Maskalı oyun(Bölüm 30)

 
Bölüm 30:

Insanlar ağlin qaçirdan zaman heç nə kömək etmir. Bunun bizim məsələyə nə qədər aydiyyati var bilmirəm.
Əsas odu mənim qulaqlarim səf eşitmirdi. O mənə səni qaçiriram dedi.
Bir də baxdim ki içimdəki əlinə boxçasin alib gedir. Bu içimdəkinin deyəsən Kamran ilə göbək bağlari bir kəsilib. Mənim yox aaa. Tək bu içimdəkinin.
O maşini işə salmişdi.
Mən isə onun bu avamliğina məhəttəl qalmişdim.
-təpəgöz toyumuz olacaq day niyə qaçirdirsan?
-sən hələ de görüm o t kimdi?

Insan bu qədər avam olarda. Ağzimda ona təpəgğz deyrəm.
-səncə?
-s yazsaydin tapardimda bu t
-təpəgöz deyirəm e birinə təpəgöz
-deyəsən o təpəgözdə mən oluram
-şükür jeton gec düşsə də düşdü əsas budu
-atamin qoyduğu Kamran adi ilə nə şəxsi qərəzliyin var?
-kamran olan şəxslə qərəzliyim var. Həm sən içkilisən maşin niyə sürürsən?
-dedim axi qaçirdiram səni
-bunu normal hal ilə etde. Içkidən maşini aşirdib edəssən sən cəhənnəm bu gözəllikdə qiza yəni özümə nəsə olar

O məni süzüb
-gözəllik və sən? Toppuş cuppuş üstəlikdə heç şirinliyin də yoxdu
-sən şirinsən axi. şəkərlə qatişdirsam aciliğini almağa yetməz.
---

Maşini saxladi. Bizim baxdiğimiz evin həyəti idi.
-düş
-bura niyə gəldik?
-qorxma qaçirsam da səni evlənmədən sənə dəyən deyləm

Mən ona göz süzdürüb
-guya evlənəndən sonra sənə mənə toxunmağa icazə verəcəm də
-bunu o zaman danişariq

Deyib özünəməxsus gülümsəməsini üzünə qondurdu. Içimdəki isə o andaca kirpiklərini tez tez yelləyib utanmiş üz aldi. Eyy içimdəki kirpiklərini az yellət içimdə küləkli hava yaratdin. Orqanlarim yerin dəyişdi hava burulğanindan
O məni əlimdən tutub binaya apardi. Biz ikinci mərtəbədən evə baxsaq da o liftə minib beşinci mərtəpəyə qalxmaq üçün düyməni basdi.
-bəlkə nəsə deyəsən?
-Süsən xanim səbr sözü sizə nəsə xatirladir?
-səbri deməyim də bu əlləri ilə boğulmaq sizə nəsə xatirladirmi?

Liftin qapisi açilan kimi o əlimdən tutub liftdən çixardi.
Ciblərini axtarib açar tapdi. Açdi əlimi tutub içəri saldi. Allahim sən məni qoru. Yaziğam burda öldürüb edərəm bunu.
Ayaqqablari ilə içəri keçib bir bir otaqlarin işiğin yandirdi. Ətraf işiqlandiqca deyəsən anlayirdim. Çünki ev mənim anam ilə seçdiyim əşyalar ilə bəzədilmişdi. Sonuncu mətbəx idi deyəsən oranin da işiğin yandirib gəlib dəhlizə qapini bağladi.
-necədi?
-bu nədi?
-evimiz
-bura?

Hə çox bəyəndim. Ama oyun üçün bunlar artiq idi. Hələ o evimiz söZündəki imiz daha da artiq idi.
-hə
Deyib əlimdən yenidən tutub məni ilk qonaq otağina saldi
-bura qonaq otaği
Hər şeyi sanki özüm qoymudum kimi doğma gəlirdi
Burani tam anlamadan məni dartaraq mətbəxə apardi
-bura mətbəx. Düzdü inanmiram sən bura girəsən. Qorxuram məni işlədəsən
Sonra isə dartib məni yataq otağina apardi.
-bura isə yataq otaği
Mən udqundum. Biz anam ilə yataq otaği dəstinə baxmamişdiq. Bu indi ağlima gəldi. Bəs bunu kim seçib.
Iri otağin yarisin tutan yataq. Futbol meydançasindan fərqlənmirdi. Iri pəncərələr və bir divar boyu bütün divari tutan şkaf. Oooo paltarlarim çoxalir onsuzda . Tam tamina yerləşər bura. Içimdəki ordan qişqiraraq bəs Kamranin paltarlari ? Deyə dilləndi. Və o an yenə beynimə girdiki biz ikimiz bu evdə qalacağiq. Hə hə qorxutdu. Diksindirdi məni. Mən ordan çixmaq istəyirdim ki Kamran qolumdan tutdu saxladi
-hara qaçirsan toppuş cuppuş
-şey evə gedək anam narahat olar
-demişəm Süsü Sevda xanima

Mən gözlərimi iri şəkilde açaraq
-qaçirdiğini?
-ay Süsü ay Süsü. Səncə mən bir gən sonra evlənəcəyim qizi qaçirdacaq qədər ağilsizam?
-sənin ağlindan şüpəliyəm onsuz
-Süsüüüü!!!
-bəs burda nə itimiz azib?
-evi sənə göstərmək istədim

Mən ona bir az heç nə anlamamiş baxişlari ilə baxdim
-həqiqətən sən erkək fatmasan. Bir az romantikliyin olsun
Mən onun əlindən sevimli qolumu xilas edərək
-oyun oynadiğimizi unutmuram. Sənin mənə qoyduğun qayda üzrə sevgi zad romantikliyə fikir vermirəm
Deyəsən o bu cavabi gözləmirdi.
Peşman olmuş halda pəncərəyə tərəf getdi. Sanki bayaqki adamdan əsər əlamət qalmayaraq üzün mənə tərəf çöndərib qəribə lağ edərcəsinə dilləndi
-qaydalara bu qədər əməl edən olduğunu yoxlamaq istəyirdim
-bilmişdim elə
-bari ev necədi?
-yaxşidi. Indi isə gedək

Düzü içimdə gizlin saxladiğim umudum qirilmişdi. Içimdəki mən bir qutu salfeti götürüb özün yatağa atdi. Hönkürərək ağlamağa başladi. Bu içimdəki maraqlidi mənim içimdə bu qədər əşyani harda saxlayir? Içimdə yeri gəlsə bütün məişət avadanliqlari tapilir.
---
Evə gəldik. Hami heç elə bil mən getməmişdim. Mən gələn kimi də məni də ortaliğa salib oynuyurdular mənim bəxtime düşən mahni da bundan artiq olmaz ki
Xacu ya zamuj zamuj xacu gözəl tərcümə etsək ərə getmək istəyirəm . Bütün cavan qizlar elə həvəs ilə oynuyurdular ki deyərsən qizil verəcəklər ərə gedəndə.
Bir içimdəkine baxdim ki bayaqki zirildayandan əsər əlamet yoxdu. Yenə düşüb ortaliğa. Ama başqa mahni ile oynuyur can canadi cana deyib atdanib düşür. Allah mənə agil verəndə bunu unudub yəqin.
bu xina gecəsinde yari romantik yari oyunlu vəziyyətdə yola verdik.

Artiq toya tam tamina bir gün qalib.
---
Səhər gözümü açanda anami başimin üzərində gördüm. Gözləri dolu dolu mənə baxirdi.
-ana
-ay can
-nəsə olub?

Mən yerimdə dikəldim
-yox Süsüm. Sadəcə sabah səni yola salacağiq. Və bu gün evində axrinci günündü
Deyib anam göz yaşlarin azadliga buraxdi.
-anaaa bəsdi
Deyib anamin boynuna halqalandim.
-məndən belə asand qurtulacağini sanirsan?
-bax anani unutmaq yoxdu
-ana birdən mənim otağimi kiməsə verərsən vallah bura kim gəlsə onu yandiraram otagi da
-burani ancaq nəvəmə verərəm
-eee ana ona hələ çox var
-böyük böyük danişma
-baş üstə ana. Gedən kimi üçüzüm olacaq. Hamisin da atacam sənin üstünə vallah heç uğraşa bilmərəm
-ay Inşallah

deyib anam yataqdan qalxdi.
-bu gün çox işimiz var Süsü. Əşyalarinin qalanlarinda evinə aparacagiq
Deyib otaqdan çixdi.
Mən suyum süzülə süzülə yataqdan qalxdim telefonuma zeng gəldi.
Nomrəni tanimirdim.
-bəli
-Süsən
-buyrun. Kimdiki?
-lalədi

Bu mənə niyə zəng edib görən
-bəli nə istəyirsiz?
-görüşək bu gün mütləq
-olmaz məlum bilməmiş olmazsan çoxlu işlərim tökülüb qalib.
-xaiş edirəm hamilə bir qadini üzməzsən yəqin

Biz danişib görüşmək qərarina gəldim bunu heç istəməsəm də o anki boşluğumdan idi nə idi bilmirəm razilaşdim.
Evdən çixanda anam itin sözün deəe də heç nə deməyib aradan çixdim
---
Sözləşdiyimiz kafeyə gəldim.o artiq orda idi. məni görüb ayağa qalxib əl etdi.Qarni abirli bilinirdi artiq. Gülümsəyərək mənə baxirdi. Yanina getdim.
-otur Lalə nə deyəcəksən de tələsirəm
O oturub
-sagol ki məni qirmadin
-buyur eşidirəm səni

Deyib mən də çantami masaya qoyub oturdum
-çay qəhvə ?
-çay

O bizə qulluq edən oğlana iki çay bir şokaladli tort ilə deyib
Mənə baxişlarin tuşladi
Adam bir soruşar bəlkə mən şokaladli tort sevmirəm
-lalə vaxtim azdi
-hə bagişla. Səni çağirma səbəbim səndən xaiş edirem evlənmə onunla
-of

Deyib ayağa qalxdim. çantami götürmək istədikdə
-dinle sona qədər məni
-lalə mən hər şeyi bilirəm
-neyi bilirsəne. Bir uşaği atasiz qoymağa necə ürəyin gəlir

Mən təzədən oturub ayağimi ayağimi üzərinə aşirdim
-lalə mən hər şeyi dedikde tamami ilə hər şeyi nəzərdə tuturam
Içimdəki mən çaşğin baxişlar ilə mənə baxib əl çaldi. Sonunda da axir sən də adam oldun dedi.
-nəyi? Anlamiram
-qarnindakinin Aslan müəllimin uşaği olduğunu.

O çaşğin baxişlar ilə mənə baxirdi.
-bunu deyib onu da deyərdiki biz evlənəcəyik. Ama sən çixdin hər şey dəyişdi. Ola bilər atasi Aslandi. Ama Kamran sənə mənimlə evlənmək fikrini deməyib.
Mənim yadima o dəqiqə onun sözü düşdü. Mən soruşandaki məndən ayrildiqdan sonra onunla evlənəssən
-onu atmayacam ama onula evlənmek fikrim də yoxdu.
Lalə içimə şüpə salmaği planlaşdirmisdisa onun plani tutdu.
-evlənmə onunla Süsən bizim xoşbəxt ailəni korlama
-get o sən o da kamran

Deyib masadan qalxdim.
----
Səhər anam otağima hücum edib
-qizim dur toy günüdü
-ana imkan ver yatim
-çatdirmayacagiq

Içimdeki artiq vanna otağinda dişlerin yusa da mənde tik yox idi.
Nəhayet yerimden qalxmişdim. Saat 12idi. Bir azciq tənbəllik anima gəlib.
Artiq məni bəzəmək üçun gələnlərdən tutmuş qohum əqrabanin bütün üzvləri bizdə idi.
Saat beşin yarsina məni tam şəkildə hazirlamişdilar. Həyəcan getdikcə artirdi. Mənimsə fikirlərim qarişirdi. Ağlimda yalnizca zaks aninda ona yox demək gəlirdi.
Mən qonaq otağinda gəlinliyim ilə divanda oturmuşdum. Içimdəki də həmçinin. Otağin qapisindan ilk anam daha sonra atam girdi. Atam mənə doğru gəlib
-Süsənim
Deyə mənə sarildi
Gözlərim istəmsizcə dolmuşdu artiq. Atam mənə baxib
-Süsüm hər şeydən əminsən?Əsas odu Kamrandan əminsən?
Deyə sual ünvanladi. Bu animda ən çətin suallardan biri idi.
-bax heç bir şey üçün gec deyil. Bu dəqiqə istəsən hər şeyi təxirə sala bilərik
Deyib sual dolu baxişlarin üzərimə yönləndirdi.
Həyatda ən pis şey qərarsizliq idi. Bir də şüpə...
Bölüm sonu.


Geri dön

GuNaY_83

  • 4 fevral 2014 14:59
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
мəqaւəyə görə тəşəккürւər...

--------------------

SlaDkaya Deliwka

  • 3 fevral 2014 09:32
  • Məqalə: 1513
  • Şərh: 1508
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

Roya_____

  • 1 fevral 2014 13:16
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tewekkurlerr

tasteful girl

  • 25 yanvar 2014 21:42
  • Məqalə: 1
  • Şərh: 801
  • Bal:
{awards}
supishhhhhhhhhhhhh

elaaaaaaaaaaaaaaaaaa

Priya

  • 15 yanvar 2014 19:09
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
45 bölümdü.Maraqlıdı.

--------------------




♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 14 yanvar 2014 23:25
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
Tewekkür ...

--------------------
(^_*)

melek_19

  • 14 yanvar 2014 22:03
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Ayyy ardini gozleyirem sebirsizlikle...

--------------------

Qaska_Quli

  • 14 yanvar 2014 21:23
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
tshkkkkkkkkkkkkkkkkkk

--------------------

^_^

  • 14 yanvar 2014 21:12
  • Məqalə: 2
  • Şərh: 3300
  • Bal:
{awards}
tewekkurler

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 14 yanvar 2014 20:58
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:
{awards}
Meqaleye gore cox sagolun))))

men ve dunyam

  • 14 yanvar 2014 20:56
  • Məqalə: 93
  • Şərh: 3293
  • Bal:
{awards}
superrr baciwkommm

--------------------
MEN GETDIM .HAMINIZ UCUN DARIXACAM . . .

melek_19

  • 14 yanvar 2014 20:54
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Ilk werh menden oxuyacam indi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 52
Cəmi: 85

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 862
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 60
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
aytc.sza
Xəbərləri: 12
Cəmi: 15
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}