Siqaret çəkməyin zərərli vərdiş olduğu barədə heç kim mübahisə eləmir. Bununla belə, çox nadir hallarda bu zərərli vərdişdən əl çəkilir. Siqareti tərgitməyənlər buna müxtəlif bəhanələr gətirirlər.
Biz niyə siqaret çəkirik və bu zərərli vərdişi tərgidə bilmirik?
Məsələ barədə xalq artisti Faiq Ağayev fikirlərini ilə bölüşüb:
"Bu suala, yəqin ki, heç kim birbaşa cavab və bəhanə gətirə bilməz. Səbəb çox sadədir. Əl çəkilməsi çətin olan zərərli vərdişdir. Mən birinci sinifdən çəkirəm və 1996-cı ildən isə mütəmadi siqaret çəkənəm. Siqareti atmağın çətinliyi sonradan gələn stress dalğasıdır. Bundan başqa, siqareti axı nə iləsə əvəzləmək lazımdır - tum çırtlamaq, qoz yemək və s. Bunlar isə kökəlməyə səbəb olur. Sadəcə siqareti tərgitməklə adam bir qədər kökəlir. Bu da səhnə adamı üçün katastrofik ola bilər".
Bəs siz, əziz oxucular, niyə siqareti tərgidə bilmirsiniz? Onu tərgitməyin yaxşı üsulunu bilən varmı?