“Harley-Davidson” tezliklə Azərbaycanda

 
“Harley-Davidson” tezliklə Azərbaycanda

“Biz motosikl yox, insanlara həyat tərzi təklif edirik”. Bu məhşur kəlam məhz dünyaca tınınmış motosikl istehsalçısı və brendi olan “Harley-Davidson” şirkətinə məxsusdur. Həqiqətən də bu gün bütün dünyada “Harley-Davidson” artıq motosikl yox, insanların, motosiklsevərlərin həyat və yaşam tərzinə çevrilib.

İnsan şüurunun nələrə qadir olduğunu bilmək həqiqətən çox çətindir. 100 il bundan əvvəl Villi Ci Devidson adlı bir şəxs öz dostu Harli ilə bağlarında özlərinin ilk motosiklini düzəldəndə ağıllarına belə gətirməzdilər ki, bir azdan “Harley-Davidson Blackline” adlı dizayner departamenti yarada bilərlər və bu, sonradan bir çoxlarının sevdiyi, bir çoxlarının isə hələ də əlçatmaz arzusuna çevriləcək “Harley-Davidson” motosikl brendinin istehsalçısına çevrilə bilərlər.

Bu gün “Harley-Davidson” demək olar ki, bütün dünyada bir əfsanəyə çevrilib. Hətta deyirlər ki, “Harley-Davidson” istehsalçısının böyük evinin hər otağında bir “Harley-Davidson” motosikl durur. Amma bununla belə, “Harley-Davidson” hər bir amerikalının arzusudur. Yuxusunda belə görə bilməyəcəkləri bir arzu...

Xoşbəxtlikdən Azərbaycanda bu artıq arzu deyil. Daha doğrusu, Azərbaycanda artıq bu arzunu həqiqətə çevirmək mümkün olacaq. Bir sözlə, bu gün bizim ölkəmizdə də motosiklsevərlər əfsanəvi və əlçatmaz “Harley-Davidson”u əldə edə bilər. Bu imkanı isə onlara yalnız “Azman Co” MMC yaradacaq.

“Harley-Davidson-Azerbaijan”ın ölkəmizdəki rəsmi nümayəndəsi olan “Azman Co” MMC-nin baş direktoru Rüfət Məsimovun ANS PRESS-ə verdiyi məlumata görə, yaxın günlərdə şirkət “Harley-Davidson-Baku” adlı yeni satış mərkəzini açacaq. Bu yeni mağaza isə paytaxtın Salyan şossesi 2, bina 7 ünvanında yerləşək.

Qeyd edək ki, “Harley-Davidson-Baku” satış mərkəzində çalışacaq bütün işçi heyyəti "Harley-Davidson- Europa" tərəfindən təşkil edilmiş xüsusu treninqlərdən keçərək xüsusu sertifikat alıb.

R. Məsimov deyir ki, hazırda həmin satış mərkəzində təmir işləri gedir və mart ayının ortalarından, ən tezi yaz ayının birinci yarısında motosiklsevərləri sevindirəcək: “Bu satış mərkəzində ən son model “Harley-Davidson” motosiklləri əhaliyə təqdim ediləcək. Alıcılar burada ilkin olaraq “Harley-Davidson” ailəsinin “VRSC”, “Softeil”, “Sportsters” və digər modellərini əldə edə bilərlər”.

Bundan başqa, modellərin bolluğundan razı qalmayan və seçimində tərəddüd edən xüsusi alıcılar özlərinin bəyəndikləri və özlərinə uyğun bildikləri modelləri sifariş edə bilərlər. R. Məsimov deyir ki, bu zaman “Azman Co” MMC onların da arzunu yerinə yetirməyə qadirdir: “Bu motosikllər ABŞ-da “Harley-Davidson”un zavodunda istehsal edilir. Oradan Avropaya, Belçikada yerləşən bazasına gətirilir. Bu bazadan isə motosikllər Azərbaycan bazarına ancaq və xüsusi olaraq özünün distribütoru “Harley-Davidson-Baku” tərəfindən gətirilir”.

R. Məsimov deyir ki, son illər Azərbaycanda motosikllərə maraq olduqca artıb. Hətta “Azman Co” MMC özünün Bakıdakı mağazaları vasitəsi ilə ayda 10-15 motosikl satır: “Bu gün Azərbaycanda cavanların və orta yaşlı insanların motosikllərə olan marağı xeyli artıb. Yeni açılacaq “Harley-Davidson-Baku” satış mərkəzi bu satış göstəricisini xeyli artıracaq. Əsası isə odur ki, bizim ölkəmizdə də bu nəqliyyat vasitəsinə olan marağı da artırmış olacağıq”.

Bu marağı artırmaq üçün “Harley-Davidson-Baku” satış mərkəzində yeni bir texnologiyadan istifadə olunacaq. Belə ki, satış mərkəzinin daxilində test-drayv, yəni motosiklin motorunun gücünü və digər xüsusiyyətlərini sınaqdan keçirmək üçün 2 ədəd motosikl nəzərdə tutulub. Necə deyərlər, alıcı motosikli sürüb, özü yoxlayıb alacaq. Bundan başqa, yeni “Harley-Davidson-Baku” satış mərkəzində “Harley-Davidsonun” müxtəlif modellərindən başqa, motosiklin aksessuarlarını da əldə etmək mümkün olacaq. Bundan başqa, satış mərkəzində "Harley-Devidson" geyim kolleksiyası da təqdim olunacaq. Burada motosikl sürənlər üçün xüsusi geyim və gündəlik istifadə üçün nəzərdə tutulmuş paltarlar alıcıların ixtiyarına veriləcək.

R. Məsimov deyir ki, buradan “Harley-Davidson”un hər hansısa modelini əldə edən motosiklsevərlər dərhal beynəlxalq “H.O.G.” (Harley Owners Group) sisteminə qoşulacaq. Yəni “Harley-Davidson”un ailəsinin bir üzvü olacaq və bütün dünya üzrə “Harley-Davidson”un güzəştlərindən yararlana biləcəklər. Bura servis xidmətləri və müxtəlif partilər də daxildir. Təbii bu ailənin üzvü “Harley-Davidson”un aksessualarını da güzəştli qiymətlərlə əldə edəcək. Baxmayaraq ki, bəzən “Harley-Davidson”un aksessuarları motosiklin özündən baha başa gəlir.

Servis demişkən, “Azman Co” MMC-nin rəhbəri deyir ki, “Harley-Davidson-Baku” satış mərkəzində “Harley-Davidson” servis mərkəzi də fəaliyyət göstərəcək. Onun sözlərinə görə, bu servis mərkəzi ən son və yüksək texnologiyalara uyğun olan avadanlıqlarla təhciz ediləcək. Belə ki, bu servis mərkəzi “Harley-Davidson”un ümumi mərkəzləşdirilmiş təminat proqramına qoşulub. Bu səbəbdən də burada göstərilən xidmətə tam zəmanət veriləcək”.

Baş direktor deyir ki, bununla belə, bu gün “Azman Co” MMC-nin digər mağazalarında dünyaca tanınmış motosikl istehsalçıları brendi olan “Kawasaki” motosikllərini də əldə etmək olar: “Çünki “Azman Co” MMC bu günlərdə “Kawasaki-Europe”nin rəsmi razılığını əldə edib və Azərbaycanda bu brendin modellərinin satışını təşkil edəcək. “Azman Co” MMC ölkəmizdə “Kawasaki”nin eksklüziv modellərini satacaq və təbii ki, bu modelləri əldə etmək istəyənlər bizə müraciət edə bilərlər. Burada həm bu şirkətin, həm də digər motosikl istehsalçısı olan brendlərin idman və klassik üslublu modellərini əldə edə və ya sifariş edə bilərlər”.

Özünün motosiklinə aksessuar axtaran motosiklsevənlər isə başqa yerləri axtarmasınlar. R. Məsomov deyir ki, məhz “Azman Co” MMC-nin bütün mağazalarında və bundan sonra Salyan şossesi 2, bina 7 ünvanında yerləşəcək “Harley-Davidson-Baku” satış mərkəzində dünyaca şöhrətli “Screaming-Eagle” kimi motosikl aksessuarları istehsalçısı şirkətlərinin məhsullarını əldə edə bilərlər.

Bu səbəbdən, tələsməyə və amerikalıların əlçatmaz arzusu olan “Harley-Davidson”u Azərbaycanda əldə etməklə bu arzunu həyata keçirməyə dəyər. Arzunuz çin olsun


Geri dön

_RONALDO_

  • 9 may 2011 16:50
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
En yaxwi YAMAHA r1 di vso ona hecne catmir

--------------------

only-girl

  • 13 fevral 2011 11:43
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
twwk

--------------------

GlamouR_

  • 12 fevral 2011 11:56
  • Məqalə: 189
  • Şərh: 3255
  • Bal:
{awards}
love love

--------------------

Ulya

  • 2 fevral 2011 17:22
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol xebere gore

nilayka

  • 30 yanvar 2011 12:38
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
xebere gore cox sag ol winked

--------------------

Made_In_Bakinka

  • 30 yanvar 2011 11:59
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
fellow menlik deyil......

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 62
Cəmi: 86

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}