Uşağımıza soyad seçərkən nələri bilməliyik?

 
Uşağımıza soyad seçərkən nələri bilməliyik?

Bəzən valideynlər yeni doğulmuş övladlarına öz soyadlarını deyil, uşağın ata, baba adını soyad kimi vermək istəyirlər. Valideynlər bu sahədəki qanunlardan xəbərsizliyi səbəbindən müəyyən problemlərlə üzləşməli olurlar. Uşağa soyad qoyulması Azərbaycan qanunvericiliyi ilə necə tənzimlənir? Valideynlərin istədikləri soyadı uşaqlarına seçmək hüququ varmı? Trend-in məlumatına görə, vəkil Dünyamin Novruzov bu məsələyə aydınlıq gətirib.

D.Novruzov bildirib ki, uşağın soyad daşımaq hüququ Ailə Məcəlləsində təsbit edilib. Ailə Məcəlləsinin tələbinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir: "Ailə qanunvericiliyində qeyd olunur ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Məsələn, "Məmmədov" və "Hüseynov", onda valideynlər qarşılıqlı razılığa gələrək uşağın soyadını ya "Məmmədov", ya da "Hüseynov" qoya bilərlər".

Hüquq məsləhətçisi bildirib ki, valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur.

Onun sözlərinə görə, Ailə Məcəlləsində uşağa ad, ata adı və soyad verilməsi ilə bağlı hüquq normaları Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nda da öz əksini tapıb.

D.Novruzov bildirib ki, uşağa valideynlərin soyadından fərqli soyadın verilməsi, habelə ata adına uyğun soyadın verilməsi Ailə Məcəlləsində və adı çəkilən Qaydalarda nəzərdə tutulmayıb. Başqa sözlə, qüvvədə olan qanunvericilik uşağa valideynin və ya valideynlərdən birinin soyadına uyğun soyadın verilməsinin mümkünlüyünü nəzərdə tutur.

Hüquqşünas soyad sonluğuna dəyişiklik edilməsi ilə bağlı məsələyə də aydınlıq gətirərək qeyd edib ki, bu məsələ Milli Məclisin 2 fevral 1993-cü il tarixdə qəbul etdiyi "Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında" qərarına, eləcə də, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən 12 may 2011-ci il tarixli Qərarına uyğun olaraq həyata keçirilir. Onun sözlərinə görə, soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur.

Qeyd edək ki, Milli Məclisin 2 fevral 1993-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası vətəndaşları mövcud soyadının kökünə -lı, -li, -lu, -lü, -zadə, -oğlu, -qızı soyad sonluğu artırmaqla və ya heç bir sonluq artırmadan (Məsələn: Ağayev soyadında "yev" sonluğu atılır Ağa olur, Əliyev soyadında "yev" sonluğu atılır və Əli soyadı qalır) soyad seçə bilərlər. Nazirlər Kabinetinin yuxarıda adı çəkilən 12 may 2011-ci il tarixli Qərarına görə Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir.


Geri dön

Qaska_Quli

  • 4 yanvar 2014 17:50
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
tshkkkkkkkkkkkkkk

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 3 yanvar 2014 12:03
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
tewekkurler...

--------------------

^_^

  • 2 yanvar 2014 19:00
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Meqale ucun cox sagolun =)

AyliN BunyaminovA

  • 2 yanvar 2014 18:52
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Teshekkurler

--------------------
ܨܓܓܨܓܓ✍

вคɴค iкiмizi คɴlคт ❤

  • 2 yanvar 2014 15:34
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
♣Meqaleye gore sagolun♣



✰Karabakh Girl✰

  • 2 yanvar 2014 13:38
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Tewekkur xebercun...

ღ★Damla★ღ

  • 2 yanvar 2014 13:07
  • Məqalə: 213
  • Şərh: 3971
  • Bal:
{awards}
Onun sözlərinə görə, Ailə Məcəlləsində uşağa ad, ata adı və soyad verilməsi ilə bağlı hüquq normaları Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nda da öz əksini tapıb.

Banned549678

  • 2 yanvar 2014 11:44
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Sagol Baci^^

Allahi_Unutma

  • 2 yanvar 2014 11:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur edirem

^^KuKuLKa^^

  • 1 yanvar 2014 23:34
  • Məqalə: 764
  • Şərh: 11541
  • Bal:
{awards}
Onun sözlərinə görə, Ailə Məcəlləsində uşağa ad, ata adı və soyad verilməsi ilə bağlı hüquq normaları Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nda da öz əksini tapıb.

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 1 yanvar 2014 23:08
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Ona Hele cox var :) Hele niwanligin tadiniiii cikariyoruz pxaxax

--------------------
(^_*)

melek_19

  • 1 yanvar 2014 22:41
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Hmmm maraqlidiiii...

--------------------

ShคмKiʀKค

  • 1 yanvar 2014 22:08
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
tewekkurler....... fellow

Banned549678

  • 1 yanvar 2014 21:58
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Sagol Bacis

вคɴค iкiмizi คɴlคт ❤

  • 1 yanvar 2014 21:40
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
<Tewekkurler>

^^Nazlı Şeytan^^

  • 1 yanvar 2014 21:10
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

aska rico

  • 1 yanvar 2014 21:05
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 41

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}