar, zinət əşyaları və şirniyyat yerləşən bağlam – xonça gətirmədir. Boğçadan fərqli olaraq, onun əsasını dördbucaq şəkilli qalın parça, yaxud ağacdan yonulmuş tabaq və ya dəyirmi metal lövhə, bəzən qızılı məcməyi, sonralar isə naxışlı sini təşkil edir. Əşyalar oraya düzüldükdən sonra o, al qırmızı zərli saçaqlı və ya alabəzək ipək parça, yaxud tirmə şala bükülür. Ancaq örtüklərin dörd bucağı düyünlənməmiş qalıb sap və ya sancaqla bənd edilir.
Çox vaxt başlarda aparılan bu bağlamalar həm tərkibi, həm zahiri görünüşü, həm də ünvan sahiblərinə görə bir-birindən fərqlənirlər.
Xonçaların böyüyünü evin və ya masanın ortasına qoyur, kiçik xonçaları isə, sayından asılı olaraq böyük xonçanın ətrafına düzürlər. Qaydaya görə, toy şənlikləri zamanı onların üstünə on ikidən artıq olmayan rəngarəng şamlar düzülür.
Məlum olan ənənəvi yemək və paltar xonçalarının adları bunlardır: "ağxonça", "bayramxonçası", "bəy xonçası", "bəzəkxonçası", "çərşənbə xonçası", "gəlin xonçası", "qəndxonçası", "xızır xonçası", "xınayaxdı xonçası", "xuşkəbər xonçası", " nişan xonçası", "novbahar xonçası", "nübar xonçası", "sərpayı xonçası", "şirinxonça / şirniqabağı xonça / şirni xonçası", "toy xonçası", "üzükxonçası", "yeddilövünxonçası", "yengəxonçası" və s. Borçalıda bu bağlamaya "xon", Qazaxda isə "bağlanc" deyirlər.
Nişandan sonra qız kimin toyuna, nişanına gedərsə, onun adına oğlan evi tərəfindən xonça gətirirlər. Məclisdə qızlar bir tərəfdə otururlar. Qayınana əlində xonça oynaya-oynaya məclisə girir və gəlininin qabağına gəlir. Alnından öpüb onu qaldırır və xonçanı onun yerinə qoyur. Qaynana gələcək gəlinini oynadır. Bundan sonra baldız, qayın və bəy gəlini oynadırlar.
Oğlan evində Novruz və digər xalq bayramları şərəfinə nişanlı qızlara aparılan və həmin qız evindən oğlan evinə gətirilən xüsusi bayram xonçasına "ağ xonça" deyirlər. Üstü qırmızı kəlağayı və ya saçaqlı tirməşalla örtülən bu xonçaya səməni qoyar, içində rəngli şamlar yandırarlarmışlar. Onun başqa adı "bayram yemişi", "görəlgə" və "novruzpayı"dır.


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 31 dekabr 2013 19:40
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
Tewekkur edirem..

Banned456

  • 24 dekabr 2013 12:36
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
...:təşəkkürlər:...

Samir_Wuvalan

  • 24 dekabr 2013 00:08
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
{awards}
meqale ucun sagolun....

--------------------

Banned456

  • 23 dekabr 2013 21:01
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
...:təşəkkürlər:...

-ayka-

  • 23 dekabr 2013 20:47
  • Məqalə: 8
  • Şərh: 2311
  • Bal:
{awards}
tewekkurler

--------------------

Samir_Wuvalan

  • 23 dekabr 2013 17:38
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
{awards}
SAGOLUN MEQALE UCUN

--------------------

ShคмKiʀKค

  • 23 dekabr 2013 15:14
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
twklerrrrrrrrr fellow

Samir_Wuvalan

  • 23 dekabr 2013 12:41
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
{awards}
Azərbaycanda toy adətləri

Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nigah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı tətənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.
Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir....

--------------------

Banned456

  • 23 dekabr 2013 12:32
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Azərbaycanda toy adətləri

Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nigah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı tətənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.
Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir.

✰ ♥..Золушка..♥ ✰

  • 23 dekabr 2013 12:29
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqale ucun sagolun....

melek_19

  • 23 dekabr 2013 09:56
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Maraqli idi

--------------------

Samir_Wuvalan

  • 23 dekabr 2013 00:00
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
{awards}
Melumat üçün tewekkurler

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 22 dekabr 2013 23:45
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Ay mene qismet edib Allahima Wukur sevdiyime qovuwdum) sizzler e qismet olsun

--------------------
(^_*)

©One Direction©

  • 22 dekabr 2013 23:00
  • Məqalə: 0
  • Şərh: 48
  • Bal:
{awards}
tşklər xəbərə görə

вคɴค iкiмizi คɴlคт ❤

  • 22 dekabr 2013 22:35
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
tewekkurler

aska rico

  • 22 dekabr 2013 21:37
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tesekkurler ardi olsa cox sevinerem

--------------------

Elza Hüseynli

  • 22 dekabr 2013 21:24
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Melumat üçün tewekkurler

✰ ♥..Золушка..♥ ✰

  • 22 dekabr 2013 20:47
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkur edirem

вคɴค iкiмizi คɴlคт ❤

  • 22 dekabr 2013 20:19
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
xebere gore sagolun

Aydan95

  • 22 dekabr 2013 20:05
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
Xəbər göndərmə
Oğlan evi arayıb-axtarıb qız evinə kim tərəfdən elçi gəldiyini qız evinə xəbər verməsi üçün münasib bir adam göndərir. Bəzən qız evi gələcək qohumluğa razılıq vermir. Onda elin-obanın ən mötəbər, hörmətli insanı qız evini razılığa gətirməyə çalışır.

✰ ♥..Золушка..♥ ✰

  • 22 dekabr 2013 19:36
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkur edirem...

^^Nazlı Şeytan^^

  • 22 dekabr 2013 19:25
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
hmmmm tewekkurler

Samir_Wuvalan

  • 22 dekabr 2013 19:17
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
{awards}
MELUMAT UCUN TESEKULLER

--------------------

ShคмKiʀKค

  • 22 dekabr 2013 19:15
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
cox sag ol))))))))))

Banned456

  • 22 dekabr 2013 19:13
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Azərbaycanda toy adətləri

Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nigah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı tətənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.
Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir.

ღNəmLi kiprikღ

  • 22 dekabr 2013 19:07
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler melimat ucun:)

EmİcKa

  • 22 dekabr 2013 18:53
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------

Samir_Wuvalan

  • 22 dekabr 2013 18:42
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
{awards}
ILK SERH MENEN OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}