Ən çox ağrı verən ölümlər

 
Ən çox ağrı verən ölümlər



İNFARKT: Ürək böhranları əslində filmlərdə göründüyü qədər sürətli və dramatik deyil. Ən çox görülən semptomlar sinədə başlayan ağrı, bədəndə sıxışmalar və başqı olaraq sıralana bilər. Bunlar ürək əzələsinin oksigensizlikdən sıxılmasının təsirləridir. İnsanlar çox vaxt infarkt keçirdiklərini belə hiss etmirlər. Kiçik bir infarktın belə bir insanı 10 saniyə içində öldürə biləcəyi unudulmamalı.

BOĞULARAQ ÖLMƏ: Bir insan ən çox çaxnaşma və suyun soyuqluğu səbəbiylə boğulur. Suya batıb çıxarkən çoxu insan nəfəsini tutmağa çalışır, Bu ən çox 90 saniyə davam edir. Daha sonra su udmağa, öskürməyə və daha da su udmağa başlayır. Hava yollarından su içəri girərək nəfəs alışı maneə törədirş Bu sırada sinədə yüngül bir yanma və ağrıma hiss edilir. Rahatlama və dinclik Beynə oksigen getmədiyinin əlaməti. Oksigensiz qalan ürək və beyin bir müddət sonra dayanır.

QAN İTİRMƏ: Bədəndə 5 litr olan qandan 750ml və daha azı müalicə edilə bilir. 1,5litr və çoxunu iç ya da xarici qanama ilə itirən bir insan əvvəl üşüyür. Sonra susuzluq, yorğunluq və baş gicəllənməsi hiss edir. Daha sonra şüurunu itirir.

BAŞIN KƏSİLMƏSİ: Elm adamları və tarixçilərin birləşdiyi bir gerçək varsa, ölən insanın kəsilən başı görməsi. Mütəxəssislərə görə beyin, baş kəsildikdən sonra 30 saniyə sonraya qədər belə daha çalışır.

YÜKSƏK YERDƏN DÜŞMƏ:Bilindiyi qədər ağrı vermir. 145 metrdən atlayan bir insan yerə saatda 200km sürətlə düşür. Bu sürətlə düşdükdən sonra insanların %75′i yerə çarpdıqları ilk saniyədə ölür. Səbəbi isə ürək və ağciyər parçalanması, ya da qabırğaların qırılaraq iç orqanları kəsməsidir.

ASILARAQ ÖLMƏ: Bu cür ölümlər ümumiyyətlə intihar hadisələrində və köhnə moda edam vəziyyətlərində görülür. Boyuna asılan ipin beynə gedən arteriyaları tıxaması nəticəsi, adam 10 saniyə içində özündən gedir. Lakin ipin səhv ilişməsi bu müddəti 10-15 dəqiqəyə qədər çıxara bilir. İctimai olan bir asılmağa şahid olan kəslər, çox vaxt adamın ağrıyla qıvrılmasını izləmişlər. Bu ipin boyuna səhv keçirilməsiylə əlaqədar olan nəfəssiz qalma vəziyyətidir. İp arteriyalara təzyiq etmədiyi üçün adam özündən keçə bilməz və ağrı içində ölər.

ELEKTRİK VURMASI:Elektirik vurmalarında ölüm səbəbi ürəyin bir anda funksiyasını itirməsidir. Edam məqsədli istifadə edilən elektrikli kürsüdə isə, elektrik verildiyi anda adam özündən keçər və ağrısız bir şəkildə ölər. Bunu təmin etmək üçün elektriki çatdıran elektrodlar kafi axını təmin etmək üçün məhkumun başının hər iki yanına yerləşdirilir. Başın üstünə yerləşdirilən sintetik süngər isə elektrodlara bağlanır. Edilən araşdırmalar bu yolla öldürülən məhkumların başları, əlləri və qollarında ibarət olan yanıqların ölümdən sonra meydana gəldiyini; Buna qarşı Vanderbitt Universitetindən Jon Wilkswo, yaraların adam ölmədən əvvəl meydana gəldiyini, ölüm səbəbinin isə beyin yanması olduğunu iddia edir…

YANARAQ ÖLMƏ: Əvvəl saçlar və qaşlar yanır. Daha sonra dərinin üzərindəki sinir hüceyrələri yanmağa başlayır. Bu insana çox ağrı verir. Sinir hüceyrələri bir müddət sonra öldüyü üçün ağrı sona çatır. Yananların %90-i yanmalardan deyil tüstü və qazlar səbəbiylə nəfəs ala bilməməkdən ölür.

ZƏHƏRLİ İYNƏYLƏ EDAM: Bu edam şəkli ilk dəfə 1977-ci ildə Oklahomada elektrikli kürsüyə bir alternativ olaraq istifadə edildi. Mütəxəssislər sırayla 3 dənə enjeksiyon edilməsi üzərində birləşdilər. Bunların ilki ağrını yox etmək üçün, ikincisi nəfəs almağı dayandırmaq üçün edilirdi. Son enjeksiyon kalium klorid isə ürəyi dayandırmaq üçün məhkuma edilirdi. Bütün dozaların ölümcül dozada olmasına qarşı, şahidlər məhkumların bəzi vəziyyətlərdə ağrıdan qıvrıldıqlarını və ölümlərinin zaman aldıqlarını izah edir.

YÜKSƏK TƏZYİQ: Fantastik filmlərində daha sıx görülə biləcək bu ölüm tərzinə, gərçək həyatda yalnız bir dəfə şahid olundu. 1971-ci ildə Soyuq-11 mekiğində vəzifəli üç rus kosmonavt dünyaya dönüşündə yaranan qəzadan ötəri belə bir ölümə məruz qalmışlar. Bu mövzuda bilinənlər əksəriyyətlə heyvanlar üzərində edilən təcrübələrdən öyrənilir. Bu kimi ani təzyiq dəyişmə vəziyyətlərində ciyərlərdəki hava genişləyir və bədəndən çıxmağa çalışır. Əgər adam nəfəsini tutmağa çalışsa bu müddət sürətlənir və ölüm daha tez gəlir.

Fikirləriniz...


Geri dön

rossioneri-004

  • 29 iyun 2011 11:51
  • Məqalə: 0
  • Şərh: 356
  • Bal:
"Olum olum dediyin nedir ki gulum?!" bully

--------------------
my whatsapp 0517646564 only friends and who wants to gettin friendship connectivity insstead love!

angeloka

  • 16 iyun 2011 14:11
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
{awards}
twk anastasia

Ulya

  • 3 fevral 2011 16:10
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

LOVE IS DEAD

  • 28 yanvar 2011 18:05
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
BOĞULARAQ ÖLMƏ: Bir insan ən çox çaxnaşma və suyun soyuqluğu səbəbiylə boğulur. Suya batıb çıxarkən çoxu insan nəfəsini tutmağa çalışır, Bu ən çox 90 saniyə davam edir. Daha sonra su udmağa, öskürməyə və daha da su udmağa başlayır. Hava yollarından su içəri girərək nəfəs alışı maneə törədirş Bu sırada sinədə yüngül bir yanma və ağrıma hiss edilir. Rahatlama və dinclik Beynə oksigen getmədiyinin əlaməti. Oksigensiz qalan ürək və beyin bir müddət sonra dayanır.


YÜKSƏK YERDƏN DÜŞMƏ:Bilindiyi qədər ağrı vermir. 145 metrdən atlayan bir insan yerə saatda 200km sürətlə düşür. Bu sürətlə düşdükdən sonra insanların u′i yerə çarpdıqları ilk saniyədə ölür. Səbəbi isə ürək və ağciyər parçalanması, ya da qabırğaların qırılaraq iç orqanları kəsməsidir.
teshekkurler

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

Lindo

  • 28 yanvar 2011 13:24
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
En qorxdugum seydir olumden qorxmuram amma bele olumden chox qorxuram . Allah hech kimin basina getirmesin
twk

Lexikon

  • 28 yanvar 2011 01:54
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
Allah bu olumlerin hec birisini bzlere gorsetmesin Amin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 41
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}