Mikayıl Müşfiq yaradıcılığından sevgi şeirləri

 
Mikayıl Müşfiq yaradıcılığından sevgi şeirləri

BİR DƏ BAXSAN MƏNƏ

Baxışın qəlbimi incitmişdir;
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.

Yenidən uyğusu qaçmış gecələr,
Sevgilər, fırtınalar başlanacaq.
Ayrılıqlar, qarışıq bilməcələr...
Yanacaq sıtmalı ruhum, yanacaq!

Bu baxışdan, bu duruşdan əl çək!
Yoxsa könlümdəki qızğın şimşək
Üstünə od sovurar hər yerdən.

Orda dur, burda dayan, hey bəklə,
Səni tale günəşim güdməklə
Keçməsin qorxulu vadilərdən.

Mikayıl Müşfiq yaradıcılığından sevgi şeirləri

SEVGİLƏR

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.

Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

Mikayıl Müşfiq yaradıcılığından sevgi şeirləri

EŞQİM

Anasız, babasız Ofelya kimi
Saçları pərişan bir qızdır eşqim.
Qəlbimin buludlu səmalarında
Titrəyən bir qərib ulduzdur eşqim!

Olmadan aşikar doğduğu yerdən,
Böyük tanrı kimi düşmüş nəzərdən,
Çöhrəsi gülməyən xarabalardan
Daha qəmli, daha issızdır eşqim!

Həyata baxmamış gülümsər kimi,
Hər bir hadisədən bixəbər kimi,
Yad əllərdə qalan yetimlər kimi
Başı bəlalıdır, yalnızdır eşqim!


Geri dön

Jasmin45

  • 31 iyul 2011 17:06
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
Mikayıl Müşfiq çox bəyəndiyim şairlərdən biridir,şeirləri çox gözəldir,təşəkkür edirəm))..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

SoYuQ_MeZaR

  • 17 iyun 2011 00:05
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
COX GOZEL SERLERDI HM MEN HEM SEIR HEMDE ROMAN XESTESIYEM AMA KRIMINAL

::..ONSLAUGHT::..

  • 11 mart 2011 23:22
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
gozel weirdi tewekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 3 mart 2011 20:10
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
BEYENILEN SAIRDI....CUNKI GOZEL SEIRLERI VAR

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

GUNAHKAR MELEK

  • 11 fevral 2011 13:59
  • Məqalə: 0
  • Şərh: 242
  • Bal:
{awards}
BEYENILEN SAIRDI....CUNKI GOZEL SEIRLERI VAR

--------------------
ALDANMA INSANIN GOZELLİYİNE,
GOZELLIK INSANIN DAXILINDEDIR.
XARICI OLSA DA PARLAQ BIR GUNES,
DAXILI BELKE DE ZULMET GECEDIR

Made_In_Bakinka

  • 11 fevral 2011 08:11
  • Məqalə: 87
  • Şərh: 2350
  • Bal:
{awards}
cox sevdiyim sairlerden biridir tesekkur edirem xeber ucun

Orxan Nagiyev

  • 10 fevral 2011 22:31
  • Məqalə: 200
  • Şərh: 344
  • Bal:
{awards}
HƏ MAGNOLIYANIN SÖZÜNƏ QÜVVƏT DOGURDANDA XİZİ TORPAGİ ANCAQ SÖZÜN HƏQİQİ MƏNASİNDA İSTEDADLİ ŞAİRLƏR YAZİÇİLAR SƏNƏTARLAR BİR SÖZLƏ DAHİLƏR YETİŞDİRİB!!!!! XƏBƏRİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR!!!!!!!!!!!

--------------------

Ulya

  • 10 fevral 2011 20:38
  • Məqalə: 1911
  • Şərh: 13812
  • Bal:
{awards}
cox gozel seirlerdi

YazYamuru

  • 10 fevral 2011 20:08
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
eeehhh &aqir nece de gozel soyleyir......t&kkkk belay

--------------------



nilayka

  • 10 fevral 2011 19:46
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Mikayil Musfiqin seirleri cox gozel olur twk gozel seire gore winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 25
Cəmi: 58

 

Top 10 Müəllif

✰KraLiça Röya✰
Xəbərləri: 38
Cəmi: 502
 
Angry Boy
Xəbərləri: 38
Cəmi: 170
 
ヅ Prosta SaBoŞ ヅ
Xəbərləri: 34
Cəmi: 252
 
azer_
Xəbərləri: 34
Cəmi: 249
 
H.O.S.T AID.
Xəbərləri: 31
Cəmi: 126
 
AyliN BunyaminovA
Xəbərləri: 30
Cəmi: 210
 
First Lady^^
Xəbərləri: 28
Cəmi: 94
 
Zayn_Malik_fan
Xəbərləri: 27
Cəmi: 117
 
mikinin niki)
Xəbərləri: 26
Cəmi: 253
 
_keleBek_)
Xəbərləri: 24
Cəmi: 26