Ürək

 
Ürək

Normal ürək ritmik və fasiləsiz vurma və ya yığılma qabiliyyərinə malikdir. Ürəyin yığılmasına sistola, açılmasına və ya boşalmasına isə diastola fazası deyilir. Bir ürək iş sikli üç fazadan ibarətdir:


Ürək



1. Qanla dolmuş qulaqcıqların yığılması, qanın açıq ürək qapaqcıqlarından mədəciklərə ötürülməsi (bu zaman mədəciklərin əzələləri boşalmış vəziyyətdə olurlar), qulaqcıqların yığılması ona açılan venaların mənfəzini daraltmış olur ki, bu da qanın geriyə qayıtmasının qarşısını alır.

2. Mədəciklərin yığılması qulaqciqların əzələlərinin boşalması ilə müşaiyət olunur. Mədəciklərlə qulaqcıqları ayıran üçtaylı və ikitaylı qapaqcıqlar qapanaraq qanın qulaqcıqlara qayıtmasının qarşısını almış olurlar. Bu zaman əksinə olaraq aorta və ağciyər arteriyası qapaqcıqları açılmış olurlar. Mədəciklərin yığılması qanı bilavasitə aorta və ağciyər arteriyalarına qovmuş olur.

3. Diastola fazası və ya fasilə - tam ürək əzələlərinin boşalması və ya bu orqanın bir anlığa istirahəti kimi başa düşülə bilər. bu fasilə zamanı venalardan qan qulaqcıqlara qismən də isə mədəciklərə axmış olur. Yeni sikl başlarkən qulaqcıqlarda qalmış qanın yenidən mədəciklərə ötürülməsilə sikl təkrarlanmış olur.

Ürəyin bir sikl iş müddəti 0,85 saniyəyə bərabərdir ki, bunun da 0,11 saniyəsi qulaqcıqların, 0,32 saniyəsi mədəciklərin yığılmasının, 0,4 saniyəsi isə diastolanın yəni fasilənin payına düşür. Normada insanın bir dəqiqədə ürək sikli 70-dir. Beləki, sakit halda ürək dəqiqədə 60-70 dəfə döyünür. Vurğuların tezliyi 60 dan aşağı olduqda bu hal bradikardiya, 90 dan artıq olduqda isə taxikardiya adlanır.


Ürək



Ürəyin işi nəticəsində əmələ gələn səslərə ürək tonları deyilir:

1. Sistolik ton - alçaq, bir qədər kar, davamlı (0,14 san.) olub, ikitaylı və üçtaylı qapaqların cırpılaraq qapanmasından və onların vətər tellərinin gərilməsindən yaranmış olur.

2. Diastolik ton - qısa (0,11 san.), yüksək olub, aorta və ağciyər kötüyü qapaqlarının (aypara qapaqların) cırpılaraq qapanmasından yaranmış olur.


Geri dön

only-girl

  • 13 fevral 2011 12:08
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
twwk

--------------------

Ulya

  • 2 fevral 2011 14:15
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqlidi

2

  • 29 yanvar 2011 15:28
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Thanks YOU

nilayka

  • 29 yanvar 2011 12:41
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqliydi tewekkurler belay

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 24
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}