Cənnət və Cəhənnəm

 
Cənnət və Cəhənnəm

CƏNNƏT VƏ CƏHƏNNƏM
Dünya bir tarla, məhşər bir xarman, Cənnət və Cəhənnəm isə anbardır sanki. Dünyada yaxşılıq və pislik, çirkinlik və gözəllik, faydalı və zərərli insanlar birgə ömür sürürlər. Axirətdə bunlar bir-birindən tamamilə ayrılacaqlar. Bütün yaxşılıqlar, gözəlliklər, faydalı və xeyirli insanlar Cənnətə toplanacaq. Hər cür pisliklər, çirkinliklər, zərərli və xeyirsiz insanlar isə Cəhənnəmə toplanacaq. Cənnət dünyadakı yaxşılıq və gözəlliklərin, Cəhənnəm isə pislik və çirkinliklərin meyvəsidir. İnsan dünyada nəyi əkərsə, Axirətdə də onu biçəcəkdir. Yetişdirdiyi meyvələri dərəcəkdir.

Cənnət Allahın sevdiyi xeyirli qulları üçün hazırladığı sonsuz bir mükafat yurdudur. Qulaqların eşitmədiyi, gözlərin görmədiyi, ağla gəlməyən, xəyal belə edilməyən nemətlərlə doludur. Dünyanın minlərlə il sürən xoşbəxt həyatı Cənnət həyatının bir anına belə dəyməz. Cənnətin açarı isə imandır. İmanı olduğu halda qulluq vəzifəsində günah edən, insanlara pislik edən kəslər Cəhənnəmdə cəzalarını çəktikdən sonra Cənnətə girəcəklər. Cənnət göyləri və Yeri əhatə edəcək qədər genişdir. İçində növbənöv çaylar axar. Cənnət zümrüd kimi yaşıllıqlarla dolu bağçalardan əmələ gəlmişdir. Köşkləri inci, yaqut və mərcanlardan inşa edilmişdir. Cənnətliklər əbədiyyən gənc, dinc və sağlam olaraq nemətlər içində üzəcəklər. Ürəkləri istəyən hər şeyə nail olacaqlar.

Cəhənnəm inkarçı, pis, zalım və əxlaqsız insanların atılacaqları bir cəza evidir. Qurani-Kərimdə Cəhənnəm yandırıb taxdığı insanlar və daşlar olan bir atəş dəryası olaraq tanıdılır. Əslində Allaha və Axirət gününə inanmayan kafirlər üçün hazırlanmışdır. Onlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar. Ancaq inandığı halda nəfsinə qalib gələ bilməyən və günah sahibi olan insanlar da cəzalarını çəkənə qədər burada qalacaqlar. Cənnət və Cəhənnəmin varlığı İlahi ədalətin gərəyidir. Naqis insanların cəzalandırılmaması xeyirli insanlara zülümdür.
Allah heç bir bəndəsini cəzalandırmaq istəməz. Ona görə də insanlara günahlardan əl çəkib xeyir əməllər etmələri üçün xəbərdarlıq edib. Günahlarına görə isə tezliklə tövbə etməyə çağırıb


Geri dön

Dalga

  • 11 yanvar 2012 19:22
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
Tesekur edirem gozel xebere gore.Allah gunahlari bagisdayan ve dualari esidendir. Gelin coxlu dua edek ve pis emellerden, pis insanlardan uzaq olaq. Allaha inanaq ve her seyi ondan isteyek ,Allah bu fani dunyada bizlere komek olsun ve cennet qismet etsin AMIN

--------------------

Su Perisi

  • 14 avqust 2011 12:20
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Allah Razi olsun

--------------------

MURAD_YEK

  • 15 iyul 2011 12:10
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
ALLAH HAMİZİ CƏNƏTƏ GONDƏRSİN AMİN
ADAM QABAQCADAN DEMƏZ ALLAH BİLƏN MƏSLƏHƏTDİ

bende

  • 22 may 2011 17:08
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
Bizde ALLAHin sevdiyi xeyirli qullarindan olub Cennete gederik INWALLAH

Bizde ALLAHin sevdiyi xeyirli qullarindan olub Gennete duserik INWALLAH

--------------------
Heyatda 4 weyi geri qaytarmaq olmaz:
Atılan oxu, qacırılan fürseti, soylenen sozu, kecen zamanı...

Ulya

  • 2 fevral 2011 12:57
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

alsu

  • 30 yanvar 2011 01:59
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
ALLAH vermeyi istemese idi,istemeyi de vermezdi.yeter ki,dua edek.

nilayka

  • 28 yanvar 2011 19:08
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk cox gozel xeberdir ALLAH hamimiza cenneti qismet etsin

--------------------

LOVE IS DEAD

  • 28 yanvar 2011 17:49
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
teshekkurler maraqlidir

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

DON ZORRO

  • 28 yanvar 2011 15:41
  • Məqalə: 12
  • Şərh: 32
  • Bal:
{awards}
ÇOXLU DUA EDƏK
NƏFSİMİZLƏ MÜBARİZƏDƏ QALİB OLAQ

Su Perisi

  • 28 yanvar 2011 15:13
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Təşəkkürler

--------------------

,,kepenek,,

  • 28 yanvar 2011 15:09
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
INSALLAH HAMIMIZ CENNETE GEDERIK

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

Made_In_Bakinka

  • 28 yanvar 2011 14:42
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
tesekkurler Allah razi olsun! Gerek emellerimiz duzgun olsun....

DON ZORRO

  • 28 yanvar 2011 14:38
  • Məqalə: 12
  • Şərh: 32
  • Bal:
{awards}
winked smile

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 52

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}