Sevilən hər bir qadın üçün

 
Sevilən hər bir qadın üçün


Fransız filosofu, yazıçı, Fransa maarifçilik hərəkatının ən görkəmli nümayəndəsi Jan Jak Russonun naməlum qadına yazdığı məktub.

Mən yenə də özümü sizinlə görüşmək təhlükəsinə məruz qoydum. Mənim gümanlarım da doğruldu: ürəyimdəki köhnə yaraların təzədən açılması üçün bu, kifayət elədi. Sizin yanınızda mən olub -qalan ağlımı da itirdim və hiss edirəm ki, məni gətirib çatdırdığınız bu vəziyyətdə sizə pərəstiş etməkdən başqa heç nəyə yaramıram.


Nasazlığım bir də ona görə acınacaqlıdır ki, mənim ondan yaxa qurtarmağa nə bir ümidim, nə də arzum var və bunun nəticəsində nə baş verəcəyindən asılı olmayaraq, mən sizi əbədi olaraq sevməliyəm. Xanım, başa düşürəm ki, sizin tərəfinizdən qarşılıqlı məhəbbətə ümid bağlamağa cəsarət də edə bilmirəm. Mən tamamilə kasıb, cavan bir oğlanam. Ürəyimdən başqa sizə heç nə təklif edə bilmərəm, bu ürəksə, nə qədər odlu, hissiyyatlı və həssas olsa da, əlbəttə, elə layiqli hədiyyə deyin ki, siz onu qəbul edəsiniz. Lakin dərk edirəm ki, mənim zərifliyimin ölçüyə gəlməz dərinliyində və canlı, lakin dəyişməz xasiyyətimdə xoşbəxtlik üçün elə əsaslar var ki, sevilən hər bir qadın üçün məndə olmayan sərvət və gözəllikdən üstün tutula bilərdi. Lakin siz mənimlə ağlasığmaz dərəcədə qəddarlıqla rəftar etdiniz və əgər mənə haçansa iltifatla nəsə demisinizsə də, bunun əvəzini elə qiymətə ödəməyə məcbur etmisiniz ki, mən and içməyə hazıram ki, sizin bütün məqsədiniz ancaq mənə əzab vermək olub.

Bütün bunlar məni ümidsizliyə yuvarladır, ancaq heç də təəccübləndirmir və sizin özünüzü belə aparmağınızın səbəbini özümün saysız – hesabsız çatışmazlıqlarımda görürəm. Elə düşünməyin ki, mən sizi hissiyyatsız hesab edirəm, yox, xarici görkəminiz qədər sizin ürəyiniz də sevgi üçün yaranmışdı; ümidsizliyimin səbəbi bircə odur ki, ona toxunmaq mənə nəsib deyil. Etibarlı mənbələrdən bilirəm ki, sizin macəralarınız olub, hətta sizi özünü dinləməyə məcbur edə bilmiş o xoşbəxt insanın adını da bilirəm…


Mənim düşüncə tərzim haqqında sizə ideya vermək üçün əlavə edirəm ki, bunu heç də axtarmadan, tamamilə təsadüfən bilmişəm və sizə olan ehtiramım heç vaxt yol verməz ki, sizin haqqınızda özünüzün mənə açıb deməyi lazım bildiyinizdən artıq bir şey öyrənməyə cəhd göstərim. Bir sözlə, əgər sizə demişəmsə ki, heç vaxt rahibə olmayacaqsınız, bu ona görədir ki, mən sizin heç bir vəchlə rahibəlik həyatı üçün yaranmadığınızı bilirdim və əgər aşiq, etibarlı bir aşiq kimi mən bu fəlakətli qərara qorxu ilə baxıramsa, onda səmimi dost və vicdanlı adam kimi, mən sizə heç vaxt məsləhət verə bilmərəm ki, sizi bu addımı atmağa təhrik edənlərin inandırmaları ilə razılaşasınız. Sizin meyliniz tamam başqa şeyədir və siz özünüzə artıq peşmançılıq və uzun-uzadı tövbələr hazırlayırsınız. Bunu sizə düşündüyüm kimi – səmimi qəlbdən və öz şəxsi mənafeyimlə hesablaşmadan deyirəm: mən özüm xoşbəxt ola bilməsəm də hər halda öz xoşbəxtliyimi sizin xoşbəxtliyiniz də tapacağam. Heyif!

Əgər siz məni dinləmək istəsəydiniz, sizə deməyə cəsarət edərdim ki, özümü sizə əsl xoşbəxtlik bəxş etməyə qadir bir adam kimi hiss edirəm… Heç kəs onu mənim kimi hiss edə bilməz və cəsarət edib düşünürəm ki, sizi də heç kəs onu hiss etməyə bundan daha yaxşı məcbur edə bilməzdi.

İlahi! Əgər mən bu xoşbəxtliyə nail olsaydım… yəqin ki, ölərdim! Bu xoşbəxtlik tufanına müqavimət göstərəcək qüvvəni qəlbdə nə cür tapasan? Lakin məhəbbət möcüzə yaratsaydı və həyatımı qoruyub saxlasaydı – qəlbimdə ehtiras nə qədər alovlansa da – bu məhəbbət ikiqat artardı və mənim xoşbəxtlikdən ölməyimə mane olmaq üçün hər dəqiqə qanıma yeni alovlar əlavə edərdi. Bu barədə adicə fikirləşmək belə məhəbbəti canlanmağa məcbur edir, mən bu şirnikləndirici xülyanın cazibəsinə müqavimət göstərə bilmirəm, sizin füsunkar obrazınız məni təqib edir, mən hətta təslim olmaqla da ondan yaxa qurtara bilmirəm: o, hətta mənimlə yuxumun dərinliklərinə enir, qəlbimi və ağlımı həyəcanlandıraraq məni yandırır, bir sözlə, hiss edirəm ki, siz iradənizdən asılı olmadan məni öldürürsünüz və necə olursa – olsun həqiqi qəddarlıqdan və ya təsəvvür olunan nəvazişdən – məhəbbətin məni öldürəcək!..


Geri dön

B_L_A_T_N_O_Y

  • 7 fevral 2014 03:35
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
tewekkurler

GuNaY_83

  • 4 fevral 2014 13:44
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Heç kəs onu mənim kimi hiss edə bilməz və cəsarət edib düşünürəm ki, sizi də heç kəs onu hiss etməyə bundan daha yaxşı məcbur edə bilməzdi.

--------------------

SlaDkaya Deliwka

  • 3 fevral 2014 08:50
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

вคɴค iкiмizi คɴlคт ❤

  • 14 yanvar 2014 20:23
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Meqaleye gore cox sagolun))))

^_^

  • 14 yanvar 2014 19:36
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler,yazan elleriniz var olsun =)

melek_19

  • 14 yanvar 2014 19:10
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

^^Nazli^^

  • 14 yanvar 2014 18:23
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurlerrr

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 14 yanvar 2014 16:29
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Tewekkür ...

--------------------
(^_*)

^_^

  • 14 yanvar 2014 13:38
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
`^-^ - Qardaşım, ` əgər,yoxluğunda sənə görə yağış olan ` gözleri ` varsa... - ^- ^` İncitmə ` o qizi ` , ` cünki ` o mirvari gozlərdə ` sənə aid yaş ` varsa demək hemin gözler ` özeldi...

Qaska_Quli

  • 14 yanvar 2014 13:21
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkkk

--------------------

-Kralica-

  • 14 yanvar 2014 11:39
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
twwwwwkkkkkkk

--------------------




Qaska_Quli

  • 14 yanvar 2014 10:36
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkkkk

--------------------

^_^

  • 14 yanvar 2014 10:29
  • Məqalə: 2
  • Şərh: 3316
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler,yazan elleriniz var olsun =)

aska rico

  • 14 yanvar 2014 10:12
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tesekkurler

--------------------

Banned1

  • 14 yanvar 2014 08:35
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ilk ŞəRH MəNDəN tongue

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}