
Sətirlər keçdiyim küçələrimdi
Vur dağıt,yox eylə küçələrimi.
Məktublar yuxusuz gecələrimdi
Yandır o yuxusuz gecələrimi.
Məktublar-qəlbimin yadigar səsi
Bir eşqin odunu daşıyır hələ...
Çoxdan üzülübdür mənim ümidim
Onlarsa ümidlə yaşayır hələ.
Yandır,ürəyini kədər almasın
Nə düşün,nə kövrəl,nə də bir ah çək
Yandır məktubları,kül də qalmasaın
Yandır ürəyimi yandırdığıntək...
Tofiq Nurəli
Vur dağıt,yox eylə küçələrimi.
Məktublar yuxusuz gecələrimdi
Yandır o yuxusuz gecələrimi.
Məktublar-qəlbimin yadigar səsi
Bir eşqin odunu daşıyır hələ...
Çoxdan üzülübdür mənim ümidim
Onlarsa ümidlə yaşayır hələ.
Yandır,ürəyini kədər almasın
Nə düşün,nə kövrəl,nə də bir ah çək
Yandır məktubları,kül də qalmasaın
Yandır ürəyimi yandırdığıntək...
Tofiq Nurəli