Öləndən sonra yenidən diriləcəyikmi?

 
Öləndən sonra yenidən diriləcəyikmi?

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı
və salamı olsun – İslamın və imanın əsaslarına
aid məşhur hədisdə Cəbrayılın: “Mənə iman
haqqında xəbər ver!”
– buyruğuna belə cavab
vermişdir: “(İman) Allaha, Onun mələklərinə,
kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.”
Müsəlman
bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin
ola bilməz. Axirətə iman imanın altı əsasından
biri və əməlisaleh müsəlmanların etiqadının
əsası hesab olunur. Uca Allah buyurur: “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən şəxslərdir” (əl-Bəqərə, 177). Axirətə iman dedikdə ölümdən sonra Qiyamət
gününədək olan qəbirdəki “bərzəx” həyatı,
Qiyamət günü dirilərək Allahın hüzuruna
toplanıb haqq-hesaba çəkilmə, Cənnət və
Cəhənnəm nəzərdə tutulur. Bunların hamısı
Axirətə iman məfhumuna daxildir. Axirət həyatı gözəgörünməz qeyb aləmi ilə
bağlı olduğuna görə insan dünyadan
köçmədikcə öz gözləri görüb ona yəqin ola
bilmir. Buna baxmayaraq onun haqq olmasını
sübut edən bir çox ilahi dəlillər vardır. Qurani
Kərimdə Allah buyurur: “Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: "Çürümüş sümükləri kim dirildə bilər?" De: "Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız". Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir. Bir şeyi yaratmaq istədikdə ona təkcə: "Ol!" deyər, o da olar. Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız” (Ya sin, 77-83). Bu ayələrdə Allah iman gətirməyən kafirləri
narahat edən şübhə barədə xəbər verir. Onlar
Qiyamət günü dirilməyin haqq olmasına şübhə
edir və onun baş verməsinin mümkün
olmayacağını hesab edirlər. Lakin Allah ən kamil
şəkildə bu şübhənin əsassız olduğunu izah edərək buyurur: “Məgər insan onu nütfədən yaratdığımızı görmür?” Məgər ölümdən sonra dirilməyə iman gətirməkdən imtina edən və
onun haqq olmasına şübhə edən insan özünün
necə dünyaya gəldiyi haqda düşünmür? Əgər o,
Allahın insanı kiçik nütfədən yaratdığı, nütfənin
bir sıra mərhələlərdən keçərək uşağa
çevrildiyi, ondan gəzəl və ağıllı bir insanın böyüdüyü barədə düşünsə, onun Allahın insanı
öləndən sonra diriltməsinə heç bir şübhəsi
qalmaz. Əgər o, kiçik nütfə ilə yetgin insan
arasındakı fərqin nə dərəcədə böyük
olduğunu dərk etsə, insanı yoxdan yaratmağın
onun bədənini çürüdükdən və torpağa qarışdıqdan sonra yenidən bərpa etməkdən
daha çətin olduğunu anlayar.
Lakin iman gətirməyən kafirlər Allaha məsəl
çəkməyə cürət edir və məxluqların xırda
bacarıqlarını Yaradanın ilahi bacarıqları ilə
müqayisə edirlər. Onlar elə güman edirlər ki, Qüdrətli Allah insanların bacarmadıqlarını edə
bilməz. Ona görə də onlar deyirlər: "Çürümüş sümükləri kim dirildə bilər?" Məgər yer üzərində sümüklər çürüyüb yox olduqdan
sonra onları dirildə bilən insan varmı?
Bu cür məsəllər çəkən kafir öz yaradılışını
unudur. Allahın ona verdiyi cavab inandırıcı və
danılmazdır. Allah buyurur: "Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir.“ Əgər sən kainatda baş verən hadisələr barəsində
düşünsən, tam yəqin olarsan ki, ilk dəfə
yaradan əziyyət çəkmədən yenidən yarada
bilər. Çünki, yenidən yaratmaq ilk dəfə
yaratmaqdan daha asandır.
Lakin Qiyamət günü dirilməyi sübut edən daha bir sübut vardır. İnsan Allahın hər şeyi bildiyini
anlayanda bu, ona aydın olur. Kamil elm Uca
Allahın sifətlərindən biridir. O, hər bir
məxluqunun halını, torpağın ölülərin bədənini
necə yediyini bilir. O, insanın hansı bədən
üzvünün qaldığını, hansı üzvün yox olduğunu bilir. O, aşkar olanı da, gizli olanı da bilir. Allahın
kamil elminə iman gətirən hər bir insan anlayır
ki, kainatda baş verən hər bir şeyə nəzarət
etmək ölüləri diriltməkdən daha çətindir.
Sonra Allah insanlara odu yaşıl ağacdan necə
əldə etdiklərini xatırladır. Quru atəş budaqları nəm ilə bol olan yaşıl ağaclardan çıxır. Od ilə
ağacların arasındakı fərq olduqca çoxdur və
odun yaranması ilə ölülərin dirilməsi arasındakı
ümimilik də olduqca çoxdur. Sonra Allah
buyurur: “Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?!” Əzəmətli göyləri və yeri yaradan Allah insanları da yenidən xəlq edəcək. Bu,
Onun üçün çətin olmayacaq, çünki, kainatı
yaratmaq insanları yaratmaqdan daha çətindir.
Buna görə də Allahın əl-Xalləq (Yaradan) və əl-
Alim (Hər şeyi bilən) adları vardır. Onun üçün
mümkün olmayan bir şey yoxdur. “Bir şeyi yaratmaq istədikdə ona təkcə: "Ol!" deyər, o da olar.” Allah bir şeyi yaratmaq istədikdə heç nə ona mane ola bilməz. Allah ölüləri diriltmək
istədikdə də belə olacaq.
Nəhayət, Allah buyurur: “Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir.” Uca Allah bütün məxluqatın hökmdarıdır, göylərdə
və yerdə olanların hamısı Onun hakimiyyəti
altındadır. Canlı və cansız məxluqların hamısı
Allahın qulları olaraq Onun iradəsinə tabedirlər.
O, kainatı öz qanunlarına əsasən idarə edir.
Bütün məxluqların Ona qayıdacağına heç bir şübhə yoxdur.


Geri dön

GuNaY_83

  • 4 fevral 2014 00:26
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Müsəlman
bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin
ola bilməz. Axirətə iman imanın altı əsasından
biri və əməlisaleh müsəlmanların etiqadının
əsası hesab olunur. Uca Allah buyurur: “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən şəxslərdir” (əl-Bəqərə, 177). Axirətə iman dedikdə ölümdən sonra Qiyamət
gününədək olan qəbirdəki “bərzəx” həyatı,

--------------------

SlaDkaya Deliwka

  • 2 fevral 2014 16:03
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

ღKiRaZ MeVsİmCiღ

  • 15 yanvar 2014 16:55
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}