İslam əqidəsinə görə, insan öldükdən sonra əvvəlcə qəbirdə sorğu mələkləri tərəfindən sorğu-suala çəkilir. Daha sonra bədən çürüyüb torpağa qarışır, ruh isə dünyadakından fərqli bir qəlibə düşərək (buna “lətif cisim” deyirlər) qiyamət intizarını çəkməyə başlayır.
Ruhun cismani ölümdən sonra qiyamətə kimi mövcudluq mərhələsinə bərzəx həyatı deyilir (ərəb dilində “iki şeyi bir-birindən ayıran maneə” deməkdir). Bu, dünya ilə axirəti ayıran bir aləmdir, ikisinin arasında maneədir.
Əgər ölmüş şəxs mömin idisə, bərzəx həyatında behişt nemətlərinə bənzər nemətlərlə mükafatlandırılır, cənnətin ətrini hiss edir və Allahın mərhəmətindən həzz alır. Əksinə, əgər cəzaya layiqdirsə, bərzəx həyatında da məyusluq və dəhşət içində qalır. Bərzəx həyatının necəliyini tam anlamaq bu dünyada mümkünsüzdür.
Amma bunlar məlumdur ki, deyildiyi kimi, bərzəxdəki bədənlə dünyadakı bədən fərqlidir. Bərzəx aləmində hərəkətlər məhduddur. Yəni ölümdən sonra nə isə xeyir iş görüb savab qazanmaq mümkün deyil. Bu dünya ilə rabitə də dar və məhdud çərçivədə ola bilər.

İslam.az