24 dekabr - Ərbəin günüdür (Aşuranın 40-cı günü)

 
24 dekabr - Ərbəin günüdür (Aşuranın 40-cı günü)


Bu gün Kərbəla şəhidləri üçün saxlanılan 40 günlük matəm mövsümü başa çatır. Xatırladırıq ki, İmam Hüseynin (ə) və silahdaşlarının faciəli qətli ilə əlaqədar saxlanılan matəm mühərrəm ayının 10-da (aşura günündə) başlanır və 40 gündən sonra (ərbəin günündə) sona çatır. Elə «ərbəin» gününün ərəb dilindən tərcüməsi də «qırx» deməkdir.

Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixini aşura hadisəsinin baş verdiyi hicri 61-ci (miladi 680-ci) illə bağlayırlar. Kərbəlada Şəhidlər Sərvəri İmam Hüseyn (ə) və sadiq silahdaşları qətlə yetirildikdən sonra onların çadırlardakı bütün əmlakı qarət edildi. Şəhidlərin həyat yoldaşları və uşaqları əsir kimi tutuldular. Əhli-beyt üzvlərinin də daxil olduqları, qadınlardan və uşaqlardan ibarət olan əsirlər karvanı əvvəlcə Kərbəladan Kufəyə – şəhər valisi İbn Ziyadın hüzuruna aparıldı, daha sonra isə xilafətin paytaxtı Şama (Diməşq şəhərinə) – Yezidin sarayına göndərildi. Əsirlərin arasında Kərbəla qırğınından sağ çıxmış İmam Zeynül-abidin (ə) də var idi. O, aşura günü ağır xəstə olduğu üçün döyüş meydanına çıxmamış və buna görə sağ qalmışdı.

Kərbəla faciəsinin xəbəri Mədinəyə çatanda şəhərdə misli görünməmiş həyəcan başladı. Hamı Peyğəmbərin əziz nəvəsinin və Onu qoruyan dəstənin şəhadətinə təəssüflənirdi. Mədinədəki matəm mərasiminə şəhərin ən nüfuzlu şəxsləri – Peyğəmbərin hələ sağ olan bəzi həyat yoldaşları, qocaman səhabələr başçılıq edirdilər. Belə bir şəraitdə məşhur səhabə Cabir ibn Abdullah Ənsari Mədinədən çıxıb Kərbəlaya gəlir və şəhidlərin məzarını ziyarət edir. Onu bu səfər zamanı Ətiyyə ibn Səd ibn Cünadə Övfi adlı səhabə müşayiət edirdi. (Cabirin bu zaman 75-dən artıq yaşı vardı, qocalıqdan gözləri tutulduğu üçün Ətiyyə ona bələdçilik edirdi). Rəvayətə görə, Cabir Kərbəla məkanına çatdıqdan sonra (o zaman buralar çöllük idi) Fürat çayında qüsl almış, özü ilə gətirdiyi pak və təzə paltarı geyinmiş, ətirlənmiş, sonra İmam Hüseynin (ə) və əzizlərinin mübarək qəbirlərini ziyarət etmək üçün ayaqyalın halda yola düşmüşdü. Ətiyyə rəvayət edir ki, Cabir əvvəlcə İmam Hüseynin (ə) qəbrini ziyarət etdi, məzarın üzərində o qədər ağladı ki, bihuş oldu. Ayılanda söylədi: «Həbib (sevgili, yəni İmam Hüseyn) öz həbibinə (yəni Cabirə) niyə cavab vermir?». Sonra Cabir sair şəhidlərin qəbrlərinə də salam verdi, qayıdanda isə Ətiyyəyə belə dedi: «Ali-Mühəmmədi (yəni Əhli-beyti) sevənləri sən də sev. Ali-Mühəmmədə düşmən olanlarla sən də düşmənçilik et; hətta bunlar namaz və oruc əhli olsalar belə».

Beləliklə, tarixdə Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır, özü də bu ziyarət faciədən 40 gün sonra – ərbəin günündə baş vermişdir. Bəzi rəvayətlərə görə, bu ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak etmişlər. Ümumiyyətlə, Əhli-beyt qadınlarının və İmam Zeynül-abidinin (ə) məhz ərbəin günündə Kərbəlanı ziyarət etmələri barədə mötəbər rəvayətlər vardır. Amma bu ziyarətin Kərbəla hadisəsi baş verən il yoxsa növbəti il həyata keçirilməsi barədə alimlərin fikri fərqlidir. Bəzi tədqiqatçıların qənaətinə görə, faciədən 40 gün sonra, yəni birinci ərbəin günündə Əhli-beyt tərəfindən məzarların ziyarət edilməsi qeyri-mümkündür. Çünki Kərbəladan Şama kimi yol 40 mənzildən ibarətdir və əsirlər karvanı bu yolu ən sürətli gedişlə ən azı 20 günə qət edə bilərdilər. Əsirlərin Şamda bir neçə gün qaldıqlarını və geri qayıtmaq üçün də ən azı 20 gün tələb edildiyini nəzərə alsaq, birinci ərbəin günündə onların Kərbəlada olması inandırıcı görünmür. Daha səhih məlumatlara görə, Əhli-beyt üzvləri tərəfindən Kərbəlanın ziyarət edilməsi növbəti ilin ərbəin günündə baş tutmuşdur (bax: Şeyx Abbas Qummi. Müntəhal-amal, I, 524-525).

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və «Ərbəin ziyarətnaməsi»ni oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) «Ərbəin ziyarətnaməsi»ni oxumağı möminin 5 əlamətindən biri kimi təqdim etmişdir. Həmin günü Kərbəlada qeyd edə bilməyənlər ziyarətnaməni öz evlərində də oxuya bilərlər. «Ərbəin ziyarətnaməsi»nin iki varinatı mövcuddur. Daha geniş yayılmış birinci variantı Səfvani-cəmmal (dəvəotaran Səfvan) adlı səhabə İmam Cəfər Sadiqdən (ə) rəvayət edib. Ziyarətnamənin ikinci variantı isə Cabir ibn Abdullahdan rəvayət edilib və onun həmin ərbəin günü oxuduğu ziyarətnamədən ibarətdir. Bu variant hazırda daha çox rəcəb ayının ortalarında İmam Hüseynin (ə) ziyarətnaməsi kimi oxunur. Hər iki ziyarətnamə məşhur dua kitabı olan «Məfatihül-cinan»da verilib; oxumaq istəyənlər həmin kitaba müraciət edə bilərlər.

Xatırladırıq ki, Kərbəla şəhidlərinin matəm mərasimi ərbəin günündə başa çatsa da, bundan sonra daha 9 və ya 10 gün şadlıq etməmək, hüznlü olmaq savab sayılır. Çünki səfər ayının 28-də Həzrət Mühəmməd Peyğəmbərin (s) və İmam Həsənin (ə) vəfat günü, səfər ayının son günündə (29-u və ya 30-da) isə İmam Rzanın (ə) şəhadət günü qeyd edilir. Bu müqəddəslərin ruhuna ehtiram əlaməti olaraq, səfər ayının sonuna kimi matəmi uzatmaq məsləhətdir.


Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 11 yanvar 2014 23:50
  • Məqalə: 694
  • Şərh: 18825
  • Bal:
«Ali-Mühəmmədi (yəni Əhli-beyti) sevənləri sən də sev. Ali-Mühəmmədə düşmən olanlarla sən də düşmənçilik et; hətta bunlar namaz və oruc əhli olsalar belə».

Qaska_Quli

  • 7 yanvar 2014 19:35
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
tshkkkkkkkkkkk

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 31 dekabr 2013 18:05
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
meqaleye gore sagolun...

Samir_Wuvalan

  • 27 dekabr 2013 20:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Sagol meqale ucun

ASMIYA

  • 27 dekabr 2013 15:58
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
ÇoK sağolun.
Ancaq oxuyan, anlayan və əhəmiyyət verən MüsəlmaN nə qədərdir?


31-i oxuduqlarını sad xatırlayan olacaqmı? no

--------------------


winxclub_bloom

  • 27 dekabr 2013 14:37
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 26 dekabr 2013 00:15
  • Məqalə: 694
  • Şərh: 18825
  • Bal:
{awards}
«Ərbəin ziyarətnaməsi»ni oxumağı möminin 5 əlamətindən biri kimi təqdim etmişdir. Həmin günü Kərbəlada qeyd edə bilməyənlər ziyarətnaməni öz evlərində də oxuya bilərlər. «Ərbəin ziyarətnaməsi»nin iki varinatı mövcuddur.

ShคмKiʀKค

  • 25 dekabr 2013 14:34
  • Məqalə: 74
  • Şərh: 5547
  • Bal:
{awards}
melumat ucun cox sag ol)))))))))

Banned456

  • 25 dekabr 2013 12:37
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
.ALLAH razi olsun cox sagolun.

AyliN BunyaminovA

  • 25 dekabr 2013 01:39
  • Məqalə: 482
  • Şərh: 5101
  • Bal:
{awards}
ヅ təşəkkürlər ヅ

--------------------

Samir_Wuvalan

  • 25 dekabr 2013 00:40
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekuller

Banned456

  • 24 dekabr 2013 21:24
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
...:təşəkkürlər:...

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 24 dekabr 2013 20:44
  • Məqalə: 694
  • Şərh: 18825
  • Bal:
{awards}
tewekkurler

sonzeng2015

  • 24 dekabr 2013 19:56
  • Məqalə: 448
  • Şərh: 7004
  • Bal:
{awards}
he bilirem paylasiminiz ucun cox sagolun

Banned456

  • 24 dekabr 2013 19:37
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
...:təşəkkürlər:...

melek_19

  • 24 dekabr 2013 16:03
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ShคмKiʀKค

  • 24 dekabr 2013 13:14
  • Məqalə: 74
  • Şərh: 5547
  • Bal:
{awards}
cox sag ollllllllll

Banned456

  • 24 dekabr 2013 11:18
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
...:təşəkkürlər:...

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 24 dekabr 2013 10:56
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
(^_*)

Roya_____

  • 24 dekabr 2013 10:46
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun ellerınız derd gormesın

PSIXOPATKA

  • 24 dekabr 2013 10:40
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
Xatırladırıq ki, Kərbəla şəhidlərinin
matəm mərasimi ərbəin günündə
başa çatsa da, bundan sonra daha 9
və ya 10 gün şadlıq etməmək, hüznlü
olmaq savab sayılır. Çünki səfər
ayının 28-də Həzrət Mühəmməd
Peyğəmbərin (s) və İmam Həsənin (ə)
vəfat günü, səfər ayının son
günündə (29-u və ya 30-da) isə İmam
Rzanın (ə) şəhadət günü qeyd edilir.
Bu müqəddəslərin ruhuna ehtiram
əlaməti olaraq, səfər ayının sonuna
kimi matəmi uzatmaq məsləhətdir.

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 24 dekabr 2013 10:23
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

Allahi_Unutma

  • 24 dekabr 2013 09:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Bu gün Kərbəla şəhidləri üçün saxlanılan 40 günlük matəm mövsümü başa çatır. Xatırladırıq ki, İmam Hüseynin (ə) və silahdaşlarının faciəli qətli ilə əlaqədar saxlanılan matəm mühərrəm ayının 10-da (aşura günündə) başlanır və 40 gündən sonra (ərbəin günündə) sona çatır. Elə «ərbəin» gününün ərəb dilindən tərcüməsi də «qırx» deməkdir.

Samir_Wuvalan

  • 24 dekabr 2013 03:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
DEYERLI MEQALEDI ALLAH RAZI OLSUN

^^KuKuLKa^^

  • 24 dekabr 2013 00:21
  • Məqalə: 771
  • Şərh: 11386
  • Bal:
{awards}
Sitat: _Empty Lovem_
Allah Razi Olsun..Deyerli Meqaledi

--------------------

Banned456

  • 23 dekabr 2013 23:28
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
...:təşəkkürlər:...

ღ★Damla★ღ

  • 23 dekabr 2013 23:07
  • Məqalə: 213
  • Şərh: 3896
  • Bal:
{awards}
Allah Razi Olsun..Deyerli Meqaledi

Samir_Wuvalan

  • 23 dekabr 2013 22:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

^^Nazlı Şeytan^^

  • 23 dekabr 2013 22:38
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
tewekkurler

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 23 dekabr 2013 22:19
  • Məqalə: 694
  • Şərh: 18825
  • Bal:
{awards}
tewekkurler

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 46

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 875
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}