Utanmaq da bir gözəllikdir

 
Utanmaq da bir gözəllikdir


“Gözəllik ondur, doqquzu dondur”, - deyərək çox zaman xarici görünüşümüzə daha çox diqqət yetiririk. Mənəvi, ruhi, daxili zənginliyimizə biganəliyimiz bizi gündəlik həyatda “Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır,” - deyən Mövlana Həzrətlərinin ürək yanğısı ilə dilə gətirdiyi bu acı həqiqətlə üzləşdirir: ...Nə qədər insan gördüm ki, əynində libası yox, Nə qədər libas gördüm ki, içində insan yox...

Görkəmli bir pedaqoqun dediyi kimi, “Yüksək insani keyfiyyətlər, duyğu, düşüncə dərinliyi və xarakter sağlamlığı, demək olar ki, hər yerdə fəaliyyət göstərən plastik kart hökmündədir”.

Həyat təcrübəmiz, gördüklərimiz və eşitdiklərimiz də belə bir qənaətə gəlməyə imkan verir ki, insanın daxili gözəlliyi onun bütün hərəkətlərini idarə edir, düzgün istiqamətə yönəldir. Bəzən xəstəliklər sırasına daxil olunan utanmaq, utancaqlıq, xəcalət çəkmək hissini bu zənginliyin tacı kimi görürük. Həyatda, nədənsə, utancaq yaranmış insanları bu nemətdən məhrum etmək məqsədi ilə “Utancağın qızı olar,” - deyərək, onları sırtıqlaşmağa sövq edirlər.

Bir neçə günün söhbətidir. Şimal zonasına yağmış qar gözəlliyi ilə yanaşı, problemlər də gətirdi. İşdən sonra evə tələsənlərin sayının çoxalması taksiçilik ilə məşğul olanları da fəallaşdırmışdı. Kənarda dayanıb maşın gözləyən ağsaqqal bir adam üstünə saymazyana, qəfil yürüyən maşını görüb geri çəkilsə də, bu hərəkətin nə demək olduğunu öyrənmək üçün bir-iki metr aralıda dayanan maşına yanaşdı, qapısını açıb gənc sürücü ilə danışmağa başladı. Bir qədər deyişmədən sonra sürücü düşüb piyadanın yanına gəldi. O, hərəkətinə görə utanıb, üzr istəməkdənsə, ağsaqqalı sakitləşdirməyə, nahaq yerə qorxduğunu sübut eləməyə çalışırdı. Ağsaqqal da geri çəkilmək istəmirdi. Handan-hana sürücü: “Əmi, hara istəyirsən aparım səni”, - deyərək, incitdiyi insanın boynuna minnət qoymağa çalışdı. Çarəsiz qalan ağsaqqal: “Sən özünü adam kimi apar, məni aparmaq lazım deyil”, - deyib aralandı.

İngilis şairi Vilyam Vördzvörs (1770 -1850) demişdir: ən gözəl ətirli gül utancaq və boynubükük olur. Maraqlıdır, bizə cansız, duyğusuz görünən saysız-hesabsız, ruhu oxşayan ətirli güllər nədən utancaqdır? Onlar, şübhəsiz, Yaradandan utanırlar. Sahib olduqları gözəlliyin, ətirin onlara Qadir Allah tərəfindən lütf edildiyini bildikləri üçün bu qədər təvazökardır. Allahın ən zəngin lütflərinə sahib olan insan nə üçün bu qədər dikbaş, təkəbbürlü və eqoistdir? Bunun əsas səbəbi müvəqqəti sakini olduğu dünyaya sadəcə baxa bilməsində, onu oxuyub, duya bilməməsindədir. Peyğəmbər Əfəndimizin (s.a.s) bir hədisində deyilir : “Üzü yerdə olan mütəvazi kimsəni Allah yüksəltdikcə yüksəldir, kibrə girib çalım çakanı da yerin dibinə keçirir.”

Haşiyə: Utanmaq hissi təkcə insanlara məxsus deyil, heyvanlarda da müşahidə olunur. İşə getdiyim yolun üstündə geniş artırmalı bir dükan var. Havanın sərtliyinə görə dükan sahibinin işə çıxmadığını görən bir neçə küçə iti həmin artırmada uzanmışdı. Yaxınlaşdığımı görüb başlarını qaldırıb, üzümə baxdılar. Heyvanlar gözlərini üzümə zilləyib baxa bilmədilər. Sanki onlardan: “Sizə məxsus olmayan bir yerdə nə üçün uzanmısınız?” - deyə soruşacağımdan ehtiyatlanaraq baxışlarını məndən gizlətməyə çalışırdılar. İyirmi ildən artıq özgə torpaqlarında eşələnən ermənilərdə belə bir hiss yoxdur, deyəsən.

Utanmaq hissi olan insan bir süfrədə çörək kəsdiyi adamın başını kəsər? İllərlə yaxşılıq gördüyü adama xəyanət edər? İnsanlıq tarixi utanmağın nə qədər gözəl bir xüsusiyyət olduğunu göstərən nümunələrlə zəngindir. Bu yazıda onlardan iki ən möhtəşəm nümunəni təqdim etmək istərdim.

Hər kəs bağ-bağçasında yetişən nübar mer-meyvəni insanlığın bütün sahələrində olduğu kimi, təvazökarlığın da ən uca abidəsi olan Peyğəmbər Əfəndimizə (s.a.s) gətirməyi özünə borc bilərdi. Əfəndimiz də nübarı ətrafında əyləşənlərə paylayardı. Bu səhər yoxsul birisi bağından gətirdiyi meyvəni Peyğəmbər Əfəndimizə (s.a.s) təqdim etdi. Peyğəmbər Əfəndimiz (s.a.s) hədiyyəni qəbul etdi, dadına baxıb ətrafındakılara təklif etmədən yeməyə davam etdi. Səhabələrdən biri zəif səslə dedi:

- Ey Qadir Allahın Rəsulu, bu qədər insanın gözü qarşısında meyvəni yeməklə onların haqqına girmirsinizmi?

Peyğəmbər Əfəndimiz (s.a.s) gülümsədi və onun meyvəni gətirənin ayrılıb gedənəcən səbir etməsini istədi. Sonra Peyğəmbər Əfəndimiz (s.a.s) dedi:

- Mən meyvənin dadına baxdım, gördüm ki, o, hələ yetişməyib. Meyvəni sizlərə təklif etsəydim, kimsə onun acı daddığını dilə gətirib, o adamı məyus edə bilərdi. Ona görə də, onu məyus etməkdənsə, meyvənin acılığını öz damağıma daddırdım. (”Prohet” s. 9 - www.islamicoccasions. com)

Digər bir ibrətamiz utancaqlıq nümunəsi də Loğman Həkim tərəfindən miras qoyulmuşdur.

Qarpız almış bir nəfər onu xətirini çox istədiyi Loğman Həkimlə yemək istəyir. Loğman Həkim onun dəvətini məmnuniyyətlə qəbul edib adamın evinə gəlir. Ev sahibi qarpızı dilimləyərək hörmətli qonağına verir. Bir dilim, iki dilim, üç dilim... Ev sahibi qonağın qarpız dilimlərini böyük iştaha ilə yediyini görüb, bir dilim də özü yeyir. Dilinə dəyər-dəyməz qarpızın acı olduğunu görüb, Loğman Həkimdən təəccüblə soruşur:

-Yediyiniz dilimlər acı deyildimi?

Qonaq qarpız dilimlərinin acı olduğunu təsdiqləyəndə ev sahibi bir az da təəccüblə soruşur:

- Bu cür acı qarpızı üzünüzü belə turşutmadan necə yediniz, axı?

Loğman Həkim böyüklüyünə yaraşar bir təzdə deyir:

- Əlindən o qədər yaxşılıqlar görmüşəm ki, ikram etdiyin qarpız dilimlərinə “acıdır” deməyə utandım, dilim dönmədi. (İsmail Boz “Sınıf yönetme sanatı” s.32 Zambak, İstanbul - 2003)

Utancaqlığımıza görə, hərdən hər birimiz özümüzü qınayırıq, danlayırıq. Əslində, utancaq yaradılmağımıza sevinməli, şükür etməliyik. Şeytanın dürtülərindən qorunmaqda onun əhəmiyyəti çoxdur. O, maşının əyləci kimidir - müəyyən bir təhlükə ilə üzləşərkən dərhal əyləc köməyimizə gəldiyi kimi, mənəvi saflığına zərər verəcək hər hansı bir addımdan da insanı utancaqlıq, abır, həya qoruyur.

Müasir elm də utancaqılğın insan xarakterində böyük rol oynadığını sübut edir. Utancaqlıq insanda öz hərəkətlərini ölçüb-biçmək, özünə tənqidi yanaşmaq, tamahını cilovlamaq, diqqətli olmaq, kiminsə könlünü qırmaqdan çəkinmək, məsuliyyət hissi aşılayır. Utancaq insanlar həm də ətrafdakı insanlar üçün ibrət nümunəsi olub, onlara özlərini müqayisə etmək imkanı verir. Bu yaşa yetmişəm, heç bir sırtıq insanın başqaları tərəfindən tərifləndiyini eşitməmişəm. Abır-həya təkcə bir nəfər üçün deyil, bütün bir nəsil üçün həmişə gözəllik, nəciblik əlaməti hesab olunmuşdur. Əbəs yerə deməyiblər ki, arşınına bax, bezini al, anasına bax qızını.

Peğəmbərlər, Allahın digər sadiq qulları ucadan danışmağı, gülməyi belə xoş görməyiblər. Yazımızın əvvəlində əxlaq dəryasından bir damla götürdüyümüz Mövlanə Həzrətlərinin bu məsələyə münasibətinə baxaq: “Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan”.

Allah bizləri gözəl yaratdığı kimi, o gözəlliyi qorumaqda da bizlərə yardımçımız olsun, utanmaq hissimizi əskiltməsin! Amin!


"Zaman Azərbaycan"


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 1 yanvar 2014 17:30
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
TəşəκκürLər

Banned549678

  • 31 dekabr 2013 13:26
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
TəşəκκürLər

✰ ♥..Золушка..♥ ✰

  • 30 dekabr 2013 18:14
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
Meqaleye gore sagolun

Banned549678

  • 30 dekabr 2013 01:01
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
təşəkkürlər

Banned549678

  • 29 dekabr 2013 11:03
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
TeSeKKuR EDiReM

ShคмKiʀKค

  • 29 dekabr 2013 10:55
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
TEWEKKURLER request

Samir_Wuvalan

  • 29 dekabr 2013 01:07
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
TESEKULLER

--------------------

leman_memmedov

  • 28 dekabr 2013 19:26
  • Məqalə: 0
  • Şərh: 225
  • Bal:
{awards}
tewekkurler

✰ ♥..Золушка..♥ ✰

  • 28 dekabr 2013 16:27
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
Meqaleye gore sagolun...

✰ ♥..Золушка..♥ ✰

  • 28 dekabr 2013 11:43
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkur edirem...

aska rico

  • 28 dekabr 2013 10:25
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tesekkurler

--------------------

Banned549678

  • 28 dekabr 2013 00:48
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
...:тəşəккüрлəр:...

Samir_Wuvalan

  • 28 dekabr 2013 00:08
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
Sagol meqale ucun.

--------------------

melek_19

  • 27 dekabr 2013 23:31
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
elbetdeki utanmaq da bir love gozellikdir

--------------------

AyliN BunyaminovA

  • 27 dekabr 2013 23:14
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
çox sağolun məqaləyə görə

--------------------
ܨܓܓܨܓܓ✍

✰ ♥..Золушка..♥ ✰

  • 27 dekabr 2013 23:12
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkurler

Banned549678

  • 27 dekabr 2013 23:00
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
...:тəşəккüрлəр:...

XeYaLPeReSt men

  • 27 dekabr 2013 22:42
  • Məqalə: 52
  • Şərh: 2093
  • Bal:
{awards}
Tesekkur edirem

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 dekabr 2013 22:41
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tewekkurler

EmİcKa

  • 27 dekabr 2013 22:26
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 27 dekabr 2013 21:17
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
TESEKULLER

--------------------
(^_*)

Allahi_Unutma

  • 27 dekabr 2013 20:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah bizləri gözəl yaratdığı kimi, o gözəlliyi qorumaqda da bizlərə yardımçımız olsun, utanmaq hissimizi əskiltməsin! Amin!

men ve dunyam

  • 27 dekabr 2013 20:45
  • Məqalə: 93
  • Şərh: 3327
  • Bal:
{awards}
maraqli idi tewekkurlerrrrr

--------------------
MEN GETDIM .HAMINIZ UCUN DARIXACAM . . .

✰ ♥..Золушка..♥ ✰

  • 27 dekabr 2013 20:38
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
xebere gore sagol...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}