Yalnız ALLAH əsl məhəbbətə layiqdir!

 
Yalnız ALLAH əsl məhəbbətə layiqdir!

Yalnız ALLAH əsl məhəbbətə layiqdir.

Əmirəl-Möminin (ə) buyurur: “O kəs ki, sözü və kəlməsi çox olsa, (yəni çox danışan olsa) xətası və səhvi çox olar. O kəsin ki, xətası çox olar - həya və xəcaləti azalar və o kəsin ki, həyası az olar, dindarlığı az olar, o kəsin ki, dindarlığı az olar - qəlbi ölər və o kəs ki, qəlbi ölüb - cəhənəmə daxil olar”.

Günah zülümkarda yox zülmə dözənlərdədir.

İnanma, qorxma, alçalma, aldanma, uduzma.
Böyük arzular insanları böyük uçuruma aparacaqdır.
Problemsiz həyat yoxdur.
Yaşa, başqalarına da şərait yarat
Bütün dünyaya da sahib olsan axırın ölümdür.
Hər şey müvəqqqətidir, daimi heç nə yoxdur.
İnsanlar daha çox böyük yalanlara inanırlar.
İnsan qorxaqlığından yalan danışar.
Ya öyrənən ol ya öyrədən ol.
Ədalət gücdədir, güc isə ədalətdədir.
Ədalətsizlik olan yerdə cinayət çox olar.
İnsan həyata gəlişinin məqsədini, həyatda yerini bilməlidir.
Hərəkətlərində gizli ol, heç kimi qəlbinə yaxın buraxma.
Dostl kimi münasibət qurub düşmənçiliklə adama zərbəni vururlar.
Fikrini az adamla böl.
Kim özünü qorumursa məhv olur.
İnsana ən böyük ziyan özündən gələr.
Özünü tanı, özün ol, özünü qoru
Tələs yavaş yavaş.
Açıq işdən nə mənfəət olar nə də sevinc.
İşi təmkinlə görərlər qərəzlə yox !
Acıqla iş görən zərər çəkər
Köhnə pislikləri unutmağa çalış.
Təmkin ağlın işığıdır .
Tərslik etmə ,bütün axmaqlar tərsdirlər .
Hirslənmisənsə deməli nəyisə düz etməmisən.
İnsanın böyüklüyü düşüncəsi qədərdir.
Özündən yuxarıdakılar ilə vuruşma,Qalibiyyət nifrət gətirər və ya xəta.
Hər şey ağılla olmalıdır.
İnsan öz hisslərini idarə etməyi bacarmalıdır.
Kimdə mədəniyyət yoxdur onun mənliyi yarımçıqdır.
Kobudluq ziyanlıq gətirər, şirin dil yaraşıq .
Kütlə axmaq olur ağıllı fikirləşənlər çox azdır.
Hamıya məxsus olan adam özünə məxsus deyil.
Öz fikrinlə idarə et.
Bəzi insanlar nə vicdan bilir nə də Haqq
Yaxşıya qarşı yaxşı ol pisə pis.
Az olsun, yaxşı olsun.
Həyatda heç şeyə təminat verilmir, hər şeyi idarə edə bilməzsən.
Qoy səndən asılı olsunlar, qoy səndən xahiş etsinlər minnətdarlıq yox .
Ağıllı adam iradəli olmalıdır.
Dost yaxşılıq etməyə həmişə hazır olandır.
Düşməninə elə belə baxma onlar sənin səhvlərini ilk görənlərdəndir.
Ləyaqətsiz adama həqiqəti söyləmə.
Heç vaxt özündən çıxma.
Özünü idarə etsən başqasını da idarə edəcəksən.
Yox deməyi bacar.
Hər şeyə inanma.
Əhəmiyyətsiz şeylər barədə fikirləşmə.
Qoy səni ğülən dodaqlar aldatmasın.
İki şey insan həyatını tez sona qoyar axmaqlıq və hər şeyin öz axarına buraxılması .
Tərif başını hərlətməsin ona da söz qoşanlar tapılar .
Bezdirici olma.
İş səndən ayrılmamış sən ondan ayrıl.
İnsanın qiyməti başqalarının ona verdiyi qiymət qədərdir.
Xoş günə də, dar günə də hazır ol .
Rəqabət aparma .
Heç vaxt şikayət etmə .
Çox şeyə ötəri bir hal kimi bax
Cəmiyyətin qəbul etmədiyi adamlardan qaç.
Böyük boşluğu doldurmağa can atma.
İnanmağa və sevməyə tələsmə .
Həyatın əsas qaydası səbrdir .
Zaman hər şeyi yoluna qoyacaq
Həyatın yarısı arzudur yarısı ümüd.
Axmaq qohumdansa ağıllı yad yaxşıdır.
Elə adam var ki , salama layiq deyil.
Hər adamla duz çörək kəsmə.
Düşmənin haqqında yaxşı danış.
Yaxınlaşdığın anda mənfi təsir göstərən insanlarla çalış ki ünsiyyət etməyəsən .
Heç nə itirməkdən qorxmayana baş qoşma .
Əgər insanlar qaranlıqda otursalar qaranlıqdan başqa heç nə görməzlər .
Məkanı şərəfləndirən onun içərisindəki insanlardır.
Sözün keçməyən yerdə sözünü dəyişmə yerini dəyiş.
Yerini dəyişməkdən qorxma, çox vaxt dahilər üçün Vətən ögey ana olub .
Dostluq və düşmənçilikdə uzunmüddətliyə güvənmə .
Hətta xırda kədərə də etinasız olma.
Elə hərəkət etmə ki , ömrünün sonuna kimi peşimançılıq çəkəsən .
Başqasının qulu olma RƏBB-in səni azad yaradıb .
Vəzifənin yeganə üstünlüyü yaxşılıq etmək üçün imkanın olmasındadır .
Haqsızlığın bir həddi tamahın da bir səddi olmalıdır.
Ağıllılar çətin vaxtı necə hərəkət etdiklərini bilən adamlardır .
Insanda ən gözəl xüsusiyyət onun başqasına qarşı diqqətli olmağındadır.
Heç nəyə görə bir birinizi daim axtarın və nə də olsa gözləyin .
Təbiətin hündür dağları, dərin dərələri olduğu kimi, insanların da Alisi və səviyəssizi vardır.
Elə adamdan qorx ki , o başqaların marağından çıxış edərək özü üçün faydalanır .
Ən böyük biclik düzlükdür , çünki həyatda bicliyi indiyə kimi heç kəs axıradək gizlədə bilməmişdir .
Özünü hamıdan güclü sayma səndən də güclüləri tapılar, hamıdan bic də sayma səndən də bicləri tapılar.
Yoxsul bütün dünyanı görər onu isə heç kim görməz.
Hər zarafatın yarısı həqiqətdir .
Bütün işləri sonraya qoyma belə həyatını başa vurarsan .
Nəyəsə nail olmaq üçün nədənsə keçmək lazımdır .
Nə olub yaddan çıxart , gələcəyə inamla bax , çünki hər şey qabaqdadır .
Özünə inan , qabilliyətivə güvən .
Öz işivivin dalınca özün qet.
Adam xasiyyətini dəyişə bilməz, lakin yaxşı ola bilər
Pul hər şeyi həll etmir , amma çox şeyi həll edir .
İnsanın təbiəti onun taleyini müəyyən edir .
Qəbul edilən duaya AMİN deyərlər .
Yenidən bərpa etmək saxlamaqdan çətindir .
Savaş problemləri yox etməz əksinə yeni problemlər yaradar .
Hansı sözü desən onun cavabını alacaqsan .
Mübahisə edən 2 nəfərdən biri dilini digəri isə qulağlarınıını idarə edə bilmir.
Həyatda konflikt etməyə həmişə yer vardır əsas məsələ bu yerdən yan keçməkdir .
Zorakılıq zorakılıq gətirər .
Ən yaxşı gücün tədbiqi ,gücün özündə saxlanmasıdır .
Düz yolla heç vaxt varlanmayıblar .
Qaçan adam yıxılar, sürünənlər yox .
Bərk qaçan bərk də yıxılar.
Adamlar özlərində adət halını almış vərdişlərdən heç vaxt vicdan əzabı çəkməzlər .
Bütün bədbəxtliklərin başlanğıcı kasıblıqdır .
Dünyavı dəyişmək istəyirsənsə özünü dəyiş .
Əgər varlanmaq istəyirsənsə kasıb adamların əhatəsində olma .
Həyatda gözəl yaşamaq üçün bəxt ,ağıl və qətiyyətli sərbəstlik lazımdır .
Hərə öz ağlı qədərində aldanır .
Pis yaşamaq üçün ağıllı olmaq gərək deyil.
Ağıllı adam yalnız ağıllı adamın xoşuna gəlir.
Sahibi ağıllı olan ev tez abad olar .
Yuxusuzluqdan fikirləşmək çox ziyan gətirir nəinki yuxusuzluq.
Özünü gərginləşdirmə.
Bəzən insan xoşbəxtlik içərisində olur amma onu görmür.
Öz beynini sakitlik, sağlamlıq və ümüd fikirləri ilə doldur.
Uduzmaqdan qorxma elə ki , qorxdun uduzacaqsan.
Hücumu müdafiə ilə deyil hücumla qarşıla.
Lazım olmayan şeyi tələb edən şəxs lazım olan şeyi də əldə edə bilməz.
Bəzən həyat quzunu şir kimi nərildətdirir, şiri isə quzu kimi mələdir.
Öz gəlirivi həmişə artır.
Danışıqdan agılla istifadə et.
Həmişə dilinə ürəyindən gələni gətir.
Danışığı ağıl ilə başla və məharətlə başa vur
Həmişə rəhbərliyə hazır ol.
Mərcdə qalib gəlmək istəyirsənsə mərc etmə.
Danışan adamın fikrinə hörmət et heç vaxt onun düz danışmadığını demə .
İnsana iki qulaq, iki ğöz, bir ağız ona ğörədir ki, çox eşidəsən, çox görəsən amma az danışasan.
Qoy çox vaxt başqası danışsın.
Danışıgını mehriban tonla başla və danışdığın adamdan hə cavabı almağa nail ol .
Qoy səninlə danışan zənn etsin ki . sənin fikirlərin ona məxsusdur.
Çalış səninlə danışanın gözü ilə hadisəyə bax və başqasının fikirlərinə hörmətlə yanaş.
Öz fikirlərini effektlə bildir .
Söhbət vaxtı həmsöhbətini təriflə və onun yaxşı cəhətlərini bildir.
Heç vaxt səhvləri birbaşa demə, fikrini çox yumşaqlıqla çatdır . Əvvəlcə öz səhvlərini yada salıb danış sonra həmsöhbətini danla .
Nə qədər bilirsənsə bil , söylədiklərin qarşındakının anlaya bildiyi qədərdir.
Qardaşına güvən amma özüvə inan .
Özün öz qədrini bil , çünkü başqalarına etibar yoxdur .
Əgər bir gün görmürsənsə onda məhbussan
Əgər sənin heç nəyin yoxdursa səndən heç nə ala bilməzlər.
Şərt o deyil ki, dua edirsən, Əsas şərt odur ki, sənin üçün dua etsinlər .......!
İnsanların qəlbində gizlənmiş məhəbbət, ədalət, insaf, paxıllıq, həsəd, nifrət hissləri ğözə görünməsə də, nə zamansa üzə çıxır. Xoş hisslər insanı səadətə, xoşbəxtliyə qovuşdursa da, bəd hisslər insana bədbəxtlik, fəlakət, rəzalət gətirir. Qəlbinizdə yaxşı toxumlar əkməyə çalışın . Çünki onun meyvəsini mütləq özünüz dərəcəksiniz.
Hər andan yaxşı nə varsa mənimsə!
Keçdiyin yoldan nəticə çıxarmaqla gələcəyini qur.
Sənin qarşına çıxan problem barədə düşün, başqa şeylər sənin problemin deyil.
İnsanı məhv edən ən vaçib şey onun fiziki hərəkətsizliyidir.
Vaxt az olanda daha qiymətli olur.
İnsan ruhdan düşəndə atını da çapa bilmir.
Özünə inamlı vaxtı hərəkət et.
Hər kəsin bəxti öz əlindədir .
Həyatda hər zirvə bacarıqla fəth olunur.
Həyat yaşamağı bacaranlarındır.
Xoşbəxtliyi gözləmirlər, xoşbəxtliyi qazanırlar.
Bütün yaranmışlar ölümün şərbətin dadacaqlar, imanlı ölmək mənalı yaşamaq deməkdir.


Geri dön

_RONALDO_

  • 9 may 2011 16:58
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Qardasim xeber fulldu heqiqeten eziyyetine deyer

--------------------

Ulya

  • 2 fevral 2011 17:15
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

gulicka

  • 1 fevral 2011 21:17
  • Məqalə: 0
  • Şərh: 24
  • Bal:
{awards}
movzu eladir tewekkur edirem ellerinize sagliq

--------------------
Kime Ne Ki Ben Kimim!

Made_In_Bakinka

  • 30 yanvar 2011 10:10
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
tesekkurler Ramizz xebere gore.... feel Allah razi olsun!

nilayka

  • 29 yanvar 2011 18:15
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox gozel sozlerdir Allah razi olsun winked

--------------------

Jasmin gulu

  • 29 yanvar 2011 18:11
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
BELE DEYERLİ İBRETAMİZ VE COX MARAQLİ MOVZUYA GORE MİNNETDARİMİ BİLDİRİREM love

_Unal_

  • 29 yanvar 2011 18:11
  • Məqalə: 64
  • Şərh: 251
  • Bal:
{awards}
Qardasim xeber fulldu heqiqeten eziyyetine deyer

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 10
Cəmi: 25

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}