Yuxusuzluq əsəbləri korlayır

 
Yuxusuzluq əsəbləri korlayır


Rahat və şirin yuxuya getmək insanın sağlamlığına və əhval- ruhiyyəsinə müsbət təsir edir.

Mütəxəssislərin bildirdiyinə görə, insan hər gecə 8 saat yatmalıdır. 8 saatdan az və ya çox yatdıqda isə insan özünü əzgin hiss edir və səhərlər yataqdan qalxmağa çətinlik çəkir. Nisbətən zəif və xəstə insanlar isə daha çox yatmağa ehtiyac duyurlar.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, yuxusuzluq insanın əsəblərini korlayır: "Gecələr normal yata bilməyən adam çox aqressiv olur, hər şeydən qıcıqlanır. Az yatan insan zehni və fiziki işlə məşğul olmaqda çətinlik çəkir, özünü əzgin və məyus hiss edir. Belə adamlarda tez-tez səbəbsiz yerə ruh düşgünlüyü müşahidə olunur. Uzun müddət sürən yuxusuzluq isə XXI əsrin bəlasına çevrilən depressiyaya da gətirib çıxarır".

A.Qurbanova qeyd edib ki, normal halda insan yataqda 10-15 dəqiqəyə yuxuya gedir: "İnsanın yuxusuna isə onun gündəlik rejimi təsir edir. Şam yeməyini yatmazdan bir qədər əvvəl edirsinizsə, yuxuya çətin gedəcəksiniz. Belə ki, bu zaman mədə yeməyi həzm etməyə başlayır və orqanizmə rahatlaşmağa imkan vermir. Qida isə tərkibindən asılı olaraq bir neçə saata həzm olunur. Bu səbəbdən də yuxuya getməzdən 2-4 saat əvvəl yemək yemək məsləhətdir. Bu, yalnız yuxu üçün deyil, mədənin sağlamlığı üçün də vacib amildir. Yaxşı olar ki, axşam saat 6-da şam edib, bundan sonra yemək yeməyəsiniz. Saat 6-da şam edəndən sonra isə saat 9-10-da rahat yatmaq olar".

Qeyd edək ki, rahat yuxu üçün gün ərzində nə dərəcədə hərəkətli olmağınız da vacibdir. Əgər siz özünüzü həddindən artıq enerjili və aqressiv hiss edirsinizsə, deməli, hərəkətə, toplanmış enerjinin, aqressiyanın boşaldılmasına ehtiyacınız var. Tənbəllik edib heç bir iş görməmək, oturaq həyat tərzi sürmək həm yuxuya mənfi təsir göstərir, həm də beynin fəallığını azaldır, əzələlərin boşalmasına gətirib çıxarır. Bunun üçün də hərəkət etmək, idmanla məşğul olmaq əsas amildir. Nə qədər çox hərəkətdə olsanız, əhvalınız daha da yüksələcək. Lakin bu zaman həddini aşmaq, özünü çox yükləmək də olmaz. Belə ki, çox idman etmək də yuxunun pozulması ilə nəticələnə bilər.

Bəzi hallarda insan yuxuya gedə bilməyəcəyinə özünü inandırdığı üçün yata bilmir. Ona görə də ilk növbədə insan özünə təsəlli verməli və rahat yuxuya gedəcəyinə inanmalıdır. Yuxu ilə bağlı probleminin olmadığını anlayanda, insan daha az narahatlıq keçirir, əsəbləşmir, bunun üçün də asanlıqla yuxuya gedir. Əsəbləri sakitləşdirib, özündə inam hissini formalaşdırmaq üçün avtotrenninq də tətbiq etmək olar. Bunun üçün güzgünün qabağında dayanıb "mən rahat yuxuya gedir və möhkəm yatıram" demək lazımdır. İnsanı yuxuya getməyə qoymayan əsas səbəblər həyəcanlanmaq, qorxmaq və əsəbləşməkdir. Bu səbəbdən də gecə çarpayıya uzananda isə pis hadisələr haqqında düşünməyin. Əgər bacarsanız, heç nəyi fikirləşməyin. Əvvəlcə bunu etmək çətin olsa da, sonradan vərdiş halını alacaq.

Mütəxəssislərin fikrincə, inkişaf etmiş ölkələrdə əhalinin 10 faizi yuxusuzluqdan əziyyət çəkir. Yuxusuzluqla üzləşməmək üçün tərkibində kofein, kofe, kola, enerjili içkilər içmək və tərkibində kofe, kofein olan qidalar və qara şokolad yemək olmaz. Gecə yuxuya getməzdən əvvəl tünd çay da içmək məsləhət deyil. Bununla yanaşı gecə yatmazdan əvvəl yağlı və ağır yeməklər də yemək olmaz. Yaxşı olar ki, süd məhsulları və tərəvəzlərlə qidalanmağa üstünlük verəsiniz. Yatmazdan əvvəl vitamin içmək də düzgün deyil, belə ki, vitaminlər əsəb sisteminin gərginləşməsinə səbəb olur. Bunun əvəzinə bir stəkan süd içmək həm orqanizmi vitaminlə təmin edər, həm də sizə yuxu gətirər. Rahat yuxu üçün yatmazdan əvvəl 40 dəqiqə təmiz havada gəzmək də faydalıdır.

Psixoloqun dediyinə görə, narahat yataq otağı, yatağın özü, yataq dəsti də yuxusuzluğa səbəb ola bilər: "Yataq dəsti seçərkən fikir verin ki, rahat, yumşaq və hamar olsun. Yataq dəsti təbii parçalardan hazırlanmalıdır ki, tiftiklənib dəriyə dəyərək qıcıqlandırmasın. Keyfiyyəti ilə yanaşı yataq dəstinin rəngi də çox vacibdir. Bəyəndiyiniz, xüsusilə də açıq və ya çox tünd, lakin əlvan olmayan rənglər də sizin tez yuxuya getməyinizə kömək edə bilər" deyən psixoloq əlavə edib ki, gecə yataqda uzanıb kompüterdə oyun oynamaq, televizora baxmaq, dəhşətli filmlərə baxmaq da məsləhət deyil. Yadda saxlayın ki, qaranlıq və sakit yerdə yatmaq lazımdır. Belə ki, təbii yuxu gətirən melatonin adlanan xüsusi maddə qaranlıqda daha fəal yaranmağa başlayır. Eləcə də rahat yuxu üçün səhər və axşam eyni vaxtlarda yatmağa çalışın. Gecə yuxunuz gəlsin deyə əlavə olaraq günorta və ya axşam vaxtı yatmayın. Həm də gecə yuxusunun yerini heç nə vermir. İnsan günorta və ya səhər vaxtlarında yatsa da, gecə yatdığı zaman orqanizm daha çox dincəlir və bu yuxudan faydalanır. Yuxuya getmək üçün münasib vaxt gecə saat 10-dur. Yuxunun uzunluğuna gəlincə isə 8 saat yatmaqla yuxudan tam doymaq olar. Bu saatlardan çox və ya az yatdıqda isə insan yuxudan doymamış kimi özünü hiss edir və səhərlər yuxudan ayıla bilmir. Düzdür, bəzən istisna hallar olur ki, insana tam yuxudan doymaq üçün 10-11 saat tələb olunur. Nəzərinizə çatdıraq ki, insanlar müxtəlif vaxtlarda yuxuya gedir. Qanda melatonin maddəsinin ən çox yarandığı vaxt isə gecə saat 12-dən səhər saat 4-ə qədər olur. Səhər açılanda isə melatonin işığın təsirindən az yaranmağa başlayır və insan tədricən yuxudan ayılır. Lakin insan gec yatdıqda səhər açıldıqda belə yuxudan doya bilmir.

Psixoloq vurğulayıb ki, yuxunu bir vərdiş kimi təsəvvür etdikdə, yuxu ilə bağlı problemlər minimuma enəcək. Bunun üçün hər gün eyni saatda yatmaq lazımdır. "Əvvəlcə bu çətin gələ bilər, lakin vərdişə çevriləndən sonra bu xeyli asanlaşacaq. Hətta uzun müddət, misal üçün, gecə saat 11-də yuxuya getməyə alışan şəxs, bu vaxt keçdikdə əsnəməyə və yuxuya ehtiyac duymağa başlayacaq".


Geri dön

GuNaY_83

  • 1 fevral 2014 16:51
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Rahat və şirin yuxuya getmək insanın sağlamlığına və əhval- ruhiyyəsinə müsbət təsir edir.

--------------------

Qaska_Quli

  • 13 yanvar 2014 17:21
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkkk

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 11 yanvar 2014 22:16
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
»MeQaLeYe GoRe SaGoLuN»

aska rico

  • 9 yanvar 2014 00:01
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
cox sagolun

--------------------

^^KuKuLKa^^

  • 3 yanvar 2014 22:35
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
Rahat və şirin yuxuya getmək insanın sağlamlığına və əhval- ruhiyyəsinə müsbət təsir edir.

--------------------

Banned549678

  • 3 yanvar 2014 12:27
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Psixoloq vurğulayıb ki, yuxunu bir vərdiş kimi təsəvvür etdikdə, yuxu ilə bağlı problemlər minimuma enəcək. Bunun üçün hər gün eyni saatda yatmaq lazımdır. "Əvvəlcə bu çətin gələ bilər, lakin vərdişə çevriləndən sonra bu xeyli asanlaşacaq. Hətta uzun müddət, misal üçün, gecə saat 11-də yuxuya getməyə alışan şəxs, bu vaxt keçdikdə əsnəməyə və yuxuya ehtiyac duymağa başlayacaq".

ღKiRaZ MeVsİmCiღ

  • 3 yanvar 2014 11:04
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
tewekkurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 yanvar 2014 09:42
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
♣MeQaLeYe GoRe SaGoLuN♣

aska rico

  • 2 yanvar 2014 22:44
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tesekkurler

--------------------

classic_guiter_girl

  • 2 yanvar 2014 20:33
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
meqaleye qore twkler

вคɴค iкiмizi คɴlคт ❤

  • 2 yanvar 2014 20:28
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
ツMeQaLeYe GoRe SaGoLuNツ

ShคмKiʀKค

  • 2 yanvar 2014 20:27
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
COX SAG OL........ feel

ღNəmLi kiprikღ

  • 2 yanvar 2014 20:23
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Rahat və şirin yuxuya getmək insanın sağlamlığına və əhval- ruhiyyəsinə müsbət təsir edir.

^^Nazlı Şeytan^^

  • 2 yanvar 2014 19:40
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Tewekkurler

ღ★Damla★ღ

  • 2 yanvar 2014 19:23
  • Məqalə: 213
  • Şərh: 3971
  • Bal:
{awards}
Psixoloq vurğulayıb ki, yuxunu bir vərdiş kimi təsəvvür etdikdə, yuxu ilə bağlı problemlər minimuma enəcək. Bunun üçün hər gün eyni saatda yatmaq lazımdır. "Əvvəlcə bu çətin gələ bilər, lakin vərdişə çevriləndən sonra bu xeyli asanlaşacaq. Hətta uzun müddət, misal üçün, gecə saat 11-də yuxuya getməyə alışan şəxs, bu vaxt keçdikdə əsnəməyə və yuxuya ehtiyac duymağa başlayacaq".

melek_19

  • 2 yanvar 2014 19:11
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun.......

--------------------

^^KuKuLKa^^

  • 2 yanvar 2014 19:02
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
Rahat və şirin yuxuya getmək insanın sağlamlığına və əhval- ruhiyyəsinə müsbət təsir edir.

--------------------

AyliN BunyaminovA

  • 2 yanvar 2014 18:29
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Məqalə üçün təşəkkürlər

--------------------
ܨܓܓܨܓܓ✍

вคɴค iкiмizi คɴlคт ❤

  • 2 yanvar 2014 18:28
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
*Meqaleye gore sagolun*

^_^

  • 2 yanvar 2014 18:06
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Ilk sehr menden tewekkürler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 17
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}