
Qəlbində ağlayır gülməyir üzü,
Çatılıb qaşları dolubdu gözü,
Basıbdı bağrına elə bil közü,
Könülsüz özgəyə gəlin köçən qız.
***
Süzülmüş gözlərlə xəyala dalıb,
Bilməyir nə edə çarəsiz qalıb,
Vədəsiz gül açıb , vaxtsız saralıb,
Könülsüz özgəyə gəlin köçən qız.
***
Dağılıb eşqinin sarayı ,taxtı,
Alışıb kül olub qisməti baxtı,
Özünü gizlicə odlara yaxdı,
Könülsüz özgəyə gəlin köçən qız.
***
Gəlimlik cehizi kədər qəm oldu
Arzusu istəyi qəlbində qaldı,
Taleyi qisməti bəxti kəm oldu,
Könülsüz özgəyə gəlin köçən qız.
Müəllif:
Mücirəddin Mübarizoğlu.
Çatılıb qaşları dolubdu gözü,
Basıbdı bağrına elə bil közü,
Könülsüz özgəyə gəlin köçən qız.
***
Süzülmüş gözlərlə xəyala dalıb,
Bilməyir nə edə çarəsiz qalıb,
Vədəsiz gül açıb , vaxtsız saralıb,
Könülsüz özgəyə gəlin köçən qız.
***
Dağılıb eşqinin sarayı ,taxtı,
Alışıb kül olub qisməti baxtı,
Özünü gizlicə odlara yaxdı,
Könülsüz özgəyə gəlin köçən qız.
***
Gəlimlik cehizi kədər qəm oldu
Arzusu istəyi qəlbində qaldı,
Taleyi qisməti bəxti kəm oldu,
Könülsüz özgəyə gəlin köçən qız.
Müəllif:
Mücirəddin Mübarizoğlu.