Kim bilir, bəlkə sabah övladınız dünya şöhrətli ədəbiyyat xadimi olacaq?

 
Kim bilir, bəlkə sabah övladınız dünya şöhrətli ədəbiyyat xadimi olacaq?


8 yaşım var idi, beşmərtəbənin altı deyilən yerdən uzaq olmayan məhlələrin birində yaşayırdıq. Dərs eləməyi çox sevməsəm də, valideyinlərimin evdəki kitabxanasında qurdalanmağı çox sevirdim. 6 yaşım olanda bibim mənə kiril əlfibası ilə yazıb, oxumağı öyrədmişdi və mənə KOROĞLU kitabını hədiyyə vermişdi. 6 yaşlı, təxəyyül və təsəvvürü elə də kifayət qədər yetişməmiş mən bütün günü bibimin dalınca düşərək ondan bir sıra sözün mənasını və çalarlarını soruşurdum, bibim isə heç vaxt məni cavabsız qoymurdu.

Kitabla ilk tanışlığımdan sonra evdəki kitabxanadan dünyaşöhrətli İngilis yazıçısı Çarlz Dikkensin Oliver Tvsitin macəraları kitabını tapdım və qısa zamanda onu oxudum. 1 il sonra 1 ci sinifə getməyə başladım və tamamilə pərt oldum, öyrəndiyim kiril əlifbası artıq təhsil sistemindən çıxmışdı və biz artıq latin qarafikası deyilən öz əlifbamıza, Azərbaycan əlifbasına keçmişdik. Müəllim soruşdu ki, kim yazmaq bilir, mən də əlimi qaldırıb, yazıtaxtasına çıxdım. Bir iki kəlmə yazdıqdan sonra müəllim məni otuzdurdu yerimə ki, ay uşaq, bu artıq köhnə əlifbadır, işləmir.

2 Sinifin sonunda artıq Cek Londonun demək olar ki, bütün kitablarını oxuyub qurtarmışdım və artıq sovet ensiklopediyalarına girişməyə başlamışdım. «Ata bu kimdir? Bu nədir? Bu harada olub? Bu neçənci ildə olub? və s. kimi suallarla bütün günü atamın (Əslində anamın da, amma ən çox atamın, çünki atam dünya ədəbiyyatını anamdan bir az çox mütaliə etmişdi) başqulağını aparırdım, atam isə, atam isə bütün suallarıma cavab verirdi, bir dəfə də olsun suallarımı cavabsız buraxıb, » bəsdir, sonra, eee" kimi ifadələrlə məni başından etmirdi.

1994 cü ilin qışında uşaqlar məni həyətə qartopu oynamağa çağırdılar. O vaxt Stefan Sveyqin Qorxu əsərini oxumağa başlamışdım və uşaqlarla oynamağa çıxmadım. Artıq kitab eşqi məndə günü gündən artırdı, zehnimi, beynimi, əqidəmi tumarlayırdı və mən günü gündən dəyişirdim, 6, 7 yaşlarında kiçik hekayələr və şeirlər yazırdım.

28 yaşınadək bir sıra qəzet və jurnallarda fəaliyyət göstərmişəm, internet səhifələrində çap olunmuşam, 2005 ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olanda sevincimin həddi-hüdüdü yox idi. Sonralar bloqlar və yenə saytlar, jurnallar və qəzetlər.

Bügünki gündə də kitab oxumağı atmamışam, daima mütaliə edərək dilimi, fantaziyalarımı, yazmaq qabiliyyətimi daha da yaxşılaşdırmaq istəyirəm, kitablarda yazılan hadisələri, qəhrəmanların həyatlarını dərs kimi öyrənib nəticələri özüm özümlə müzakirə edirəm, bəzən hətta öz özümlə az qala savaşıram da. Kitab aləmi, yazı aləmi də bir lənətdir, bir bəladır. Amma yaxşı bəla, amma tərbiyə verən bəla, amma adamı dəyişən, cahillikdən humansitliyə aparan bəla.

Dünən avtobusda gedəndə bir uşaq anasına hər dəqiqə nəsə sual verirdi anası isə bütün suallarını iqnora qoyaraq «kəs səsini, bezdim, mumla» kimi ifadələrlə uşağın sözünü ağzında qoyurdu. Yadıma atam və anam düşdü, onların mənə saatlarla danışdıqları romanlar, esselər və digər əsərlər düşdü. Anladım ki, mən nə qədər istedadlı olsaydım belə, atam və anam, bibim mənə kitab sevdirməsəydi, yazmaq sevdirməsəydi, tonlarla suallarıma vaxtı vaxtında vacab verməsəydi, kim bilir indi mən kim idim, harada idim və nə cahil əməllərlə məşqul idim, dünya aləm vecimə deyil.

Sözüm odur ki, analar və atalar (Əslində babalar da, nənələr də, əmi də dayı da və s. amma əsas ana və ata) öz övladlarına qarşı nə qədər biganə olurlarsa həmin övladların psixikasında sabah bu mütləq öz əksini tapır, övladın bir şeyə olan marağına soyqırım törədir, onları diri-diri gömür. Övladlarınızın gələcəkdə əsl insan olma haqqlarını pozmayın, övladlarınızın vətəndaşlıq haqqlarını, humanist olma imkanlarını iqnorla tələf etməyin.

Kim bilir, bəlkə sabah övladınız dünya şöhrətli ədəbiyyat xadimi olacaq
?


Geri dön

GuNaY_83

  • 3 fevral 2014 23:19
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
28 yaşınadək bir sıra qəzet və jurnallarda fəaliyyət göstərmişəm, internet səhifələrində çap olunmuşam, 2005 ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olanda sevincimin həddi-hüdüdü yox idi. Sonralar bloqlar və yenə saytlar, jurnallar və qəzetlər.

--------------------

SlaDkaya Deliwka

  • 2 fevral 2014 15:01
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

^_^

  • 13 yanvar 2014 12:01
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler,yazan elleriniz var olsun =)

: Sensizde Babatdi :

  • 12 yanvar 2014 20:08
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
meqaleye gore twkler....

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 12 yanvar 2014 17:17
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Kim bilir, bəlkə sabah övladınız dünya şöhrətli ədəbiyyat xadimi olacaq?

--------------------
(^_*)

aska rico

  • 12 yanvar 2014 13:47
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
cox sagolun

--------------------

Qaska_Quli

  • 12 yanvar 2014 13:25
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkk

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 12 yanvar 2014 12:36
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
meqaleye gore twkler....

AyliN BunyaminovA

  • 12 yanvar 2014 01:32
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
meqaleye gore twkler....

--------------------
ܨܓܓܨܓܓ✍

^_^

  • 11 yanvar 2014 23:16
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler,yazan elleriniz var olsun =)

Nermin_92

  • 11 yanvar 2014 23:03
  • Məqalə: 0
  • Şərh: 174
  • Bal:
{awards}
cox maraqli meqaledi tewekkurler

--------------------
"Tək ehtiyacım, birazcıq sən..."

^^Nazlı Şeytan^^

  • 11 yanvar 2014 22:56
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Tewekkurler

вคɴค iкiмizi คɴlคт ❤

  • 11 yanvar 2014 22:41
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
TəŞəKKüRLəR

^_^

  • 11 yanvar 2014 22:34
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler,yazan elleriniz var olsun =)

PSIXOPATKA

  • 11 yanvar 2014 22:25
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Kim bilir, bəlkə sabah övladınız
dünya şöhrətli ədəbiyyat xadimi
olacaq?

--------------------

melek_19

  • 11 yanvar 2014 22:21
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

ღNəmLi kiprikღ

  • 11 yanvar 2014 22:09
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Meqaleye gore twkler...

Qaska_Quli

  • 11 yanvar 2014 21:58
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkk

--------------------

ღNəmLi kiprikღ

  • 11 yanvar 2014 21:53
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler.....

melek_19

  • 11 yanvar 2014 21:46
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Ilk werh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 53

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}