ŞOK! "Onun Yarısı"-ında QADIN ALVERi həyata keçirilib?!

 
ŞOK! "Onun Yarısı"-ında QADIN ALVERi həyata keçirilib?!

ATV-nin evlənmə verilişi ilə bağlı dəhşətli iddialar

“Azad Azərbaycan'' Televiziyasında (ATV) yayımı dayandırılan “Onun yarısı” verilişi ətrafında qalmaqal davam edir. Dünən redaksiyamıza hüquq-mühafizə orqanlarındakı mənbədən daxil olan məlumata görə, həmin verilişlə bağlı insan alveri ittihamı ortaya çıxıb. Mənbə qeyd edir ki, telekanalda verilişin yayımının dayandırılması da bununla bağlıdır. Artıq insan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinə də müraciət edilib. Mənbə qeyd edir ki, bir qrup qadın həmin verilişə öz oğlanlarını çıxardaraq ora gələn qızları almağa razı olduqlarını bildiriblər. Bununla bağlı həmin telekanaldakı layihə çərçivəsində Bakıda yerləşən şadlıq sarayında toy mərasimi qurulur. Mərasimdən sonra həmin qızları Dubaya və Türkiyəyə apararaq, cinsi istismara məruz qoyurlar. Mənbə bildirir ki, bu səbəbdən veriliş bağlanıb və aparıcısı Zaur Baxşəliyev cəzalandırılıb. Bir az əvvəl sadalanan ehtimallar araşdırıldıqdan sonra Zaur Baxşəliyev telekanladan kənarlaşdırılıb.

Bundan başqa həmin layihə çərçivəsində Nənəxanım adlı bir qız Rusiyada yaşayan azərbaycanlı biznesimenlə tanış olub. Həmin verişişdə tanış olan “cütlük” ailə həyatı qurublar. Nənəxanımla Bakıda toyu olandan sonra biznesmen onu Rusiyaya aparıb. Bir neçə ay Rusiyada qalan Nənəxanım “ərini” qarət edib və Azərbaycana qaçıb. Mənbənin sözlərinə görə, Nənəxanım azərbaycanlı biznesmenin külli miqdarda qızılını və pulunu gətirib. Var-dövləti talanan biznesmen Bakıya gəlib, əvvəlcə ATV-yə şikayət edib. ATV rəhbərliyi məsuliyyət daşımadığını və qadının ünvanından xəbəri olmadığını bildirib.

Bundan sonra biznesmen Nənəxanımın və “Onun yarısı” verilişinin aparıcısı Zaur Baxşəliyevin barəsində Daxili İşlər Nazirliyinə şikayət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə açıqlamasında bu məlumatları nə təsdiq, nə də təkzib etdi. Cənab Zahidov dedi ki, ATV telakanalında yayımlanan “Onun yarısı” verilişi ilə bağlı Daxili İşlər Nazirliyinə heç bir şikayət edilməyib.

Bu arada ANS telekanalında da ATV-də yayımı dayandırılan “Onun yarısı” verilişinə oxşar layihə həyata keçirilir. Dünən mətbuatın yaydığı məlumata görə, ANS-də yayımlanan “Toy olsun” verilişinin də yayımının dayandırılması üçün tədbirlər həyata keçirilir. Məlumat üçün qeyd edək ki, hər iki verilişə gələn qızları efirə çıxarırlar. Həmin efirdə də qızlara elçilik oyunu həyata keçirilir və sonda çütlüyü evləndirirlər.

Belə layihələr dünya telekanllarında da həyata keçirilir. Misal üçün, Türkiyənin STV telakanalında yayımlanan “Evələndirək” proqramında da insan alveri faktı ortaya çıxmışdı. Həmin telekanalın rəhbəri bu faktı araşdıraraq, müəyyən edəndən sonra jurnalist əməliyyatı həyata keçirmişdi; verilişə gələn kişinin niyyətini ifşa edərək faktı canlı efirdə yayımlamışdı. Lakin Azərbaycan telekanllarında belə əməliyyatlar həyata keçirilmir. Kimin kimdən xoşu gəldi evləndirirlər.

Bir müddət əvvəl oxşar iddialar ATV-də yayımlanan “Qəfəs” verilişi ilə də bağlı olaraq ortaya çıxmışdı. Həmin verilişdə oğlan və qızları eyni evdə saxlayaraq layihə həyata keçirirdilər. Evin hər yerinə kameralar qoyaraq qızların hərəkətlərini lentə alırdılar və sonrada həmin qızları şantaj etməklə məşğul olurdular. Lakin bu faktdan xəbər tutan müvafiq qurumlar layihənin yayımının dayandırılmasına göstəriş vermişdilər.

ATV telekanalının 2006-cı ildə “Qəfəs” realiti-şousunun çəkilişini apardığı Badamdar qəsəbəsindəki malikanədə dəm qazının sızması nəticəsində iki nəfər həlak olmuşdu. Onlardan biri malikanənin mühafizəzisi, o biri isə montajçı idi. Hüquq-mühafizə orqanları faciənin səbəblərini müəyyənləşdirmək məqsədilə təhqiqata başlamışdılar. Ancaq Səbail rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi açıqlanmadı. Bu günə qədər də nə Baş Prokurorluq, nə Bakı şəhər Prokurorluğu, nə də Səbail rayon prokurorluğu bu məsələyə aydınlıq gətirməyiblər.


Geri dön

ulka17

  • 19 iyul 2011 20:27
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
EVVELLER ZAURUN HAQQINDA BELE SEYLER DANISILMIRDI.SORA ONUN DA ZAYI CIXDI.XEBERE GORE TESEKKURLER

wirin heyat

  • 17 iyul 2011 09:38
  • Məqalə: 1
  • Şərh: 156
  • Bal:
{awards}
emeye hormet twk olenlerede Allahdan rehmet belay

--------------------
Ya gozlerin aklimda
Ya da aklim adinda
Ya hayalin karwimda
Ya sesin kulagimda
Ya ben cildiriyorum
Ya da cok seviyorum
Ya sevmek cok guzel
Ya da sevilen cok ozel....

AslanS

  • 5 iyul 2011 19:29
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
Verilis baglanib deyə hamı ağzına gələni danışır ee.Bu nə gic-gic xəbərlərdi qoymusuz bura.Vallah saytın adını batırır

camahat nece de qiybet eliyir ee

_RONALDO_

  • 9 may 2011 17:02
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
inanmiram wayedir bunlar.

--------------------

Paris_G

  • 4 may 2011 14:37
  • Məqalə: 1
  • Şərh: 11
  • Bal:
{awards}
super twk edirem her halda menim xeberim oldu ha-aha-ha-aha-h

only-girl

  • 3 aprel 2011 00:13
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
inanmiram wayedir bunlar.Melumat ucun twk

--------------------

ayriliq

  • 23 fevral 2011 21:07
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
bilirsiz necedi? ozumuz ozumuzu didirik!EH MUSELMAN BELEDI DE HAMI QEYRETDEN DANISIR AMMA MILLETIMIZI NE GUNE SALIRLAR AR OLSUN! angry

Su_Perisi

  • 7 fevral 2011 21:14
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
Sadece olaraq dehwetdi..

ana

  • 3 fevral 2011 23:23
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
SALAM EGER BU DUZDURSE DAHA MENIM HEC SOZUM YOXDUR.
BIZ HEC TORPAGI ISHGAL OLUNMUSH DOVLETE OXSHAMIRIQ.
NIYE ANCAQ SOU BIZNEs sou biznes NIYe bizde genclerede maraqli olacaq veten perver verilishler yoxdu. olsada reytingi cox ashagidir.GUNAH TELE KANALLARDADIR. AXI PRESSA 4 GUCDUR

yalnizz

  • 30 yanvar 2011 15:32
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
inanmagim gelmir

_Unal_

  • 30 yanvar 2011 02:15
  • Məqalə: 64
  • Şərh: 251
  • Bal:
{awards}
gop da olsa maraqliydi,bura AZERBAYCANDI axi

--------------------

Poppy

  • 29 yanvar 2011 18:04
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
melumat ucun twk

--------------------

nilayka

  • 29 yanvar 2011 17:41
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
♥Princess♥,
size qatliram
bunlar dogru ola bilmez twk

--------------------

Ulya

  • 29 yanvar 2011 17:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
aaa dehsetdiyee.men ele bilirdim bu verliwlerin axiri yaxsi bitmeyecek.
Toy olsun da baglasin gerek

CrazyGirl

  • 29 yanvar 2011 17:33
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Fikirleriniz

--------------------
Sən varsansa həyat çox gözəl!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}