At ilində heç vaxt münaqişə başlamır

 
At ilində heç vaxt münaqişə başlamır

Səbuhi Rəhimli: “Yanvarın 31-də gecə saat 02.39-dan At ili girəcək və 2015-ci ilin fevralın 18-dək davam edəcək

Hər kəs qarşılamağa hazırlaşdığımız göy At ilinin gəlişini gözləyir. İl sona çatanda ötən il “mənim üçün uğurlu və ya uğursuz oldu” deyə hər kəs düşünür. Lakin “qarşıdakı ildə məni nələr gözləyir” deyə fikirləşənlər daha çox olur. Çünki insanlar onları nələr gözlədiklərindən qismən də olsa xəbərdar olmaq istəyirlər. Müsahibim “Qoroskop” qəzetinin baş redaktoru, tanınmış astroloq Səbuhi Rəhimlidir. Səbuhi Rəhimli ilə yeni ilin gəlişilə bağlı insanları maraqlandıran bir çox mövzuda söhbət apardıq. Astroloqun At ili ilə bağlı bir çox proqnozlarının əks olunduğu müsahibəsini sizlərə təqdim edirik.

- Göy At ilini qarşılamağa hazırlaşırıq. Artıq bir çox insanlar yeni illə bağlı astroloji proqnozlar gözləyir…

- 2002-ci il su ünsürlü ağ At ili idisə, indi göy rəngli, taxta ünsürlü At ili gəlir. Bəzən ilin başlanmasını yanlış olaraq yanvarın 1-dən götürürlər, yaxud da martın 21-ni deyirlər. Yanvarın 1-də yalnız təqvim dəyişir. Bunun heç bir astronomik göstəriciləri yoxdur. Avesta təqviminə görə isə Novruz Bayramında yeni il dəyişir. Söhbət bu gün populyar olan Çin qoroskopundan gedirsə, Bakı vaxtilə yanvarın 31-də gecə saat 02.39-də At ili girəcək və 2015-ci ilin fevralın 18-nə kimi davam edəcək. Həmin vaxta qədər hələ ki, ilan ilinin himayəsi altındayıq.

- İlan və At ilinin fərqi nədir?

- İlan ilində konkret ölkələri, insanları idarə edən qüvvələr olur. At ilində xüsusən də, göy At ilində bir az başqa cür olur. Göy Atda kütlənin aktivliyi olsa da, liderlik cəhətdən kasadçılıqdır. Kütlə bəzən qalxa bilər, amma kütləni idarə edə bilən olmayanda bu dağıdıcılıqla nəticələnə bilər. Ona görə, məsləhət görülür ki, bu cür At illərində fərdi fəaliyyət daha yaxşıdır. Yarışmalardan tutmuş, bir çox işlərə qədər.

- Belə çıxır ki, fərd halında çalışan insanlar üçün bu il uğurlu olacaq?

- Təbii ki. Dünyanın bir çox yerlərində mübarizə nöqtələri var ki, lider yoxdur, çox az qalıb. Bəlli liderlər var, amma istər Ukrayna, istər Suriya, istər İraq və ya bu kimi bir çox ölkələrdə narazı qüvvələrin başında duran konkret adam yoxdur. Hər gün biri bəyanat verir. At ilində heç vaxt münaqişə başlamır. Hansısa başlanmış münaqişəni sürətlə davam etdirir. Suriyada münaqişə neçə ildir ki, davam edir. At ilində bu münaqişə artıq sona çatacaq. At ili tarix boyu siyasət ili adlandırılıb. Xoruz, Pələng, At ili daha çox siyasi mənzərələrin dəyişdiyi illər olur. At ili xüsusilə qeyd olunmalıdır. Amma fərdi qaydada. Fərdi liderlər çox ola bilər, amma At ilində bu liderlərin arxasınca gələn olmayacaq. Tək siyasətdə, yox digər sahələrdə də fərdi qaydada uğurlar çox olacaq. Məsələn, idmanın fərdi qaydada mübarizə aparılan növlərində uğurlar daha çox olacaq, nəinki futbolda, basketbolda və s. Biz siyasi proqnoz verərəkən planetar quruluşları, eraları nəzərə alırıq. At 2002-ci ildə Balıqlar erasına düşürdüsə, bu dəfə Sutökən (Dolça) erasına düşür. Bu dünyanın xəritəsinin dəyişilməsinə və ölkələrin parçalanmasına, birləşməsinə səbəb ola bilər. Bizdə hər iki halda təhlükəli və sevindirici məqam var. Parçalanma anlamında Qarabağ əlimizdən çıxa bilər, birləşmə anlamında isə məsələn, Cənubi Azərbaycan birləşə bilər. Bunun hansından yararlana biləcəyimizi zaman göstərəcək.

- Hər yeni il gəldikcə insanlar daha çox siyasi proqnozlar gözləyirlər. Siz astroloqlar isə əsas faktları ulduzların öhdəsinə buraxırsız…

- Qarabağ hər birimizin yaralı yeridi. Həmişə bununla bağlı mənə sual verirdilər. Deyirdim ki, 2012-ci ildən tez heç nə olmayacaq. Siyasi şoulardan başqa nə isə yoxdur. Mən uğurlu zamanlardan danışıram. 2012-ci il gələndə hamı gözləyirdi ki, Səbuhi Rəhimli bu illə bağlı proqnozunda fikir söyləyib. Açıqlama da verdim. Dedim 2012-ci ilin fevralından 2013-cü ilin iyunun sonuna qədər vaxt var. Doğrudan da şanslı vaxt idi. Bir neçə ay hərbi əməliyyatlarda aktivlik müşahidə olundu, düşmən tərəfi itkilər verdi. Amma davamı gəlmədi. Astrologiya uğurlu zaman kəsiyini və həmin zaman ərzində fərdin və ya kollektivin üzərinə düşən öhdəlikləri göstərir. Biz də bunu göstəririk. Amma nəyəsə təsir etmək kimi bir qüvvəmiz yoxdur ki, dəyişək. Bizdə hələ ki, astrologiya elminə münasibət tamamilə formalaşmayıb. Astroloji proqnozlara “ulduz falı” deyirlər. Astroloqa isə qeyri-adi bir insan kimi baxırlar. Astrologiya bir elmdir. Afrikadan qaradərili də gəlib düzgün hesablama aparsa, nəticə eyni olar.

- Artıq yeni ilin gəlməyinə az qalmış falçılar da proqnozlar verməyə başlayıblar…

- Türkiyədən, Rusiyadan fərqli olaraq, Azərbaycanda insanların dedikləri sözə məsuliyyətləri yoxdur. Mən hansısa proqnozu verirəmsə, ilin yekununda hesabatını da verirəm. Yayımladığım hər proqnoza açıqlama verirəm ki, hansı düz çıxıb, hansı qismən doğrulub, hansı gerçəkləşməyib. 2005-2006-cı illərdə falçıların, ekstrasens adlı adamların çıxışlarını qəzetdə ilin axırında verirdim. “SSRİ bərpa olacaq”, “Zəlzələ nəticəsində Qız Qalası dənizə düşəcək” kimi proqnozların hamısını qəzetdə verib, ilin axırında da ifşa edirdim ki, doğru olmadı. Mən iqtisadiyyatdan proqnoz verirəmsə, bunu ilin axırında iqtisadçılarla bunu dəqiqləşdirmək olar. Sensasiya etmək, tanınmaq kimi məqsədim yoxdur. Qoy desinlər ki, dediyi düz çıxdı və hamı mənə inansın kimi fikirləri düşünmürəm. Məsələn, siz məndən Putin haqda soruşursunuza, əgər onun haqqında heç nə hazırlamamışamsa özümdən nə isə uydurası deyiləm ki? Amma insanlar var ki, cavab vermək xatirinə nə gəldi deyirlər.

- Elə proqnozlar olurmu ki, onu təyin etsəniz də açıqlamağa ehtiyac görmürsüz?

- Belə hal çox ola bilər. Bəzən mühüm sirrlərin açılması cəmiyyətdə dağıdıcı bir mənzərə və ya şok yarada bilər. Ona görə həmin sirləri açmamaq daha məqsədəuyğundur. İnsan hər düşündüyünü demədiyi kimi, biz də hər öyrəndiyimizi ictimaiyyətə çatdıra bilmərik. Seçki illərindən bəlkə də 1 il qabaq belə nəticə məlum olur. Amma bir Səbuhi olaraq mənim mənafeyimə uyğun namizədin qalib olacağını bilsəm belə həmin açıqlamanı öncədən deməyi qəbul etmirəm. Hardasa ümumi mənzərədən yazırıq, yaxud hansısa bir yazımda bir cümlədə nəyəsə eyham vururam. Bunu da anlayan bilir. Bu cür halları cəmiyyət üçün açıqlamaq qətiyyən yolverilməzdir. Bu cür yazıları çox ehtiyatla yazmaq lazımdır. Qoy proseslər öz axarı ilə getsin! Tamaşanın finalını birinci pərdədən söyləmək olmaz, yoxsa maraqsız olar.

- Bəs bu ilə konkret proqnozlarınız varmı?

- Siyasətdə yeni liderlərin və “liderciyəzlərin” üzə çıxması ehtimalı var. Siyasi arenada əks cəbhələrin gərginliyi hələ davam edəcək. Ola bilər başqa bir qüvvə ortaya çıxsın. Seçki olmamasına baxmayaraq gərginlik davam edəcək. Qarabağla bağlı da heç nə yoxdur.

- Proqnozları insanların nə düşünəcəyini nəzərə alıb, bir az yumşaq dillə yazırsız deyəsən?

- Sözlərin işlənmə mexanizmi var. Biri var deyəm ki, bu gün yola çıxma, qəza törədəcəksən. Bir də var deyim ki, bu gün çıxmamağın daha məsləhətlidir. Əslində eyni nəticəyə gəlsə də, deyiliş və insanlara təsir mexanizmi fərqlidir. Hər bir sahədə nəyisə qəbul edən də var, etməyən də. Astrologiya bir elmdir. Düzdür, bunu inkar edənlər də var. Amma zamanla yəqin bu da qaydasına düşəcək. Hətta gəlib deyənlər olur ki, bax gör mənə cadu ediblər? (gülür)

- Bu falçılıqla astrologiyanın qarışdırılmasıdır…

- Ölkəmiz müstəqillik qazanandan sonra astrologiya, din, ekstrasenslər üzə çıxmağa başladı. Bir şeyin məramı tam bəlli olmayanda ondan hər cür insanlar istifadə edir. Bizdə rus dilində bir kitab var idi. Kitabın adı rus dilində “Kto vı po-qoroskopu?” (“Qoroskopa görə siz kimsiniz?”) olsa da, onu “Sizin ulduz fallarınız” adı ilə çap etdilər. Bu da insaların beyninə yeridi. Qəzetlər də qoroskopla bağlı məlumatları “ulduz falı” adı ilə verməyə başladılar. Amma əslində belə olmamalıdır. Astrologiya ilə məşğul olanlar dini bilən, elmdən xəbəri olan insanlardır.

- Satışda bir çox proqnozlar olan kitablar var. Onları oxuyursuz?

- Rusiyada Tamara və Pavel Qlobalar çox güclüdür. Pavel Qlobanın Sankt-Peterburqda Zərdüştilik Astroloji Universiteti var. Hətta dünya zərdüştlük astrologiyasının varisi hesab olunur. Amma Mixayıl və İrina Koşların ölkəmizə gələn qalın-qalın kitabları heç bir astrloji göstəricilərə əsaslanmır, onları qəbul etmirəm. Azərbaycanda Firudin Qurbansoy həmişə yazırdı, bu il elmi işlərə başı qarışdığı üçün çatdıra bilmədi. Bu il ilk dəfə olaraq 10 ildən çox mətbuatda numeroloji və astroloji yazılarla çıxış edən Sevinc Kərimovanın da proqnozlar kitabı işıq üzü görüb. Biz daha çox insanların maariflənməsi üçün çalışırıq.

- 2014-cü ilin həm də sevgi ili olduğunu deyirlər…


- İlin aparıcı planeti Veneradır. Venera isə məhəbbət, sevgi ilahəsidir. Venera gözəllik ilahəsi olmaqla yanaşı, çox qəddardır. Sevgi ilə nifrət eyni nöqtədədir. Təməli yalan üzərində qoyulan evliliklərin bəlkə də 50 faizi dağılacaq. Çətinliklə əldə olunan sevgilər, belə deyək də hind filmlərində olan sevgilərə bənzəyən məhəbbəti olanlar üçün şanslı bir vaxtdır.

- Bu il At ilində doğulanlara digərlərindən fərqli nələr vəd edir?

- Astrologiyada belə bir qayda var ki, hər ilə özündən sonrakı yaxın 4 il dost sayılır. Məsələn, At, İt, Pələng illəri dostdur. At ilindən sonrakı 6-cı il ona rəqibdir. Bu o deməkdir ki, At ilinə rəqib, düşmən Siçovul ilində olanlardır. At ilə Siçovulun ikisi bir yerdə tam olur. Birində olan digərində yoxdur. Onlar uyğunluqlarını birləşdirsələr, yaxşı münasibətləri ola bilər. Siçovulun dostları olan Meymun və Əjdahalar da Atlarla yola getmir. Bu ildən olanlar At ilində bir az ehtiyatlı davranmalıdırlar. Uğursuz il yoxdur. At ilində Siçovul ilində olan biri çox yaxşı uğur əldə edə bilər. Sadəcə olaraq ilin qanunauyğunluqlarını nəzərə alıb hərəkət etsə, yaxşı ola bilər. Venera Buğa və Tərəzi bürcünün himayədarıdır. İlin rəqəmi 7-dir. Həftənin uğurlu günləri cümə və şənbədir. Bu il yeni işlərə başlamaq çətin olacaq. Yanvarın 31-ə qədər başlanan, və yaxud başlanıb yarımçıq qalan işlərin davam etdirilməsi üçün yaxşı ildir. İlin birinci yarısı gərgin keçəcək.


Geri dön

GuNaY_83

  • 1 fevral 2014 22:05
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
- 2014-cü ilin həm də sevgi ili olduğunu deyirlər…

--------------------

Qaska_Quli

  • 13 yanvar 2014 10:44
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkkk

--------------------

Qaska_Quli

  • 10 yanvar 2014 15:57
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

--------------------

Qaska_Quli

  • 9 yanvar 2014 22:30
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkkkkkkk

--------------------

PSIXOPATKA

  • 8 yanvar 2014 17:27
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}

- 2014-cü ilin həm də sevgi ili olduğunu deyirlər…

- İlin aparıcı planeti Veneradır. Venera isə məhəbbət, sevgi ilahəsidir. Venera gözəllik ilahəsi olmaqla yanaşı, çox qəddardır. Sevgi ilə nifrət eyni nöqtədədir. Təməli yalan üzərində qoyulan evliliklərin bəlkə də 50 faizi dağılacaq. Çətinliklə əldə olunan sevgilər, belə deyək də hind filmlərində olan sevgilərə bənzəyən məhəbbəti olanlar üçün şanslı bir vaxtdır.

--------------------

aska rico

  • 8 yanvar 2014 17:07
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
cox sagolun

--------------------

^_^

  • 6 yanvar 2014 16:27
  • Məqalə: 2
  • Şərh: 3300
  • Bal:
{awards}
Sagolunnnn


Sagolunnnn

Banned456

  • 6 yanvar 2014 11:49
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Sagolunnnnnnnn

aska rico

  • 6 yanvar 2014 11:05
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
cox sagolun

--------------------

^^KuKuLKa^^

  • 6 yanvar 2014 10:17
  • Məqalə: 771
  • Şərh: 11386
  • Bal:
{awards}
Səbuhi Rəhimli: “Yanvarın 31-də gecə saat 02.39-dan At ili girəcək və 2015-ci ilin fevralın 18-dək davam edəcək”

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 5 yanvar 2014 23:59
  • Məqalə: 694
  • Şərh: 18829
  • Bal:
{awards}
» MeQaLeYe GoRe SaGoLuN»

AyliN BunyaminovA

  • 5 yanvar 2014 23:14
  • Məqalə: 488
  • Şərh: 5102
  • Bal:
{awards}
çox sağolun məqaləyə görə

--------------------

^^Nazli^^

  • 5 yanvar 2014 21:18
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
tesekkurlerrr insallah yaxsi kecer bu il hami ucun

--------------------

ღ★Damla★ღ

  • 5 yanvar 2014 19:51
  • Məqalə: 213
  • Şərh: 3896
  • Bal:
{awards}
- 2014-cü ilin həm də sevgi ili olduğunu deyirlər…

^^Nazlı Şeytan^^

  • 5 yanvar 2014 19:08
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
tewekkurler

^^KuKuLKa^^

  • 5 yanvar 2014 19:02
  • Məqalə: 771
  • Şərh: 11386
  • Bal:
{awards}
- İlan və At ilinin fərqi nədir?

--------------------

İTMİŞ_ŞƏHZADƏ

  • 5 yanvar 2014 19:02
  • Məqalə: 1
  • Şərh: 2049
  • Bal:
{awards}
meqalecun sagolun

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 5 yanvar 2014 18:26
  • Məqalə: 694
  • Şərh: 18829
  • Bal:
{awards}
»MeQaLeYe GoRe SaGoLuN»

sonzeng2015

  • 5 yanvar 2014 18:23
  • Məqalə: 448
  • Şərh: 7004
  • Bal:
{awards}
tesekkurler melumatcun

_favorit_arkadas

  • 5 yanvar 2014 17:57
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
- İlan və At ilinin fərqi nədir?

- İlan ilində konkret ölkələri, insanları idarə edən qüvvələr olur. At ilində xüsusən də, göy At ilində bir az başqa cür olur. Göy Atda kütlənin aktivliyi olsa da, liderlik cəhətdən kasadçılıqdır. Kütlə bəzən qalxa bilər, amma kütləni idarə edə bilən olmayanda bu dağıdıcılıqla nəticələnə bilər. Ona görə, məsləhət görülür ki, bu cür At illərində fərdi fəaliyyət daha yaxşıdır. Yarışmalardan tutmuş, bir çox işlərə qədər.

winked

--------------------

melek_19

  • 5 yanvar 2014 17:56
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

Qaranliqda_tek

  • 5 yanvar 2014 17:48
  • Məqalə: 31
  • Şərh: 2527
  • Bal:
{awards}
♥ Teşekkürler ♥ ilk serh •

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 58

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 140
 
The Shield
Xəbərləri: 31
Cəmi: 293
 
Darling
Xəbərləri: 31
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}