Günün yuxuyozması

 
Günün yuxuyozması


Qədim zamanlardan yuxu ikinci reallıq, başqa təzahür adlandırılıb...

Yuxunun sirri əsrlər boyu bəşəriyyəti həyəcanlandırıb. İndiyədək rəngbərəng, ağ-qara, gözəl və çirkin, realist və mistik, qorxunc və mehriban, keçmiş, bu gün və gələcək haqqında sirli görüntülətin açılmamış təbiəti alimlər, mistiklər, psixoloqlar, baxıcılar, ekstrasenslər və sadəcə, cadugər qarılar tərəfindən müxtəlif cür izah edilib. Yuxunun sirri əsrlər boyu bəşəriyyəti həyəcanlandırıb. İndiyədək rəngbərəng, ağ-qara, gözəl və çirkin, realist və mistik, qorxunc və mehriban, keçmiş, bu gün və gələcək haqqında sirli görüntülətin açılmamış təbiəti alimlər, mistiklər, psixoloqlar, baxıcılar, ekstrasenslər və sadəcə, cadugər qarılar tərəfindən müxtəlif cür izah edilib. .

Qədim zamanlardan yuxu ikinci reallıq, başqa təzahür adlandırılıb, yuxularda gündəlik həyatın tapmacalarına cavab axtarılıb, ulu babaların ismarıclarının, keçmiş həyatın sirlərinin şifrəsi açılıb. Lakin ən başlıcası daima yuxularda gələcəyin qabaqcadan xəbər verilməsi axtarılıb. Ən qədim yuxuyozma kitabının yaşı min ildən çoxdur. Bu günədək müxtəlif əsrlərdən, ölkə və sivilizasiyalardan bizə Nostradamusun (eramızın XVI əsri), miss Hassenin və Devid Loffun yuxuyozma kitabları, məşhur psixiatr Ziqmund Freydin, gələcəkdən xəbər verən bolqar Vanqanın (XX əsr) və nəhayət bu gün ən populyar olan Millerin yuxuyozma kitabı bizə qədər gəlib çatıb..

Yuxuların yozulması xalq inancları, məsələn hava ilə əlaqəli olur. Belə ki, yağışlı gecədə yaxşı yozucu tez-tez yuxunu ulu babaların mənəvi irsi ilə əlaqələndirir. Aydın gecədə görülən yuxu isə müalicə, xəstəlikdən sağalmaqla bağlı ola bilər. Doğma evdə görülən yuxu çox vaxt doğma və yaxınlarla, yad evdə isə yuxu görənin özü ilə bağlı olur. Həmçinin, hələ qədimdən hesab edirdilər ki, evindən uzaqda olarkən insan doğmalarının başına gələnləri yuxuda görə bilir.

Sevgiyə aid yuxular bizim canlı olaraq əks cinsin nümayəndələrinə qarşı şüuraltı hisslərimizdən yaranır- bu barədə Freyd dəfələrlə yazıb.

Bu gün - 21-ci əsrin əvvəllərində,psixoanalizin baniləri belə qənaətə gəliblər ki, onun öncəgörmələrində həqiqət vardır.Bir az gələcəyə baxsaq, təxmin edə bilərik ki, yeni nəslin nümayəndələrinin yuxuyozmalar kitabında tamamilə yeni sözlər meydana çıxa bilər.

Məsələn, mobil telefon, pullar? Bank yaxud bankomat? Ola bilsin ki, yuxugörən öz röyalarında şəxsi biznes və yaxud özəl obyekt sahibi olacaq? Bunu zaman göstərəcək. Ola bilsin ki, biz nə vaxtsa bugün bizə sirrli, müəmmalı görünən bu söz ehtiyatlarını gələcəkdə yuxu yozma kitablarında rast gələcəyik.

Bu gündən etibarən sizə "Günün yuxuyozması"sını təqdim edəcəyik. Çalışacağıq ki, yuxunuzu yozmağa, təkcə instiktivliyinizə nəzər salmağınıza deyil, eləcə də həyatda istənilən sürprizə hazır olmağınıza kömək edək.

Qılınc. Cəsarətli olacaqsınız. Onu kəsmək – həyatda özünüzə yol açacaqsınız; qılıncla yaralanmaq- həyəcana işarədir; iti qılınc görmək – niyyətləriniz uğurla həyata keçəcək; küt qılınc – sizin əməyiniz əbəsdir; sınıq qılınc – məğlub ediləcəksiniz.

Giləmeyvə. İşlərdə uğurlara işarədir.

Bərk töhmət, məzəmmət. Töhmət almaq – cəzalanacaqsınız; başqasına töhmət vermək – ehtiyatsızsınız.

Ofisiant. Yuxuda ofisiant görmək o deməkdir ki, dostunuzla vaxtınızı gözəl keçirəcəksiniz.Yuxuda ofisiantın natəmiz və hirsli olduğunu görmək həyatda xoşunuza gəlməyən insanlara qonaqpərvərlik etməyə məcbur olacağınıza işarədir.

Lal. Yuxuda lalla danışmaq bir çox qeyri-adi hadisələrə işarədir ki, bunun nəticəsində cəmiyyətdə özünüzə müvafiq mövqe tutacaqsınız. Yuxuda özünüzü lal görmüsünüzsə, bu bədbəxtlik və ədalətsiz zülmlərə işarədir. Həmçinin, ola bilsin, bu yuxu sizin insanlarla ünsiyyətinizə mane olan boşboğazlığınıza qarşı xəbərdarlıqdır.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 23:52
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
QEWENG XEBERDI YAZAN ELLERIVIZ VAR OLSUN ....................!..MARAQLIDIR.

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

qonce

  • 3 iyul 2011 20:23
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Ele bu?tesekkur...

samir_252

  • 24 may 2011 18:33
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
thanks maraqli xeberdir

_RONALDO_

  • 9 may 2011 16:45
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TWK COXXX MARAQLI XEBERDI

--------------------

only-girl

  • 13 fevral 2011 11:40
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twwk

--------------------

Ulya

  • 2 fevral 2011 17:28
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

nilayka

  • 30 yanvar 2011 13:27
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
thanks maraqli xeberdir smile

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 37
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}