Texnologiyadan necə istifadə etməliyik?

 
Texnologiyadan necə istifadə etməliyik?

İnternet və televiziya texnologiyası yaşadığımız dövrün ən gözəl nailiyyətlərindəndir. Əgər bunlar olmasaydı, insanlar üçün hər şey necə də çətin olardı. Həqiqətən də, onların varlığı həyatımızda çox böyük bir rahatlıqdır. İstədiyimiz vaxt dünyanın istənilən yerindəki hər hadisəni, yeniliyi ən qərəzsiz, dəqiq şəkildə öyrənir və də görüntülərinə nail ola bilirik. Evimizdən çölə belə çıxmadan dünyanın dörd bir guşəsini, sanki oradaymış kimi seyr edə, dünyanın bütün gözəlliklərindən, sosial fəaliyyətlərindən faydalana bilirik. Getmədiyimiz yerləri, görmədiyimiz insanları, bilmədiyimiz mədəniyyətləri tanıya bilmək imkanı tapırıq. Sadəcə öz ağlımız, məlumatımız və mədəniyyətimizin hüdudları çərçivəsində yaşamaq məcburiyyətində qalmır, bizdən kənarda minlərlə fərqli mədəniyyətdən, minlərlə fərqli elmə sahib olan minlərlə fərqli ağlın gücündən istifadə edə bilirik. Sadəcə öz xəyal gücümüzü deyil, milyardlarla insanın xəyal gücünü, təxəyyül məhsulunu istifadə edirik. Sadəcə öz zövq anlayışımızla kifayətlənmir, dekorasiyadan geyimə, saç modellərindən yemək çeşidlərinə qədər dünyanın ən tanınmış dizaynerlərinin, mütəxəssislərinin zövqlərindən yararlanırıq. Bütün bunlar həyatımıza böyük rəng və gözəllik qatır. Buna görə internet və televiziya bu yüzilliyin “qeyri-adi möcüzə”lərindən biridir. Lakin hər insanın əlindəki bir imkanı, bir fürsəti və ya bir neməti istifadə etmə şəkli tamamilə fərqlidir. Bəziləri internet və televizoru sadəcə əyləncə olaraq görür, bunlardan “məqsədsizcə başını qatmağın” bir yolu olaraq istifadə edir. Həyata baxışlarındakı boşluğu televizor, internet kimi vasitələrin təqdim etdiyi təfsilatlarla doldurmağa çalışırlar.

Bəziləri isə internet və televiziyanı sözün əsl mənasında həyat məqsədinə çevirmişdir. Səhər evindən çıxan belə bir insanın bütün təlaşı tez bir zamanda işlərini qurtarıb müəyyən saatlardan başlayan bir serial, yarışma, ya izlədiyi başqa proqrama özünü çatdırmaqdan ibarətdir. Gün ərzində ən böyük hədəfi budur. Daha böyük bir idealı, daha yaxşı bir nəticə ala bilmək üçün cəhd etdiyi bir məqsədi yoxdur. İnternet və televiziya onun üçün bir nemət deyil, tam əksinə o internet və televiziyanın əsiri olmuş vəziyyətdədir. Bu hala gəlmiş insanlar arasında çox müxtəlif kütlələr var: bəziləri sadəcə televizor kanallarındakı serialların izləyicisidir. Hər kanalda hər gün təqdim olunan tək bir seriala baxsa və ən azı on televizor kanalındakı serialları izləsə, gününün nə qədər böyük bir hissəsinin bu xəyali ssenarilərlə başını qatmaqla keçirdiyini anlaya bilirik. Bu şəxslər hətta gecə yatacaqları saatdan etibarən hər işlərini – səhər yuxudan oyanacaqları, evdən çıxacaqları, uşaqlarına, ailələrinə ayıracaqları vaxtlarını belə seriallara görə nizamlayırlar. Seriala baxmaqla da kifayətlənmir, serialdan sonrakı vaxtlarında da yoldaşları ilə bir yerə gələrək və ya telefon vasitəsilə baxdıqları son bölüm haqqında saatlarca danışa bilirlər. Maqazin proqramlarında bu seriallar və ya aktyorlar haqqında hazırlanan xəbərləri, tənqid və açıqlamaları izləmək də onlara ayrı zövq verir. Digər bir kütlə isə hamımızın bildiyi kimi həyatlarını Facebook, Twitter kimi sosial paylaşım şəbəkələrində keçirir.

Ən çox istifadə olunan Facebook və Twitter olsa da, əslində bunlar kimi daha bir çox sosial şəbəkə mövcuddur. Şübhəsiz ki, əgər bir məqsəd istiqamətində, gözəl əxlaqla, ağılla, vicdanla istifadə olunsa, Facebook da, Twitter də, digər saytlar da çox böyük nemət olar. Bir anda minlərlə insanla birdən əlaqə saxlaya bilməyin gözəl bir yoludur internet. Amma bir çox insan açdığı saxta profillərlə facebook və twitter səhifələrini sadəcə başını qatmaq, vaxt keçirmək, hətta insanları narahat etmək üçün istifadə edir. Əsl ad və soyadlarının gizlənməsini, qeyri-hüquqi, qeyri-əxlaqi, qeyri-insani hərəkətlər edə bilmək üçün bir fürsət olaraq görürlər. Ya da mübahisəçi, dalaşqan və aqressiv tərəflərini çölə vurmaq imkanı kimi qiymətləndirirlər. Demək olar ki, bir mövzuda fikir ixtilafı yaradaraq ətrafa narahatçılıq verirlər. 7 yaşından 70 yaşına qədər böyük bir kütlə də vaxtını internetdəki dost tapma saytlarında keçirir. Bəli, belə bir kütlə var.. və bu kütlə arasında hər yaşdan, hər mədəniyyətdən və hər xarakterdə insan var. Digər saydıqlarımız kimi həyatda böyük bir məqsədləri yoxdur. Buna görə ibtidai və bəsit bir mədəniyyət çərçivəsində vaxt keçirməyin bir yolu olaraq dost tapma saytlarının demək olar ki, hər birini gəzirlər. Açdıqları saxta profillərlə özlərini olmadıqları xüsusiyyətləri olan insanlar kimi tanıdıb, bəsit və ibtidai bir mədəniyət içərisində vaxt keçirirlər.

Əlbəttə ki, film izləmək və ya internetin fərqli imkanlarından faydalanmaq insanın özünü inkişaf etdirməsində, dünyagörüşünü artırmasında, düşüncə üfüqlərini genişləndirməsində çox faydalı ola bilər. Hətta insan bəzən sırf fikirlərini dağıtmaq, istirahət etmək və ya sırf əylənmək üçün istədiyi filmə, seriala baxa bilər. İnternetdə hər mövzuda müxtəlif səhifələri araşdıra bilər.

Mənim tənqid etdiyim texnologiya və ya bundan düzgün istifadə edən insanlar deyil, TV və internet istifadəçilərinin həyata baxışlarındakı boşluq, məqsədsizlik və səthilikdir. İnternetdə istifadə olunan imkanları deyil, bunun istifadəçilərinin necə bəsit mədəniyyət çərçivəsindən kənara çıxmadıqlarını qınayıram, bir də bu insanların vaxtlarını keçirmək istəyəcəkləri, zövq alacaqları daha böyük bir amallarının olmamasını, bütün bunları ağıllı və şüurlu bir şəkildə istifadə etmək imkanı var ikən, bu vasitələrin onları yönləndirən, həyatlarına istiqamət verən, ağıllarını onlardan alan bir xəstəliyə çevrilməsini qınayıram. İnsanın qısa və çox sürətlə keçən ömründə tək bir dəqiqə belə çox qiymətli ikən, bu insanların 24 saatın böyük hissəsini xəyal məhsulu olan ssenariləri izləməyə, onlar üçün həəcanlanmağa, kədərlənməyə, sevinməyə ayırıb, bunlarla necə ömürlərini tükətdiklərini qınayıram. İnternet və televiziyanı məqsədsizcə istifadə edən bütün bu insanların ortaq nöqtəsi adətən onların bir əsirinə çevrilmələridir. Televizor və ya internetə baxarkən ağılları demək olar ki, tamamilə qapanmışcasına, yaşadıqları dünya ilə ətraflarındakı insanlarla bütün insani əlaqələrinin kəsilməsidir. Üzlərində dolu, dərin bir insanın üz ifadəsindənsə, bomboş, mənasız, robortsayağı bir ifadənin yer almasıdır. Bu insanlar sadəcə beş on dəqiqə durub düşünsələr, film izləməyə, internetdə bomboş səhifələrdə gəzməyə ayırdıqları vaxtlarda nələr edə biləcəklərini, bu vaxtlar içərisində maddi-mənəvi nə qədər çox şey qazana biləcəklərini bir anlasalar, həyata yeni bir perspektivlə, bambaşqa bir baxımdan baxa bilərlər bəlkə də.


20 yaşında olub istədiyi hər şeyi edə biləcək güc və sağlıqda ikən günlərini ekran önündə sovuran bir insan 70 yaşına çatıb, sağlığını, gücünü, enerjisini itirəndə o əvvəlki imkanlarına bir daha sahib ola bilməyi çox istəyəcək. 70 yaşında ikən “İndiki ağlım, cavanlıqdakı gücüm, sağlığım, vaxtım olsaydı, səhərdən axşama qədər seriala baxmaq əvəzinə, nələr edərdim” deyəcəkdir. "O zamankı səhhətim, qüvvətim indi yenə olsaydı, vaxtını sevməyə, sevilməyə, sevincə, əylənməyə, yaxşılıqlar etməyə, gözəlliklər yaratmağa, özümə, sevdiklərimə maddi-mənəvi gözəlliklər qazandırmağa ayırardım" - deyəcəkdir. Ağıllı insanlar yuxu, istirahət etmək kimi zəruri ehtiyaclarını belə ağıllı bir məntiqlə ən aza endirərək Allahın verdiyi bu qısa həyata mümkün qədər çox şey sığdırmağa çalışır. Ağlını, vicdanını, əxlaqını, gücünü, enerjisini ola biləcək ən yaxşı şəkildə istifadə edərək, ən doğru, ən gözəl, ən yaxşı şeyləri etməyə cəhd edirlər. Bu səbəbdən də bir tərəfdən dünyada özünə təqdim edilən bütün imkanları, televiziyanı, interneti ən yaxşı şəkildə istifadə edərkən, bir tərəfdən də yaşadığı hər saniyə dünya və axirət üçün bir gözəllik qazanmağa çalışır. Uca Allah Quranda da müsəlmanın vaxtını istifadə edərkən bu vicdan və şüur açıqlığını təsvir edir: “İşlərini qurtaran kimi Allah yolunda çalış! Ancaq Rəbbinə üz tut!” (“İnşirah” surəsi, 7-8)


Geri dön

GuNaY_83

  • 1 fevral 2014 18:22
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkurlerrrr.......

--------------------

Qaska_Quli

  • 13 yanvar 2014 10:46
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

--------------------

PSIXOPATKA

  • 9 yanvar 2014 13:30
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
COOOOX SAGOLUNN

--------------------

aska rico

  • 8 yanvar 2014 17:11
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
cox sagolun

--------------------

AyliN BunyaminovA

  • 6 yanvar 2014 01:58
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
çox sağolun məqaləyə görə

--------------------
ܨܓܓܨܓܓ✍

вคɴค iкiмizi คɴlคт ❤

  • 5 yanvar 2014 13:31
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
๑MeQaLeYe GoRe SaGoLuN๑

Banned549678

  • 5 yanvar 2014 13:03
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Sagolunnnnnnnnnnnnnnnnnnn

^^KuKuLKa^^

  • 5 yanvar 2014 08:58
  • Məqalə: 766
  • Şərh: 11549
  • Bal:
{awards}
Şübhəsiz ki, əgər bir məqsəd istiqamətində, gözəl əxlaqla, ağılla, vicdanla istifadə olunsa, Facebook da, Twitter də, digər saytlar da çox böyük nemət olar.

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 4 yanvar 2014 23:27
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tewekkurler

Banned549678

  • 4 yanvar 2014 22:05
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Meqaleye gore sagolun)))

^^KuKuLKa^^

  • 4 yanvar 2014 21:53
  • Məqalə: 766
  • Şərh: 11549
  • Bal:
{awards}
Evimizdən çölə belə çıxmadan dünyanın dörd bir guşəsini, sanki oradaymış kimi seyr edə, dünyanın bütün gözəlliklərindən, sosial fəaliyyətlərindən faydalana bilirik.

--------------------

melek_19

  • 4 yanvar 2014 21:42
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun......

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 4 yanvar 2014 20:54
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
MeQaLeYe GoRe SaGoLuN

^^KuKuLKa^^

  • 4 yanvar 2014 20:09
  • Məqalə: 766
  • Şərh: 11549
  • Bal:
{awards}
Twkler meqis ucun

--------------------

aska rico

  • 4 yanvar 2014 19:47
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tesekkurler

--------------------

ღNəmLi kiprikღ

  • 4 yanvar 2014 19:12
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler melumay ucun:)

Prank girl

  • 4 yanvar 2014 18:46
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
oxumadim tsk

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

^^Nazlı Şeytan^^

  • 4 yanvar 2014 18:43
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 71

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}