Qan qrupuna görə xüsusiyyətləriniz

 
  • 27.01.2011, 13:22
  • Bölmə: Maraqlı
  • Müəllif: OK
Qan qrupuna görə xüsusiyyətləriniz



I QRUP - QADINLARI CƏLBEDİCİ, KİŞİLƏRİ İSƏ DON JUANDIR
Birinci qrup qan daşıyıcıları həddən artıq güclü ruha malikdirlər, həmişə hərəkətdədirlər. Tükənməz enerjiləri var. Təsiretmə gücləri böyükdür. Onlar anadangəlmə liderdirlər, təşəbbüskar və nikbin insanlardır. Damarlarında birinci qrup qan dövran edən insanlar Adəm övladları arasında ən iddialı, əzmkar və mübarizdirlər. Bu qrupa daxil olan bütün insanlar özlərinə inam hissi və fəallıqları ilə seçilirlər. İradi keyfiyyətləri yüksəkdir, tez ünsiyyət qurur və hər bir insanla dil tapmağı bacarırlar. Onların həyatda uğurla irəliləmələrinə mane olan yeganə cəhətləri qısqanclıq, özünəvurğunluq və xudbinlikdir. Realistdirlər, romantizm onlardan çox uzaqdır. Bu qrupun zərif cins nümayəndələri cəlbedici və çəkici olduqları qədər də qısqancdırlar. Kişiləri isə Don Juan olmaları ilə seçilirlər.


II QRUP - GÜLƏRÜZ VƏ İNADKARDIRLAR
İkinci qan qrupu olan adamlar vicdanlı, tapşırılan işi canla-başla yerinə yetirən, son dərəcə işgüzar olurlar. Onlar hər şeydə bir düzən, səliqə-səhman axtarırlar. Xırdalıqlara fikir verən bu insanlar öz zəhmətsevərlikləri və məsuliyyətləri ilə seçilirlər.Vəzifədə artmaqdan ötəri səylə irəli gedirlər. İşi əsas götürürlər. Deiyrlər ki, yerdə qalan hər şey ikinci dərəcəlidir. Hansı işdən yapışsalar, yarıdırlar. Qətiyyətlə dedikləri sözə şübhə etməyin: onlar həqiqəti söyləyirlər. Şəxsi münasibətlərdə çox sədaqətlidirlər. Kiminlə dostluq etsələr, çalışırlar ki, bu, daimi olsun. Sakit, mülayim, gülərüz insanlardır. Hisslərini açıq büruzə vermirlər, ancaq tərslikləri və inadkarlıqları da var. Bu insanları öyrənmək çətindir, amma çox səmimi, etibarlı və qayğıkeş olduqları zaman keçdikcə üzə çıxır. Xoşməramlı, səbrli olduqlarından kollektivlə işləməyi bacarırlar. Onların mənfi xüsusiyyətləri inadkarlıqları və bir qədər qıcıqlandırıcı olmalarıdır. Öz narahatlıqlarını gizlədib, incikliklərini ürəklərinə saldıqlarından bu vəziyyətləri sonda istər-istəməz emosional partlayışa səbəb olur. Bu qrupun qadınları kimi, kişiləri də utancaqlıqları, sadiq və vəfalı ömür-gün həmdəmi olmaları ilə seçilirlər.


III QRUP - «LEYLİ VƏ MƏCNUN« U KEÇİRLƏR
Üçüncü qan qrupu olanlar həssas, mədəni, böyük imkan və qabiliyyətlərə malik adamlardırlar. İşdə həm özlərinə, həm də başqalarına qarşı çox yüksək tələbkarlıqla yanaşırlar. Sakitdirlər. Sakitliyin içində çox həssas adamın gizləndiyini təsəvvür etmək çətindir. Hərdən hisslərini çox güclü şəkildə büruzə verirlər. Sevgi məsələlərində «Leyli və Məcnun«u ötüb keçirlər. Qadınları küsəyəndir, onlar eyni qan qrupu olan kişilərdən güclüdürlər. Bu qrup insanlar öz bildiklərini edir, ətrafdakıların fikri onlar üçün o qədər də önəmli olmur. Üçüncü qrup qan daşıyıcıları incəsənətə meylli insanlardır və özlərinə məxsusluqları ilə seçilirlər. Onların əlindən çox iş gəlir və zəngin düşüncəyə malikdirlər. Ünsiyyətdən qaçır, çox danışmağı sevmirlər. Azadlıqları onlar üçün hər şeydən önəmlidir. Buna baxmayaraq, ətrafdakıların fikrini daim nəzarətə alır, onların sevincinə və dərdlərinə şərik olurlar. İlk baxışdan olduqca sakit və hövsələli görünsələr də, əslində onların içində hər an püskürməyə hazır olan bir vulkan yatır. Bu qan qrupundan olan qadınlar dəhşətli dərəcədə qısqancdırlar, kişilərindən isə yaxşı dost çıxar.


IV QRUP - HİSSLƏRİNİN ƏLİNDƏ ACİZDİRLƏR
Dördüncü qan qrupu olanlar hisslərinin əlində acizdirlər. Ehtiras sanki onları dağıdır, bu da daxili, mənəvi rahatsızlığa gətirib çıxarır. Şübhəli, qətiyyətsiz olurlar. Bütün münaqişələrini təklikdə çəkir, heç kəsə bir söz demirlər. Sevgidə, dostluqda, ailə həyatında onlar ideala yaxındırlar. Təkcə öz xoşbəxtliklərinə can atmırlar, həm də başqalarını xoşbəxt etmək istəyirlər. Dünyada bu qan qrupu daşıyıcıları çox azdır. İstedadını göstərə bilənlər daha çox məşhurlaşa bilrlər. Adətən ikili xasiyyətli olurlar, həm soyuqqanlı, həm də xasiyyətini tez-tez dəyişməsi müşahidə olunur. Yaxşı biznesmen olurlar.
Öz təşkilatçılıq bacarıqları ilə fərqlənirlər. Düzgünlükləri və hadisələri düzgün təhliletmə bacarığı ilə seçilirlər. İnsanlarla ünsiyyəti çox sevirlər, ilk dəfə olduqları məclisdə belə asanlıqla ürəklərə yol tapırlar. Xırdaçı deyillər. Bəzən atdıqları addımın sonunu belə düşünmürlər. Kinli deyillər. Anadangəlmə siyasi məharətləri sayəsində çoxlu sayda dost qazanırlar. Onlar gözəl ömür-gün həmdəmidirlər. Bütün bunlara baxmayaraq, 4-cü qrupa məxsus insanlar qərar verməkdə olduqca çətinlik çəkirlər.


Geri dön

CEHRAYI_PANTERA

  • 11 noyabr 2011 21:32
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
Twk men 2-ci qrupam hamisi duzdu request ama utancaq deyilem hahaha

Bengu

  • 18 sentyabr 2011 15:15
  • Məqalə: 0
  • Şərh: 226
  • Bal:
{awards}
4cu qrup..hamisi duzdu..twk..

GlamouR_

  • 15 iyun 2011 14:05
  • Məqalə: 189
  • Şərh: 3255
  • Bal:
{awards}
xebere gore tesekkurlerrrrrrrr
1 qurup

--------------------

Ulya

  • 3 fevral 2011 17:56
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
ozumkini oxudum winked

letiw

  • 30 yanvar 2011 20:05
  • Məqalə: 11
  • Şərh: 133
  • Bal:
{awards}
mende 3-cu qan qrupundanam, bezileri uygun gelir smile

alsu

  • 30 yanvar 2011 02:07
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
I qrup.bir qeder uygun gelir.meselem nikbinem.bunu hamiya arzu edirem

CrazyGirl

  • 28 yanvar 2011 10:54
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
Tekrar xeberdir fellow

--------------------
Sən varsansa həyat çox gözəl!

BeAuTy_LaDy

  • 27 yanvar 2011 22:47
  • Məqalə: 9
  • Şərh: 618
  • Bal:
{awards}
1-ci qan qrupundanam hamsi dogrudur... Amma o qederde qisqanc deyilem.... winked

--------------------
BeAuTy_LaDy...... =>Dediklerimnen cox demediklerimde gizliyem!<=

L_SimuS

  • 27 yanvar 2011 22:44
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
I QRUP - QADINLARI CƏLBEDİCİ, KİŞİLƏRİ İSƏ DON JUANDIR
Birinci qrup qan daşıyıcıları həddən artıq güclü ruha malikdirlər, həmişə hərəkətdədirlər. Tükənməz enerjiləri var. Təsiretmə gücləri böyükdür. Onlar anadangəlmə liderdirlər, təşəbbüskar və nikbin insanlardır. Damarlarında birinci qrup qan dövran edən insanlar Adəm övladları arasında ən iddialı, əzmkar və mübarizdirlər. Bu qrupa daxil olan bütün insanlar özlərinə inam hissi və fəallıqları ilə seçilirlər. İradi keyfiyyətləri yüksəkdir, tez ünsiyyət qurur və hər bir insanla dil tapmağı bacarırlar. Onların həyatda uğurla irəliləmələrinə mane olan yeganə cəhətləri qısqanclıq, özünəvurğunluq və xudbinlikdir. Realistdirlər, romantizm onlardan çox uzaqdır.


Tewekkurler...demek olar uygundu))

heyasiz204

  • 27 yanvar 2011 22:34
  • Məqalə: 27
  • Şərh: 1190
  • Bal:
{awards}
1ci qrupam tewwekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

Cici-Kiz

  • 27 yanvar 2011 22:27
  • Məqalə: 38
  • Şərh: 654
  • Bal:
{awards}
Mən də 2-ci qrupam. Tam uygunluq var!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Lexikon

  • 27 yanvar 2011 21:59
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
men 3 cu qan qrupuyam fikirlerin ekseriyyeti mende cemlesib sakit olmaqdan basqa

NaRka

  • 27 yanvar 2011 21:21
  • Məqalə: 3
  • Şərh: 266
  • Bal:
{awards}
men 3cu gruppam wink
amma men he4 gisganc doyam love
ostolnoy her birwey duzdu ...
tewekur maragli xebere gore

Cant_Breathe

  • 27 yanvar 2011 21:09
  • Məqalə: 64
  • Şərh: 1389
  • Bal:
{awards}
I QRUP - QADINLARI CƏLBEDİCİ, KİŞİLƏRİ İSƏ DON JUANDIR

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

T_W_I_L_I_G_H_T

  • 27 yanvar 2011 18:49
  • Məqalə: 0
  • Şərh: 286
  • Bal:
{awards}
TEWEKKURLER.COX MARAQLI XEBER IDI.

--------------------
SOMEONE....SOMEWHERE...IS MADE FOR YOU....

OK

  • 27 yanvar 2011 18:13
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
III QRUP - «LEYLİ VƏ MƏCNUN« U KEÇİRLƏR

--------------------

Jasmin gulu

  • 27 yanvar 2011 17:50
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
men 2 qrupam hamisi duz cixdi
muellife minnetdaram

Aze Judo

  • 27 yanvar 2011 17:44
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
{awards}
III qan qrupu haqqinda, bezileri sehvdi. cunki, sakit olmurlar

Nihad

  • 27 yanvar 2011 16:49
  • Məqalə: 3
  • Şərh: 140
  • Bal:
{awards}
men 2-ci qrupam

--------------------
Həyatda ən gözəl şey elə həyatın özüdür:)

ILuVia

  • 27 yanvar 2011 15:33
  • Məqalə: 11
  • Şərh: 235
  • Bal:
{awards}
maraqli xebere gore sag olun.duzu, ancaq oz qan qrupum ucun yazilanlari oxudum ))II qrupu

--------------------
Edep, Aklın Tercümanıdır... Herkes Edebi Kadar Akıllı, Aklı Kadar Şerefli, Şerefi Kadar Kıymetlidir...

_______________________________
Hər cür çətinliklərinə,göz yaşlarına inad
Seni sevirəm,Heyat!!

quzu30

  • 27 yanvar 2011 15:21
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
twk ...................

SHADOW

  • 27 yanvar 2011 15:07
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
I CI QRUP wink winked

_DENIZKA_

  • 27 yanvar 2011 14:57
  • Məqalə: 25
  • Şərh: 240
  • Bal:
{awards}
II qan qrupu-butun yazilanlar duzdu.

AYLIN040

  • 27 yanvar 2011 14:56
  • Məqalə: 0
  • Şərh: 98
  • Bal:
{awards}
OXUDUM TEWEKKURLER 2 QRUPAM

--------------------
HEYAT SENI GULDURENDE GULURSEN,HUNERIN VAR AGLADANDA GUL GORUM!

DON ZORRO

  • 27 yanvar 2011 13:29
  • Məqalə: 12
  • Şərh: 32
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR
MƏN BU QRUPDANAM
III QRUP - «LEYLİ VƏ MƏCNUN« U KEÇİRLƏR

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 61
Cəmi: 96

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 155
 
ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 791
 
lamiye_2001
Xəbərləri: 31
Cəmi: 35
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 507
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}