Biz bu uşağın Rəbbinə iman gətirdik!

 
Biz bu uşağın Rəbbinə iman gətirdik!


əl-Buruc surəsi, 4-7-ci ayələrin təfsiri.
Allah buyurur: “Məhv olsun xəndək kənarında yığışanlar! Odunla alışdırılmış xəndək. Onlar o xəndəyin qırağında oturub, möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər.” Suheyb rəvayət edir ki, Peyğəmbər demişdir:
“Sizdən əvvəl yaşamış bir xalqın padşahı və
onun da bir sehrbazı var idi. O qocaldıqda
padşaha dedi: “Mən qocalmışam və artıq ömrüm
başa çatıb. Odur ki, yanıma bir uşaq göndər, ona
sehr etməyi öyrədim.” Padşah onun yanına bir uşaq göndərdi və sehrbaz ona sehr öyrətməyə
başladı. Sehrbazın evi ilə padşahın sarayı
arasında bir rahib yaşayırdı. Bir gün uşaq rahibin
yanına gəlib onun danışdıqlarına qulaq asdı və
rahibin dedikləri onun xoşuna gəldi. O hər
dəfə sehrbazın yanına getdikdə rahibə də baş çəkirdi. O sehrbazın yanına gec gəldikdə,
sehrbaz: “Nə üçün gecikmisən?”- deyib onu
döyür, evə gec gəldikdə də evdəkilər: “Nə
üçün gecikmisən?”- deyib onu döyürdülər. Uşaq
rahibə şikayət etdikdə, o dedi: “Sehrbaz səni
döymək istədikdə, de ki, ailəm məni ləngitdi. Ailən səni döymək istəsə, de ki, sehrbaz məni
ləngitdi.” Uşaq beləcə öz işinə davam etdi.
Nəhayət bir gün o, camaatın yolunu kəsmiş
böyük və qorxunc bir heyvana rast gəldikdə
dedi: “Bu gün mən kimin daha üstün olduğunu –
rahibin dininin, yoxsa sehrbazın əməlinin Allaha daha əziz olduğunu biləcəyəm.” O yerdən bir
daş götürüb dedi: “Allahım, əgər rahibin dini
Sənin üçün sehrbazın əməlindən daha
əzizdirsə, onda bu heyvanı öldür ki, insanlar
keçib gedə bilsinlər!” O, daşı atıb heyvanı
öldürdü və insanlar öz yollarına davam etdilər. Uşaq rahibin yanına gəlib bunu ona xəbər
verdikdə rahib dedi: “Oğlum, bu gün sən
məndən də fəzilətlisən. Onlar səni tezliklə
sınayacaqlar. Səni sınayacaqları vaxt mənim kim
olduğumu onlara bildirmə.” Bu minvalla uşaq
anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaltmağa, habelə insanlara üz
vermiş digər xəstəlikləri də müalicə etməyə
başladı. Padşahın yaxın adamlarından birinin
gözləri kor olmuşdu. O, bu uşağın haqqında
eşidəndə çoxlu hədiyyələr götürüb onun
yanına gəldi və dedi: “Məni sağalda bilsən, bunların hamısı sənin olacaq!” Uşaq dedi: “Mən
heç kəsi sağaltmıram. Sağaldan yalnız qüdrətli
və qüvvətli Allahdır. Əgər sən Allaha iman
gətirsən və Ona dua etsən, O sənin gözlərini
açar.” O, Allaha iman gətirdi və Ona dua etdi,
Allah da onun gözlərini açdı. Sonra o gəlib həmişəki kimi padşahın yanında oturdu. Padşah
ondan: “Sənin gözlərini kim sənə qaytardı?”-
deyə soruşdu. O: “Mənim Rəbbim!”- deyə
cavab verdi. Padşah dedi: “Məgər sənin
məndən başqa Rəbbinmi var?” O dedi: “Mənim
də Rəbbim, sənin də Rəbbin – Allahdır!” Padşah ona o qədər işgəncə verdi ki, axırda o,
uşağı nişan verdi. Uşağı padşahın hüzuruna
gətirdilər. Padşah ona dedi: “Oğlum! Sən
sehrbazlıqda elə bir səviyyəyə gəlib çatmısan
ki, anadangəlmə korları və cüzam xəstəliyinə
tutulanları sağaldır, həmçinin başqa xəstəlikləri də müalicə edirsən.” Uşaq dedi: “Mən heç kəsi
sağaltmıram. Sağaldan yalnız qüdrətli və
qüvvətli Allahdır.” Padşah ona da o qədər əzab
verdi ki, nəhayət o, rahibin adını verdi. Rahibi
padşahın hüzuruna gətirdilər. Padşah ona:
“Dinindən dön!”– dedi. Rahib isə buna razı olmadı. Onda padşah mişar gətizdirdi və onu
başının tən ortasından mişarlayıb iki hissəyə
böldülər. Sonra padşahın yaxın adamını onun
hüzuruna gətirdilər. Padşah ona: “Dinindən
dön!”– dedi. Lakin o buna razı olmadı. Onu da
başının tən ortasından mişarlayıb iki hissəyə böldülər. Sonra uşağı onun hüzuruna gətirdilər.
Padşah ona: “Dinindən dön!”– dedi. Amma o
buna razı olmadı. Padşah onu əsgərlərindən bir
neçəsinə tapşırıb dedi: “Onu filan dağa aparın, o
dağın zirvəsinə qaldırın və əgər dinindən
dönməsə, onu oradan aşağı atın!” Onlar uşağı aparıb dağın başına qaldırdıqda o dedi: “Allahım!
Özün istədiyin kimi məni onlardan xilas et!” Bu
dəmdə dağ silkələndi və padşahın əsgərləri
yerə düşdülər. Uşaq isə qayıdıb padşahın
yanına gəldi. Padşah soruşdu: “Səninlə gedən
əsgərlər necə oldu?” Uşaq dedi: “Allah məni onlardan xilas etdi!” Padşah onu əsgərləindən
bir neçəsinə tapşırıb dedi: “Onu qayığa mindirib
dənizə çıxarın və əgər dinindən dönməsə,
onu dənizə atın!” Onlar dənizə çıxanda uşaq
dedi: “Allahım! Özün istədiyin kimi məni
onlardan xilas et!” Bu vaxt qayıq yırğalandı və əsgərlər dənizə düşüb boğuldular. Uşaq isə
qayıdıb padşahın yanına gəldi. Padşah soruşdu:
“Səninlə gedən əsgərlər necə oldu?” Uşaq
dedi: “Allah məni onlardan xilas etdi!” Sonra o,
padşaha dedi: “Sən mənim dediklərimi yerinə
yetirməyincə məni öldürə bilməyəcəksən.” Padşah soruşdu: “Mən nə etməliyəm?” Uşaq
dedi: “Camaatı meydana yığ! Sonra məni ağacın
gövdəsində çarmıxa çək. Sonra da mənim ox
qabımdan bir ox götürüb onu yaya qoy və: “Bu
uşağın Rəbbi Allahın adı ilə!”– deyib oxu mənə
at. Əgər belə etsən, məni öldürə bilərsən.” Padşah camaatı meydana yığdı və uşağı çarmıxa
çəkdi. Sonra onun ox qabından bir ox götürüb
onu yaya qoydu və: “Bu uşağın Rəbbi Allahın
adı ilə!”– deyib oxu atdı. Ox uşağın gicgahına
batdı və o, əlini gicgahına – oxun batdığı yerə
qoyub canını tapşırdı. Meydana toplaşmış adamlar dedilər: “Biz bu uşağın Rəbbinə iman
gətirdik! Biz bu uşağın Rəbbinə iman gətirdik!
Biz bu uşağın Rəbbinə iman gətirdik!” Padşahın
tərəfdarları ona dedilər: “Sənin nədən
çəkindiyin yadındadırmı? Vallahi, bu, sənin
başına gəldi. Camaatın hamısı iman gətirdi”. Onda padşah yolların kənarında xəndəklər
qazmağı və bu xəndəklərdə od qalamağı əmr
etdi. Sonra da belə buyurdu: “Dinindən
dönməyən hər kəsi oda atın!” Nəhayət,
qucağında südəmər körpəsi olan bir qadını
xəndəyin kənarına gətirdilər. Qadın dinindən dönüb geri çəkilmək istədikdə, körpə dil açıb
dedi: “Anacan, səbirli ol! Həqiqətən də, sən
haqq yoldasan!” (Səhih Muslim). İbn Kəsir əl-Fil surəsini təfsir edərkən
yazmışdır: “Zu Nuvas, sonuncu Himyər çarı
bütpərəst idi və məhz o, xəndəkdəki
insanları, onlar xristianlığı qəbul etdiklərinə
görə, öldürməyə əmr vermişdi. Onlar
təxminən iyirmi min nəfər idilər, lakin təkcə Dovs Zus-Sə'ləbəniyə xilas olmaq nəsib
olmuşdu ki, o da xristian olan Şam hökmdarından
yardım ummaq üçün bu hadisədən əvvəl onun
yanına getmişdi. Şamın qeysəri Yəmənin
yaxınlığında yerləşən Həbəşistan padşahına
məktub yolladı və o həbəş padşahı Himyər çarına qarşı böyük bir ordu göndərdi. Bu orduya
iki komandan – Əriyat və Əbu Yəksum ləqəbli
Əbrəhə b. əs-Səbbah rəhbərlik edirdilər. Onlar
Yəmənə daxil olaraq şəhərləri və kəndləri
darmadağın edir, himyəriləri hakimiyyətdən
qovurdular. Əbu Nuvas dənizdə boğularaq öldü və Yəmən Həbəşistandan asılı vəziyyətə
düşdü. Ölkədə ikihakimiyyətlilik başladı. Onu
Əriyatla Əbrəhə idarə edirdilər.
Az keçmədi ki, bu iki nəfərin arasında
ziddiyyətlər baş qaldırdı və bunlar hərbi
toqquşmaya çevrildi. Tərəflər bir-biri ilə döyüşə girməyi qərara aldılar və döyüşçülər
artıq savaş üçün düzülməyə başlamışdılar ki, bu
vaxt onlardan biri digərinə dedi: “Həqiqətən
də qoşunlarımızın bir-biri ilə toqquşmasına
ehtiyac yoxdur. Yaxşı olar ki, biz təkbətək
döyüşə çıxaq və kim qalib gəlsə, o da təkbaşına hökmdarlıq edər”. Digər tərəf bu
təklifi qəbul etdi və onlar döyüşə başladılar.
Əriyat Əbrəhəyə qılınc zərbəsi endirib onun
burnunu, ağzını ikiyə böldü və başını zədələdi.
Belə olduqda, Əbrəhənin Ətvədə adlı köləsi
Əriyatın üstünə atılaraq onu öldürdü. Əbrəhə təkbətək döyüşdən yaralı halda qayıtdı;
yaralarını sağaltdılar və o tezliklə özünə gəlib
Yəməndə Həbəşistan qoşunlarına təkbaşına
rəhbərlik etməyə başladı.
Həbəşistan padşahı bu hərəkətlərinə görə
onu məzəmmət edən məktub göndərdi və and içdi ki, onun ölkəsini (Yəməni) ayaqlar
altında tapdalasın və onun kəkilini qırxsın. Belə
olduqda Əbrəhə ona öz xüsusi ehtiramını
bildirərək və padşahı razı salmağa çalışaraq ona
cavab məktubu yolladı. O öz səfiri ilə birlikdə
padşaha müxtəlif nemətlər, hədiyyələr və həmçinin Yəmən torpağı doldurulmuş bir kisə
ilə birlikdə kəkilindən bir çəngə tük göndərdi.
O, məktubda yazmışdı: “Bu ona görədir ki,
padşah öz ayağı ilə bu torpağa gəlsin və içdiyi
andı yerinə yetirsin. Həm də mən öz
kəkilimdən bir çəngə tük də göndərirəm”. Padşah bu məktubu alanda, bu ona xoş gəldi və
o, Əbrəhədən razı qalaraq onu ölkənin canişini
vəzifəsində təsdiq etdi.
Bir müddət keçdikdən sonra Əbrəhə padşaha
başqa bir məktub göndərib ona xəbər verdi ki,
Yəməndə onun üçün dünyada misli görünməmiş bir kilsə tikəcəkdir..."
Bu əhvalatın ardı "Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?" məqaləsində keçməkdədir.


Geri dön

GuNaY_83

  • 3 fevral 2014 00:11
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Allah razi olsun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 11 yanvar 2014 23:03
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

Qaska_Quli

  • 11 yanvar 2014 14:54
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkkkkk

--------------------

^_^

  • 11 yanvar 2014 00:59
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler,yazan elleriniz var olsun =)

EmİcKa

  • 10 yanvar 2014 21:50
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 10 yanvar 2014 19:50
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Cox sagolun)))))

sonzeng2015

  • 10 yanvar 2014 19:44
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
cox sagolun meqale ucun

: Sensizde Babatdi :

  • 10 yanvar 2014 18:23
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Allah bizi pis insanlardan qorusun..........

--------------------

AyliN BunyaminovA

  • 10 yanvar 2014 17:32
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
çox sağolun

--------------------
ܨܓܓܨܓܓ✍

^^Nazlı Şeytan^^

  • 10 yanvar 2014 17:05
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

Qaska_Quli

  • 10 yanvar 2014 12:54
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

--------------------

PSIXOPATKA

  • 10 yanvar 2014 12:30
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

melek_19

  • 10 yanvar 2014 12:29
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Nermin_92

  • 10 yanvar 2014 12:18
  • Məqalə: 0
  • Şərh: 174
  • Bal:
{awards}
ALLAH yardimciniz olsun

--------------------
"Tək ehtiyacım, birazcıq sən..."

вคɴค iкiмizi คɴlคт ❤

  • 10 yanvar 2014 12:12
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Tesekkurler)))

Qaska_Quli

  • 10 yanvar 2014 11:41
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH razi olsunnn

--------------------

aska rico

  • 10 yanvar 2014 10:18
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

^^KuKuLKa^^

  • 10 yanvar 2014 10:04
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
Werhlere gore sagolun...

--------------------

AYKA ŞOKOLADKA

  • 10 yanvar 2014 09:34
  • Məqalə: 57
  • Şərh: 1155
  • Bal:
{awards}

cox qewengdi Allah razi olsun

--------------------

V_L

  • 10 yanvar 2014 09:33
  • Məqalə: 933
  • Şərh: 97
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

✵Дорогой✵

  • 10 yanvar 2014 08:52
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH Razi Olsun

Qaranliqda_tek

  • 10 yanvar 2014 08:50
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler ♥ ♠

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 31
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}