Məzuniyyət zamanı necə istirahət etməli?

 
Məzuniyyət zamanı necə istirahət etməli?

Gözəlliyin və sağlamlığınızın qorunub saxlanması, iş qabiliyyətinin bərpası üçün ən yaxşı vaxt məzuniyyətdir. Məzuniyyət həm istehsalatda işləyən, həm də ev işləri ilə məşğul olanlara lazımdır. Lakin o, düzgün təşkil edilməlidir. Axı sizin bütün il ərzində əhval-ruhiyyəniz necə istirahət edəcəyinizdən asılı olacaqdır.
Bayram günlərini tam fiziki və psixi istirahətə həsr etmək lazımdır. Buna ətraf mühitin dəyişməsi, xoşa gələn işlərlə məşğul olmaq, məsələn, bağda işləmək, gəzintiyə, muzeylərə, tarixi yerlərə, tarixi abidələr olan yerlərə ekskursiyaya və s. getmək yaxşı kömək edir. Doyunca yatmağı da unutmaq olmaz. Bir-iki gün yatıb istirahət etmək, sonra isə ev işləri ilə məşğul olmaq olar. Belə halda nəinki ev işləri tez görüləcək, həm də çox qüvvə sərf olunmayacaqdır.
İşin xarakterindən asılı olmayaraq hamıya məsləhət görmək olar ki, yatıb yuxularını əməlli-başlı alsınlar, mütləq nahardan sonra istirahət edib, açıq havada gəzsinlər.
İstirahətin formasını sizin fəaliyyətinizin xarakteri müəyyən edir. Oturaq işlə işləyən qadınlar məzuniyyəti aktiv formada keçirməlidirlər. Eyni zamanda ağır fiziki işdə işləyənlər məzuniyyətini daha sakit vəziyyətdə, yəni kitab oxuyaraq, teatra, kinoya getməklə, açıq havada keçirməlidirlər.

Bir çoxları belə zənn edirlər ki, istirahətin ən səmərəli istirahət forması passiv istirahət, yəni əlini ağdan-qaraya vurmamaqdır. Əslində səhhətin vəziyyətindən, maraq və vərdişdən asılı olaraq fəal istirahətin bir neçə forması ola bilər. Bəziləri ancaq o vaxt yaxşı istirahət edirlər ki, əllərinə maraqlı kitab düşür, digərləri tənha gəzintiləri, ya da maşın sürməyi, üçüncülər isə başda işləməyi, ya da idmanla məşğul olmağı xoşlayırlar.
Kurortda istirahət edərkən onun sağlamlaşdırıcı amillərindən, yəni mineral sulardan, vannalardan və digər fizioloji terapevtik prosedurlardan mümkün qədər səmərəli istifadə etmək haqqında düşünmək lazımdır.

İdman, ya da turist düşərgələrində istirahət etmək problemi xüsusi müzakirə edilməlidir. İstirahətin bu növünü adətən hər hansı idman növü ilə az və ya çox məşğul olmuş, ya da bu istirahətə hazırlaşmaqda ümumi səriştəsi olan adamlar seçirlər.
Öz idman tanışlarının məsləhəti ilə məzuniyyəti daha fəal keçirməyə çalışan, ancaq buna heç bir hazırlığı olmayanların işi bir qədər çətin olur. Bu istirahətin xarakteri haqqında heç xəbəri olmayan belə adamlar öz imkanlarını şişirdir və bunun axırı bəzən faciə ilə qurtarır.
Fəal istirahətə hazırlıq ən azı bir ay əvvəlcədən başlanmalıdır. Bunun üçün hər gün gimnastika ilə məşğul olmalı, gəzməli, uzun gəzintilərə çıxmalı və hətta qaçmalıdırlar. Fiziki cəhətdən hazırlığı olmayanlar, oturaq həyat tərzi keçirən qadınlar ağır gərginliyə və iqlim dəyişikliyinə çox ehtiyatla alışmalıdırlar. Əks təqdirdə damar pozğunluğu, bud-baldır və bilək oynaqlarının şişi kimi gözlənilməz hallar əmələ gələ bilər ki, bunlar da ürəyə, əzələyə və oynaqlara çox yük düşdüyünə dəlalət edir.
Bu və ya digər səbəblər üzündən fəal istirahətə əvvəlcədən hazırlaşa bilməyənlər məzuniyyət zamanı ilk günlər gəzintidən və gündəlik gimnastikadan başlayıb yükü get-gedə artırmalıdırlar.

Səhhətdən asılı olaraq buna turist bazasına gələndən sonra başlamaq olar. Belə məşğələlər üçün ən yaxşı səhər yeməyindən nahara kimi olan vaxtdır. Səhər yeməyindən yarım saat sonra başlamaq olar. İdmanın müddəti, idman məşğələlərindən asılı olur. Məsələn, 10-15 dəqiqə tennis oynamaq, 1-2 saat kirşə sürmək. İdman formasına düşdükdən sonra məşğələnin vaxtını uzatmaq olar, ancaq həddi keçmək olmaz.
Yuxu rejiminə riayət etmək çox vacibdir və saat 22.00-23.00-da yatağa girmək lazımdır.


Geri dön

GuNaY_83

  • 3 fevral 2014 00:33
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Məzuniyyət zamanı necə istirahət etməli?

--------------------

Qaska_Quli

  • 12 yanvar 2014 13:34
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkk

--------------------

Banned549678

  • 11 yanvar 2014 15:20
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Sagolunnnnnnnnnnn

^_^

  • 11 yanvar 2014 00:45
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler,yazan elleriniz var olsun =)

vipnight

  • 10 yanvar 2014 20:23
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
Ay cox gozeldi sevdiyin ve cubbusunla istirahet etmek.insallah darisi basimiza

вคɴค iкiмizi คɴlคт ❤

  • 10 yanvar 2014 19:27
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Tesekkurler cox sagol))

XeYaLPeReSt men

  • 10 yanvar 2014 19:02
  • Məqalə: 52
  • Şərh: 2093
  • Bal:
{awards}
Meqale ucun sagolun

--------------------

^_^

  • 10 yanvar 2014 18:46
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler,yazan elleriniz var olsun =)

: Sensizde Babatdi :

  • 10 yanvar 2014 18:38
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Tesekkurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 10 yanvar 2014 17:45
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Tesekkurler)))))

AyliN BunyaminovA

  • 10 yanvar 2014 17:07
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
çox sağolun məqaləyə görə

--------------------
ܨܓܓܨܓܓ✍

мυsLiмαηκα

  • 10 yanvar 2014 17:02
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
๑ mesLehetLer ucun cox sagoLun ๑

^^Nazlı Şeytan^^

  • 10 yanvar 2014 16:40
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

ღ★ Firuzə ★ღ

  • 10 yanvar 2014 15:18
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
teshekkurler...

--------------------

melek_19

  • 10 yanvar 2014 14:48
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

Qaska_Quli

  • 10 yanvar 2014 14:34
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkkkk

--------------------

PSIXOPATKA

  • 10 yanvar 2014 13:41
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
TESEKKUUURLERRR

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 10 yanvar 2014 13:38
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Tesekkurler)))

aska rico

  • 10 yanvar 2014 13:37
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
cox sagolun melumata gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}