Virtual sevgidə nələr önəmli deyil ?

 
Virtual sevgidə nələr önəmli deyil ?


Müasir gənclər ünsiyyət qurmaqda çox vaxt çətinlik çəkirlər. İnternet vasitəsilə tanışlıq əsasən, real həyatda ünsiyyət qurmağa vaxtı və jəsarəti olmayanları öz imkanları ilə cəlb edir. Təcrübə göstərir ki, internetdə ünsiyyət çox rahat keçir. Ancaq bunun əyləncə, yoxsa əsl hisslər olduğunu necə təyin etmək olar? Bunu bilmək çox asandır: əgər daim fikrinizdə onun sizə yazdığı ifadələr dolaşırsa, mail-ini gördükdə ürəyiniz tez-tez döyünürsə – bu elə virtual sevgi deməkdir.

Müsbət tərəfləri:
1. İnternetdə 90-60-90 bədən ölçülərinə malik olmağınız, boyunuzun 170 sm-ə çatması vacib deyil.
2. Məhz burada siz öz ağlınızı və yumor hissinizi səhv başa düşülməkdən qorxmadan göstərə və sizə mənən yaxın olan insanı tapa bilərsiniz.
3. Şəbəkədə öz tələblərinizi və istəklərinizi açıq-aydın bildirə, deməli ünsiyyətdə olduğunuz adamdan nə gözlədiyinizi gizlətmədən təbii ola bilərsiniz.
4. Onunla istənilən mövzunu on-layn müzakirə edə, istədiyinizi deyə bilərsiniz, bununla belə, onun üçün sirr olaraq qala da bilərsiniz.
5. Hətta öz şahzadənizi tapmasanız belə, real həyata da keçirə biləcəyiniz çoxlu yeni dostlar qazanmış olajaqsınız.
6. Ən əsası – əgər sizə virtual görüş təyin ediblərsə, əyninizdə köhnə paltarın və ya saçlarınızda kəpəyin olmasının dərdini çəkməyəcəksiniz. Sadəjə, ayaq altında qalıb tapdalanmış kedləri və köhnə futbolkanızı geyinib klaviaturada necə cazibədar və valehedci olduğunuzu yaza bilərsiniz.
7. Əvvəllər ünsiyyət yalnız quru yazılarla kifayətlənirdisə, indi mikrofon və veb kamera sayəsində həmsöhbətinizi həm eşidə, həm də görə bilərsiniz. Bu, az da olsa, real ünsiyyəti əvəz edir.
8. İnternet evdən bayıra çıxmadan dünyanın istənilən nöqtəsində yaşayan insanlarla ünsiyyət qurmaq imkanı verir. Xaricilərlə və ya xarijdə yaşayan həmyerlilərlə danışmaq çox maraqlıdır. İnternet xarici vətəndaşla ailə qurmaq və ya xarici dili təkmilləşdirmək istəyənlər üçün çox yaxşı imkanlar yaradır.
9. Kiminlə danışmağa və münasibət qurmağa özünüz qərar verirsiniz. Adətən tanışlıq saytları geniş seçim imkanı verir, sizə yalnız ürəyinizə yatanı seçmək qalır.
10. Münasibətlərinizi tədrijən, tələsmədən qura bilərsiniz. Üstəlik, real həyatdakından fərqli olaraq, virtual aləmdə lazımi anda ani qərar vermə riski olmur. Monitor arxasında oturarkən sizin həmişə düşünməyə, fikirlərinizi analiz etməyə, nə yazmaq istədiyinizə qərar verməyə vaxtınız və imkanınız genişdir.


Mənfi tərəfləri:
1. Virtual obraza vurulan insan, daim öz qəhrəmanının xəyalıyla sanki virtual, uydurulmuş aləmdə yaşayır. Real insanlar, real hadisələr isə həyatında ikinji, hətta üçünjü dərəjəli rol oynayır.
2. Hər an ola bilər ki, çox gözəl şahzadə keçəl, barmağında nişan üzüyü olan «day-day», nəzakətli xəyalpərəst isə tatuirovkalı roker olsun. Hər halda real insan xəyalınızda janlandırdığınız obrazdan uzaq olajaq. Belə ki, bizim təxəyyülümüzdə ideal bir obraz formalaşır, heç bir real kişi isə idealla rəqabət apara bilməz.
3. Həmsöhbətiniz sizdən min kilometr uzaqda – başqa şəhərdə və ya başqa ölkədə yaşaya bilər. Onunla görüşmək sizin üçün əsl problemə çevriləjək.
4. Və hadisələrin ən təhlükəli dönüşü: siz internetdən asılı vəziyyətə düşə bilərsiniz və onda real həyat virtualla müqayisədə sizin üçün daha az önəm kəsb edəjək.
5. Subaylıqda vaxtının çoxunu tanışlıq saytlarında, jhat-da keçirənlər ailə həyatı qurandan sonra bu vərdişlərindən əl çəkə bilmirlər. Həyat yoldaşı ola-ola yeni tanışlıqlar qurur, başqaları ilə ünsiyyət yaradırlar. Bunun da xəyanətdən demək olar ki, fərqi yoxdur.
6. Bəziləri internetə əylənjə kimi baxırlar. Onlar jiddi sevgi axtarışında olmurlar. Belə bir insanla uzun müddət münasibət qurub ona bağlana bilərsiniz. O isə sizin hisslərinizlə oynaya bilər.
7. On-line dostunuz haqqında yalnız onun təqdim etdiyi məlumatları əldə edəjəksiniz. Bunların yalnış və ya doğru olduğunu yoxlamağa imkanınız olmayajaq.
8. Əgər nəyisə düşünmədən və sadəcə zarafat xatirinə yazıb göndərmisinizsə və bu da qarşıdakı tərəfin xətrinə dəyibsə, özünüzə bəraət qazandırmaq çətin məsələ olacaq. Belə ki, virtual aləmdə hissləri, emosiyaları ötürmək çox çətindir. Yenə də yaxşı ki, smaylikləri kəşf ediblər.
9. Britaniya alimləri müəyyənləşdiriblər ki, internet-yazışmada biz insanı sadəcə 3%, real görüşdə isə verbal nitqdən istifadə olunmasa belə 70% tanıya bilərik. Baxış, hərəkətlər və hətta qoxudan çox şey öyrənmək mümkündür.
10. İnternetdə elə birinə rast gələrsiniz ki, o sizin şəkillərinizi, haqqınızda bəzi məlumatları dostlarına yayar. Ona görə də ehtiyatlı olmaq lazımdır.

Nəticədə sonuncu məsləhət: «Virtual romanları ürəyinizə salmayın». Əslində biz hər şeyi çox gözəl anlayırıq. Axı adi həyatda internetdə olduğu kimi söhbət etmirik. Hər halda diskotekada sevgilinizlə Afrikadakı ajlığı müzakirə etməyəjəksiniz ki?
Əlbəttə, chat-da real sevgini tapma şansları da böyükdür. Ancaq yaxşı olar ki, kompüteri söndürüb bayıra çıxasınız və monitordan qızarmış gözlərlə sizi əhatə edən aləmə baxasınız. Bəlkə də real şahzadənizi tapdınız, nə bilmək olar!


Virtual sevginin ən üstün cəhəti: Bilirsən ki, səni xarici görünüşünə görə yox, məhz özünü sevirlər.


Geri dön

Ulya

  • 2 fevral 2011 13:04
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
cox sagol

_Unal_

  • 30 yanvar 2011 02:08
  • Məqalə: 64
  • Şərh: 250
  • Bal:
{awards}
Virtual sevginin ən üstün cəhəti: Bilirsən ki, səni xarici görünüşünə görə yox, məhz özünü sevirlər.

twk

--------------------

alsu

  • 30 yanvar 2011 01:51
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
virtual unsiyyet realliqdan uzaqdir.bu menim fikrimdi

Lindo

  • 28 yanvar 2011 19:34
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
virtual sevgi yoxdu vesselam twk

nilayka

  • 28 yanvar 2011 19:13
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
tewekkur fellow

--------------------

_happly_

  • 28 yanvar 2011 16:53
  • Məqalə: 0
  • Şərh: 83
  • Bal:
{awards}
sozun duzumen virtual sevgiye o qederde inanmiram..

--------------------
http://s42.radikal.ru/i097/1103/1e/d429097cab0b.gif

Cant_Breathe

  • 28 yanvar 2011 16:16
  • Məqalə: 64
  • Şərh: 1389
  • Bal:
{awards}
Virtual sevginin ən üstün cəhəti: Bilirsən ki, səni xarici görünüşünə görə yox, məhz özünü sevirlər.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

Made_In_Bakinka

  • 28 yanvar 2011 15:57
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
tesekkurler maraqli idi hele hele J ile olan sozler (yeni dostlar qazanmis olajaqsiniz, az onem kesb edejek.... ve.s) wink

Yusif

  • 28 yanvar 2011 15:19
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
rey Yazanlara Tesekkur Bildirirem :)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 53
Cəmi: 81

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 16
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 15
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}