"Ata" - "Ana" sözləri ləğv olunur

 
"Ata" - "Ana" sözləri ləğv olunur


Müasir dünya düzənində yeni növ valideynlər kimlərdir və necə adlandırılacaq?

Bəli, düz oxudunuz, "Ata"-"Ana" sözləri rəsmən ləğv olunur. Amma hələlik bizdə yox, Amerikada.
Fevral ayının ikinci yarısından ABŞ Dövlət Departamentinin rəsmi sənədləşmələrində «ata»«ana» sözlərini işlək dildən çıxarırlar. Rəsmi sənədlər üçün ərizə verilərkən, anketlərdə indi bu sözlərin əvəzinə «valideyn nömrə 1» və «valideyn nömrə 2» formulası yazılacaq. Zarafat, ələsalma kimi görünür, elədir? Amma tam ciddi, rəsmi məlumatdır.
Dövlət Departamentində izah edirlər ki, əvvəlki gender identifikasiyası olan «atası» və «anası» anlayışları müasir reallığa ziddir - ABŞ-da eynicinsli ailələr artıq kök salıb və gənc amerikalıların bütöv bir nəsli ancaq «iki ataları» olduğuna görə özlərini ziyançəkən kimi görməməlidirlər. Lap britaniyalı Elton Con və onun partnyorunun bu günlərdə dünyaya nümayiş elətdirdikləri surroqat övladları kimi.

2005-ci ilin məlumatlarına görə, qeyri-ənənəvi amerikan ailələrində 300 min uşaq böyüyür. Güman etmək olar ki, sonrakı beş ildə onların sayı ancaq artıb.

Necə istəyirsiniz elə başa düşün, bu üzdəniraqlar haqda danışmaq, yazmaq o qədər də asan deyil. Amma problem o qədər böyüyüb, elə həddə çatıb ki, artıq bizdə də əndazədən çıxıb. Ona görə danışmamaq, yazmamaq da olmaz. Amma necə? Mən onların iki nümayəndəsinin rus jurnalisti ilə söhbətini mövzu ətrafında danışmaq üçün forma kimi seçdim.

Amma anam bilməsin

Tri (Tree-ağac) deyir ki, «şəxsən mən hətta pişik saxlamağın məsuliyyətini də üstümə götürə bilməzdim». O deyir ki, bütün dünya onu bu adla tanıyır (Şəxsən mən şükür Allaha ki, tarımıram-O.S.). Həftənin 4-5-6-cı günləri Tri Manhettendəki Kristofer-stritdə yerləşən çoxlu bayraqlar və göy qurşağı şəklində bəzədilmiş məşhur qey-bar Stonewall-ın piştaxtası arxasında şahlıq eləyir. Bu bar 1969-cu il qiyamından sonra dünya qey və lesbiyan hərəkatının beşiyi sayılır. Barla üzbəüz bağçada eynicinsli cütlük qruplarının heykəli qoyulub. Artıq qey cəmiyyəti Hollivudu, şou və model, əyləncə biznesini uğurla işğal eləyib. «Oskar» təqdimatı zamanı bir çox kişi laureatlar zalda arvadına yox, «öz partnyorlarına» salam göndərir.

Əvvəllər Qambino mafioz klanına mənsub olan Stonewall-ın mehmanxana nömrələri, rəqs meydançaları vardı. Divarlar qara rəngə boyanmışdı, bar piştaxtasının yanında zəng düyməsi vardı ki, «gözqulaq»da olan qulluqçu polis yaxınlaşanda işıqların hamısını yandırır, müştərilər «pioner kimi» stol arxasına keçirdilər. Tri barmağındakı yekə qızıl üzüyü parıldada-parıldada göstərir: «Budur həmin düymə, buradadır»…
O vaxtlar ABŞ-da eynicinsli məhəbbət kriminal cinayət, 1970-ci ilə qədər psixi sapınma sayılırdı və məcburi surətdə elektroşokla müalicə edilirdi. Tri xatırlayır ki, birinci qey-paradda adamların arasında gizlənməyə çalışırdı ki, birdən anası onu görər. On ildən sonra o, öz kompaniyasını hansısa bayrama dəvət edir və kişilər stolun bir tərəfində, qadınlar o biri tərəfində oturanda anası ilk dəfə başa düşdü ki, oğlu niyə qadınların dalınca düşmürmüş.

Qeylərlə iftixar aylığı

Tri fəxrlə deyir ki, son 41 ildə çox şeyə nail olublar: «Mən deyə bilmərəm ki, dövlət bizi sıxışdırır».
ABŞ-ın hər tərəfində qey-paradlara indi şəhər merləri başçılıq eləyir. Barak Obama Ağ Evə gələndə «qeylərin və lesbiyankaların iftixar aylığı» elan elədi. Ötən dekabrda orduda əsgərlərin öz qeyri-ənənəvi orientasiyalıları açmasına qoyulan qadağa aradan qaldırıldı. Kolumbiya universitetindən Tanya Domi deyir: «Bu, çox böyük qələbədir. ABŞ-da etiraf etdilər ki, seksual orientasiyaya görə sıxışdırılma amerikan ruhunda hüquq və azadlığın pozulmasıdır». Bu xanım Obamanın «soruşma - demə» postulatının Pentaqona təntənəli imzalanması mərasiminə dəvət elədiyi 500 veteran arasında idi. Deyir, seksual orientasiyasını gizlətməyə məcbur olduğu üçün Vest-point hərbi akademiyasında dərs demək təklifini qəbul edə bilməyib. İndi Tanya Kolumbiya Universitetində işləyir və hələlik «standartdan qıraq» əlaqələrə dözümsüz olan Şərqi Avropada, Rusiyada seksual azlıqların hüquqları haqda kitab yazır.

Eynicinslilərin nikahında nə qədər uşaq var?

ABŞ-da qeyri-ənəvi seksualların hərəkatı afroamerikanların öz azadlıqları uğrunda mübarizəsi ilə eyni vaxtda başladığı üçün onlar da Konstitusiya ilə bərabər hüquqlarını tələb edirlər və bir çox amerikalılar da onları dəstəkləyirlər. ABŞ dövlət strukturlarının qiymətləndirməsinə görə, yetkin amerikanların 0,6 faizi eynicinsli nikahda və ya ittifaqdadırlar.

Qəribədir ki, bir dəfə tanınmış hüquq müdafiəçisi və senator Co Liberman telefirdə çıxışı zamanı belə fikir söyləmişdi: «Qeylər də bütün digər vətəndaşlar kimi hamı ilə eyni hüquqa malik olmalıdırlarmı? Sözsüz ki, hə. Bu, amerikancadır. Mən istərdimmi ki, orduda xidmət edəndə qeylə bir otaqda qalım? Əlbəttə yox!»
Necə bilirsiniz, bu kimin iftixar aylığı olur?

İstifadəsi məsləhət görülməyən sözlər

Öz aralarında, «mətbəx söhbətləri»ndə orta amerikalılar istədikləri sözləri işlədə bilərlər: ağlar - «neqrlər haqda», qaralar-«yəhudilər haqda», yəhudilər - «spiklər» (ispandilli miqrantlar) haqda, hamısı bir yerdə - «qomiklər haqda». Amma adam arasında bir kəlmə də! Əxalq kodeksi tam korrektlik tələb eləyir. İri amerikan korporasiyaları təkcə irqi yox, həm də gender bərabərliyi haqda hesabat verirlər- ştatda nə qədər qadın var, nə qədər qeyri-ənənvi orientasiyalı var, onlardan nə qədəri vəzifədədir.

Amerikalıların korrektlik prinsiplərində xüsusi cəhdlərini nəzərə alsaq, güman etmək olar ki, «ana», «ata» sözləri rəsmi sənədlərdən düşəndən sonra tədricən məmurların da leksikonundan silinəcək və sonra da hamının. Odey, tolerantlığın sərvaxt qoruyucuları rəsmi olaraq «zənci» sözünü işlətməməyi məsləhət görür, ictimaiyyətçilər «kristmas-tri»ni (Milad şam ağacı) sadəcə bayram şam ağacı, uşaq bayramlarında digər dindən olanları qıcıqlandırmamaq üçün Şaxta baba və Santa Klausu daha neytral Qar adam adlandırmağa çalışırlar. Nə bilmək olar, ola bilsin ki, Amerikada gələcəkdə məktəbə «valideyn nömrə 1»-i yox, «ana»nı çağıran müəllimi məhkəməyə verəcəklər. Orada «cırtdan» və «gombul» sözləri artıq daha mədəni səslənən «boy problemi olan», «çəki problemi olan»la əvəz edilib.

Hər iki atamı da sevirəm...

Hələlik qey-cəmiyyətlər istənilən cinsdən olan dünyanın bütün körpələrinin ilk sözləri olan ifadələrdən imtina etmirlər. Mən hər iki anamı sevirəm», «mən iki atamı da sevirəm»- üzərlərində belə yazılar olan uşaq paltarları eynicinsli nikahların rəsmi qeyd edildiyi, məsələn, kurort şəhəri olan Keyp-kodda çox populyardır.
Statistikaya görə, ABŞ-da qadın cütlüklərin üçdə biri, kişi cütlüklərin dörddə biri ən azından bir uşaq tərbiyə eləyirlər. Amerikanların gələcək nəslinin nə olacağı haqda hələ heç kim heç nə bilmir.

Sözün məmmədqulusu

Bu və bu kimi yazıları sadəcə maraq xatirinə, «onların həyat tərzi» kimi rubrikalarda oxumaq maraqlı olardı. Bir şərtlə ki, bu hoqqalar bizdə də bərqərar olmasaydı. Biz bəzən «Amerikada olan hər şey yaxşıdır» şüarı ilə Qərbə, Amerikaya kor-koranə inteqrasiyanın quluna çevrilməyi sevirik axı. Cəmiyyəti deyə bilmərəm, Allah bizi belə günlərdən qorusun!
P.S. Təsəvvür eləyin ki, iki atalı, iki analı uşaq and içir: «1 nömrəli valideynim canı, düz deyirəm!»…


Geri dön

Ulya

  • 3 fevral 2011 17:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
belay

Made_In_Bakinka

  • 29 yanvar 2011 02:27
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Sitat: RASHAD_008
COREK GOYE CIXACAQ

belay

tesekkurler bizde olmasa yaxsidir

Lexikon

  • 28 yanvar 2011 02:07
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
melumata gore tewekurler

Cici-Kiz

  • 27 yanvar 2011 23:34
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Gunde 1 sey edirlere.

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

T_W_I_L_I_G_H_T

  • 27 yanvar 2011 19:01
  • Məqalə: 0
  • Şərh: 289
  • Bal:
{awards}
camaat getdikce aglini itirir deyesen.tewekkurler.

--------------------
SOMEONE....SOMEWHERE...IS MADE FOR YOU....

Jasmin gulu

  • 27 yanvar 2011 18:39
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
mene maraqli deyil yaxsi ki bizde olmayib

_PESSIMIST_SINDY_

  • 27 yanvar 2011 13:29
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
BELE YERDE DEYIRLERE QIYAMET YAXINLASHIR.

--------------------
" NOTHING IS PERFECT "

L_SimuS

  • 27 yanvar 2011 12:27
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
zordudada

duz deyirlerde o dovletde her cur cur nigah oldugu cun..ele olmalidi

))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 72

 

Top 10 Müəllif

♔Hе важно∞
Xəbərləri: 2
Cəmi: 44
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 480
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}