Tövhid nədir?

 
Tövhid nədir?


Dəyişməz əsasları olan düzgün İslam əqidəsi insanlara həm bu dünyada, həm də axirətdə xoşbəxtlik qazandıran yeganə əqidədir. Bu ona görədir ki, İslam əqidəsi mötəbər dəlillərə söykənən, habelə sağlam düşüncəyə və saf qəlbə uyğun gələn bir əqidədir. Tövhid əqidəsi İslam əqidəsinin əsasını təşkil edir.Tövhid bu kainatın qurulmasına rəvac verən bünövrədir. Tövhidin aradan qaldırılacağı təqdirdə bu kainatda fitnə-fəsad və hərc-mərclik meydana gələr. Uca Allah buyurur: “Əgər göydə və yerdə Allahdan başqa tanrılar olsaydı, onlar fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!” (əl-Ənbiya, 22). Bütün nöqsanlardan uzaq olan Allah ilahiləşdirilməyə və ibadət olunmağa haqqı olan yeganə varlıqdır. Qəlblər yalnız onu ilahiləşdirməli, yalnız Ona ibadət etməli və yalnız Ona boyun əyməlidir. Çünki, Allah bu kainatı yaradan, kainatdakı işləri idarə edən, kamil sifətlərə sahib olan və hər bir nöqsandan uzaq olan Əzəmətli Rəbdir. Tək yaradan, yoxdan var edən və öldükdən sonra dirildən də yalnız Odur və Onun heç bir şəriki yoxdur.
Bu o deməkdir ki, ibadət olunmağa haqqı olan da başqası deyil, yalnız Odur və ibadətdə Onun heç bir şəriki yoxdur.
Tövhid - ibadətdə Allahı təkləşdirməyə deyilir.Yəni insan tam yəqinliklə bilməlidir ki, həqiqi tanrı yalnız Allahdır. Bunları bilən və etiraf edən namaz, zəkat, oruc, həcc, dua, nəzir, qurban və s. kimi ibadətləri yalnız Allahın rizasını qazanmaq və Onun verdiyi savaba nail olmaq üçün edər. Uca Allah Qurani Kərimdə insanların və cinlərin yaradılmasının əsas məqsədini məhz ibadət olmasını bəyan edir: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (əz-Zariyat, 56). Həmçinin, Uca Allah bütün insanlara ilk olaraq tövhidi əmr edir: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!” (ən-Nisa, 36). “Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur...” (əl-İsra, 23).
İnsan ağlı tövhid əqidəsini təfsilatı ilə dərk edə bilmədiyinə görə Allah Öz elçilərini göndərmiş və Öz kitablarını nazil etmişdir. Allah onların vasitəsilə bu əqidəni müfəssəl şəkildə izah etmişdir ki, insanlar elmə əsaslanaraq Allaha düzgün ibadət etsinlər. Allahın elçiləri bir-birinin ardınca göndərilərək bu əqidəni insanlara təbliğ etmiş və onu ətraflı şəkildə bəyan etmişlər.
Bu haqda Allah buyurur: “Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın” (Fatir, 24). “Sonra bir-birinin ardınca elçilərimizi göndərdik” (əl-Muminun, 44). Bu o deməkdir ki, peyğəmbərlər bir-birinin ardınca göndərilmiş və nəhayət, bu ardıcıllıq onların ən hörmətlisi, ən fəzilətlisi sayılan Peyğəmbərimiz Muhəmməd ilə tamamlanmışdır. O, öhdəsinə düşən vəzifəni yerinə yetirərək insanları Allahın yoluna dəvət etmişdir. Allah onun vasitəsilə bu dini kamil etmiş və Öz nemətini tamamlamışdır. Bu haqda Uca Allah bu ayəni nazil etmişdir: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim” (əl-Maidə, 3).
Peyğəmbər insanları yalnız Allaha ibadət etməyə və Ona heç nəyi şərik qoşmamağa çağırmışdır. Allahın elçilərinin hamısının vəzifəsi də məhz bu olmuşdur. Uca Allah buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan (Allaha şərik qoşmaqdan) uzaq olun”– deyə, elçi göndərdik” (ən-Nəhl, 36). “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa haqq tanrı yoxdur, odur ki, yalnız Mənə ibadət edin!”– deyə vəhy etməyək” (əl-Ənbiya, 25). Həmçinin, tövhid Allahın öz bəndələri
üzərindəki ən əsas haqqıdır. Peyğəmbər Muaz ibn Cəbələ demişdir: “Ey Muaz, bilirsən Allahın qulları üzərindəki haqqı nədir?” O dedi: “Allah və Onun rəsulu daha yaxşı bilir.”
O buyurdu:“Qulların Ona ibadət edib heç kəsi Ona şərik qoşmamalarıdır. Bəs bilirsənmi qulların Allah üzərindəki haqqı nədir?” O dedi: “Allah və Onun rəsulu daha yaxşı bilir.” Peyğəmbər buyurdu: “Ona heç nəyi şərik qoşmayan qullarına əzab verməməsidir.”Uca Allah tövhidə əməl edəni əbədi səadət diyarı olan Cənnətə salacağını vəd etmişdir. Peyğəmbər demişdir: “Kim Allaha şərik qoşmadığı halda Ona qovuşarsa, Cənnətə girər.
Kim də Allaha şərik qoşduğu halda Ona qovuşarsa, Cəhənnəmə girər.”


Geri dön

GuNaY_83

  • 2 fevral 2014 23:37
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Allah razi olsun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 11 yanvar 2014 23:07
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Allah razi olsun

^_^

  • 11 yanvar 2014 19:18
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler,yazan elleriniz var olsun =)

вคɴค iкiмizi คɴlคт ❤

  • 10 yanvar 2014 23:16
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
çox sağolun məqaləyə görə

Qaska_Quli

  • 10 yanvar 2014 18:54
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkk

--------------------

: Sensizde Babatdi :

  • 10 yanvar 2014 14:28
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 9 yanvar 2014 19:03
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
MeQaLeYe GoRe SaGoLuN

Banned549678

  • 9 yanvar 2014 15:03
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

PSIXOPATKA

  • 9 yanvar 2014 12:31
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

^_^

  • 9 yanvar 2014 12:06
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
...::TeWKKuRLeR::...

вคɴค iкiмizi คɴlคт ❤

  • 9 yanvar 2014 11:10
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Tesekkurler####

Allahi_Unutma

  • 9 yanvar 2014 09:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

^^KuKuLKa^^

  • 9 yanvar 2014 01:49
  • Məqalə: 772
  • Şərh: 11591
  • Bal:
{awards}
werhlerinize gore cox sag olun

--------------------

Vefasiz Qizlar

  • 9 yanvar 2014 00:53
  • Məqalə: 1
  • Şərh: 131
  • Bal:
{awards}
ela
elaaaaaaaaaaaaaaa

melek_19

  • 8 yanvar 2014 23:29
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

^^KuKuLKa^^

  • 8 yanvar 2014 23:06
  • Məqalə: 772
  • Şərh: 11591
  • Bal:
{awards}
werhlerinize gore cox sag olun

--------------------

Qaska_Quli

  • 8 yanvar 2014 22:54
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkk

--------------------

AyliN BunyaminovA

  • 8 yanvar 2014 22:43
  • Məqalə: 386
  • Şərh: 5044
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler

--------------------
...........................................................................................................................................................................

вคɴค iкiмizi คɴlคт ❤

  • 8 yanvar 2014 22:12
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Allah razi olsun

aska rico

  • 8 yanvar 2014 21:57
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
cox sagolun

--------------------

^_^

  • 8 yanvar 2014 21:35
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
ALLAH razi olsunnn

^^Nazlı Şeytan^^

  • 8 yanvar 2014 21:10
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Allah razi olsun

PSIXOPATKA

  • 8 yanvar 2014 21:03
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Kim Allaha
şərik qoşmadığı halda Ona
qovuşarsa, Cənnətə girər.
Kim də Allaha şərik qoşduğu halda
Ona qovuşarsa, Cəhənnəmə girər.”

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 52
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 3
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}