"Səhər-2" telekanalının dərdi nədir?

 
"Səhər-2" telekanalının dərdi nədir?


Kanalın məqsədi Azərbaycanda çaxnaşma yaratmaq, ölkəni vətəndaşın gözündən salmaq və onu zəiflətməkdir

İranın “Səhər” telekanalı Azərbaycanla bağlı təxribat xarakterli məlumatlar yaymaqda davam edir. Bunun müqabilində İranın rəsmi dairələrindən heç bir irad eşitməyən telekanal Azərbaycana qarşı fəaliyyətini daha da genişləndirir. Bu telekanal artıq 12 ildir fəaliyyət göstərir. Bu 12 ilin hər dəqiqəsi Azərbaycana qarşı qərəzli, ölkədə sabitliyin pozulmasına yönəlmiş fəaliyyətə həsr olunub. Məqsəd birdir: Azərbaycanda çaxnaşma yaratmaq, ölkəni vətəndaşın gözündən salmaq və onu zəiflətmək.

Kanal ölkədə baş vermiş kiçicik narazılığı və problemi şişirtməyə, milli azlıqların məskunlaşdıqları ərazilərdəki kiçik kriminal hadisələr az qala etnik qarşıdurma kimi qələmə verilir. Özünü Ermənistanın bölgədə ən yaxın dostlarından biri, bəzi hallarda isə birincisi kimi aparan İran İslam Respublikasının bu kanalı əslində ölkənin rəsmi dairələrində mövcud olan əhval-ruhiyyənin daşıyıcısıdır. Guya dövlətin nəzarətində olmayan bu kanalın bütün işçi müşavirələrini İran İslam Respublikasının ideoloji siyasətinə rəhbərlik edən şəxslər aparır və hər ayın sonunda efir məhsullarının siyahısı hazır materiallarla birlikdə yuxarılara təqdim olunur.

“Səhər-2” kanalının indi daşıdığı funksiyalar “Amerikanın səsi” və “Azadlıq” radiolarının Sovet İttifaqına qarşı apardığı ideoloji siyasətin oxşarından başqa bir şey deyil. Hər gün dövlətimizə çirkab yağdıran, vətəndaşda öz dövlətinə qarşı inamsızlıq yaratmağa yönələn efir “Səhər” kanalının ölkəmizə arzuladığı zülmətdən xəbər verir.

Xatırladaq ki, Azərbaycanın Birləşmiş Ştatlar və İsrail ilə adi münasibətlərini belə az qala Bakının Tehrana qarşı açıq düşmənçiliyi kimi qəbul edən kanal İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri ərəfəsində təxribat xarakterli videoçarx yayımlamaqla, dövlətimizin ali rəmzlərini təhqir etməkdən belə çəkinməmişdi.

“Səhər” telekanalı 2009-cu ildə Türkiyə-Ermənistan yaxınlaşması ilə bağlı proseslərin getdiyi bir vaxtda bundan da maksimum yararlanmağa çalışdı. Azərbacanla Türkiyənin arasını vurmaq üçün əməlli-başlı dəridən-qabıqdan çıxdı. Telekanal hər nə yolla olsa da, iki qardaş xalqın arasını vurmaq üçün jurnalistikanın prinsiplərinə zidd olan yalan məlumatlar yaymaqdan da çəkinmədi.


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 00:07
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
40XXX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUNNNNNN MARAQLIDIR.....................

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Ulya

  • 3 fevral 2011 16:11
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
belay

L_SimuS

  • 28 yanvar 2011 19:16
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
qaqani agir xestedi..iynesinin vaxtidi..prostu doxtur yoxdur))

,,kepenek,,

  • 28 yanvar 2011 15:00
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
baxmiram o kanala

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

Lindo

  • 28 yanvar 2011 12:58
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
menim bu telekanaldan hech xoshum gelmir bir iki defe baxmisam.

Made_In_Bakinka

  • 28 yanvar 2011 01:32
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 56
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}