"Mən özgəyə başqa gözlə bil ki, baxmaram, həyatım..."

 
"Mən özgəyə başqa gözlə bil ki, baxmaram, həyatım..."


Elə vaxtlar olurmi ki, özgəsinə gizli-gizli baxırsız?

Ucuz populyarlıq qazanmışları, mədəniyyəti kökündən qazıyan bəlalara özləri istəmədən belə, rəvac verənlərdən bəhs etməklə nəyisə dəyişməyə ümid etmək bəlkə də sadəlövhlükdür. Yenə də güvənmək istəyirsən ki, əlahəzrət zaman və yüksək zövqlü, mədəni səviyyəli cəmiyyətimiz onlara öz yerlərini göstərəcək…
Amma...

Buna rəğmən, düşündüklərimizin əksi baş verir. Biz susduqca onlar daha ucadan qışqırmağa başlayır, geri çəkildikcə üstümüzə gəlirlər. Qulaqlarımızı tuturuq gözümüzə girirlər. Özümüzə gücləri çatmır, amma doğmalarımızın, yaxınlarımızın, uşaqlarımızın zövqlərini korlayırlar. Evimizə soxulub qışqır-bağır salır, bizi məcbur edirlər ki, qulaq asaq onların cır səslərinə, mənasız söhbətlərinə, primitiv düşüncələrinin məhsulu olan "yaradıcılıq"larına...

Onu başa düşdük: bəs əttökənliyi kimin ayağına yazaq?

Düşmən gülləsindən, bombalarından canını qurtarmış balaca qızcığazlar, məsum körpələr bu gün daha amansız olan zövqsüz, bayağı musiqilərin əsiri olub. Belə davam etsə, biz ölənə qədər onların əlində əsir qalacağıq və bu gedişlə bizim "azadlığa çıxmaq" ehtimalımız sıfıra yaxınlaşır.

Rayonlara getmək mümkün deyil. Hamı Üzeyir adlı hansısa gənc müğənninin musiqilərinə qulaq asır.
- Ay Şəlalə, hamı Üzeyir-Üzeyir deyir, Bu Üzeyir kimdir axı?
- Mən onu yaxşı tanıyıram. Xeyli dumandır başı, hələ cavan oğlandır o.

Marşrut avtobuslarında sərnişinlərin əsəblərini tarıma çəkən bu cür "dərin mənalı" qafiyələrə bəstələnmiş "şedevr" mahnılar yollardakı çala-çuxurlardan, tıxaclardan daha əzablıdır.
Bəzən deyirlər ki, Üzeyirin nə günahı, insanların xoşları gəlmirsə, qulaq asmasınlar. Adamın qeyri-adi səsi, musiqiləri var. O, heç kəsi təkrarlamır. Bir sözlə, adam estradamızda novatorluq edib, özünəməxsus yenilik gətirib.
Olsun. Deyək ki, Üzeyirdə müəyyən qədər istedad, qeyri-adilik var. Bəs onun mahnılarındakı, meyxanalarındakı əttökən sözləri kimin ayağına yazaq?

Onun müğənni Rəqsanə ilə oxuduğu «Ay mənim dəli balam» mahnısının duetindəki misralara fikir verin.
Üzeyir:
Elə vaxtlar olub ki, sən də özgəsinə gizli baxırsan,
Bunu heç düşünməyibsən ki, məni yandırıb-yaxırsan.

Rəqsanə:
Mən özgəyə başqa gözlə bil ki, baxmaram, həyatım,
Kimsə baxsa mənə, ona gəl ki, baxmaram, həyatım.

Şəxsən mən, ömrümdə bu qədər şit, məntiqsiz və dayaz misralara rast gəlməmişəm. Adamın sevigilsi özgəsinə niyə gizli baxmalıdır ki? Onda o, niyə sənin sevgilin olur? Özü də sən onun həyatısansa...

Hələ mən Üzeyirin digər mahnılarındakı misraların üzərində dayanmıram. Oxuduqca, dinlədikcə adamın matı-qutu quruyur, ən yaxşı halda gülmək tutur. Bunca hazırlıqsız olduqları təqdirdə hansı cəsarətlə, üzlə və məsuliyyətlə dinləyicilərin qarşılarına çıxa bilirlər?

Qısası, zövqümüzdə deqradasiya gedir, ətrafda və daxilimizdə qarma-qarışıqlıq, anarxiya var, aşına-aşına gedirik. Ramiz Rövşən demiş, "işıq düşsəydi qaranlıqlara, görərdik kim kimin evindən çıxır, kimin əli kimin cibindən çıxır".

Urusun kitabxanası və Mehmet abinin dönərxanası

Bu gün dünyada mədəniyyətlər, sivilizasiyalararası toqquşma gedir. Bu toqquşmada, rəqabətdə təbii ki, güclülər qalib gəlir.
Təəssüf ki, gözəlim məmləkətimizin bu meydanda yeri görünmür.
Günü-gündən çanaq, kabel antenalarının sayının artması bunun bariz nümunəsidir. İnsanlar Türkiyənin, Avropanın TV-lərinə, verilişlərinə baxırlar. Çünki bizə görə onlar daha səviyyəli proqramlar hazırlayırlar. Türk dönərxanalarına üz tutanların sayı daha çoxdur. Niyə ki, dönərləri dadlı olur. Restoranları da həmçinin, yeməkləri və xidmətləri ürəyimizcədir.

70 il ərzində əlahəzrət Kreml bizim üçün çox işlər gördü. Kəndlərdə məktəblər, kitabxanalar açdılar, hamamlar tikdilər, dəmiryolu stansiyasi çəkdilər, milyardlarla pul xərclədilər və s. Ruspərəst olmadıq, öz mədəniyyətlərini bizə mənimsədə bilmədilər. Gəl ki, İskəndəriyyə dönəri, türk saç ustası Mehmet abilər, İbrahim Tatlısəs, Əmrah, Tarkan və digərləri heç bir zəhmət çəkmədən, üstəlik pul qazana-qazana, qısa zaman kəsiyində bizi dəyişdirdilər. Bəlkə də, mədəniyyətləri, təcrübələri bizimkindən daha yüksəkdə dayanır, bu səbəbdən.

Uzun illər Qərbin əsarətində olan Hindistanı özgələşməyə qoymayan onun mədəniyyəti olub. Mədəni müstəqillik, sonda siyasi müstəqilliyə gətirib çıxarır. Bizim siyasi müstəqilliyimiz, çox şükür suverenliyimiz var, amma mədəniyyətimiz o qədər də azad, möhkəm və dayanıqlı deyil, xarici təsirlərə dözümsüzdür.

Musiqili incəsənətimizdəki bu immun zəifliyi başqa mədəniyyətlərin burada qol-qanad açmasına imkan verir. Köçəri tayfalar kimi, gəlib məskən salır, aborigen mədəniyyəti sıxışdırıb.
Köçəri musiqini, mahiyyəti düşük şeiri, qaraçı təfəkkürünü evlərimizdən, qulaqlarımızdan uzaq tutaq.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 23:53
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
QEWENG XEBERDI YAZAN ELLERIVIZ VAR OLSUN ....................!..MARAQLIDIR.

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_RONALDO_

  • 9 may 2011 17:05
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
bu Uzeyrden hec xosum gelmir. onun mahnilarini esidende deli oluram. Cox sit mahnilari var. onun cavabini vermek lazimdir ki, ele mahnilar oxumasin

--------------------

Ulya

  • 2 fevral 2011 16:32
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

Asya

  • 30 yanvar 2011 03:17
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
Ramiz Rövşən demiş, "işıq düşsəydi qaranlıqlara, görərdik kim kimin evindən çıxır, kimin əli kimin cibindən çıxır".
Chox gozel vurguladin.Xebere gore de sagol.

_Unal_

  • 30 yanvar 2011 02:23
  • Məqalə: 64
  • Şərh: 251
  • Bal:
{awards}
"Mən özgəyə başqa gözlə bil ki, baxmaram, həyatım.full xeberdi.."

--------------------

aysel481

  • 29 yanvar 2011 16:23
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
twk..............)))))))))))))))))))

nilayka

  • 29 yanvar 2011 13:01
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
fellow fellow fellow

--------------------

,,kepenek,,

  • 29 yanvar 2011 12:57
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
bu Uzeyrden hec xosum gelmir. onun mahnilarini esidende deli oluram. Cox sit mahnilari var. onun cavabini vermek lazimdir ki, ele mahnilar oxumasin am

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 53

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}