Arıqlama dərmanları xərçəng yaradır

 
Arıqlama dərmanları xərçəng yaradır



Artıq çəkidən azad olmaq və həmişə formada qalmaq hər bir qadının arzusudur. İndi xanımlar arıqlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. İdmanla məşğul olmağa və pəhriz saxlamağa tənbəllik edən qadınlar isə daha asan üsullara əl atırlar. Bu, arıqlama dərmanlarıdır. Hər gün televiziya ekranlarında və müxtəlif lövhələrdə reklamları ilə rastlaşdığımız bu dərmanlar apteklərdə reseptsiz satılır. Əczaxanalarda apardığımız müşahidələrimiz zamanı məlum oldu ki, satışda arıqlama vasitələri müxtəlif adlarda bitki çayları, kofelər və həblər var. Qiymətləri 5 manatdan başlayaraq 50-60 manatadək dəyişən dərmanların alıcılarının da az olmadığı deyilir. Bəs bu pereparatlardan istifadə edərək arıqlamaq düzgündürmü?

Dietoloq Məlahət Kərimova bildirdi ki, arıqlama dərmanları vasitəsilə çəki atmaq məsləhət deyil. Çünki həmin dərmanların istifadəsi bir sıra fəsadlar törədə bilər: "Dərmanı qəbul edəndən sonra o, mədədə parçalanır və mərkəzi sinir sisteminə toxluq siqnalı gedir. Amma əslində insan özü ac olur. Bu dərmanlar əsasən on beş gün, ya da bir ay qəbul edilir. Həmin müddət ərzində adam özünü tox hiss edir, yemək yemir və arıqlayır. Amma dərmanın qəbulu bitəndən sonra yenə aclıq hissi yaranır və insan yenə əvvəlki kimi yeyir. Nəticədə kiçilmiş mədə yenidən böyüyür”.

Arıqlama dərmanlarının insan orqanizmi üçün ziyanlarından danışan M.Kərimovanın sözlərinə görə, bu pereparatlar sinir sistemində müəyyən pozuntular, mədə və bağrsaqda problemlər yarada bilər: “Bu dərmanlardan istifadə qadınlarda genekoloji xəstəliklərə, sonsuzluğa, hətta xərçəngədə də səbəb ola bilər. Onlardan istifadə edənlər arasında daha çox sinir sistemi pozuntularına və mədədə yara hallarına rast gəlinir. Bizə müraciət edən qadınlar arasında elələri var ki, bu dərmanlardan istifadə edib arıqlayıblar, lakin əsəbləri pozulub, sinir sistemlərində bəzi pozuntular yaranıb. Arıqlamaq üçün mənə müraciət edən heç bir qadına bu dərmanlardan istifadəni məsləhət görmürəm”.

Dietoloq onu da qeyd etdi ki, arıqlamaq üçün iradəni gücləndirmək, düzgün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmaq lazımdır. O, artıq kilolardan azad olmaq istəyən qadınlara bəzi tövsiyələrini də verdi: “Orqanizmdə toxluq hissi yaratmaq üçün yeməkdən əvvəl ilıq su içmək məsləhətdir. Bu, mədədə toxluq hissi yaradır və insan az yeməyə meyillənir”.

M.Kərimovanın dediyinə görə, səhər yeməyindən imtina da yanlış fikirdir: “Səhər yeməyi çox vacibdir. Naharda da istənilən yeməyi qəbul etmək olar. Amma axşamlar çalışmaq lazımdır ki, yemək az yeyilsin və daha çox meyvə, tərəvəzə üstünlük verilsin”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu dərmanlardan istifadənin düzgün olmadığını deyib. Onun sözlərinə görə, arıqlama dərmanlarının çoxunun təlimatlarında onların istifadəsi ilə bağlı məlumatlar yoxdur və yaxud qeyri-dəqiqliyə yol verilir: "Bu cür dərmanları qəbul etmək təhlükəlidir. Həmin dərmanın mahiyyəti barədə heç bir ətraflı məlumat verilmir. Vətəndaşlar sadəcə reklamlara baxıb, onların əsasında alıb istifadə edirlər. Yəqin ki, Rusiyanın televiziya kanallarında ayrı-ayrı klinikalarda arıqlamış, hətta psixi durumu da pozulmuş xəstələri çoxları görüb. Birdən-birə arıqlamaq nəticəsində müşayiət olunan geridönməz proseslərin müalicəsi də çətinlik törədir. Ona görə də çox diqqətli olmaq lazımdır. İnsanlar mənşəyi məlum olmayan və Ümümdünya Səhiyyə Təşkilatının reyуstrinə daxil olmayan dərmanları, xüsusilə də arıqlama pereparatlarını alıb istifadə etməməlidirlər".

A.Qeybulla onu da qeyd edib ki, arqılama üçün istifadə edilən dərmanlar öz təsir mexanizmləri ilə təsnif olunurlar. Onlardan bəziləri piylərin həddən artıq yanmasına, toxluq hissi yaratmağa, iştəhanın azalmasına xidmət edir. Bəziləri isə süni sürətdə bədəndə katobalizmi gücləndirir, orqanizmdə maddələr mübadiləsini sürətləndirdiyindən daha çox yağlar sərf olunur, qida maddələrinin sorulmasına təsir göstərir. Bu vasitələrin bəziləri isə oyandırıcı təsirə malikdirlər: “Bu dərmanlar orqanizmdə duz mübadiləsini pozur, uzun müddət ishal yaradır, bağırsaqdan sorulmanın qarşısını alır. Qidalanma düzgün olmadıqda orqanizmdə əvəz olunmayan amin və yağ turşusunun konsentrasiyası aşağı düşür. Bədəndə əvəz olunmayan amin turşuları, yağlar var ki, onlar qəbul edilməyəndə maddələr mübadiləsi pozulur. Bu zaman pisixi təsirlər də baş verir və onların çoxu bərpa olunmur”.

A.Qeybullanın sözlərinə görə, arıqlama prosesləri xüsusi proqramlar əsasında həyata keçirilməli və həkim nəzarəti altında aparılmalıdır.


Arıqlama dərmanlarının hansı yollarla apteklərə ayaq açdığına gəlincə, professor bildirib ki, bunlar hemoepatik pereparatlardır və Ümumdünya Səhiyyə Təşkilatının reyestrinə daxil deyil: “Bu cür dərmanlar müxtəlif firma və şəbəkələr vasitəsilə satışa çıxarılır və reklam edilir. Ona görə onlara nəzarət də çətindir” .

Səhiyyə Nazirliyindən isə Ailem az-ın müvafiq sorğusuna cavab olaraq bildirillib ki, arıqlamaq üçün qida əlavələri dərman vasitəsi sayılmadığından belə məhsullara sertifikat vermək də nazirliyin səlahiyyətlərinə aid deyil.


Geri dön

GuNaY_83

  • 1 fevral 2014 17:06
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
məqaləyə görə təşəkkürlər

--------------------

PSIXOPATKA

  • 10 yanvar 2014 13:49
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
A.Qeybullanın sözlərinə görə, arıqlama prosesləri xüsusi proqramlar əsasında həyata keçirilməli və həkim nəzarəti altında aparılmalıd

--------------------

^^KuKuLKa^^

  • 7 yanvar 2014 01:57
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
Arıqlama dərmanları xərçəng yaradır

--------------------

afet95

  • 4 yanvar 2014 13:10
  • Məqalə: 0
  • Şərh: 205
  • Bal:
{awards}
xowuma geldi twkler

^^KuKuLKa^^

  • 3 yanvar 2014 20:55
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
Arıqlama dərmanları xərçəng yaradır

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 yanvar 2014 20:35
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
¤MeQaLeYe GoRe SaGoLuN¤

NARKOMANKA qiz

  • 3 yanvar 2014 16:36
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
MUELLIFE TEWEKKURLER

^^KuKuLKa^^

  • 3 yanvar 2014 16:03
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
tewekkurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 yanvar 2014 12:19
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
♣MeQaLeYe GoRe SaGoLuN♣

ღ★Damla★ღ

  • 3 yanvar 2014 11:44
  • Məqalə: 213
  • Şərh: 3971
  • Bal:
{awards}

M.Kərimovanın dediyinə görə, səhər yeməyindən imtina da yanlış fikirdir: “Səhər yeməyi çox vacibdir. Naharda da istənilən yeməyi qəbul etmək olar. Amma axşamlar çalışmaq lazımdır ki, yemək az yeyilsin və daha çox meyvə, tərəvəzə üstünlük verilsin”.

Banned549678

  • 3 yanvar 2014 11:20
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Men Kokelmek isteyirem ama

ღKiRaZ MeVsİmCiღ

  • 3 yanvar 2014 10:34
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
tewekkurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 yanvar 2014 09:31
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
♣MeQaLeYe GoRe SaGoLuN♣

melek_19

  • 3 yanvar 2014 00:51
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun

Sag olun meqale ucun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 2 yanvar 2014 22:32
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
ツMeQaLeYe GoRe SaGoLuNツ

AyliN BunyaminovA

  • 2 yanvar 2014 22:06
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

--------------------
ܨܓܓܨܓܓ✍

aska rico

  • 2 yanvar 2014 22:05
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
cox sagolun

--------------------

ღNəmLi kiprikღ

  • 2 yanvar 2014 20:37
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Lazim deyil ele arqilamaqdansa bir az az yesinler tongue

вคɴค iкiмizi คɴlคт ❤

  • 2 yanvar 2014 20:35
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
ツMeQaLeYe GoRe SaGoLuNツ

ShคмKiʀKค

  • 2 yanvar 2014 20:34
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
COX SAG OL)))))

classic_guiter_girl

  • 2 yanvar 2014 20:30
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
meqaleye qore twkler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}